Ucuz təyyarə biletləri

ŞOK: Mariana Vasilyeva Rioda gimnastları döyüb, polis onu şöbəyə aparıb!

Tarix:  01.12.16 17:12           Yazar:             Oxunub: 1462 dəfə

Nurcahan Əsgərova: “İstəyirəm ki, balalarımız bu vəhşi faşistin əlindən qurtulsun”

 

Gimnastikamızın “qara ledi”si Mariana Vasilyevanın bu sahədə etdiyi özbaşınalıqlarını diqqətinizə çatdırmaqda davam edirik. Bu xəmirin çox su aparacağı dəqiqdi. Hər dəfə araşdırmamız daha biabırçı faktların üstünü açır. Bu yerdə müstəqilliyini qoruyub saxlayan, yığmanın baş məşqçisindən çəkinməyən mütəxəssislərə alqış düşür. Axı onlar bu yola işıq salır. Ötən sayımızda “Spartak”ın məşqçisi Nurlana Əlizadənin fikirlərini diqqətinizə çatdırmışdıq. Bu dəfə “Neftçi”nin bədii gimnastika üzrə baş məşqçisi Nurcahan Əsgərova ürəyini qəzetimizə boşaltdı: 

- Mariana Vasilyevaya qədər Valentina Ukleina ümumi yığma üzrə baş məşqçi idi. O da yerli mütəxəssisdi. Natalya Nərimanova isə sırf qrup komandasını çalışdırırdı. Əslində yeri gələndə biz onunla rəqibik. O, “Spartak”da işləyir, mən isə “Neftçi”də. Amma haqqı deməkdən çəkinmirəm. Nərimanova həm insan kimi insan, həm də məşqçi kimi məşqçidi. Qızlarla çox yaxşı rəftar edirdi. Fərdi yanaşmayla psixoloji hazırlığı qaydasına salırdı, tənzimləyirdi. O, olmasaydı, qrup komandamız Pekin-2008-də 7-ci yeri tuta bilməyəcəkdi. Mariana isə əsəbləri yerində olmayan birisidi. Siz onunla oturub söhbət etsəz, psixoloji durumunu görə bilərsiz. Biz nazirlikdə də görüşlər keçirmişik. Görmüşük ki, heç kimin Vasilyevadan xoşu gəlmir. Amma deyirlər ki, biz bu işə müdaxilə edə bilmərik. Çünki Gimnastika Federasiyasına Mehriban Əliyeva rəhbərlik edir. Biz niyə öz haqqımızı tələb edə bilmirik? Axı bizim uşaqlar şikəst olur. Yalnız bir dəfə - 2008-də qrup komandamız Olimpiadada iştirak edib. Yerli mütəxəssis bu lisenziyanı qazanıbsa, niyə əcnəbi məşqçiyə üz tutulur? Əcnəbi iki Olimpiadadı ki, qrup komandasına lisenziya qazandıra bilmir. Bu, biabırçılıq deyilmi? Halbuki indiki 5 idmançıdan 4-ü legionerdi. 
- Vasilyeva Pekinə köməkçi-məşqçi kimi yollanmışdı?
- Bəli. Gördü ki, Azərbaycanın pulu çoxdu, özünə burda yer elədi. Olimpiadadan sonra baş məşqçi təyin olundu. Əvvəllər bizimlə münasibətləri çox yaxşı idi. Yerli məşqçilərin də fikirlərini dinləyirdi. Bu “material”ı biz ona veririk. Əvvəllər hansısa qızı yığmaya götürəndə bizimlə məsləhətləşirdi. Sonradan əlaqəni kəsdi. Valideynlərlə iş görməyə başladı. Hətta bizimlə valideynin arasını vurmağa başladı. Vəziyyət o həddə çatdı ki, uşağın ixtiyarı yox idi bizə salam versin. Bunlar hamısı faktdı. Hər sözümə sübut gətirməyə hazıram. Mariana çalışırdı ki, məşqçiləri bir-birindən ayırsın, “Neftçi”ni “Spartak”la düşmən eləsin. İstəyirdi ki, aramızda birlik olmasın. Artıq birləşmək vaxtı çatıb. Mənim üçün baş məşqçinin kim olması önəmli deyil. Heç o vəzifəyə iddiam da yoxdu. 1996-98-ci illərdə 3 dəfə ölkə çempionu olmuşam. Amma o mənim adımı federasiyanın saytından sildirib. Baş katib Fərid Qayıbova zəng vurub, səbəbini soruşdum. “Sizə düşmən olsam belə ixtiyarınız yoxdu ki, adımı tarixdən siləsiz” dedim. Fərid bundan xəbəri olmadığını söylədi. Dedim ki, necə baş katibsən ki, sənin bu işlərdən xəbərin yoxdu. Sonradan mənə deyildi ki, rəhbərlik belə qərar verib. Rəhbərlik deyəndə bilmədim ki, vitse-prezident Altay Həsənovu nəzərdə tuturlar, ya başqa birisini. Onunla görüşmək istədim. Ona da icazə vermədilər. Adımın saytdan silinməsi səbəbsiz deyil. Çünki qorxurlar ki, Mehriban xanım saytı izləyər və deyər ki, bu Nurcahan hanı? Mariana elə ab-hava yaradır ki, guya Nurcahan, Nərgiz, Nurlana, Natalya işləmək istəmir. Vasilyeva bizi “müxalifət klublar” adlandırır. Hamımız bilirik ki, böyük idmanda zədə qaçılmazdı. Biz maksimum dərəcədə ehtiyatlı davranırıq ki, gimnastlar zədələnməsin. Amma qızlar yığmaya ayağını basdıqdan 2 ay sonra şikəst olur. Sonra da baş məşqçi deyir ki, klubdan zədəli gəlib. Axı sən bunu tam müayinə edib heyətə cəlb edirsən. 
- Vasilyeva yığmanın baş məşqçisi təyin olunan kimi öz sistemini tətbiq etməyə başladı?
- Yavaş-yavaş başladı. Əvvəllər hansısa gimnastı yığmaya götürəndə onun şəxsi məşqçisinin də zalda olmasına icazə verirdi. Sonra onu da kəsdi. Hamını təcrid etdi.
- Bura gələndə yerli gimnastlarla işləyəcəyini demişdi? Bu üzdən Dinara Gimatova, Anna Qurbanova və Aliyə Qarayevayla problem yaşayıb?
- O bura gələndə artıq Gimatova məşqçi idi, “Neftçi”də çalışırdı. Mariana Dinaranı özünə rəqib sayırdı. Yeri gəlmişkən, həm Gimatova, həm Qurbanova, həm də Qarayeva “Neftçi”nin idmançısı olub. Klub onların geyimi və başqa ehtiyacları üçün külli miqdarda vəsait xərcləyib. İndi onlar burda qalıb, uşaqları yetişdirə bilərdi. Amma biz onları qaçırdıq. Onların burdan uzaqlaşmasının səbəbkarı Mariana oldu. Ona qədər Rusiya yığmasıyla münasibətlərimiz çox yaxşı idi. Bu da Rusiyaya qarşı çıxdı. 2014-də Bakıda keçirilən Avropa çempionatında elə biabırçı hərəkətlər edirdi ki… Azarkeşlərə tapşırmışdı ki, rus gimnastlar çıxış edəndə fitə bassınlar. Gimnastikada tarix boyunca belə şey olmayıb. İnternetdə şərhlərdə bu haqda nələr yazıldığını kaş görəydiz. Avropa Oyunları zamanı lazer işığıyla Yana Kudravtsevanın gözünü deşirdilər ki, bəlkə əlindən aləti sala, aşağı bal ala. Məgər bu doğru addımdı? Bizimkilər aşağı bal alanda Vasilyeva hakimlərin qiymətiylə razılaşıb, protest verirdi. Hər protest isə 500 dollara başa gəlir. O elə fikirləşirdi ki, AÇ Bakıda keçirilirsə, deməli, yığma üzvləri hakimlərdən yüksək bal almalıdı. 
- Marina Durunda bolqar məşqçinin tapıntısıdı?
- Heç bilmədik ki, o bura necə gəldi. Durunda Olimpiadada 9-cu oldu. Kimə lazımdı onun bu yeri? Bizim ondan qat-qat istedadlı qızlarımız var idi. 9 ildi burda işləyən məşqçinin yetirməsi Olimpiadada 9-cu oldu. Budu sənin nəticən? Əslində Durunda bu pillədən də aşağıda yer almalıydı. Sadəcə, iki idmançı zədələnərək sıradan çıxdı.
- Vasilyevanın köməkçiləri kimlərdi?
- Bu məşqçilər arasında yerlilər də var, bolqarlar da. Gənc qızlardı. Hansı ki idmançı kimi heç bir nəticə əldə etməyiblər. Vasilyeva Bolqarıstanda it yerinə qoyulmayanları burda adam edib. Bizim mütəxəssislərə nə gəlib? Nə qədər millidə çalışmağa layiq məşqçilərimiz var. Bilirsiz o bizimlə niyə yola getmir? Çünki biz ona əyilmirik. Uşağı 5 yaşından böyüyənədək yetişdirmək çox çətindi. O bizim əziyyətimizi tapdalayırsa, Allah bunu ona bağışlamaz. Ali təhsili olmayanlar yığmada məşqçi işləyir.
- Ona federasiyada havadarlıq edənlər kimlərdi?
- Bu məsələdə federasiyanın adını çəkmək istəmirəm. Çünki onlar elə təsəvvür yaradır ki, guya biz Mehriban xanıma qarşıyıq. AGF prezidenti gimnastika üçün maksimum şərait yaradıb. O boyda arena tikdirib. Amma yerli məşqçilər bu gün zalsız qalıb. Bizim ixtiyarımız yoxdu ki, o arenaya ayağımızı basaq. Ancaq yarışdan yarışa gedə bilərik. Bu qədər camaatı niyə Mingəçevirə apardı? Bunu edirdinsə, ən azı otelin pulunu ödəyərdin də. Klubumuzda bir ailədən iki bacı var. Deməli, bu uşaqların hər gününə görə otelə 120 manat, üstəlik, anasının qalmaq xərci ödənilməlidi. Hələ yarışda iştirak üçün də hər gimnast üçün 100 manat tələb olunur. Bu isə 600-700 manata başa gəlir. Heç olmasa, uşağa layiqincə qiymət versələr, yenə xərci gözdən çıxarıb yarışa gedərsən. Amma görürsən ki, uşağa 6 bal qiymət verilir. Vallah, camaat bizə gülür. Belə çıxır ki, uşaq, sadəcə, xalçada dövrə vuraraq çıxışını yekunlaşdırıb. Əcnəbi mütəxəssislər çempionatımızdakı nəticələrə baxıb gülür. Mariananın yazılmamış qanunları var. Apreldən hər gimnastın yarışda çıxışı üçün 100 manat lisenziya pulu istənilir. Yanvarda isə məşqçilər seminara qatılmalıdı və 250 manat ödəməlidi. Əks halda, yarışlara məşqçi kimi qatıla bilməz. Artıq bununla bağlı bütün klublara bildiriş göndərilib. Bu hansı qanuna uyğundu?
- Federasiyalar hər 4 ildən bir seçki-hesabat konfransı keçirməlidi. AGF-də sonuncu dəfə nə vaxt belə tədbir baş tutub? Ümumiyyətlə, hər Olimpiadanın yekununda sonra hesabat xarakterli iclas baş tuturmu?
- Bizdə belə iclaslar keçirilmir. İl ərzində 4 ölkədaxili yarışımız olmalıdı. Bunları da birləşdirib 2 turnir ediblər. Bəs yarış olmasa, idmançı harda püxtələşsin? İdmançını saxlamaq da olmur. Şəxsən mən bu gün zal problemi yaşayıram. Yetirmələrim tataminin üzərində məşq edir. 100 manat lisenziya məsələsi ortaya çıxandan “Neftçi” 2 yarışı buraxıb. Qarşıdan gələn turnirdə də bu səbəbdən iştirak etməyəcəyik. İmkanı olan valideynlər də bilərəkdən imtina edir. Deyir ki, idmana qayğı olan ölkədə niyə qızım yarışda iştirak üçün 100 manat verməlidi? 
- Sizin yığmada zədələn, haqsızlıqla üzləşən yetirməniz olub?
- Olub. Aynur Mustafayeva qrup komandasında çıxış edib. Ancaq saytda onun birinci məşqçisi kimi mənim adım yox, bolqar Meyliya Basrievanın adı yazılıb. Meyliyanı Özbəkistanda qızlardan birinə şillə vurduğu üçün həmin ölkənin prezidentinin qızı qovmuşdu. Mariana bütün yaxınlarını bura gətirib. Masajist də, xoreoqraf da bolqardı.
- “Ocaq Sport” Vasilyevanın klubudu?
- Bunu deyə bilmərəm. Amma onu bilirəm ki, hansısa idmançı “Spartak”dan, “Neftçi”dən, “Sərhədçi”dən, DİN-dən çıxırsa, ora gedir. Çünki orda bütün imkanlar yaradılıb. Mariana qızlara deyir ki, yığmada yer almaq istəyirsizsə, “Ocaq Sport”a keçməlisiz. Axı başqa klubları da kimsə təmsil etməlidi. Vəziyyət o həddə çatıb ki, bütün yarışlarda yerləri “Ocaq Sport” tutur.
- “Neftçi”nin yarışları boykot etməsi nə qədər davam edəcək?
- Mən çox istərdim ki, qızlarımız turnirlərdə çıxış etsin. Gimnastlar yarışa qatılmaq üçün çalışır. Nə qədər ancaq məşq etmək olar? Yalnız maliyyə məsələsinə görə yarışlara qatıla bilmirik. Onsuz da avadanlıqların qiyməti bahadı. Bu tərəfdən də əlavə xərc çıxarıblar. Mayda Gənclər və İdman Nazirliyinə şikayət etdik. Bu məsələni araşdıracaqlarını dedilər. Ancaq bir qisim valideyn pul ödəmişdi deyə bu məsələ həll olunmadı. Hələ üstəlik, yarışlara girişi də pullu ediblər. Ölkədaxili turniri izləmək üçün 3-5 manatlıq bilet almalısan. Onsuz da gimnastika ölkəmizdə populyar növlərdən sayılmır. İmkan ver, adamlar gəlib yarışa pulsuz baxsın.
- Əldə etdiyimiz məlumata görə, Mariana Vasilyeva apreldə Rioda lisenziya turnirində yaxşı çıxış etmədikləri üçün qızları söyüb-döyməyə başlayıb. Bunu görən Braziliya polisi onun qoluna qandal vuraraq şöbəyə aparıb. Bu hadisə haqda ətraflı məlumatınız var?
- Bunu mən də eşitmişəm. Bütün dünya bundan danışır. Od olmayan yerdən tüstü çıxmaz. Sonuncu lisenziya yarışıydı. Komanda Olimpiadaya vəsiqə əldə etmədiyi üçün düşüb qızların üstünə. Bayaq dediyim kimi, o, əsəb xəstəsidi. Xəstə adam harda olsa, özünü büruzə verəcək. Ola bilər, hansısa idmançı alətini əlindən buraxıb, bu da belə davranıb. Polisə aparıblar. Eşitdiyimə görə, Fərid Qayıbov onu şöbədən çıxartdırıb. Bu, ölkə adına biabırçılıqdı. Belə zərif idman növündə çalışan məşqçinin bu davranışı ağlasığmazdı. Sadəcə, əlimizdə sübut yoxdu. 
- Qızı Siyana Vasilyeva da qrup komandamızdadı. Perspektivli gimnastdı?
- O bura yeni gələndə məşqçilər deyirdi ki, Mariananın qızının qətiyyən potensialı yoxdu. Sadəcə, bir az artistliyi var. Vəssalam. Qrup komandasında kimsə zəif olursa, məcburən mürəkkəb elementlərdən imtina etməlisən. 
- Müsahibəyə görə təşəkkür edirəm. Son olaraq demək istədiyiniz sözlər var?
- Bir ağır atletimiz (Nicat Rəhimov) bolqar məşqçiyə (Zlatan Vanev) görə ölkəmizdən getdi. Qazaxıstan adından olimpiya çempionu oldu. Həmin bolqarı rədd elədilər. Bu bolqar da gimnastikada uşaqlarımızı məhv edir. Bunu niyə rədd etmirlər? Təkcə uşaqları vəhşicəsinə üzündən sillə vuraraq döydüyü üçün Vasilyevaya cinayət işi açılmalıdı. Zalda kameralar quraşdırılandan sonra uşaqları paltardəyişmə otağında döyürlər. Məhz bu uşaqların əksəriyyəti fiziki zorakılığa dözməyib idmandan uzaqlaşıb. Mən istəyirəm ki, balalarımız bu vəhşi faşistin əlindən qurtulsun. Xahiş edirəm, sözlərimi belə də yazın. O, məşqçilərə də hədə-qorxu gəlir. Marina Durundaya əlini də vurmur. Amma bizim uşaqları elə döyür ki. Sadəcə, həmin gimnastlar qorxularından mətbuata danışmaq istəmir. 

 

Sərxan Musalı, "Futbol+" qzəeti

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Neftçi”nin ən böyük itkisi
2017-04-06  // 2 Şərh
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Elxan Abdullayevlə yola getmir, "Neftçi"dən ayrılmaq istəyir: "Qəbələ"yə keçə bilər
"Səbail" "İnter"in 3 futbolçusuna göz dikib
I Divizionun mərkəzi oyunu canlı yayımlanacaq!
Elvin Yunuszadə "Neftçi"yə qayıdır?
Reynaldo "Neftçi"nin hədəfində!
"Turan Tovuz"a sponsor tapılması yalandı?
"Sumqayıt" Avropa Liqası üçün bank təminatı aldı
Denis Silva "Zirə" ilə danışıqlara başladı
"Zaqatala" baş məşqçisini istefaya göndərdi
Kamerun millisi rəqib istədi, AFFA "Sumqayıt"ı nişan verdi

Xəbər Lenti
23 Aprel 2017
17:50 Zirədə ikinci qol, "Qarabağ"la "Kəpəz" öndə - YENİLƏNİR
17:30 Heydərov Avropanın "Ən yaxşı gənc cüdoçu" mükafatına layiq görüldü
17:00 Millimizin forvardı üçün biabırçı məğlubiyyət
15:30 "Qəbələ" "Gent"ə qalib gəldi - VİDEO
14:30  Cəfərov yenə ehtiyatda qaldı
14:00 "Dedim "məni qovacaqlar", uşaqlar güldülər..." - VİDEO
13:30 "Göyəzən" - "Mil-Muğan" 3:7 - VİDEO
13:00 Reynaldo "Neftçi"nin hədəfində!
12:30 "Energetik" - "Bakılı" 1:1 - VİDEO
12:00 AFFA "Zaqatala" ilə bağlı qərar verməyə tələsmir
11:30 "Ağsu" - "Zaqatala" 4:0 - VİDEO
11:00 "Qarabağ" - "Sumqayıt" matçına necə canlı baxmaq olar?
01:25 İngiltərə Premyer Liqasında 33-cü tur start götürdü
22 Aprel 2017
23:00 "Qəbələ" Danimarka klubunu məğlub etdi
22:40 Eddi İsrafilov oynamadı, "Kadis" yenə xal itirdi
22:22 Pavel Elyanov ardıcıl ikinci qələbəni qazandı
22:00 Uesli So Maykl Adamsla heç-heçədən danışdı
21:41 Veselin Topalov: "Barışıq barədə düşünmürəm"
21:20 Karyakin: "Karlsen "Real"a azarkeşlik edirsə, mən "Barsa"ya dəstək olacam"
21:00 Nağıyev oynadı, "Dnepr" qalib gəldi
20:36 Elxan Məmmədov Avropa çempionudur! - VİDEO
20:00 Erat oynadı, "Duysburq" qalib gəldi
19:30 “Qəbələ” xal itirdi, lider dəyişdi
19:00 "Sumqayıt" Avropa Liqası üçün bank təminatı aldı
18:30 Dmitri Nazarovun qolu komandasını məğlubiyyətdən xilas etdi
18:00 Robert Prosineçki: "Təəssüf ki, seçim imkanımız böyük deyil" - MÜSAHİBƏ
17:45 Məmmədyarov Karyakinlə heç-heçəni şərh etdi
17:22 "Duqopolye" Cəfərovsuz yenə xal itirdi
17:05 "Zaqatala" baş məşqçisini istefaya göndərdi
16:44 Avropa Liqasında oyunların vaxtı açıqlandı
16:42 "Şahdağ" - "Turan Tovuz" 1:1 - VİDEO
16:22 Millimiz UEFA turnirində 2-ci oldu
16:00 Rövnəq Abdullayev: "I divizion klublarından lisenziya alan olsa, AZAL aşağı dəstəyə düşəcək"
15:41 “Qəbələ” “Panatinaikos” da bacarmadı
15:21 Ziya Əzizov Hollandiyada növbəti matçını keçirdi
15:00 Denis Silva "Zirə" ilə danışıqlara başladı
14:44 AZAL-da 2 ciddi itki
14:22 Günün matçları: hansı oyun, hansı kanalda? TV AFİŞA
14:01 Gənc millimiz beynəlxalq turnirin qalibi olub
14:00 AFFA-dan AZAL-a "yaşıl işıq": bank zəmanətini gətir, Premyer Liqada qal
13:44 Mourinyo İbrahimoviçdən danışdı: “Vəziyyəti olduqca pisdir”
13:22 Çempionlar Liqasında yarımfinalın keçirilmə vaxtları açıqlandı
13:00 FİFA referisinə yaraşmayan 3 kobud səhv - YAZI + VİDEO
12:44 Kubokun finalından öncə Röya
12:22 Prosineçki təkzib etdi, agenti təsdiqlədi
12:00 Qriqorçuk "Qəbələ"də nə qədər qazanır?
11:30 UEFA "Beşiktaş" və "Trabzonspor"la bağlı qərarını açıqladı
11:00 Elvin Yunuszadə "Neftçi"yə qayıdır?
10:30 Şəhriyar qələbə, Teymur məğlubiyyətlə başladı
10:00 "Qaradağ Lökbatan" - MOİK 3:0 - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.