Ucuz təyyarə biletləri

Yeni cərəyan – könüllülük

Tarix:  12.12.16 21:12           Yazar:  Rekord.az           Oxunub: 301 dəfə

5 Dekabr Azərbaycanda Könüllülər günü kimi qeyd olundu.

 

Rekord.az xəbər verir ki, bu günün bir neçə il əvvəl Azərbaycanda təmtərahla keçirilməsi aktual olmasa da, bu gün on minlərlə gənci özündə birləşdirən yeni cərəyan – könüllülük bunu vacib etdi və istər idman, istərsə də qeyri idman sahəsində toplanan gənclər məhz bu gündə bir araya gəldilər.


Hal -hazırda gələn il keçiriləcək iki mötəbər tədbirə Formula 1 Baki Qran Prisi və IV Islam Həmrəyliyi Oyunlarına könüllülərin qeydiyyatı gedir. Hər iki tədbir coğrafiyasına görə iri miqyaslı idman tədbirləridir və Bakı buna çox ciddi hazırlaşır.


Əslində könüllü olmaq idealogiyası maraqlı emosional haldır. Insan özü daxilində bir suala cavab verməlidir: Mən bununla nə etmək istəyirəm? Bu mənim ürəyimcədirmi? Doğrudanmı könlüm bu məsuliyyəti götürməklə məni vətəndaş olaraq rahat edir?


Etiraf edək ki, könüllülərimizin 99%-ı tələbələrdir. O tələbələr ki onlar məktəb oturacaqlarından sonra sanki yeni həyata qədəm basıblar, yeni müəllimlər,təhsil programı, imtahanlar…və bunlarla yanaşı beynəlxalq tədbirlərdə iştirak şansı.


Hər bir tələbə onun bu tədbirlərdəki mənfəətini gözəl anlayır. Onları sıralayaq:
Birincisi; kütlə qarşısında iş təcrübəsi, məsuliyyət hissinin kəşfi
Ikincisi; yeni elaqələr, dostluqlar,sağlam mühitdə davranış qaydaları
Üçüncüsü; xarici dilini oyrənilməsi ve istifadəsi üçün rahat məkan
Dördüncüsü; ölkə üçün əhəmiyyət daşıyan tədbirdə vacib qüvvə tərkibində olmaq
Beşincisi; təşkilatçılıq qabiliyyətinin aşkar olunması və ya digər sahələrlə tanışlıq.
Altıncısı; asüdə vaxtın səmərəli istifadəsi, fəxarət hissinin yaranması.
Bu gün gənclər daha çevik, maraqlı, müasir, savadlı, işguzar olmaq istəyirlər. Bunun uçün daim axtarışdadırlar. Onlar hər bir tədbirdə “Vətən”, “Qarabağ”, “’əsgərimiz”, “Bakı”, “Mədəniyyətimiz”,” Ədəbiyyatımız” kimi mövzuların müzakirəsini aparmaqdan çəkinmirlər və bunu elə bir qürurla edirlər ki, burda könüllülük qabarıq şəkildə bəhrəsini verir. Könüllülük təcrübəsi olan gənc açıq fikir söyləməkdən çəkinmir, öz fikrini sərbəst ifadə edir və ünsiyyət yaratmağın metodikasını bilir. Çox sayda insanlar arasında özünü necə aparmalı, təhlükəsizlik qaydalarına necə riayət etməli, ölkəyə gələn qonaqlara hansı qayğını gostərməli olduğunu çox aydın həyata keçirir və bu məsələlərdə komanda şəklində işləməyin əhəmiyyətini anlayır. Bu adi məsələ deyil və heç bir ali məktəb auditoriyasında oyrədilmir. Bu məhz məkanlarda yaranır. Biz mədəniyyətimizin bir hissəsi kimi gənclərin valideynlərlə bağlılıq məsələsini də qeyd etməliyik. Könüllülük prosesində valideynlərin razılığı, bəzi hallarda iştirakı, dəstəyi çox önəmlidir. Gənc mütləq evdə bu məsələni danışır və valideynlərin fikrini öyrənir. Hər bir valideyn öz övladını savadlı, işgüzar, çox dünyagörüşlü görmək istəyir. Məhz bu yolun könüllülükdən daha asan keçdiyini də gözəl anlayır. Avropa Oyunları zamanı bir qrup məktəbli könüllülərin valideynləri mənə müraciət edərək “Biz uşaglarımıza sizin yaşınız çatmır, könüllü ola bilməzsiniz- deyə bilmirik” deməsi bizi çətin vəziyyətə salırdı. Bir tərəfdən sevinirdik ki, məhz belə vətənpərvər gənclik gəlir, digər tərəfdən az yaşlıların kütləvi tədbirlərə cəlb olunması risk yaradır. Buna baxmayarag biz onlar üçün də müəyyən vəzifələr goyduq və məktəbli könüllülər bunun öhdəsindən şərəflə gəldilər.
Elə könüllülər haqqında danışmamaq olmaz. Onların əməyi qiymətsizdir. Ölkəmizdən xaricdə əlil könüllülərin cəlb olunması tarixi olsa da biz birinci dəfə onların öz arzusu ilə arzu etdikləri sahələrdə müəyyən işlərə cəlb etdik və onları digərlərindən fərqləndirmədik. Onların üzündəki sevinci, fərəhi ifadə etmək çətindir.


Men bir daha bütün könüllülərimizi təbrik edir, onlara gündəlik heyatlarının maraqlı keçməsi üçün imkan və səbəb arzu edirəm və deyirəm: Sizsiz biz heç nə edə bilməzdik.


Bu sözləri müsahibəsində İslam Həmrəylik Oyunlarının  əməliyyat komitəsinin  direktoru  Elçin Səfərov söyləyib.


Qeyd edək ki ,könüllü olaraq qeydiyyatdan keçmək üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi  və İdman akademiyasında yerləşən qərargaha yaxınlaşıb qeydiyyatdan keçə bilərlər.

* Xəbərə şərh yoxdur

Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 1 Şərh
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Fəxrimiz budursa, xəcalətimiz nədir? - YAZI
Mehdi Hüseynzadə adına stadion hasarlandı - ÖZƏL FOTOLAR
Külək "Kapital Bank Arena"nın tavanını dağıtdı - FOTO
Renat Dadaşov millimizdən imtina edir?
Azərbaycan çempionu bəlli oldu - "Neftçi" titulunu qoruya bilmədi
"Neftçi" Şevçenkonu Bakıya gətirir
"Şərurspor"un daha bir futbolçusu "Şəmkir"də
"Sumqayıt"ın gürcü məşqçisi: "Azərbaycanlı uşaqların kənara çıxa bilməməyində valideyn faktoru da rol oynayır"
“Qarabağ”la “Qəbələ”dən ilk oyunda inamlı qələbə!
Millimizin futbolçusu "Bursaspor"da

Xəbər Lenti
30 Mart 2017
22:45 Tahir Gözəl: "Qurban Qurbanov razılıq versə, onu satarıq" MÜSAHİBƏ
22:30 Rəşad Sadiqov: "Kubokla çempionluq arasında seçim edə bilmirik" MÜSAHİBƏ
22:25 "Neftçi" - "Qarabağ" 0:2 - VİDEO
22:20 Biro Jade: "Bu cür oyunla final mərhələsinə vəsiqə qazana bilməyəcəyik"
22:15 Vladimir Vusatı: "Bu gün daha yaxşı oynadıq"
22:10 Nizami Hacıyev: "Bu dəyişikliklər bəhrəsini vermədi"
22:00 Qurban Qurbanovdan Volkan Dəmirəl açıqlaması
21:22 “Qarabağ”la “Qəbələ”dən ilk oyunda inamlı qələbə!
20:30 Millimiz Moldovaya yenə qalib gəldi
20:20 Zaur Svanadze: “İnter” həqiqətən zəifləyib”
20:00 Roman Qriqorçuk: "Qol vurmaq üçün intellekt yüksək olmalıdı"
19:30 "İnter" - "Qəbələ" 1:3 - VİDEO
18:40 Təxirə salınmış oyunda “Şahdağ” darmadağınla qalib gəldi
18:20 Rüstəm Rəhimova həsr olunmuş kitabın təqdimatı keçirilib
17:40 Premyer Liqada 24-cü turun hakim təyinatları
17:20 24-cü turun hakim təyinatları açıqlandı
16:40 "Neftçi" rəhbərliyi ulu öndərin məzarını ziyarət etdi
16:21 Baş katib UEFA-nın seminarında iştirak edəcək
16:00 Messidən söyüş açıqlaması: "Sözlərimi havaya işlətdim"
15:40 U-16-nın Bakı toplanışı üçün heyəti açıqlandı
15:22 Millimizin Moldova ilə ikinci sınağı
15:00 Ozancan Kökcü Azərbaycan millisindən imtina edəcək?
14:44 “Qarabağ” – “Kəpəz” matçının yeri dəyişdirildi
14:22 Məsut Özil: "Ürəyim "Real" deyir"
14:00 UEFA güzəşt etdi - “Zirə” avrokuboklara buraxıldı
13:44 İbrahimoviç gələcəyi ilə bağlı danışdı
13:22 Millimizin baş məşqçisi: "Matçdan bir gün əvvəl futzalçılar bundan şikayətlənirdilər"
12:44 “Qəbələ”nin daha bir futbolçusu “İnter”lə oyunu buraxa bilər
12:22 "Bahar Kuboku-2017" başa çatdı
12:00 Millimizin üzvü Biro Jadenin qəzəbinə tuş gəlib
11:30 Sabiq "Qarabağ"lı ən uğursuzlar arasında
11:00 "Şərurspor"un daha bir futbolçusu "Şəmkir"də
10:30 Rəşad Qasımov: "Avrokuboklara vəsiqə qazansa, AFFA "İnter"ə baxmağa məcbur olacaq"
10:24 Millimizin daha bir üzvü 1/4 finala məğlubiyyətlə başladı
10:00 Renat Dadaşov millimizdən imtina edir?
00:10 "Azərbaycan millisinin güclü olduğunu bilirdik"
00:05 Biro Jade: "Onlar yorğun olduqlarını, ayaqlarını hiss etmədiklərini deyirdilər"
00:04 DİQQƏT! Saytda texniki işlər gedir!
29 Mart 2017
21:30 AÇ-2017: ikinci gün 1 qızıl və 2 bürünc medal qazandıq
21:10 Millimizin futbolçusu "Bursaspor"da
20:00 Fəxrimiz budursa, xəcalətimiz nədir? - YAZI
20:00 Millimiz 7 qol vurub, 6-na sevindi
19:30 "Sumqayıt" "Neftçi" ilə oyuna hazırlığı davam etdirir
19:00 Rostislav Pevtsov reytinq cədvəlində irəliləyib
18:30 Tural Axundov: “Uğurlu çıxışımızın ardını gətirmək istəyirik”
17:40 İqor Ponomaryov: “Neftçi” mənim gəncliyimdi”
17:27 Azərbaycan çempionu bəlli oldu - "Neftçi" titulunu qoruya bilmədi
17:20 Yarımfinal oyunları üçün hakim təyinatları açıqlandı
16:44 Azərbaycan hakimləri İtaliyada beynəlxalq seminarda iştirak ediblər
16:22 Şevçenko: “Həyatımdakı bütün ilklər Azərbaycanla bağlıdı”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.