Ucuz təyyarə biletləri

Xəqani Məmmədovun "sandığı”

Tarix:  02.12.16 12:12           Yazar:  Amal Abuşov           Oxunub: 966 dəfə

Xəqani Məmmədovu xeyli vaxt idi ki, görə bilmirdim. Stadionlarda yolumuz kəsişmir, efirdən də uzaq düşüb. Bu aralarda bir dəfə televiziyaya çıxıbmış, amma əvvəlcədən məlumatlı olmadığımdan mavi ekrandan onu izləyə, səsini eşidib, üzünü görə bilməmişdim. Bu dəfə şansımı qaçırmadım...


İllərin ağırlığı ondan da yan keçməyib. Yaşının üstünə yaş gəldiyi dən düşmüş saçlarından, qırışları çoxalmış üz cizgilərindən bəllidi. Ciddiyəti də artıb, xeyli qətiyyətli və səbrli görünür. Dəyişməyən çox vacib bir məqam var. 1-2 il yox, lap elə 10 il keçsə də, bu xüsusiyyətinin onu tərk etməyəcəyinə şübhəm yoxdu. Dünənki verlişi izləyənlərin əksəriyyətinin də bu qənatə gəldiyinə əminəm. 


Söhbətin onun inadkarlığından, ustalıqla etdiyi manevrlərdən, çətinə düşəndə “görməmişəm, eşitməmişəm, bilmirəm” deməyindən getdiyini anladınız. Sizin də yadınızdadı, Ramil Diniyevin “Rəvan” – “Xəzər Lənkəran” oyununda uydurduğu penaltiyə əvvəl haqq qazandırmış, sonra da hakimin kobud səhvə yol verdiyini demişdi. Özünün də bu uydurma penalti qərarıyla bağlı qısa müddətdə fikir dəyişməsinə verdiyi izahı çox maraqlı idi: “Oyundan dərhal sonra epizoda telefondan baxdım, ekran kiçik olduğuna görə yaxşı görə bilməmişəm”... Vəssalam. Yay gəldi, yonca bitdi, həmin o uydurma penalti də unuduldu. Yeni mövsümün ilk turunda Ramil Diniyev işinin başında idi. 


Dünən axşam “Qəbələ” rəsmilərinin İntizam Komitəsinin verdiyi qərarlarla bağlı ona ünvanladığı suala verdiyi cavab da özünəməxsus  oldu: “Xəbərim yoxdu”! Təsəvvür edirsiz? AFFA Hakimlər Komitəsinin sədri İntizam Komitəsinin çıxardığı qərarlarla, verdiyi cəzalarla maraqlanmır. İnandırıcıdımı? İntizam Komitəsinin qərarları bütün idman saytlarında, qəzetlərdə dərc olunub, radio və televiziyadan səsləndirilib. Heçmi eşitməyib, bir dənəsini belə oxumayıbmı? Şəxsən mən inanmıram!


İnsafən, adam formadadı. Meydana çıxıb, fit çalmağa, oyun idarə etməyə hazır olmasa da, istənilən klubun rəsmisiylə üz-üzə dayanmağa, ittihamlara sinə gərib vəziyyətdən çıxmağa bacarığı, tükənməz enerjisi var. Dəyərli Elnur Məmmədlinin ilk sualına verdiyi cavabda “Qarabağ”la “Qəbələ”nin qarşılaşmasını tərifləməsi, bu oyunun Premyer-Liqanın bəzəyi olmasını deməsi çox incə manevr idi.


Gərginlik azaldı, diqqətlər yayındı və Məmmədov başladı. Özü də, nə başladı... Dedi ki, təkcə bu mövsüm “Qəbələ” 3 oyunda hakimlərin yanlış qərarlarıyla qələbə qazanıb. Yəni, məni çox da divara qısnamayın, “açaram sandığı, tökərəm pambığı”. O “sandıq”da nələr yoxdu, nələr?! Yalan olmasın, ölkə futboluna gəlmiş-getmiş hər klubun, hər funksionerin ayrıca dosyesi var. Hamısını açan olsa, daha böyük qalmaqal qopar, söz söhbət 2 gün nədi, 2 ay da səngiməz. “Sandığa” işarə vurandan sonra gerisi asan idi. 


Cənab Məmmədov bu cür başladığı döyüşlərdən qalib çıxmağı yaxşı bacarır. 


O “sandıq”dan muğayət olun, Xəqani bəy. Hələ çox lazım olacaq!

Şərhlər
sevgifaciesiroman
Oxuyun bunu Qəbələlilər!Üç oyunda yanlış qələbə qazanırsınız,amma nazir komandası olduğunuzçün heç kim buna bir kəlmə söz demir.Aç ay Xəqani müəlim,aç sandığı və bu məmur komandasının pıxırların tök ortalığa.Ərköyün Qəbələ rəhbərliyi və azarkeşlərinin iç üzün aç ortalığa qoy!Bu sözləri deməklə çox sirlərə eyham vurdun bu nazir komandasıyla bağlı!
dr.Agaoglu
Xeqani muellim ele dusunur ki,onun sandiq emelleri unudulub.Lakin statistik yaddasi yaxsidir bilir ki,Fedarasiyada hamminin bu ve diger derecede el isitmeleri var.Ona gorede isine gore rahatdir.Yeni hammi haqqinda KQB sayagikompramatlar sandiga toplanib.Tikinti iscisi Rovnaq ve onun ucaskovi Ramili onlarinda ora popladigi Xeqanikimiler sinfi getmese Azerbaycan futbolunda saxtakarliq ve onun terifinden basqa hecne olmayacaq.EL isitme qalmaq serti ile.
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 14 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 201 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Neftçi"nin əleyhinə səhv edən hakim ili bitirdi - ÖZƏL!
De Souza, Rəşad və “Qarabağ” haqqında
"CBC Sport"a üz çevirən ikinci məşqçi
Kanibolotski "Qarabağ"dan ayrılmaq istəyir: Ukraynadan təklif var - ÖZƏL!
Nizami Hacıyevin "Neftçi"yə keçidində problem yarandı
Şenol Güneş Bakıya niyə gəlib?
Vilian penalti epizodu haqda nə dedi?
"Neftçi"də forma geyinən balaca italiyan kimdir?
AFFA-nın işi daşa dirənib: icra başçıları kömək etmək istəmir
Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?" - VİDEO - YENİLƏNİB

Xəbər Lenti
24 Noyabr 2017
23:30 “Kəpəz”lə “Qəbələ”nin 18-ci dueli
23:00 “Qarabağ” gerilədi - UEFA reytinqi
22:30 Avroliqada da turun ən yaxşısı bəlli oldu
22:00 "Sabah" - "Qaradağ Lökbatan" 0:2 - VİDEO
21:30 “Kəpəz” Yunis Hüseynovun debüt matçına itkilərlə çıxacaq
21:00 Messi “Qızıl buts” aldı, Ronaldoya çatdı
20:30 AFFA-nın Cocuq Mərcanlı ilə bağlı layihəsi təsdiq olundu
20:00 “Qarabağ”dan təşəkkür – Xoreoqrafiyaya görə
19:30 Bakı çempionatının son mükafatçıları da bəlli oldu
19:00 Filip Ozobiç: "Bunun üçün 5 il burda olmalıyam" - MÜSAHİBƏ
18:40 “Zirə”də azarkeşlərlə görüş keçirildi
18:21 ÇL-də turun ən yaxşısı bəlli oldu
18:00 "Qarabağ"ın futbolçusu Rumıniya klubunun hədəfində!
17:41 Yığmalarımızın rəqibləri müəyyənləşdi
17:21 Liderdən növbəti qələbə
17:00 Yunis Hüseynovun yeni köməkçisi nə vaxt məlum olacaq?
16:43 Premyer Liqada 13-cü tur: tarixə səyahət
16:40 Gənc güləşçilərimiz “Şəhidlər Kuboku” uğrunda yarışacaq
16:21 “Neftçi”nin “Keşlə” ilə ilk sınağı
16:00 “Kəpəz”in Gəncədə açıq məşqi olacaq
15:40 BOM-un şagirdləri millinin məşqini izlədi
15:21 Azərbaycan gerilədi
15:00 Nizami Hacıyevin "Neftçi"yə keçidində problem yarandı
15:00 Hücumçumuz yenə meydana çıxmadı, komandası uduzdu
14:41 13-cü turun hakim təyinatları açıqlandı
14:20 Mərkəzi oyun Fariz Yusifova tapşırıldı
14:00 "Keşlə" 3 aydır işıq pulu vermir
13:41 Avropa Liqasında turun ən yaxşısı adına namizədlər
13:20 ÇL-də turun ən yaxşısı adına 8 namizəd
13:00 Millət vəkili "Qarabağ"ın səhvlərindən danışdı
12:40 Paytaxt çempionatında ilk günün qalibləri müəyyənləşdi
12:22 Azərbaycan çempionatında ilk
12:00 "Qarabağ"ın qapısına 2 penalti təyin etmiş hakim təzyiqlərdən bezib tətilə çıxmaq istəyir
11:21 Marselo Byelsa qovuldu
11:15 Millimizin çıxış edəcəyi mundialın keçiriləcəyi şəhərlər bəlli olub
11:00 Xatirə İslam "Qarabağ"ın uduzduğu oyunda banket verdi - FOTO
10:30 Avroliqada bol qollu gecə - VİDEOLAR
10:00 Hər küçədən keçən gəlib hakim ola, azarkeşlərin hissiyyatı ilə oynaya bilər...
02:30 Avropa Liqası: "Arsenal" uduzdu, "Milan"dan darmadağın
23 Noyabr 2017
23:51 Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?" - VİDEO - YENİLƏNİB
22:00 "Roma" - "Qarabağ" matçını canlı izləmək istəyənlərin nəzərinə
20:30 “Araz” darmadağınla qalib gəldi
20:00 Yığmamız Türkiyəyə böyük hesabla məğlub oldu
19:30 Birinci Divizionda 11-ci turun hakim təyinatları
19:00 “Keşlə” “Neftçi”yə qalib gəldi
18:40 Ağacan Abiyev “Şərəf” ordeni ilə təltif olundu
18:21 Ukraynalı məşqçi Bakıya gəldi - danışıqlar üçün
17:45 Maksim Medvedev "Çelsi" ilə oyunun hakimliyini şərh etdi - VİDEO
17:22 Ndlovun və Geryenin "Çelsi" ilə oyundan sonrakı fikirləri - VİDEO
17:00 "Neftçi"də forma geyinən balaca italiyan kimdir?
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.