Ucuz təyyarə biletləri

Ağamusa Bağırov: "Qəbələ sindromu"nu sındırmışıq" - MÜSAHİBƏ

Tarix:  27.11.16 15:11           Yazar:  Rekord.az           Oxunub: 409 dəfə

“Sumqayıt” Futbol Akademiyasının U-13 komandasının baş məşqçisi, uzun illər mərhum Tofiq Rzayevlə çiyin-çiyinə Azərbaycan futboluna bir çox istedadlar bəxş edən Ağamusa Bağırov Sumqayıtın uşaq futbolunun mövcud durumuna həsr olunan layihə çərçivəsində Rekord.az-a müsahibə verib:

 

 

- Ağamusa müəllim, Sumqayıtın uşaq futbolunun mövcud durumu sizi razı salır?

 

- Yox razı salmır. Nəyə görə? Çünki Sumqayıt futbol şəhəridi. Həmişə bu şəhərin futbolu, futbolçuları ön planda olub, bütün milli komandalarda sumqayıtlı futbolçular aparıcı yer tutub.

 

- Bəs bu gün niyə bu yoxdur?


- Bunun səbəbləri çoxdur. Burada dövrün, zamanın da rolu var, digər səbəblər də. Əvvəllər internet yox idi, telefon yox idi, məhəllə futbolu var idi, JEK-in (Mənzil İstismar Sahələri) keçirdiyi çempionatlar var idi, məktəblərarası çempionat keçirilirdi. Bunlar hamısı siz dediyiniz məqama birbaşa təsir edir. İndi 13 yaşında uşağın əlindən telefon düşmür. Məhəllələrə baxırsan futbol oynamaq üçün boş yer yoxdur. Hamısı marketlər, dayanacaqlar və s. Bundan başqa, bildiyiniz kimi, bir dönəm Sumqayıtda böyük futbol da olmadı. Hardasa 3-4 il. Həmin futbolsuzluq dönəmi də hazırkı boşluğu yaradan əsas səbəblərdən biridir. Çünki bir şəhərdə peşəkar komandanın olması həmin şəhərdə futbolun inkişafı baxımından çox vacibdir. A komanda olanda həmin şəhərdə futbola axın da olur. Uşaqlar bilir ki, yaxşı oynasa gələcəkdə böyük futbol oynamağa komandası olacaq.


- Bayaq məşqə baxırdıq, deyəsən indiki uşaqlarla işləmək də çox çətindi. Çünki az qala hər dəqiqə məşqi saxlayıb onlara nəyisə izah edirdiniz...


- Çünki qavraya bilmirlər. Bunların da hamısının səbəbi savadsızlıqdır. Təbii, savadlı futbolçular da var. Amma onların sayı çox azdır. Futbolçu gərək tək oyunu ilə yox, savadı, biliyi ilə də seçilə. Savadlı futbolçu ona verilən tapşırığı da tez qavrayacaq. Amma savadsız olanda ona tapşırıq verəcəksən, 10 dəqiqə sonra yadından çıxardacaq.


- “Sumqayıt” Futbol Akademiyasının fəaliyyəti, buradakı iş sistemi haqda nə deyə bilərsiniz?


-  Bilirsiniz ki, komandamız gənc komandadır. 2010-cu ildə əsası qoyulub. Akademiya isə 2012-ci ildə yaranıb. İndi-indi isə formalaşır. İldən-ilə daha yaxşı olacaq. Bu gün artıq akademiyamızda məşğul olan uşaqların böyük əksəriyyəti sumqayıtlılardı. Tək futbolçular yox, artıq məşqçilərimizin də çoxu sumqayıtlıdır. Mübariz Orucov, Baba Əsgərov kimi məşqçilərimiz milli komandalarda da iş təcrübəsinə malikdirlər.


- Uzun illərdi Sumqayıt futboluna xidmət edirsiniz. Sumqayıt komandaları bir qayda olaraq qatıldıqları bütün turnirlərdə favorit olublar. Həmişə də yüksək yerlər tutublar. Lakin keçən mövsümkü nəticələr fiasko oldu. 10 komandadan cəmi biri bürünc medal qazandı. Bu uğursuzluğun səbəbini nədə görürsünüz?

 


- Az öncə dediyim səbəblərdi. Futbolsuz dönəmdəki boşluq bu gün özünü göstərir. Bunun da aradan qalxması üçün zaman lazımdır. Bundan başqa, nəticə dalınca da qaçmaq lazım deyil.Bu gün bizim əsas nəticəmiz turnir cədvəli yox, A komanda üçün layiqli futbolçu yetişdirmək olmalıdır. Bunu bacarsaq, nəticə özü gələcək.


- Rəhbərlik etdiyiniz U-13 komandası haqda nə deyə bilərsiniz? Gələcəyə ümid verən uşaqlar var?


- Təkcə bir faktı deyim ki, 4 futbolçumuz “Mançester Yunayted” məktəbinə qəbul olunub və hazırda ölkə çempionatının Bakı zonasında mübarizə aparan komandanın heyətində yer alıblar. Etiraf edək ki, qablarında bir şey olmasa futbolun yaradıcısı olan ingilislər onları öz komandalarına götürməzdi. Demək ki, nə isə görüblər ki, aparıblar. Eyni zamanda komandamızda başqa perspektivli futbolçular da var və mən onların gələcəyinə inanıram. 


- Ağamusa müəllim, indiki uşaqların bir problemi də ulduz xəstəliyinə tutulmalarıdır. Hansı gənc, yeniyetmə futbolçunu bir az təriflədin, adı qulağına dəydi o dəqiqə yolunu azır. Bu problemin kökünü və həlli yolunu nədə görürsünüz?


- Sizə bir misal çəkim. Bir dəfə bir valideyn gəldi yanıma şikayət elədi ki, Musa müəllim, bizim uşağa nə olub görəsən, əvvəl yaxşı oynayırdı, günü-gündən artırırdı, indi çox geriləyib. Soruşdum ki, bu yaxınlarda maşın alıb altına qoydun? Cavab verir ki, hə. Dedim uşağın neçə yaşı var, qayıtdı ki, 18. Dedim sən 18 yaşında uşağın altına maşın alıb qoyanda əlbəttə futbol onun yadından çıxacaq. Çünki dünənə kimi, maşınsız, kasıb uşaqlarla oturub dururdu, fikri futbolda idi. Amma maşın alandan sonra artıq əvvəlki dostlarını bəyənməyəck və imkanlı, maşınlı dostlar tapacaq. Elə uşaqların da hansı həyat tərzi sürdüyünü gözəl bilirsiniz. 


- Yəni, valideynin də günahı az deyil...


- Birbaşa valideynin günahıdır. Çünki uşağın formalaşmasında valideynin böyük rolu var. Valideyndi, məktəbdi, futbol məktəbidir, bunlar hamısı vəhdət olmalıdır. Uşaq tərbiyəli, savadlı olanda onunla işləmək də asan olur. Təəssüf ki, indi bizə gələn “materiallar” çox vaxt lazımı səviyyədə olmur.


- Uşaq futbolunun ən böyük bəlalarından biri də süni meydançalardı. Yeri gəlmişkən, elə sizdə də süni örtüklü meydançadır.


- Yox, niyə ki, biz çox vaxt məşqlərimizi, oyunlarımızı Mehdi Hüseynzadə adına stadionda keçirik. Oranın ot örtüyü isə təbiidir. Bilirsiniz, süni örtük də lazımdır. Mən bu tip meydançaların tamamilə silinməsinin tərəfdarı deyiləm. Payız-qış aylarında süni meydança lazımdır. Rusiya da bundan istifadə edir, Türkiyə də Skandinaviya ölkələri də. Bizim kimi, komandalar üçün xüsusilə lazımdır. Çünki bizim bir meydançamız var. O təbii olsa və bütün akademiya orda həm məşq edib həm oyun keçirsə, o zaman bir az yağış yağan kimi sıradan çıxacaq. Bəli, süni örtük futbolçuların sağlamlığı üçün zərərlidir. Amma uşağın topla ilkin təmasının, rəftarının təkminləşdirilməsi baxımından süni örtük daha uyğundur. Belə götürəndə uşaq yaşlarından uşağın topa daha yaxşı uyğunlaşması üçün taxta pul daha münasibdi. Çünki düz olur, hamar olur. Mən də çox istəyərəm ki, bizim də 4-5 təbii örtüklü meydançamız olsun və bütün məşqlərimizi orada keçək. 


- Sizcə, yaxın illərdə Sumqayıt futbolu əvvəlki nüfuzunu qaytara biləcək?


- Mən buna çox inanıram. Çünki bayaq da dediyim kimi, ildən-ilə irəliləyiş var. Məsələn, əvvəlki illərdə Bakı komandaları ilə oynamaq çətin idi. “Qəbələ” ilə ayaqlaşmaq, ümumiyyətlə, mümkün deyildi. Lakin bu gün biz “Qəbələ” sindromu”nu sındırmışıq. Ötən gün U-14 komandamız onlara qalib gəldi. 

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir

 

* Xəbərə şərh yoxdur

Adınız
E-mail adresiniz
Şərhiniz
"Şəfalı matç" sənədli filmi yayımlandı - TAM VİDEO
2017-03-13  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Amal Abuşov
Axı niyə yox idiniz, cənablar?
2017-02-20  // 7 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Mil Muğan" Ramin Musayevdən alınır? - ÖZƏL!
Rəşad Sadıqov Qurban Qurbanovdan xahiş etdi: yerimə müdafiəçi tapın
"Ağdaş"ın məşqçisindən şok açıqlama: "Dedilər sponsorluq edirik, amma bəzi oyunları kontora oynayacağıq"
"Şərurspor" və "Rəvan" oyunları necə qumara qoyub? - Tükürpədici faktlar
I Divizionda daha bir baş məşqçi istefası!
"Şəmkir"in sabiq futbolçusu bazarda paltar satır - ÖZƏL!
Sumqayıt Olimpiya Kompleksində növbəti özbaşınalıq: bu dəfə voleybol komandası kompleksdən çıxarıldı
"Qarabağ"ın yeni tərcüməçisi: "Xəzər Lənkəran"ın bərpası üçün işıq ucu görmürəm" - MÜSAHİBƏ
Qırğızıstan klubu azərbaycanlı qapıçı ilə müqavilə bağladı
Mahmud Qurbanov "İnter"də?

Xəbər Lenti
23 Mart 2017
23:30 Kamran Ağayev məşqlərə başladı
21:00 Rüfət Dadaşov dubl etdi, komandası məğlubiyyətdən xilas oldu
20:00 Millimizin Almaniya ilə oyuna hazırlığı davam edir - FOTOLAR
19:30 "Ağsu" - "Turan Tovuz" 1:1 - VİDEO
19:00 Birinci Divizionda 22-ci turun oyun cədvəli bəlli oldu
18:44 Droqba ikinci liqa klubunda
18:22 Dieqo Simeone: “Real”ı heç vaxt çalışdırmaram”
18:00 Mahmud Qurbanov "İnter"də?
17:40 “Qaradağ Lökbatan” “Zaqatala” üzərində qələbəyə sevindi
17:20 "Energetik" - "Şahdağ" 1:0 VİDEO
17:00 Qırğızıstan klubu azərbaycanlı qapıçı ilə müqavilə bağladı
16:43 Almaniya yığmasında zədə epidemiyası davam edir - "Borussiya"nın üzvü sıradan çıxdı
16:20 "Mil-Muğan" - "Bakılı" 4:1 - VİDEO
16:00 Özil millimizlə oyunöncəsi tənqid edildi: "Bunu etməklə böyük futbolçu ola bilmərsən"
15:44 "Əlincə" "Həvəskarlar Kuboku"nun bürünc medallarını qazandı
15:21 MOİK - "Şəmkir" 0:0 - VİDEO
15:00 "Şərurspor" və "Rəvan" oyunları necə qumara qoyub? - Tükürpədici faktlar
14:44 Robert Prosineçki: "Uduzmasaq, bu, Azərbaycanda böyük sevincə səbəb olacaq"
14:22 AFFA-dan növbəti qəribə addım: Milli komandanın adını dəyişdirdilər
14:00 "Şəmkir"in sabiq futbolçusu bazarda paltar satır - ÖZƏL!
13:44 Dama üzrə "İdmanda kuboku" keçirildi
13:22 Günün matçları: hansı oyun, hansı kanalda? TV AFİŞA
13:00 "Ağdaş"ın məşqçisindən şok açıqlama: "Dedilər sponsorluq edirik, amma bəzi oyunları kontora oynayacağıq"
12:49 Runi "Mançester Yunayted"dən ayrılır
12:27 2018/19 mövsümü: 24 klub birbaşa ÇL-in qrup mərhələsində
12:00 I Divizionda daha bir baş məşqçi istefası!
11:47 Renat Dadaşov: "Hamı məndən Azərbaycan millisini seçməyimin səbəbini soruşur"
11:22 Almaniya - İngiltərə 1:0 - VİDEO
11:00 Azarkeşlər Almaniya ilə oyun üçün birləşdi
10:30 Fatih Terim: "Dünya çempionatına vəsiqə qazanacağımıza inanırıq"
10:00 "Qarabağ"ın futbolçusu İtaliyaya qarşı oynayacaq
02:18 Almaniya millisi Bakıya qələbə ilə gəlir
22 Mart 2017
20:30 Azərbaycan kuboku: Yarımfinal rəqəmlərin gözü ilə
20:00 Neymar oynamaq istədiyi çempionatın adını açıqladı
19:30 Tuğrul Erat: "Yenidən milliyə dəvət alacam"
19:00 Yığmamız Belarusla bərabərə qaldı
18:44 "Şəmkir" və "Turan Tovuz" xal itirdi, "Mil-Muğan"dan darmadağın
18:22 Azərbaycan kuboku: Yarımfinal matçlarının vaxtı açıqlandı
18:00 Yoahim Löv: “Onu itirdiyimiz üçün çox üzgünəm”
17:40 462 günlük seriya qırıldı
17:23 Bir oyunda 5 yubiley
17:00 Sumqayıt Olimpiya Kompleksində növbəti özbaşınalıq: bu dəfə voleybol komandası kompleksdən çıxarıldı
16:41 “Neftçi”nin futbolçusu millinin düşərgəsindən ayrıldı
16:20 Milli komandamız Qazaxıstanda təlim-məşq toplanışındadır
16:00 Almanlar Renat Dadaşov haqda: "Böyük qardaşının izi ilə gedir"
15:44 Arda Turan: "Arda Turan kimisi 100 ildə bir dəfə gəlir" MÜSAHİBƏ
15:22 Bizim xanım şərhçi Laura Vontorra barədə danışdı: "Matçı şərh edəndə soyunmayacaq"
14:22 Kamran Ağayev Almaniyaya qarşı oynaya biləcək?
14:00 "Qarabağ"ın yeni tərcüməçisi: "Xəzər Lənkəran"ın bərpası üçün işıq ucu görmürəm" - MÜSAHİBƏ
13:44 "Almanlara asan təslim olmayacağıq" - Millimizn üzvü
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.