Ucuz təyyarə biletləri

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Tarix:  01.12.16 14:12           Yazar:             Oxunub: 354 dəfə

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq. Rekord.az xəbər verir ki, Azərbaycan Qran Prisi Formula 1 Dünya Çempionatının yenə də 8-ci mərhələsində yer alıb. 


Yarış tarixinin bir həftə sonraya keçirilməsində əsas məqsəd ötən yay eyni tarixdə baş tutan 24 saatlıq Le Man yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır. Çempionat çərçivəsində növbəti ildə Qran Pri yarışları 20 ölkədə keçiriləcək. FİA-nın açıqladığı yarış təqvimində Qran Pri yarışlarının ardıcıllığı belədir: 


24-26 mart -Avstraliya (Melburn) 7-9 aprel - Çin (Şanxay) 14-16 aprel - Bəhreyn (Bəhreyn) 28-30 aprel - Rusiya (Soçi) 12-14 may - İspaniya (Barselona) 26-28 may - Monako (Monte Karlo) 9-11 iyun - Kanada (Monreal) 23-25 iyun - Azərbaycan (Bakı) 7-9 iyul - Avstriya (Spilberg) 14-16 iyul - Böyük Britaniya (Silverston) 28-30 iyul - Macarıstan (Budapeşt) 25-27 avqust - Belçika (Spa-Frankorçamp) 1-3 sentyabr - İtaliya (Monza) 15-17 sentyabr - Sinqapur (Sinqapur) 29 sentyabr - 1 oktyabr - Malayziya (Sepanq) 6-8 oktyabr - Yaponiya (Suzuka) 20-22 oktyabr - ABŞ (Ostin) 27-29 oktyabr - Meksika (Mexiko) 10-12 noyabr - Braziliya (San Paolo) 24-26 noyabr - BƏƏ (Abu Dabi) 


BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yarışın adının dəyişdirilməsinə aydınlıq gətirib: “Ötən il yarışın Avropa Qran Prisi adlandırılmasında əsas məqsəd bütün dünyanın diqqətini Azərbaycanın Avropanın bir parçası olduğuna və ölkə ictimaiyyətinin sahib olduğu Avropa dəyərlərinə cəlb etmək idi. Biz yarışı yüksək səviyyədə keçirməklə və göstərdiyimiz qonaqpərvərliklə buna böyük uğurla nail olduq.  


Bu il yarışın adının dəyişdirilməsi üçün FİA-ya müraciət etdik. Müraciətimiz qəbul olundu və artıq növbəti ildən etibarən Bakıda keçiriləcək Formula 1 yarışı Azərbaycan Qran Prisi adlanacaq. Bu qərarın qəbulundan çox məmnunuq və hesab edirik ki, bununla biz artıq ölkəmizin adını daha geniş ictimaiyyətə duyura biləcəyik və xüsusən də bundan sonra ölkəmizin adı hər yerdə Formula 1 ilə birgə hallanacaq.” 


Qeyd edək ki, 2 dekabr tarixindən etibarən gələn il Bakıda baş tutacaq növbəti Formula 1 yarışına biletlərin satışına başlanılacaq. İlk iki ay ərzində biletlər 30 %-dək endirimli qiymətlərlə təklif olunacaq və daha sonra satış tam qiymətlər üzrə davam edəcək. Əməliyyat şirkəti hamını bu böyük endirim kampaniyasından yararlanmağa çağırır. Ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: www.bakucitycircuit.com  

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Amal Abuşov
İki aktyorun teatrı
2017-08-08  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
AZAL-ın sabiq futbolçusu Arif Əsədovun yeni komandasında!
"Neftçi"nin yeni baş məşqçisi yerli olacaq: əcnəbiyə pul yoxdur
"Marca"dan Azərbaycana qarşı təxribat: “Qarabağ” tabe olmadığı ölkəni təmsil edir - FOTO
"Mil Muğan"nın yeni baş məşqçisi məlum oldu
Yevlaxda məşqçilər arasında yaşanan mübahisənin görüntüləri - VİDEO
Qəbələdə hakimlərin qabağını kəsdilər - FOTO
Aqil Məmmədov "Mil Muğan"dan ayrıldı
Prinsipiallıqdan doğulub, laqeydlikdən ölən komanda: “Qarabağ Xocalı” - YAZI
"Qəbələ" tək, "Zirə" 3 qolla qalib gəldi
Samir Nəsri Türkiyə klubunda

Xəbər Lenti
22 Avqust 2017
00:00 DÇ-də Azərbaycanı təmsil edəcək cüdoçularla görüş keçirildi
21 Avqust 2017
23:50 DÇ: İslam Abbasov da medal qazana bilmədi
22:30 “Səbail” rəqiblərini hansı stadionda qəbul edəcək?
22:00 "Qəbələ" "Dinamo"ya qalib gəldi
21:30 Tahir Gözəl "Qarabağ"ın sabiq məşqçisi ilə görüşdü
21:00 "Kəpəz" "Zirə"yə uduzdu, "Qəbələ" "Sumqayıt"a 9 qol vurdu
20:30 Nəsri rəsmən Türkiyə klubunda
20:00 "Qəbələ"dən 600-cü qol
19:40 MOİK-dən 5 qollu qələbə
19:21 “Səbail”də ayrılıq: Yeni transfer komandadan getdi
19:00 Rəşad Sadıqov üçün əlamətdar tur: Kapitan 300-ə çatdı
18:41 2012 gün öncə: 2012-ci ildə
18:21 “Neftçi” tarixinin ən uğursuz startı
18:00 AZAL-ın sabiq futbolçusu Arif Əsədovun yeni komandasında!
17:40 "Neftçi" Əhmədova tapşırıldı
17:21 Taypeydə daha bir cüdoçumuz medal qazandı
17:00 "Mil Muğan"nın yeni baş məşqçisi məlum oldu
16:40 "Arsenal" iki futbolçusunu icarəyə göndərdi
16:25 Premyer Liqa klubundan rekord transfer
16:00 Yevlaxda məşqçilər arasında yaşanan mübahisənin görüntüləri - VİDEO
15:22 Tahir Süleymanovdan növbəti açıqlama: "İctimaiyyəti aldadırlar"
15:20 Hümbətovun komandası "Vardar"la bacarmadı
15:00 "Marca"dan Azərbaycana qarşı təxribat: “Qarabağ” tabe olmadığı ölkəni təmsil edir - FOTO
14:41 Kaliniç "Milan"da
14:22 Kiçik rayonun futbol dərdi - YAZI
14:00 Aqil Məmmədov "Mil Muğan"dan ayrıldı
13:45 “Kopenhagen” - “Qarabağ” matçı ispanlara tapşırıldı
13:38 Cunayevdən gözlənilməz məğlubiyyət - VİDEO
13:21 İsrafilovun komandası mövsümə qələbə ilə başladı
13:08 "Neftçi"nin yeni baş məşqçisi yerli olacaq: əcnəbiyə pul yoxdur
13:04 İstefadan sonra Elxan Abdullayevin ilk açıqlaması
13:00 19 il əvvələ səyahət: "LKS Lodz" - Kəpəz" 4:1 - VİDEO
12:42 Yeniyetmələrin ölkə birinciliyi başa çatıb
12:11 Elxan Abdullayev istefa verdi!
12:00 Tellur Mütəllimov: "Ötən il belə deyildi" - MÜSAHİBƏ
11:40 DÇ-2017: ilk yarış günündə yunan-Roma güləşçiləri yarışır
11:21 Batutçularımızdan növbəti medal sevinci
11:00 Cavid Tağıyev "Sumqayıt"a tramplin kimi baxır: "Başqa klublardan təklif olsa, dəyərləndirəcəm" - MÜSAHİBƏ
10:30 Emin Mahmudov yenə lazım olmadı
09:50 Azərbaycan çempionatının mükafatçısı Türkiyə klubunda
00:10 "Qəbələ" - "Sumqayıt" 1:0 - FOTOLAR
20 Avqust 2017
23:45 Prinsipiallıqdan doğulub, laqeydlikdən ölən komanda: “Qarabağ Xocalı” - YAZI
23:30 "Kəpəz" - "Zirə" 0:3 - FOTOLAR
23:30 Cavid İmamverdiyev: "Ustalıq səviyyəsi sözünü dedi"
23:15 Roman Qriqorçuk hakimlikdən narazı qaldı
23:12 Samir Abasov yenə Xəyal Nəcəfovu hədəf aldı
23:05 Qəbələdə hakimlərin qabağını kəsdilər - FOTO
23:04 Dadaşov Bundesliqanın ilk turunda oynamadı
22:55 Şeydayev ehtiyatda qaldı, "Jilina" uduzdu
22:43 "Qəbələ" - "Sumqayıt" 1:0 - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.