Ucuz təyyarə biletləri

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Tarix:  02.12.16 17:12           Yazar:             Oxunub: 280 dəfə

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq. Rekord.az xəbər verir ki, eyni zamanda biletləri 17 müxtəlif məntəqədən, o cümlədən Park Bulvar və Gənclik alış-veriş mərkəzlərində, ASAN xidmətin Bakı və Sumqayıt şöbələrində və paytaxtın bir sıra teatr və mədəniyyət mərkəzlərində yerləşən bilet satışı məntəqələrindən əldə etmək mümkün olacaq. 


Beynəlxalq Avtomobil Federasiyasının (FİA) elan etdiyi 2017 Formula 1 Dünya Çempionatının təqviminə görə, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışının keçirilmə tarixi 23-25 iyun 2017-ci il tarixlərinə təsadüf edir. Nəzərdə tutulan tarixin bir həftə sonraya keçirilməsində əsas məqsəd ötən Qran Prinin 24 saat davam edən Le Man yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır.  


Bundan başqa, Bakıda keçiriləcək Formula 1 yarışının rəsmi adı dəyişdirilərək təqvimdə Formula 1 Azərbaycan Qran Prisi kimi öz yerini alıb.


Əməliyyat şirkəti biletləri erkən alanlar üçün məhdud sayda 30%-dək endirimli 4 günlük biletlər təklif edir. Bu kampaniya 31 yanvar 2017-ci il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra biletlərin satışı əvvəlki endirimsiz qiymətlərlə aparılacaq. 


Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 22 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir.  


BŞH-nın icraçı direktoru Arif Rəhimov Formula 1 azarkeşlərini kampaniya çərçivəsində təqdim olunan böyük endirim fürsətindən yararlanmağa çağırır: “Fürsətdən istifadə edərək hamını 2017-ci ildə Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün indidən bilet alaraq bu möhtəşəm endirim kampaniyasından yararlanmağa dəvət edirəm. Ötən yay baş tutmuş yarış zamanı əldə etdiyimiz böyük uğur bizi əvvəlkindən daha böyük və daha yüksək səviyyədə Qran Pri yarışını keçirmək və Bakını Formula 1 təqvimində yer alan ən çox sevilən yarışlardan birinə çevirmək üçün  daha da böyük səylə çalışmağa ruhlandırdı. Növbəti iyun ayında Bakıda yarışı sizinlə birlikdə qeyd etməyi səbrsizliklə gözləyirik!” 


Yarışın rəsmi adının Formula 1 Azərbaycan Qran Prisinə dəyişdirilməsi ilə əlaqədar A.Rəhimov belə qeyd edib: “İlk yarışımıza Avropa Qran Prisi titulunu seçən zaman məqsədimiz  ölkəmizi Avropanın bir parçası kimi, bizim qran prini isə Avropa yarışı kimi təqdim etmək idi. Eyni zamanda sahib olduğumuz Avropa dəyərlərini və qonaqpərvərliyimizi bütün dünyaya nümayiş etdirmək istədik ki, arzu edən hər kəs ölkəmizə gəlib  burada istədiyi rahatlığı tapa bilsin. Ancaq indi,yarışın Formula 1 Azərbaycan Qran Prisi  adlandırılmasının tam vaxtıdır. Ötən yay keçirdiyimiz yarışdan sonra çox sayda Formula 1 azarkeşi cəmiyyətimizin sahib olduğu Avropa dəyərlərinin şahidi oldu. Biz hesab edirik ki, bundan sonra bütün dünya ictimaiyyətinin diqqətini yarışın məhz Azərbaycanda keçirildiyinə cəlb etməliyik və buna görə də yarışın bundan sonra ölkənin adı ilə adlandırılması ən müvafiq addımdır".


2017 Formula 1 Azərbaycan Qran Prisinə müxtəlif qiymətlərdə biletlər təqdim olunur. Bu biletlərə start və finişi yaxından izləmək imkanı verən Abşeron tribunası ilə yanaşı trek boyunca yerləşən, döngələrdə və sürətlənmə hissələrində yarışa tamaşa etmək imkanı verən müxtəlif tribunalar daxildir. 


Dörd günlük biletlərə əlavə olaraq, 2-15 yaş arasında olanlar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli biletləri təklif olunur ki, bu da yarışı ailəvi şəkildə izləmək istəyənlər üçün kampaniya çərçivəsində təklif olunan böyük fürsətlərdən biridir.  


Bununla yanaşı yarışı trekin müxtəlif yerlərində yerləşən ayaqüstü zona və platformalarda izləmək istəyənlərə Ayaqüstü Yerlər üçün bir günlük biletlər də təklif olunur.  


Dörd günlük endirimli biletlərin qiyməti 150 – 550 AZN, Ayaqüstü Yerlər üçün bir günlük biletlərin qiyməti isə 60 – 150 AZN arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.  


Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Dünyanın ən böyük avtomobil yarışı zamanı bolidlərin paytaxt Bakının gözoxşayan mərkəzi küçələrində yüksək sürətlə hərəkətini canlı müşahidə etmək istəyənlərə müraciəti çox sadədir: Endirim fürsətini qaçırmayın!

* Xəbərə şərh yoxdur

Adınız
E-mail adresiniz
Şərhiniz
"Şəfalı matç" sənədli filmi yayımlandı - TAM VİDEO
2017-03-13  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Amal Abuşov
Axı niyə yox idiniz, cənablar?
2017-02-20  // 7 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Azərbaycan yeni futbol komandası yaradıldı
"Ağdaş"ın məşqçisindən şok açıqlama: "Dedilər sponsorluq edirik, amma bəzi oyunları kontora oynayacağıq"
"Şərurspor" və "Rəvan" oyunları necə qumara qoyub? - Tükürpədici faktlar
"Şəmkir"in sabiq futbolçusu bazarda paltar satır - ÖZƏL!
Mahmud Qurbanov "İnter"də?
Qırğızıstan klubu azərbaycanlı qapıçı ilə müqavilə bağladı
"Şərurspor"un futbolçusu "Şəmkir"də
AFFA-dan növbəti qəribə addım: Milli komandanın adını dəyişdirdilər
Böyükağa Hacıyev: "Azərbaycanda futbol sönüb" - MÜSAHİBƏ
"Şəmkir" Qəhrəman Əliyevin borcunu vermir

Xəbər Lenti
25 Mart 2017
21:00 Nağıyevli "Dnepr"dən qələbə
20:30 Erat oynadı, "Duysburq" qalib gəldi
20:20 Robert Prosineçki: "Bu cür rəqibə qarşı oynamaqdan böyük motivasiya ola bilməz"
20:15 Rahid Əmirquliyev: "Özümüzü meydanda göstərməliyik"
20:10 Rəşad Sadıqov: "Danışmaq yox, meydanda əlimizdən gələni etmək lazımdı"
20:05 Prosineçki start heyətini açıqladı
20:00 Taekvondo Federasiyasında dan imtahanı keçirildi
19:44 Millimizin üzvü: "Almaniyanı məğlub etmək niyyətindəyik"
19:30 Azərbaycan - Almaniya matçına bütün biletlər satıldı!
19:22 “Qarabağ”ın bəyənmədiyi futbolçu Norveç klubunda
19:00 Berti Foqtsdan federasiyaya irad: "Həmin məğlubiyyətə görə AFFA mükafat ödəmək istəyirdi" - MÜSAHİBƏ
18:44 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
18:30 Sami Xedira: “Bakıya gəzməyə gəlməmişik”
18:22 Sərbəst güləşçilərimiz hazırlıqları Kislovodskda davam etdirir - VİDEO-FOTOLAR
18:00 Yoahim Löv: “Azərbaycan niyə də qrup ikincisi olmasın?”
17:44 Tomas Müller: “Azərbaycanla oyuna ciddi hazırlaşmışıq”
17:22 Şahin Diniyev: "Almaniya bizdən həm kağız üzərində, həm də meydanda güclüdü" - MÜSAHİBƏ
17:00 "Nuru Əliyev "Rəvan"ın başına gələnlərdən narahatdı və ümid edir ki..." - MÜSAHİBƏ
16:44 Günün matçları: hansı oyun, hansı kanalda? TV AFİŞA
16:22 Xorvatiya - Ukrayna matçında tək qol - VİDEO
16:00 AFFA Almaniya üzərindəki qələbəyə nə qədər mükafat qoyub?
15:44 Cenk Tosun Türkiyəyə qələbə qazandırdı - VİDEO
15:39 Almanlar sabahkı matçın start heyətləri təxminlərini açıqladı
15:22 Serbiyadan qələbə - VİDEO
15:00 "Zirə"nin oyunu qumara necə qoyuldu?
14:44 Rusiya öz meydanında uduzdu - VİDEO
14:22 İspaniyadan 4 qollu qələbə - VİDEO
14:00 Joze Mourinyo: “Mançester Yunayted”ə gələndən sonra azarkeşlər dəyişdi” - MÜSAHİBƏ
13:44 Britaniyalıların qarşıdurmasında heç-heçə - VİDEO
13:22 Almaniya ilə oyuna cəmi 835 bilet qalıb
13:00 ŞOK! AFFA Renat Dadaşova 1 milyon və Bakıda ev verib - FOTO!
12:44 Aqolli cəzalandı, İtaliya Albaniyanı üstələdi - VİDEO
12:22 Qvardioladan növbəti qadağa
12:00 "Şəmkir" futbolçuları yanvarı aldı, qaldı fevral
11:40 Millimiz AZAL-ı məğlub etdi
11:20 Navalovski və Kvekveskiri ilə 90 dəqiqə oynadı, Gürcüstan uduzdu - VİDEO
11:00 Almaniya millisi Bakıda - VİDEO
10:30 "Azərbaycan millisi güclü azarkeş dəstəyi altında qələbə qazanmağa çalışacaq"
10:00 “Almaniyanın nə adından qorxuruq, nə də “çəki”sindən” - VİDEO
04:15 Türkiyə, İtaliya və İspaniyadan qələbə
00:20 Millimiz Estoniya ilə heç-heçə etdi
24 Mart 2017
20:00 Akrobatika gimnastikası üzrə hakimlərimizin növbəti uğuru
19:30 Azərbaycan təmsilçilərinin hakimlik dərəcələri müəyyənləşdi
19:00 "Real"ın futbolçusu: "Azərbaycana səfər yorucu olacaq"
18:30 "Borussiya"nın futbolçusu millimizə qarşı oynamayacaq
18:00 Almaniya millisi Bakıya gəlir
17:30 I Divizion: Turun təyinatları açıqlandı
17:00 "Sumqayıt" itkilərlə başladı
16:44 Özil: “Azərbaycan bizə qarşı 200 faiz güc sərf edəcək”
16:20 Yığmamız Rusiyada qələbə qazandı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.