Ucuz təyyarə biletləri

ŞOK: Mariana Vasilyeva iki il Lalə Yusifovanın maaşını mənimsəyib!

Tarix:  06.12.16 10:12           Yazar:  Rekord.az           Oxunub: 459 dəfə

Gimnastın atasına susması üçün rüşvət təklif olunub!


Artıq neçə gündü gimnastikadan yazırıq. Bədii gimnastika yığmamızın baş məşqçisi Mariana Vasilyevanın və ona "ləbbeyk” deyən bəzi federasiya rəsmilərinin qeyri-qanuni işləri, idmançılara zülm verməsi, valideynlərin övlad sevgisindən sui-istifadə etməsi haqda təfərrüatları üzə çıxarmaqda davam edirik. Bolqar mütəxəssislə bağlı başqa məqamları da aşkarlamışıq. Bunları da hər kəsin diqqətinə çatdıracağıq. Amma buna qədər Vasilyeva və köməkçilərin böyük perspektiv vəd edən gimnastlardan birini – Lalə Yusifovanı necə bu idman növündən uzaq saldığını biləcəksiz.


Əvvəlcə gimnastı bir qədər yaxından tanıyaq. 1996-cı il oktyabrın 16-da Bakıda dünyaya gəlib. 13 yaşından beynəlxalq yarışlarda çıxış edən Lalə ilk ciddi uğurunu 2010-da qazanıb. Yeniyetmələr arasında Avropa çempionatında topla hərəkətlərdə gümüş medal əldə edən Lalə bir il sonra yeniyetmələrdən ibarət qrup komandamızın tərkibində analoji yarışın "bürünc”ünü boynundan asıb. 2012-dən böyüklər arasında çıxış edən gimnast Olimpiadadan sonra Çexiyanın Brno şəhərində keçirilən "Qran-pri”də 2 elementlə "gümüş” qazanaraq diqqətləri üzərinə çəkib. Bundan sonra da bir neçə beynəlxalq yarışda fəxri kürsüyə qalxan yığma üzvü Marina Durunda "milliləşdirildikdən” sonra tədricən "ofsayda düşüb”.

 

2014-ün sentyabrın 3-də, başqa sözlə, hələ 18 yaşı tamam olmamış karyerasını bitirib. Erkən gediş səbəbsiz deyil. Atası Elçin Rzayevin (Lalə nənəsinin soyadını daşıyır) qızının başına gətirilənlər haqda dediyini oxuduqdan sonra Vasilyevaya və ətrafındakılara nifrətiniz birə-beş artacaq: "Laləni sıxışdırıb "Sərhədçi”də döyürdü. Qızımın bədəni, sifəti gömgöy idi. Mən də bunun səbəbini öyrənmək üçün ora getdim. Qızımı ordan götürdüm. Ertəsi gün məni Daxili İşlər Nazirliyinə (DİN) çağırdılar. Dedilər ki, sən Mariananı təhqir etmisən, səni tutacağıq. Mən də dedim ki, aşağıda jurnalistlər və qohumlarım var. Burdan çıxmasam, aləm bir-birinə dəyəcək. O zaman mənə rüşvət təklif etdilər. Mənimlə danışan şəxsin kim olduğunu bilmirəm. Əsəbi idim, çox şey yadımda qalmayıb. Onu bilirəm ki, bu məsələni şişirtməmək üçün mənə 300 dollar rüşvət təklif etdilər. Mənə dedilər ki, bu, Mehriban Əliyevanın federasiyası olduğu üçün etiraz eləmə. Onun adı gedir. Mən də qızımı yola gətirdim, dedim, qayıt məşqlərə. Lalə qorxduğunu söylədi. Bir təhər razı saldıq. Bir aydan sonra eyni şeylər təkrarlandı. Qızıma ağzına gələnləri deyirdilər. "Valideynlərin sənə heç nə verməyib” söyləyirdilər. Hətta Mariana "sən bizim qızıl yumurtlayan toyuğumuzsan” demişdi. Qızım yığmada olduğu müddətdə maaş üzü görmədi. Aylıq 400 manat əmək haqqı almalıydı. Amma 2 il ərzində pul almadı. Onun pulunu Mariana özünə götürürdü. Komanda hansısa yarışa gedəndə o biri qızlar "sutoçnı” kimi 1000 manat alırdısa, mənim qızıma cəmi 50-100 avro verirdilər. Hər şeydə səhv tutmağa çalışırdılar. 2012-14-cü illərdə qızıma belə əziyyət veriblər. Sağ ayağında diz qapağı zədəsi var idi. Heç kim də fikir vermirdi. Laləni xəstəxanaya apardım ki, vəziyyətini öyrənim. Məşqçi Natalya Bulanova həyat yoldaşıma zəng edib ki, niyə sənin ərin qızı həkimə aparır. Mən bu qızın atasıyam. Bilməliyəm nə var, nə yox. Bulanova aşağılayıcı sözlər deyib. Bunlar zədəni gizlətməyə çalışırdı. Diqqət sıfır səviyyəsində idi. Mariana qızımı həm fiziki, həm də mənəvi təzyiqlə söndürdü, onu gimnastikadan soyutdu. Nəticədə qızım məcbur olub 2014-də karyerasını bitirdi. Qızımı o vəziyyətə salıblar ki, indi Mariananın adı gələndə qorxur. Bu yaxında yoldaşım Vasilyevanın əleyhinə "feysbuk”da yazıb. Lalə də narahat olub ki, niyə elə yazırsan. Görün, qızın gözünü necə qorxudublar! Qızım 4-5 aydı bir az özünə gəlib. Əvvəl psixoloji baxımdan çox böyük problemləri var idi. Nə qədər həkimə pul tökdük. Məcbur olub, Binəqədidəki evimizi satıb Maştağaya köçdük. Lalənin cəmi 20 yaşı var. İndi də məşqlərə başlasa, böyük uğurlar qazana bilər. Karyerasını bitirdikdən sonra İspaniyadan dəvət gəldi. Orda 3 gün "master-klass” keçdi. Bir ay Estoniyada məşqçilik etdi. Hətta Amerika və Türkiyədən də onun xidmətində maraqlı olanlar var idi. Ancaq AGF-lə münasibətləri nəzərə alıb, sonradan fikirlərindən daşındılar.


Təkcə qızıma yox, başqa yerli gimnastlara qarşı da çox haqsızlıq ediblər. Sadəcə, gimnastlar, valideynlər, məşqçilər qorxularından səslərini çıxara bilmirlər. Aişə Mustafayevanı necə döymüşdülərsə, zaldan ayaqyalın qaçmışdı. Bir hadisədən də sonradan xəbər tutdum. Yığmanın məşqçiləri qızıma böhtan atıblarmış. Guya Lalə bakirə deyilmiş. Yoldaşım ginekoloqun yanına gedib, qızımı yoxlatdırıb, onun "təmiz” olmasıyla bağlı kağız aldıqdan sonra zala yollanaraq həmin kağızı Mariananın üzünə çırpmışdı. Onu da deyim ki, dəfələrlə Vasilyevadan baş katib Fərid Qayıbova da, AGF-nin beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyevə də şikayət etmişəm, heç bir xeyri olmayıb. Əminəm ki, baş verənlərdən federasiya prezidenti Mehriban Əliyevanın xəbəri yoxdu. Ona yolladığım məktubun da ünvana çatmasına imkan verməyiblər. İndi sizinlə danışdıqca daha da əsəbləşirəm. İmkan tapsam, redaksiyanıza gəlib, daha ətraflı müsahibə verəcəm”.
 
Sərxan Musalı / Futbol+

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 1 Şərh
Amal Abuşov
Biz UEFA-nı aldatmışıq
2017-04-27  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Samir Əliyevin yalanı: "Səbail" legioner transfer etdi!
"Kəpəz"ə "yox" deyib "Səbail"lə müqavilə bağladı!
"Sumqayıt"dan növbəti transfer!
Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
Bir vaxtlar "Qarabağ" və millidə oynayırdı indi "Mil Muğan"a keçir
"Neftçi"də boş qalmış bu posta yaxın duran yoxdur
"Qəbələ" daha bir legioneri göndərdi
"Trabzonspor" "Qəbələ"yə havayı futbolçu verir!
"Şüvəlan"ın rəhbərliyi təsdiqləndi
Hücumçumuz "Fənərbaxça"da

Xəbər Lenti
25 May 2017
21:08 "Şəmkir"in prezidentinə qarşı ŞOK İDDİA: oyunları qumara qoyurdu?
20:00 Yığmamız Almaniyaya quru hesabla məğlub oldu
19:00 Bir vaxtlar "Qarabağ" və millidə oynayırdı indi "Mil Muğan"a keçir
18:22 "Atletik"in yeni baş məşqçisi məlum oldu
18:00 "Neftçi" Səmədağa Şıxlarova da qapını göstərdi
17:45 Emin Mahmudov "Boavişta"da qalır
17:22 Berdiyev "Rubin"ə qayıdır?
17:00 Qurban Qurbanova lazım olmayan futbolçu daha bir il "Zirə"də qalacaq!
16:45 II Avropa Oyunlarının keçirilmə müddəti və idman növləri azaldıldı
16:22 Ülfət Mədətov: “Onların gələcəkdə “Qəbələ”nin əsas heyətində oynaması mümkündü” - MÜSAHİBƏ
16:00 Elvin Məmmədov "Zirə"dən pula görə gedib - MÜSAHİBƏ
15:43 «Qəbələ» U-19 Liqasının gümüş mükafatçısıdı
15:22 Azər Salahlı "Sumqayıt" FK ilə 1 illik müqavilə imzalayıb
15:00 "Sumqayıt"dan göndərilən sabiq milli üzvü Dağıstana qayıtdı: burda heç kimə lazım deyil
14:48 Respublika çempionatı start götürür
14:20 Azərbaycan Almaniyaya qarşı
13:44 AFFA-dan yarım milyonluq mükafat
13:27 Bakı Olimpiya Stadionu “Dünyanın ən yaxşı yeni stadionu” mükafatına layiq görülüb
13:13 Kvekveskiri "Tobol"da - 1,5 illik müqavilə
13:00 "İnter"də baş məşqçi dəyişikliyi: iki Məmmədov getdi, bir Məmmədov gəldi
12:43 Azərbaycan samboçuları Avropa çempionatında iki medal qazanıblar
12:22 II Avropa Oyunlarının tarixi və proqramı dəqiqləşdi
12:04 ŞOK! Karate Federasiyasının vitse-prezidenti məclis vaxtı dünyasını dəyişib!
12:00 Rəşad Eyyubov: "Şəhərdə hər kəs ona hörmət edirdi" - VİDEO
11:51 Azərbaycanın və Qətərin Voleybol federasiyaları arasında əməkdaşlığa dair müqavilə imzalanıb
11:00 Yığmamızın "monqollaşdırılması"ndan kimlər qazanıb? - Cüdoçumuzdan şok açıqlama
09:36 Komandamız ilk oyununda belə məğlub oldu - FOTOSESSİYA
00:45 "Mançester Yunayed" Avropa Liqasının qalibidir!
24 May 2017
20:22 Yığmamız Türkiyəyə uduzdu
18:00 "Trabzonspor" "Qəbələ"yə havayı futbolçu verir!
17:00 "Şüvəlan"ın rəhbərliyi təsdiqləndi
15:35 Hücumçumuz "Fənərbaxça"da
15:00 AZAL "Zirə"yə 500 min pul ayırıb?
14:22 Adı və uğurları ilə kifayətlənməyən "Qarabağ" - Gələcəyə hesablanmış addımlar - YAZI
14:00 "Kəpəz"ə "yox" deyib "Səbail"lə müqavilə bağladı!
13:25 AFFA yanında Media Komitəsinin bəyanat yaydı
12:00 "Qəbələ" daha bir legioneri göndərdi
11:57 Azərbaycan ilk yoldaşlıq oyununda Bolqarıstana uduzdu
11:51 Qapıçı məşqçilər üçün seminar keçiriləcək
11:14 Azad Rəhimov: “AAAF gənc nəslin yetişməsi üçün ciddi işlər görür”
11:00 "Sumqayıt" pul ödəmək, "Zirə" isə havayı buraxmaq istəmir
10:41 "Qarabağ" italyan hücumçu alır?
10:00 "Kəpəz" "Turan Tovuz"un daha bir futbolçusunun heyətinə qatdı
23 May 2017
23:30 "Qəbələ"dən Qriqorçuk açıqlaması: "Dinamo"ya gedir, yoxsa "Qəbələ"də qalır?
22:38 "Real" 16 yaşlı futbolçu aldı
22:37 Millimiz mundialda mübarizəyə başlayır
22:00 "Tour d’Azerbaidjan-2017"dəki təşkilatçılıq yüksək qiymətləndirildi
21:11 Mayk Tayson Bakıya gəlir!
20:00 İradə Aşumova oğluna çatacaq pulun 225 minini aldı: "Qoparacam əlindən, narahat olmayın" - MÜSAHİBƏ
19:00 Samir Əliyevin yalanı: "Səbail" legioner transfer etdi!
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.