Ucuz təyyarə biletləri

Dünya liderliyinə gedən yol – Anjelika Kerber

Tarix:  03.12.16 14:12           Yazar:  Rekord.az           Oxunub: 346 dəfə

18 yanvar 1988-ci il Almaniyanın Bremen şəhərində anadan olan Kerberin tennis ilə ilk tanışlığı 3 yaşında olub.

 

Rekord.az xəbər verir ki, Kerber rəsmi olaraq WTA turnirlərində isə 2003-cü ildən çıxış etməyə başlayır.

 

TOP 100-ə Kerber yalnız 2007-ci il may ayının 14-ü daxil ola bilir. Bundan sonra isə Kerber TOP 50 tennisçilər sırasına daxil olmaq üçün 3 il gözləməli olur. Beləki, Anjelika TOP 50 tennisçilərin sırasına 2010-cu il iyul ayının 5-də açıqlanan reytinqdə daxil ola bilir. 

2011-ci ildə Anjelika karyerasının, o zaman ən böyük uğuruna nail olur. US Open yarımfinalı (gələcək çempion Samanta Stosura (Avstraliya) uduzur) onun zirvəyə doğru irəlləyişinin başlanğıcına çevrilir.

Artıq hər kəsin tanıdığı Kerber 2012-ci ildə Parisdə ilk WTAtitulunu qazanır. Finalda Kerber ev sahibi Marion Bartolidən üstün ola bilir. Elə həmin ildə Kerber Danimarkanın paytaxtdı Kopenhagendə də titulun sahibi olur. Finalda Kerber yenidən ev sahibi, bu səfər Karolin Voznyatskini məğlub edir. Həmin il oktyabr ayının 22-si açıqlanan reytinqdə Kerber artıq 5-ci pilləyə yüksəlir.
2013-14-cü illərdə yalnız bir titul qazana bilən Kerber (2013-cü il Linz turniri), 2015-ci ili 4 titulla yekunlaşdırır (Çarleston, Stuttgart, Birmingham, Stanford) və mövsümü 10-cu olaraq bitirir (2013 – 9 yer, 2014- 10 yer).

Karyerasında zirvəyə yüksəldiyi 2016-cı ildə isə Kerber möhtəşəm mübarizəsi ilə yadda qaldı. Beləki, mövsümə Brisbane turnirində başlayan Kerber, burada yalnız finalda məğlub olur (Viktoriya Azarenkaya (Belarusiya)). Artıq iki həftə sonra Anjelika ilk Böyük Dəbilqə titulunu qazanacağı Australian Open kortlarına çıxır.
 
İlk raundda yaponiyalı Misaki Doiyə məğlub olmağa çox yaxın olan Kerber (görüşün nəticəsi 6-7 (4/7) 7-6 (8/6) 6-3), ¼ finalda Azarenkanı, yarımfinalda Yohanna Kontanı (Böyük Britaniya), finalda isə Serena Uilliamsı (ABŞ) məğlub edə bilir.

Bu qələbə dünya idman mediasında geniş yer alır və artıq Kerber barəsində proqnozlar kütləvi şəkil halına gəlib çıxmışdır. Biriləri bunun təsadüfi, digərləri isə yeni tennis ulduzunun parlaması kimi şərh edirdi.

Avstraliyadan sonra Anjelika çıxış etdiyi Doha və İndian Wells turnirlərindən nəticəsiz ayrılır (hər iki turnirdə ilk görüşdə məğlub olur). Lakin növbəti Miami və Charleston turnirləri Kerber üçün uğurlu olur və hər ikisində o, yarımfinallara qədər yüksələ bilir.

Sarı torpaq üzərində çıxış etdiyi ilk turnirdən (Stuttgart) titulla ayrılan Kerber, Madrid, Rome və ən əsası mövsümün ikinci BD turniri Roland Garros’da mərhələ keçə bilmir.

Artıq tənqidçilər tərəfindən atəşə tutulan Kerber, Avstraliyadakı uğurunun təsadüf olmadığını sübüt edir. Kerber Uimbeldon turnirinin finalına yüksəlir, lakin burada Avstraliyada olduğu kimi Serena Uilliams ilə bacarmır (5-7 3-6).

Uimbeldondakı uğur Kerberin reytinq xallarının Serenaya yaxınlaşmasına səbəb olur və artıq Cincinnati turnirində Serenanı keçərək dünya lideri olmaq fürsətini əldə edir.

Olimpiya gümüş medalçısı (finalda Monika Puiqə (Puerto Riko) məğlub olur) kimi Cincinnati turnirinə qatılan Kerber dünya lideri olmaq üçün titulun sahibi olmalı idi. Lakin finalda Karolina Plişkovaya (Çexiya) uduzması dünya liderliyinin Serenada qalmasına səbəb olur.

Dünya liderliyi US Open’də gəlir. Taleh elə gətirir ki, Cincinnati’də dünya liderliyinə Kerberin yolunu kəsən Karolina Plişkova, bu səfər Kerberin dünya liderliyinə qaldırır. Plişkova US Open 2016 yarımfinalında Serena Uilliamsı məğlub edərək, Anjelikanın turnirdən sonra dünya liderliyinə yüksəlməsini təmin edir. Nəticədə, US Open titulu da məhz Kerberin aktivində qalır.

Kerber 2016-cı il sentyabrın 12-sində WTA reytinqində 1-ci yerə yüksəlir və bununla da Serenanın 3 illik hegemonluğuna son qoyur.

28 yaşlı Kerber dünya tennis tarixinə dünya liderliyinə ilk dəfə yüksələn ən yaşlı qadın tennisçisi kimi keçir. Həmçinin Anjelika Şteffi Qrafdan sonra dünya liderliyinə yüksələn ikinci alman və ümumi dünya liderliyinə yüksələn 22-ci qadın tennisçisi olur.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Coşqun Diniyev atasını "Neftçi" qarşısında necə pis edib?
Regional Liqada oynamaq üçün daha 3 komanda müraciət edib
Futbolçusuna maaş verməyə pul tapmır, amma Röyaya tapır
"Neftçi" Kərim Diniyevi istəyir?
Füzuli Cavadov: "Qurbandan xahiş etdim ki, Vaqifi hamının içində danlamasın" - MÜSAHİBƏ
Bezatosnı mövsümün sonunda "Qəbələ"dən gedir - ÖZƏL!
Mahir Mədətov: "Hamısı ispanca danışırdılar, başa düşmürdüm" - MÜSAHİBƏ
"Karvan"ın sabiq futbolçusu məşqçiliyə başlayır
"Qarabağ" - "Atletiko" matçında yenilik - FOTO
Antuan Qrizmann: "Qarabağ"dan belə oyun gözləmirdik"

Xəbər Lenti
20 Oktyabr 2017
20:00 UEFA "Roma"nı cəzalandıra bilər
19:55 “Səbail” “İnter” məğlubiyyətlə “gömdü”
19:42 Könüllülərə sertifikat təqdim olundu
19:30 Avroliqada da 3-cü turun ən yaxşı oyunçusu bəlli oldu
19:21 Premyer Liqa və divizion klublarının nümayəndələri AFFA-ya toplaşır
19:00 KB-75 – “Qəbələ” görüşü öncəsi çəki mərasimi və mətbuat konfransı keçirildi
18:42 "Neftçi" Gəncədə məşqə çıxdı
18:30 “Qaradağ Lökbatan”, “Binə” və “Turan Tovuz”dan qələbə
18:21 Çempionlar Liqasında 3-cü turun ən yaxşı oyunçusu bəlli oldu
18:00 "Qarabağ"da ciddi itki: bir ay oynamayacaq
17:56 Naxçıvanda məşqçilər və idmançılar üçün seminar keçirilib - FOTOLAR
17:41 “Qarabağ”ın rəqibini cəza gözləyir
17:22 Azərbaycan olimpiadadan kənarda qala bilər
17:00 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir
16:52 Avroliqada həftənin ən yaxşı futbolçusu adına 8 namizəd
16:29 Nizami Hacıyev "Səbail"ə qarşı oynayacaq?
16:06 Azərbaycan çempionu yenidən Çin klubunda
16:00 Azad Rəhimov: "Premyer Liqada klubların sayı 14-ə çatdırılmalıdır"
15:47 "İnter" "Keşlə" oldu - FOTOLAR
15:23 "Zenit"in sabiq baş məşqçisi: "Şeydayev Azərbaycanda itib-batacaq"
15:00 MOİK rəhbərliyi baş məşqçinin istefasını qəbul etmədi
14:40 Bakıda voleybol məşqçiləri üçün seminar keçiriləcək
14:21 Bakıda FİFA-nın sammiti keçiriləcək
14:00 İspaniyanın məşhur saytı "Qarabağ"ı erməni klubu kimi təqdim etdi - FOTO
13:41 Yığmamızın üzvləri AÇ-də bürünc medal qazandılar
13:20 Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu
13:00 AFFA Prosineçkini millidə saxlamaq istəyir: daha artıq maaş təklif olunacaq - ÖZƏL!
12:43 3-cü turun hakim təyinatları açıqlandı
12:21 Əvəzedicilərin yarışı: 9-cu turun hakim təyinatları
12:00 "İnter"in yeni formalarını Zaur Axundov özü alacaq - ÖZƏL!
11:41 Birinci Divizionda 4-cü turun hakimləri bilindi
11:20 Premyer Liqada 9-cu turun hakim təyinatları
11:00 "İnter"in başı yenidən bəlada: stadiondan çıxardırlar
10:30 Əliyar Ağayev Avroliqa matçında erməni futbolçunu cəzalandırdı
10:00 Futbolçusuna maaş verməyə pul tapmır, amma Röyaya tapır
02:57 Avropa Liqası: bugünkü bütün oyunların nəticələri
19 Oktyabr 2017
22:30 Hidayət Heydərov dünya çempionu oldu
21:30 Hüseyn İsmayılov DÇ-də bürünc medal qazandı
21:00 “Traktorsazi” uduzdu
20:43 “Sumqayıt”ın zədəlisi sıraya döndü
20:00 “Qarabağ”ın “Atletiko” ilə səfər matçını canlı izləmək istəyənlərin diqqətinə
19:16 Premyer Liqada 9-cu tur rəqəmlərin gözü ilə
19:00 Regional Liqada oynamaq üçün daha 3 komanda müraciət edib
18:42 “Kəpəz”in legionerinin zədəsi ciddidi
18:20 Rəşad Sadıqov ÇL-in rəmzi komandasında
18:00 "NTV Spor": Bakıda tarixi axşam
17:40 Çevik Polis Alayında cüdo zalının açılış mərasimi keçirilib
17:21 “Neftçi” “Kəpəz”lə oyuna hazırlığı davam etdirir - VİDEO
17:00 Bezatosnı mövsümün sonunda "Qəbələ"dən gedir - ÖZƏL!
16:46 “Qarabağ”ı “fərqləndirən” məqamlar
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.