Ucuz təyyarə biletləri

"Synergy Baku" dünya reytinqində 4-cü oldu

Tarix:  15.12.16 14:12           Yazar:             Oxunub: 206 dəfə

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb. Rekord.az xəbər verir ki, Azərbaycanın "Synergy Baku Cycling Project" kontinental velosiped komandası 2016-cı ildə keçirilən yarışlarda əldə etdiyi nəticələrə əsasən, planetin bütün qitələrini təmsil edən 54 ölkənin 176 kontinental klubu arasında 4-cü yerdə qərarlaşıb.

 
Maraqlıdır ki, bu reytinq sıralanmasında Belçika hamıdan çox - 13 klubla təmsil olunur. 2016-cı ildə beynəlxalq yarışlarda Çin Xalq Respublikasının 11, Yaponiya və ABŞ-ın 10, Danimarka, Almaniya və Hollandiyanın isə 7 kontinental komandası iştirak edib ki, onlardan yalnız Belçikanın 3 klubu reytinq sıralanmasında "Synergy Baku"nu qabaqlaya bilib. Yəni, ölkələr üzrə götürəndə, 54 ölkə arasında cəmi bir komandası olan Azərbaycan yalnız Belçikadan geri qalmaqla dünyada 2-ci yerə çıxıb.
 
2016-cı ildə "Synergy Baku" iştirak etdiyi 4 qitə yarışında  - "Tour of Croatia", "Tour d’Azerbaïdjan", "Tour of Serbia" və "Tour of Szeklerland" (Rumıniya) yarışlarında komanda hesabında çempion adını qazanıb. Komandamızın təmsilçiləri il ərzində mübarizə apardıqları yarışlarda 34 dəfə fəxri kürsüyə qalxıb, 9 dəfə mərhələ qalibi olub, 5 dəfə isə bu idman növündə ən yüksək nəticə hesab olunan lider köynəyini əldə ediblər.
 
Bir məqamı da vurğulamaq lazımdır ki, 176 kontinental və 23 pro-kontinental komandanın birgə açıqlanan reytinqində "Synergy Baku" hətta səviyyəcə özündən bir pillə yüksəkdə olan 9 pro-kontinental, yəni peşəkar qitə klubunu da geridə qoyub.
 
Velosipedçilərimizin il ərzində əldə etdikləri nəticələr təkcə bununla yekunlaşmayıb. Qadın velosipedçimiz Yelena Pavluxina Çexiyada keçirilən "Gracia Orlova" yürüşünün qalibi olmaqla yanaşı, Çində təşkil olunan Dünya Turu yarışında və Avropa çempionatının fərdi ötüşmə növündə 9-cu yeri tutub.
 
Trek velosipedçimiz Sergey Omelçenkonun Avropa çempionatında bu idmanın  keyrin növündə 9-ci yeri tutması da ilin yadda qalan hadisələri sırasındadır.
 
2016-cı ilin önəmli hadisələrindən biri də ölkəmizin tarixində ilk dəfə olaraq velosipedçilərimizin Rio de Janeyroda keçirilən Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanması olub.
 
Beynəlxalq Velosipedçilər İttifaqının təqvimində özünəməxsus yer tutmuş "Tour d’Azerbaïdjan" veloyürüşü də başa şatmaqda olan ilin əsas idman yarışlarından biri kimi tarixin yaddaşına həkk olunub. 18 ölkədən 6-sı peşəkar kontinental olmaqla 21 komandanın mübarizə apardığı veloturda velospiedçilər Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazilərindən keçməklə, 790 km-dən çox məsafə qət edib. "Synergy Baku" isə 5 mərhələdən 2-sində qalib olub, eləcə də ötən il olduğu kimi, bu dəfə də komanda hesabında 1-ci yeri tutmaqla azarkeşlərə sevinc dolu anlar bəxş edib.
 
Ölkəmizin bütün telekanallarında, habelə Eurosport kanalında 6 gün dalbadal yayımlanan bu yarış çox maraqlı bir idman hadisəsi kimi yadda qalmaqla bərabər, həm də Azərbaycanın turizm potensialının bütün dünyaya tanıtdırılmasına da mühüm töhvə olub.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Amal Abuşov
İki aktyorun teatrı
2017-08-08  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Göyçə" millimizin sabiq üzvüləri ilə müqavilə bağladı
Bakıda daha bir klub yaradıldı: I Divizionda oynayacaq
Yeni yaranan və I Divizionda oynayacaq komandanın baş məşqçisi məlum oldu!
"Göyçə"dən növbəti transfer: "Bakı"nın futbolçusunu heyətinə qatdı
"İnter"in Raufa nə qədər borcu var?
Şüvəlanda 5 qolluq sınaq matçı
Rəşad Danimarkada oynaya biləcək?
"Neftçi"nin gözü yoldadır: "Səbail"lə oyuna da köhnə formada çıxacaqlar?
"Ağsu" aparıcı futbolçusu ilə yolları ayırdı
"Kəpəz" - "Zirə" matçı Yevlaxdan canlı yayımlanacaq

Xəbər Lenti
19 Avqust 2017
16:41 "Tottenhem" "Ayaks"dan futbolçu transfer etdi
16:22 Güləşçilərimiz hərbçilərin dünya çempionatına bu heyətlə yollanır
15:41 Atletlərimizin çıxış cədvəli məlumdu
15:20 "İnter"dən "Valensiya"ya
15:00 Ağabala Danimarkada da meydançaya çıxa bilməyəcək
14:40 “Qəbələ” - “Sumqayıt”: 21-ci duel
14:21 90 dəqiqə oynadı, qələbəyə sevindi
14:00 “Göyəzən” bank təminatını verə bilmir
13:40 Əzizovun komandası yeni mövsümə məğlubiyyətlə başladı
13:21 Şüvəlanda 5 qolluq sınaq matçı
12:41 Yunan-Roma güləşçilərimiz Parisə yola düşdü
12:20 Federasiyanın kollektivi etiraz yığıncağı keçirdi - VİDEO
12:00 "Ağsu" aparıcı futbolçusu ilə yolları ayırdı
11:30 "Neftçi"nin "Səbail"lə oyun öncəsi son məşqi - VİDEO
11:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
18 Avqust 2017
21:00 "Yuve" onun transferini rəsmən açıqladı
20:30 Boks Federasiyasında DÇ-yə yollanacaq yığma ilə görüş keçirildi
19:30 Boatenq Dadaşov ilə bir komandada
19:00 "Kəpəz" - "Zirə" matçı Yevlaxdan canlı yayımlanacaq
18:30 "Binə"dən daha 5 transfer
18:00 Premyer Liqada 2-ci turun hakimləri
17:45 2-ci turun hakim təyinatları açıqlandı
17:21 "Kopenhagen"li futbolçu: "Bu missiyanın öhdəsindən gələ biləcəyimizə əminəm"
17:00 Azərbaycan - San Mariono matçının stadionu dəyişdirildi
16:40 "Qarabağ"ın sabiq forvardı Kipr klubunda
16:21 "Qarabağ" "İnter"ə qarşı - VİDEOANONS
15:46 Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə
15:31 Səudiyyə Ərəbistanı yığması Azərbaycanda təlim-məşq toplanışı keçəcək
15:22 Təmsilçilərimiz Slovakiyadan qalib qayıdır
15:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək
14:29 Bakıda küveytli hakimlərin toplanışı olacaq
14:00 "Göyçə"dən növbəti transfer: "Bakı"nın futbolçusunu heyətinə qatdı
13:22 Madrid "Real"ının qapıçısı futbolçumuzla komanda yoldaşı oldu
13:00 Rəşad Danimarkada oynaya biləcək?
12:40 "Borussiya" sabiq forvardını geri qaytardı
12:21 Palasionun yeni klubu bəlli oldu
12:00 Yeni yaranan və I Divizionda oynayacaq komandanın baş məşqçisi məlum oldu!
11:40 "Traktorsazi"dən yeni mövsümdə ilk qələbə
11:23 Dünya reytinqi açıqlandı, Azərbaycan millisi 24-cüdür
11:00 "Neftçi"nin gözü yoldadır: "Səbail"lə oyuna da köhnə formada çıxacaqlar?
10:30 Viktor Valdes karyerasını başa vurdu
09:10 Millimiz bu dəfə Sloveniya ilə bacarmadı
01:43 Avroliqa: "Fənərbaxça" ilk oyunda məğlub oldu
00:30 Pavel Paşayev oynamadı, komandası səfərdən heç-heçə ilə döndü
00:01 Divizionun debütantı daha bir transfer etdi
17 Avqust 2017
23:30 FİFA ən yaxşı futbolçu adına 24 namizədi açıqladı
22:30 Azərbaycan Qılıncoynatma Federasiyasına yeni prezident seçildi
21:30 Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti oldu
20:30 2017-ci ilin ən yaxşı baş məşqçisi adına 12 namizəd
20:00 Millimizin üzvü növbəti turu buraxmalı olacaq
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.