Ucuz təyyarə biletləri

Biz Avroliqanın pley-offunu haqq etmirik

Tarix:  09.12.16 12:12           Yazar:  Kənan Məstəliyev           Oxunub: 1297 dəfə

 

 

 

2012-ci ilin payızı. Noyabrın 8-də “Neftçi” Avropa Liqasının qrup mərhələsində “Rubin”ə evdə məğlub olub (0:1). Oyunsonrası mətbuat konfransında baş məşqçi Böyükağa Hacıyevi sual atəşinə tutur, azı bir xalın qazanıla biləcəyini iddia edirik təbii. Bir məqamda mütəxəssis üzünü jurnalistlərə tutub sual verdi:

- “Neftçi”nin Avropa Liqasında hara qədər getməsini istəyirsiz?
- Finalına.
- Siz, media olaraq Avroliqanın finalına hazırsızmı?
Əjdaha sual və elə sualın içərisində də cavab idi. Hacıyev sözünə davam etdi və media, futbol ictimaiyyəti, davamında da bir ölkə olaraq buna hazır olmadığımızı dedi. 

 

2016-cı il. Dekabrın 8-i. Qurban Qurbanov “Fiorentina”ya məğlubiyyədən sonra medianın önünə çıxır və suallara cavabında ortaq bir mövqe görünür. Mütəxəssis qrup mərhələsini adlamağımız üçün təkcə “Qarabağ”ın yox, ümumi ölkə futbolunun, bütün klubların güclənməsinin gərək olduğunu, yalnız bu yolla ciddi nəticələr əldə edə biləcəyimizi deyir.

 

Aradan 4 il keçib. Bu müddətdə biz Avroliqanın qrupunu möcüzə saymaqdan ordan çıxmanı tələb qoyacaq qədər “böyümüşük”. Ancaq bu böyümə yalnız iddiamızdadı. Sözdə, istəkdə, tələbdə. Əməldə isə bu 4 ildə sadəcə 2012-ci ilin ətaləti hesabına irəlilədiyimiz görünür. Ətalət isə sonu olan prosesdi. Dünən “Fiorentina” ilə matçda bu proses bitdi. Gələn il Avropa Liqasının qrupu belə bizim üçün əlçatmaz ola bilər. Səbəb isə çox sadədi: biz ölkə, cəmiyyət olaraq buna hazır, hətta layiq deyilik!

 

Çox kobud səslənir? Yanılırsız. İstəyirsiz, bunu bir də yazım: biz ölkə, cəmiyyət olaraq buna hazır, hətta layiq deyilik!

 

Hələ PAOK-la səfərdə oyun günü Salonikidə gəzişərkən həmkarlarıma “biz bu möhtəşəm ölkənin, şəhərin komandasını niyə yenməliyik, bunu nə ilə haqq etmişik” sualını verdim. Cavabları olmadı. Doğrudan da, biz PAOK-u niyə üstələməliydik ki? Avropanın ən böyük böhrana malik ölkəsində belə normal təhsil, normal tibb, normal nəqliyyat, normal infrastruktur, normal yaşayış tələbləri, normal... Çox uzatmayım və sizə sualımı verim, bitirək bu işi: bizdə yunanların normal dediyim şeylərdən hansı var? Təhsil, tibb, nəqliyyat, infrastruktur, yaşayış şərtləri? Hansı?

 

Sizin yerinizə cavablandırım sualımı: heç biri!

 

Hələ heç Çexiyaya, orda da İtaliyaya keçirmirəm söhbəti. Dostlar, ölkə necədisə, onun futbolu da elədi. Biz 8 komandalı Premyer-Liqası, oyun alqı-satqısına qurşanmış I Divizionu, millidən çox yeniçəri ordusuna bənzəyən, yerlidən çox əcnəbi ilə dolu olan bütün yaş qrupları üzrə yığmalarımızla niyə ÇL-in qrupunda, ya da Avroliqanın 1/16-də oynamalıyıq? Nəyimizlə, niyə, nə üçün, nə haqla?

 

Düşünək, bu suallara cavab tapaq və bilək ki, "Qarabağ"ın məğlubiyyəti ölkənin məğlubiyyətidi. İnkişafları düz mütənasiblik təşkil edir. Biz ölkə olaraq Avroliqanın pley-offuna hazır olanda, "Qarabağ" və ya digəri orda olacaq. Əmin ola bilərsiz.

 

Kənan Məstəliyev, "Rekord.az"

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!
2017-05-26  // 0 Şərh
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
“Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!
"Səbail"dən növbəti transfer: bu dəfə qapıçı
"Dinamo" Zaqreb "Sumqayıt"dan futbolçu alacaq!
Kamran Ağayevə yaxın duran yoxdur
AZAL-ın kapitanı Türkiyəyə gedir
Elxan Abdullayev dostunun oğlunu "Neftçi"yə gətirdi
Əsgər Abdullayev yenidən "Turan Tovuz"a qayıtdı
22 il əvvələ səyahət: APOEL - "Neftçi" matçının eksklüziv VİDEOSU
"Zirə"nin maddi sıxıntı çəkməsinin səbəbi bilindi: sponsor imtina edir!

Xəbər Lenti
28 May 2017
14:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
13:30 Almaniya Kubokunu "Borussiya" qazandı - VİDEO
13:00 "Sumqayıt"dan qovuldu!
12:30 "Barselona" 29-cu dəfə İspaniya Kubokunu qazandı - VİDEO
12:00 "Arsenal" "Çelsi"yə qalib gəlib, İngiltərə Kubokunu qazandı - VİDEO
11:30 Fransa Kubokunun qalibi PSJ oldu - VİDEO
11:00 Emin Nurinin komandası 2-ci qələbəsini qazandı
04:02 "Barselona" mövsümü kubokla başa vurdu
03:55 "Borussiya" Almaniya kubokunun qalibi oldu!
27 May 2017
23:45 Pavel Paşayev oynadı, komandası qalib gəldi
23:30 Nağıyevin komandası elita ilə rəsmən vidalaşdı
23:15 Eddi İsrafilovsuz "Kadis" yenə xal itirdi
23:00 Şeydayev mövsümün son matçında dubl etdi
21:28 Fransa da millimizə şans vermədi
19:00 Çempionlar Liqasında bir ilk
18:30 Əsgərov Latviyada daha bir qol vurdu
18:00 Dünyanın ən varlı futbolçuları məlum oldu
17:30 "Neftçi"nin yeni mətbuat katibi məlum oldu
17:00 Qəhrəman Əliyev: "Elvin Səfərli 25 yaş kiçik ola-ola mənə "atış" gəlir"
16:30 "Qarabağ" Gürcüstan klubuna 4 qol vurdu
16:00 Prosineçki heç hara getmir
15:30 Azərbaycanlı yeniyetmə avarçəkən Avropa çempionatında finaladək irəlilədi
15:00 Əsgər Abdullayev yenidən "Turan Tovuz"a qayıtdı
14:30 "Qarabağ" beynəlxalq turnirdə iştirak edəcək
14:00 "Dinamo" Zaqreb "Sumqayıt"dan futbolçu alacaq!
13:30 “Zaqatala” - MOİK 0:1 - VİDEO
13:00 "İnter" futbolçuları hələ də maaşlarını ala bilmir
12:30 “Araz Naxçıvan” - “Mil-Muğan” 2:4 - VİDEO
12:00 "Zirə"nin maddi sıxıntı çəkməsinin səbəbi bilindi: sponsor imtina edir!
11:30 İlk turda “Mil-Muğan”la MOİK sevindi
11:00 Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
26 May 2017
23:45 Boks Avropa Oyunlarının proqramında saxlanıldı
23:30 28 May - Respublika Günü münasibətilə Naftalanda veloyürüş keçirilib
23:15 U-21-in Avstriya toplanışı üçün heyəti açıqlandı
23:00 Azərbaycan idmançısı qitənin ən yaxşı triatlonçuları sırasında
22:19 Yığmamız ardıcıl üçüncü oyunda məğlub oldu
19:32 "Qarabağ"ın Avstriyadakı rəqibləri məlum oldu!
18:45 "Qarabağ"ın futbolçusu milliyə çağırıldı
18:21 “Məktəbli kuboku” turnirinə yekun vuruldu
18:00 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir?
17:43 Yığmamız AÇ-yə hazırlaşır
17:22 Navalovski Gürcüstan millisinə dəvət olundu
17:00 22 il əvvələ səyahət: APOEL - "Neftçi" matçının eksklüziv VİDEOSU
16:45 "Arsenal"ın 40 yaşlı qapıçısı karyerasını bitirdi
16:22 "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Qazaxıstanda!
16:00 Premyer Liqamızda dopinq-test tətbiq olunacaq
15:45 CAR millisinin baş məşqçisi: "Ndlov başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda oynayır"
15:22 Qatuzzo "Milan"a qayıtdı
15:15 Millimizin üzvü əməliyyat olundu
15:00 Kamran Ağayevə yaxın duran yoxdur
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.