Ucuz təyyarə biletləri

Hikmət Hüseynov: "Ən böyük problemimiz taktiki savadsızlıqdır" - MÜSAHİBƏ

Tarix:  11.12.16 15:12           Yazar:  Rekord.az           Oxunub: 453 dəfə

“Sumqayıt” Futbol Akademiyasının U-14 komandasının baş məşqçisi Hikmət Sumqayıtın uşaq futbolunun mövcud durumuna həsr olunan layihə çərçivəsində Rekord.az-a müsahibə verib:

 

 

 

- Öncə rəhbərlik etdiyiniz U-14  komandasının bu mövsümkü çıxışını dəyərləndirərdiniz...

 

- Keçən il komandaya 7-8 yeni futbolçu gətirilmişdi. Həmin futbolçulardan 3-4-nü mən də bəyəndim və bu mövsüm onlara şans verdim. Digər yaş qruplarından da bir neçə istedadlı futbolçunu da heyətimizə qatdıq. Komandamız Bakı zonasında mübarizə aparır və hazırda 5-ci pillədəyik. Hədəfimiz ilk dövrəni ilk “6-lıq”da bitirməkdir. Qış fasiləsindən sonra isə daha da yaxşı çıxış edib sonda final mərhəlyə vəsiqə  qazanmağı hədəfləmişik. Akademiys olaraq məqsədimiz isə təbii ki, gələcəkdə milli komanda səviyyəsində futbolçu yetişdirməkdir. 

 

- Komandanızın medal şansını necə görürsünüz?

 

- Şansımız var. Amma üzərində işləməli olduğumuz işlər də çoxdur. Taktiki-texniki, eləcə də fiziki planda çatışmamazlıqlar çoxdur. Bundan başqa, bu uşaqlar keçən il U-13 liqasında meydançanın eninə hissəsində 9-9-a oynayırdısa, bu mövsümdən U-14 liqasında böyük meydançada 11-11-ə oynamağa başlayıblar. Uşaqların buna uyğunlaşması da zaman alacaq. Komandaya yeni fiziki hazırlıq üzrə məşqçi dəvət olunub və onun verdiyi proqram üzrə uşaqların fiziki hazırlığını da artırmağı düşünürük. 

 


- Perspektuvli uşaqların sayı yetərincədir?

 

- Perspektivli uşaqlar var. Sadəcə, onları üzə çıxarmaq, daha da qabağa getmələri üçün iş prinsipimizi dəyişməliyik. İlk növbədə hər yaş qrupunun öz məşq proqramı olmalıdır. U-9-dan U-12-ə bir, U-12-dən U-15-ə bir, U-15-dən U-19-a kimi isə bir proqramla işlənməlidir. Ümumi proqram A komandanın oyun planına uyğun olmalıdır. Lakin həmin proqramın yükü yaş qruplarına görə bölünməlidir. Fikir vermisinizsə aşağı yaş qruplarında biz Avropa komandaları ilə başa-baş oynayırıq. Lakin böyük futbolda gəlib bizə 5-6 dənə vururlar. Səbəb nədir? Mənə görə səbəb ağıldı. 13-14 yaşda biz gücün hesabına oynaya bilirik. Aşağı yaşda heç bir məşqçi futbolçulara ağıllı oynamağı öyrətmir. Amma Avropada əksinə, uşaq yaşlarından ağıla üstünlük verilir. Futbolda ağıl mütləqdi. Ağlın olmalıdır ki, məşqçinin tapşırıqlarını meydançada düzgün icra edə biləsən. Avropada futbolçunu uşaqlıqdan ağıllı öyrətdikləri üçün 17-18 yaşıa çatanda hazır futbolçu olurlar.


- Sizə elə gəlmir ki, burada təhsilin də böyük rolu var? Futbolçunun ağıllı olması onun təhsilindən asılıdır...


- Bəli, razıyam. O da bizim ən böyük problemlərimizdən biridir. Ad çəkmirəm, amma bizdə elə futbolçular var ki, uşq futbolunda istedadlı olublar Premyer Liqa səviyyəsinə qədər yüksələ biliblər, amma ordan yuxarı qalxa bilməyiblər. Çünki savadları olmayıb. Gənc futbolçunun meydaçada ağıllı davranması, tez fikirləşməsi üçün təxəyyülü olmalıdır. Təxəyyül isə kitabdan gəlir. Bundan başqa, futbol tək məşqlə olmur. Bizim dövrümüzdə məktəbdə də futbol oynayırdıq, məhlədə də məşqdə də. İndi amma uşaq gəlir 1 saat məşq edir qaçıb gedir. Bütün günü də telefon, internet. Hollandların metodikası belədir ki, uşaq gün ərzində 10 min dəfə topa toxumalıdır. Bunun üçün isə gündə 1 saat yox, 5-6 saat futbol oynamalısan.  Bizim futbolun əsas problemi taktiki savadsızlıqdır.


- “İnter”dən  də işləmisiiz. “İnter”lə “Sumqayıt”ın futbol akademiyasının fərqi nədir?


- Elə də böyük fərq yoxdur. Amma bir məsələ var. Mən “İnter”də həm 1999, həm də 1995-ci illərlə işləmişəm və milliyə 5 futbolçu vermişəm. “Sumqayıt”da isə bu potensial aşağıdır. Bunun da əsas səbəbi odur ki, “İnter”də güclü maliyyə var idi, uşaq komandalarını xaricə turnirlərə göndərirdilər, uşqlar da orada əsl Avropa futbolunu görürdü, gözləri açılırdı. Təəssüf ki, “Sumqayıt”da bu imkan yoxdur. Coratla, Sarayla oynamaqla inkişaf etmək olmaz.


- Komandanızda sumqayıtlıların sayı nə qədərdi?


- Bizim U-14 komandasında demək olar hamısı sumqayıtlıdır. İki sumqayıtlı uşaq var idi “Qəbələ”yə lazm olmadı, onları da heyətimizə qatdıq. Bəzi çatışmamazlıqları var, onu da üzərlərində işləyib düzəldəcəyik.

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Amal Abuşov
Arda kimi olmayın!
2017-06-06  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Hüseyn Məhəmmədovla Füzuli Məmmədovun "qırğın"ı: "Dəlisən get, özünü yoxlat" - ÖZƏL VİDEO
Tarixi oyunun VİDEOSU ilk dəfə, 22 il sonra Rekord.az-da
Rumınlar "Zirə"nin büdcəsini açıqladı
"Əlincə" stadionu 26 milyona satılır?
Kamran Ağayev hələ də klubsuzdur
"Neftçi"dən ayrılan məşqçi Moskva MOİK-ndə işləyəcək!
"Zirə"nin avrokubok oyunları hansı telekanalda yayımlanacaq?
"Qəbələ" yayımla bağlı qərarını gələn həftəyə saxladı
"Səbail" Boluya getməkdən imtina etdi
"Neftçi" Pavel Paşayevlə danışıqlara başladı

Xəbər Lenti
23 İyun 2017
21:00 "Xəzər Lənkəran" qayıtsa...
20:42 "Qarabağ" ÇSKA-ya qarşı
20:22 Səfərov ATB İcraiyyə Komitəsinə üzv seçildi
20:00 "Səbail" Türkiyə toplanışı üçün Kartepeni seçdi
19:42 Azərbaycan şirkəti Avropa Olimpiya Festivalını idarə edəcək
19:20 Yusuf Şimşək yenidən doğma klubunda
19:00 Azərbaycan futbolunun legionerləri - YAZI
18:41 Traorenin biri gedib, biri gəldi
18:21 Azərbaycan birinciliyi başa çatdı - VİDEO
18:00 "Səbail"də birdən-birə 3 təyinat
17:40 Almaniya millisinin sabiq qapıçısı "Maynts"da
17:20 "Palermo"da yeni baş məşqçi
17:00 "İnter" bu stadionda oynayacaq - FOTOLAR
16:40 Millimizin forvardı yeni baş məşqçiyə də lazım olmadı
16:21 "Real"dan "Deportivo"ya
16:00 Adı “Ginnesin rekordlar kitabı”na düşmüş futbolçular - YAZI
16:00 Millimiz gənc güləşçilərin Avropa çempionatına bu heyətlə yollanır
15:40 "Qarabağ"dan Türkiyə klubuna
15:21 "River Pleyt"də dopinq şoku
15:00 Folprext Elxan Abdullayevi dilxor elədi: gəlmirəm
14:40 “Zirə”nin oyununu qazaxlar idarə edəcəklər
14:21 Əliyar Ağayev ÇL matçına təyinat aldı
14:00 "Neftçi" "Sumqayıt"ın həkimini əlindən aldı
13:40 Salah rəsmən "Liverpul"lu oldu
13:21 Emin oynadı, "Kalmar" uduzdu
13:00 Avrokuboklarla bağlı "CBC Sport"a müraciət olunmayıb
13:00 "Ağsu"nun büdcəsi iki dəfə azaldıldı, özü də iddiasız olacaq
12:40 Almaniya - Çili - 1:1 - VİDEO
12:25 Formula-1 Azərbaycan Qran-Prisi başlayır
12:21 Kamerun - Avstraliya - 1:1 - VİDEO
11:40 Super Liqa klubu alman futbolçu ilə gücləndi
11:21 "Konyaspor"da mərakeşli futbolçu
11:05 Azərbaycan çempionatının mükafatçısının Rusiya klubu ilə müqaviləsi ləğv edildi
10:30 Sabiq "Xəzər Lənkəran"lı Türkiyə klubunda
03:00 “Qarabağ” Avstriyadakı 6-cı gününü tək məşqlə başa vurdu - VİDEO
01:30 “Sumqayıt” yeni mövsüm üçün hazırlığa başladı
00:00 Avstraliya Kamerunla, Çili Almaniya ilə bərabərə qaldı
22 İyun 2017
23:30 Riçard Almeyda da "Qarabağ"a qoşuldu
23:00 "Qəbələ" "Ludoqorets"ə məğlub oldu - VİDEO
22:00 “Sampdoriya”nın forvardı rəsmən “Yuventus”da!
21:00 "Bursaspor" yeni baş məşqçisini rəsmən təqdim etdi
20:00 "Neftçi"də növbəti ayrılıq
19:00 Millimiz beynəlxalq turnirdə
18:30 “Qarabağ”ın gürcülərlə ilk matçının başlama saatı açıqlandı
18:00 Kamran Ağayev hələ də klubsuzdur
17:40 "Zirə"nin cavab oyunu da eyni saatda başlayacaq
17:22 Kamerun Avstraliyaya, Almaniya Çiliyə qarşı
17:00 Rumınlar "Zirə"nin büdcəsini açıqladı
16:43 Maradonanı görən kimi kanalı dəyişir
16:20 Ronaldo fikrini dəyişdi: həbsə girməyəcək
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.