Ucuz təyyarə biletləri

Hamının danışdığı oyun - REPORTAJ + FOTOLAR

Tarix:  17.12.16 14:12           Yazar:  Rekord.az           Oxunub: 538 dəfə

Dünən AFFA-nın bayrağı altında U-17 liqasında növbəti turun oyunları keçirilib. "Sumqayıt"ın U-17 komandası "Kapital Bank Arena"da "Xəzər Lənkəran"ı qəbul edib. Sumqayıtın uşaq futbolunun işıqlandırması yönündə layihə işləyən Rekord.az əməkdaşı da bu oyunda olub. 

 

Həmin avtobus

 

Arenaya yaxınlaşarkən kənardan "Xəzər Lənkəran"ın adətən Premyer Liqa oyunlarında görməyə adət etdiyimiz avtobusunu görmək başqa hiss idi. Lanki Lənkəran klubu Premyer Liqada növbəti oyununa gəlib. Lakin insan bir anlıq ayılır və dərk edir ki, bu gün oyuna gələn U-17 komandasıdır. Bəlkə də bir neçə ildən sonra həmin 16-17 yaşlı uşaqlar yenidən əsas komandasının üzvü kimi həmin avtobusdan düşəcəklər. 

 

Futbol şəhəri Sumqayıt

Sumqayıtın futbol şəhəri olduğunu və bu şəhərdə futbolun necə sevildiyini dəfələrlə qeyd etmişik. Dünən bir daha bunun şahidi olduq. "Sumqayıt"la "Xəzər Lənkəran"ın U-17 komandalarının oyunundan qabaq arenada "Sumqayıt"la "Zirə"nin əvəzedici komandaları üz-üzə gəlirdi. Əvəzedicilərin oyunu olmasına baxmayaraq "Kapital Bank Arena"nın tribunalarında 100-ə yaxın azarkeş var idi. Hansı ki, həmin azarkeşlərin çoxu arenada qalıb elə "Sumqayıt" - "Xəzər Lənkəran" oyununu da izlədi. Bu azarkeşlər arasında qocaman Azad dayını xüsusi qeyd etmək lazımdır. Onun oyun boyu necə azarkeşlik etməsi, hər epizoda necə reaksiya verməsini görmək üçün bir dəfə Sumqayıta gəlib hər şeyi stadiondan canlı görmək lazımdır.

 

 

Erkən qollar oyunun taleyini həll etdi

 

Bu oyuna qədər "Xəzər Lənkəran" turnir cədvəlində "Sumqayıt"dan öndə idi. Ona görə Zaur Hidayətovun  komandası nəyin bahasına olursa-olsun qələbə qazanmalı idi. Təbii ki, Lənkəran klubu da qalib gəlib  turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq istəyirdi. Oyunun taleyini erkən qollar həll etdi. İlk hissənin əvvəllərində meydança sahiblərinin qısa interval ərzində vurduqları 2 qol həlledici oldu. Düzdür, sonradan qonaqlar fəallaşdılar. Burada "Sumqayıt"ın kapitanının ikinci sarı vərəqə alaraq meydançadan qovulması da böyük rol oynadı. Məhz bunun nəticəsi idi ki, fasilədən sonra oyun bütünlüklə "Xəzər Lənkəran"ın üstünlüyü ilə keçdi. Onlar 4-5 real qol imkanı da yaratdılar. Lakin bu imkanların heç birindən istifadə edə bilmədilər. Hansı ki, elə epizod var idi ki, futbolçu onu 2 metrlik məsafədən boş qapının üstündən vurdu. Təbii ki, bu imkanları boşa verincə məğlubiyyəti də qəbul etməlisən. Amma onu deyək ki, "Xəzər Lənkəran"ın heyətində öz istedsdı, texnikalı oyunu ilə seçilən futbolçular var idi. Bu baxımdan 77 nömrəli futbolçunu xüsusi fərqləndirmək istərdik.

 

"Sumqayıt"a gəlincə, hələ bir müddət bundan qabaq saytımıza müsahibəsində komandanın baş məşqisi Zaur Hidayətov bildirmişdi ki, hazırkı komandanı yeni qəbul edib və ötən ilki komanda ilə müqayisədə problemlər daha çoxdur. Həqiqətən də "Sumqayıt"ın hazırkı U-17 komandasında görülməsi gərəkən xeyli işlər var. Futbolçular bəzən uşaq səhvləri edirdilər. Bəzən isə futbolçu 2 metrliyində boş qalan komanda yoldaşını qoyub rəqibin 2-3 futbolçusunun əhatəsində olan komanda yoldaşına uzun hava ötürməsi edidrdi ki, bu da top itkisi ilə nəticələnirdi. Bununla belə, qeyd etməliyik ki, komandada potensial var. Sadəcə, futbolçularla düzgün işləyib onların nöqsanlarını aradan qaldırmalı, üstün cəhətləri üzərində daha çox işlənilməlidi.

 

 

1 komanda 10 məşqi

 

Oyunda diqqətimizi çəkən daha bir məqam isə danışığın çox olması idi. Dünən stadionda olan hər kəs sanki məşqçi idi. Komandanın baş məşqçisi Zaur Hidayətovla onun köməkçisi Azad Mütəllimov oyun boyu susmadılar. Xüsusilə də Hidayətov hətta hesab 2:0 olandan sonra da sakitləşmək bilmir, bəzə yetirmələrinə çox əsəbi şəkildə etiraz edirdi. Baş məşqçinin bu əsəbliyi futbolçularına da keçmişdi və onlar da oyun boyu bir-birinə danışırdı. Tribunadakı ağsaqqal azarkeş Azad dayı isə ayrı aləm idi. Kişi özünü əməll-başlı fəda eləmişdi. Bəzən adi səhv belə onu özündən çıxardırdı. "Sumqayıt" Futbol Akademiyasının tribunada yer alan məşqçiləri, sıravi işçiləri də bəzən futbolçulara göstərişlər verirdi. Bir sözlə, oyun boyu oyundan daha çox danışıq və səs-küyə şahidlik etdik. 

 

Zaur Hidayətov ("Sumqayıt" U-17-nin baş məşqçisi): "Çətin  oyun oldu. "Xəzər Lənkəran" turnir cədvəlində bizdən öndə idi. Ona görə qalib gəlib onlara çatmaq istəyirdik. İlk hissədə daha yaxşı oynadıq. Fasilədən sonra isə aldığımız qırmızı vərəqə oyuna təsir etdi. Üstünlük demək olar ki, rəqibin tərəfində oldu. Hətta etiraf edirəm ki, bəxtimiz də gətirdi. Çünki rəqib bir neçə real epizodda topu qapıdan keçirdə bilmədi. Bunanunla belə, qazandığımız qələbənin futbolçularda ruh yüksəkliyi yaradacağına inanıram. Qarşıda daha bir vacib oyunumuz var və həmin oyundan da qalib ayrılıb  turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmalıyıq".

 

Ağadadaş Həmidov ("Xəzər Lənkəran" U-17 komandasının baş məşqçisi): "İki fərqli hissə oldu. İlk hissədə heç cürə öz oyunumuzu ortaya qoya bilmədik. Bunun da bir sıra səbəbləri var. Həftə boyu Lənkəranda qar yağdığından əsas stadionda məşq edə bilmədik. Elə imkanımız da yoxdur ki, hardasa qapalı məkan icarəyə götürək. Ona görə də oyuna demək olar hazırlıqsız gəlmişdik. Üstəlik Sumqayıta da oyun günü gəldik. Yəni yol yorğunluğu da təsitini göstərdi. Amma buraxılan 2 qoldan sonra sanki uşaqlar ayıldı. İkinci hissədə üstün oynasaq da təəssüf ki, yaradılan imkalardan istifadə edə bilmədik. Artıq diqqətimizi növbəti turlara yönəldəcəyik. Hədəfimiz ilk növbədə Azərbaycan futboluna istedadlı futbolular bəxş etməkdir".

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Amal Abuşov
Arda kimi olmayın!
2017-06-06  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qəbələ" transferə doymur: "Nürnberq"in futbolçusunu da aldı
Kamal Quliyev "Neftçi"nin baş məşqçisi olacaq?
"Masallı" Lənkərana köçdü
Rəşad Sadıqov yeni yaranan komandaya sponsorluq etməyəcək
"Neftçi" Həvəskarlar Liqasında yarışan komanda ilə yoxlama görüşü keçirəcək
"Səbail" Gürcüstanın I Divizionundan futbolçu transfer edir?
"Səbail"ə yeni sponsor tapıldı
“VTB Bank” "İnter"ə sponsorluqdan imtina etdi - ÖZƏL!
Klublarımızın yay transferləri - YENİLƏNİR
Hücumçumuz İtaliya klubunda

Xəbər Lenti
29 İyun 2017
01:30 Portuqaliya Çiliyə belə uduzdu - VİDEO
01:00 İlk finalçı Çili oldu
28 İyun 2017
23:30 “Qarabağ” “Dinamo”ya da məğlub oldu - VİDEO
23:00 Sərbəst güləşçilərimiz AÇ-də komanda hesabında ikinci oldu
22:30 Zaur Svanadze: “Sabah bizə çox çətin olacaq”
22:00 AÇ-nin ikinci günündə 2 qızıl və 1 gümüş medal
21:11 "Differdanj"ın prezidenti Bakıda klubun büdcəsini açıqladı
21:00 "Mladost" - "İnter" oyunu da CBC Sport-da!
20:46 Ayxan Abbasov: "Avrokuboklarda qarşımıza böyük hədəflər qoya bilmərik"
20:30 "Turan"ın sabiq oyunçusu avtoqəzada dünyasını dəyişdi
20:00 "Qəbələ"nin yeni transferi - VİDEO
19:30 "Qarabağ" Danimarka klubu ilə qarşılaşacaq
19:00 Endryu Hallidey rəsmən “Qəbələ”də!
18:41 Radik İsayev də DÇ-də uğur qazana bilmədi
18:23 Ufuq Budağın yeni klubu məlum oldu
18:00 "Şəmkir" dağılmayacaq: işə icra başçısı qarışdı
17:42 "Qarabağ"ın Avstriyada 11-ci məşq günü - VİDEO
17:21 "Səbail" Bakıda 3 yoxlama görüşü keçirəcək
17:00 "Səbail" "Dalğa Arena"ya köçdü
16:57 Rusiya klubu millimizlə oynamaq üçün Bakıya gəlir
16:40 "Qəbələ" Zalsburq toplanışına start verdi
16:21 Azərbaycanın Serbiyadakı səfirliyindən "İnter"ə dəstək
16:00 Azad Rəhimov: "Tayson, Holifild və Coşua Bakıya dəvət olunub"
15:40 Azərbaycan Qran Prisini 70 minədək tamaşaçı izləyib
15:21 "İnter"dən "Sevilya"ya
15:00 "Sumqayıt"ın Türkiyədəki daha bir rəqibi məlum oldu
14:45 "Differdanj"dan maraqlı addım: forma al, "Zirə" ilə oyuna bilet qazan
14:22 "Çelsi"dən tarixə düşəcək transfer
14:00 Rəşad Sadıqov yeni yaranan komandaya sponsorluq etməyəcək
13:20 AÇ-nin finalçıları bəlli oldu
13:00 "Masallı" Lənkərana köçdü
12:40 "Qalatasaray" Qomis və Belhanda transferini rəsmən açıqladı
12:21 Fransa klubunda baş məşqçi dəyişikliyi
12:00 Kamal Quliyev "Neftçi"nin baş məşqçisi olacaq?
11:40 "Ştutqart"dan "Maynts"a
11:40 "Sampdoriya"nı "Sportinq"ə dəyişdi
11:21 Maradona Neapolun fəxri vətəndaşı seçildi
11:00 “VTB Bank” "İnter"ə sponsorluqdan imtina etdi - ÖZƏL!
10:30 PSJ-nin qapıçısı rəsmən “Torino”da
02:50 Çempionlar Liqasında yeni mövsüm start götürdü
00:05 ÇL-də yeni mövsüm başladı
00:00 Hücumçumuz İtaliya klubunda
00:00 "Qarabağ" tək məşqlə kifayətləndi
27 İyun 2017
23:40 "İnter" Serbiyada məşqə çıxdı - FOTOLAR
23:20 AÇ-nin ilk günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal
23:00 Zenyov rəsmən Polşa klubunda
22:30 Fransa klubu Ranyerini rəsmən təqdim etdi
22:00 "Şüvəlan" hazırlığa start verir
21:30 Taekvondo millimiz DÇ-də daha bir fiasko ilə üzləşdi
21:00 Mirabdulla Abbasov: "Neftçi"yə qayıtdığım üçün sevincliyəm" - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.