Ucuz təyyarə biletləri

“Qırmızı meymun”dan “qırmızı pipik xoruz”a keçərkən

Tarix:  28.12.16 11:12           Yazar:  Amal Abuşov           Oxunub: 439 dəfə

Cəmi 3 gün qalıb. Daha sonra yeni ilə qədəm qoyacağıq. 2016-cı ili “Qırmızı meymun ili” adlandırırdılar, yenisi isə “Xoruz ili” olacaq. Ötən 365 günün bizim üçün asan keçdiyini deyə bilmərik. İqtisadi böhran, neft eyforiyasından ayılmağın çətinliyi bizi əməlli-başlı əldən saldı.

 

Şəxsi həyatımız kimi futbolumuz üçün də il asan keçmədi. Cəmi bir neçə il bundan əvvəl 12 klubun mübarizə apardığı Premyer-Liqada iştirakçıların sayı 8-ə endi. Onlardan da üçü bilavasitə AFFA-nın nəzarətində olan, qurumun diqtəsiylə oturub-duranlardı. “Xəzər Lənkəran”ın əsas komandasının fəaliyyətini dayandırması 2016-cı ilin ən utancverici futbol hadisəsi oldu. Son illər maddi vəziyyəti pisləşən cənub təmsilçisi Ramil Diniyevin biabırçı penalti qərarıyla elitadan “yola salındı”. Diniyevin sonradan heç bir cəzaya məruz qalmaması, baş verən biabırçılığın üzərindən sükutla keçilməsi “musiqi sifarişi”nin yuxarıdan gəlməsinə şübhə yeri qoymadı. 


Bu il həm də AFFA baş katibi Elxan Məmmədovun beyin məhsulu olan Müşahidə Şurası və komitələşmə ideyalarının iflas ili kimi tarixə keçdi. “Neftçi”ni elə o şura idarəçiliyi uçurumun kənarına gətirdi. Nəticədə klubun Müşahidə Şurasının üzvləri “zərərsizləşdirildi”, səssiz-səmirsiz müşahidə etmək vəzifəsiylə “görəvləndirildilər”. “Kəpəz”lə “Sumqayıt”ın da Müşahidə Şurasının varlığı ilə yoxluğu bilinmir. Gəncə təmsilçisinin ağır yükü Şahin Diniyevin çiyinlərində qalıb, maliyyə məsələlərini isə AFFA-nın sözçüsü Mikayıl Nərimanoğlu həll etməyə çalışır. Adı Gəncənin olan klub rəqib komandalar kimi “Nizami yurdu”na oyundan bir gün əvvəl gəlir, hakimin final fitindən sonra isə oranı tez-tələsik tərk edir. “Sumqayıt”ın “iplərinin” isə Elxan Məmmədovun “sağ əli” sayılan Kamran Quliyevin əlində olması isə hər kəsə məlumdu. 


“Veteranlar klubu”nu xatırladan Məşqçilər Komitəsi isə ili səyahətlərlə, bərli-bəzəkli fotosessiyalarla başa vurdu. Qurum il ərzində Əsasnamənin tələbinə uyğun olaraq 5-ci üzvünü tamamlamaq vəzifəsinin öhdəsindən belə gələ bilmədi. Bu məqamın özü Vaqif Sadıqovun rəhbər olduğu qurumun işsiz veteranları yüngül maaşla təmin edib, susdurmaq məqsədiylə yaradıldığının əyani sübutudu.


“Qarabağ”la “Qəbələ”nin növbəti dəfə ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsi ilin ürək açan, vacib hadisəsiydi. Təəssüflər olsun ki, “qırmızı-qaralar” fantastik keçirdiyi təsnifat mərhələsinin ardından qrupu xalsız başa vurmaqla bizi üzdü. “Qarabağ”ın “pley-off”a vəsiqəni son anda əldən verməsi isə bizimkilərin böyük hədəfləri vurmağa tam hazır olmadığının görüntüsünü yaratdı. Milli komandamızın seçmə mərhələyə əla start verməsi, ilk 3 oyunda 7 xalı toplaması da ilin yaddaqalan hadisəsiydi. Düzdü, Şimali İrlandiya səmalarından “yerə çırpılmağımız” əhvalımızı korladı. Amma Prosineçkinin komandasının cücərtdiyi ümidlər tam ölməyib, bu qrupda üçüncülük uğrunda mübarizə apara biləcəyimizə hələ də inanırıq.

 

“Xoruz ili”nə Premyer-Liqa iştirakçılarının sayının artacağına, “Qarabağ”la “Qəbələ”nin avrokuboklarda daha uzağa gedə biləcəyinə, millimizin bizi yeni qələbələrlə sevindirəcəyinə bəslədiyimiz ümidlərlə qədəm qoyuruq. Hələ martda almanların üzərinə “xoruzlanacayıq” da. Təki “qanadlarımızı yolmasınlar”.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Amal Abuşov
İki aktyorun teatrı
2017-08-08  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
AZAL-ın sabiq futbolçusu Arif Əsədovun yeni komandasında!
"Neftçi"nin yeni baş məşqçisi yerli olacaq: əcnəbiyə pul yoxdur
"Marca"dan Azərbaycana qarşı təxribat: “Qarabağ” tabe olmadığı ölkəni təmsil edir - FOTO
"Mil Muğan"nın yeni baş məşqçisi məlum oldu
Yevlaxda məşqçilər arasında yaşanan mübahisənin görüntüləri - VİDEO
Qəbələdə hakimlərin qabağını kəsdilər - FOTO
Aqil Məmmədov "Mil Muğan"dan ayrıldı
Prinsipiallıqdan doğulub, laqeydlikdən ölən komanda: “Qarabağ Xocalı” - YAZI
"Qəbələ" tək, "Zirə" 3 qolla qalib gəldi
Samir Nəsri Türkiyə klubunda

Xəbər Lenti
22 Avqust 2017
00:00 DÇ-də Azərbaycanı təmsil edəcək cüdoçularla görüş keçirildi
21 Avqust 2017
23:50 DÇ: İslam Abbasov da medal qazana bilmədi
22:30 “Səbail” rəqiblərini hansı stadionda qəbul edəcək?
22:00 "Qəbələ" "Dinamo"ya qalib gəldi
21:30 Tahir Gözəl "Qarabağ"ın sabiq məşqçisi ilə görüşdü
21:00 "Kəpəz" "Zirə"yə uduzdu, "Qəbələ" "Sumqayıt"a 9 qol vurdu
20:30 Nəsri rəsmən Türkiyə klubunda
20:00 "Qəbələ"dən 600-cü qol
19:40 MOİK-dən 5 qollu qələbə
19:21 “Səbail”də ayrılıq: Yeni transfer komandadan getdi
19:00 Rəşad Sadıqov üçün əlamətdar tur: Kapitan 300-ə çatdı
18:41 2012 gün öncə: 2012-ci ildə
18:21 “Neftçi” tarixinin ən uğursuz startı
18:00 AZAL-ın sabiq futbolçusu Arif Əsədovun yeni komandasında!
17:40 "Neftçi" Əhmədova tapşırıldı
17:21 Taypeydə daha bir cüdoçumuz medal qazandı
17:00 "Mil Muğan"nın yeni baş məşqçisi məlum oldu
16:40 "Arsenal" iki futbolçusunu icarəyə göndərdi
16:25 Premyer Liqa klubundan rekord transfer
16:00 Yevlaxda məşqçilər arasında yaşanan mübahisənin görüntüləri - VİDEO
15:22 Tahir Süleymanovdan növbəti açıqlama: "İctimaiyyəti aldadırlar"
15:20 Hümbətovun komandası "Vardar"la bacarmadı
15:00 "Marca"dan Azərbaycana qarşı təxribat: “Qarabağ” tabe olmadığı ölkəni təmsil edir - FOTO
14:41 Kaliniç "Milan"da
14:22 Kiçik rayonun futbol dərdi - YAZI
14:00 Aqil Məmmədov "Mil Muğan"dan ayrıldı
13:45 “Kopenhagen” - “Qarabağ” matçı ispanlara tapşırıldı
13:38 Cunayevdən gözlənilməz məğlubiyyət - VİDEO
13:21 İsrafilovun komandası mövsümə qələbə ilə başladı
13:08 "Neftçi"nin yeni baş məşqçisi yerli olacaq: əcnəbiyə pul yoxdur
13:04 İstefadan sonra Elxan Abdullayevin ilk açıqlaması
13:00 19 il əvvələ səyahət: "LKS Lodz" - Kəpəz" 4:1 - VİDEO
12:42 Yeniyetmələrin ölkə birinciliyi başa çatıb
12:11 Elxan Abdullayev istefa verdi!
12:00 Tellur Mütəllimov: "Ötən il belə deyildi" - MÜSAHİBƏ
11:40 DÇ-2017: ilk yarış günündə yunan-Roma güləşçiləri yarışır
11:21 Batutçularımızdan növbəti medal sevinci
11:00 Cavid Tağıyev "Sumqayıt"a tramplin kimi baxır: "Başqa klublardan təklif olsa, dəyərləndirəcəm" - MÜSAHİBƏ
10:30 Emin Mahmudov yenə lazım olmadı
09:50 Azərbaycan çempionatının mükafatçısı Türkiyə klubunda
00:10 "Qəbələ" - "Sumqayıt" 1:0 - FOTOLAR
20 Avqust 2017
23:45 Prinsipiallıqdan doğulub, laqeydlikdən ölən komanda: “Qarabağ Xocalı” - YAZI
23:30 "Kəpəz" - "Zirə" 0:3 - FOTOLAR
23:30 Cavid İmamverdiyev: "Ustalıq səviyyəsi sözünü dedi"
23:15 Roman Qriqorçuk hakimlikdən narazı qaldı
23:12 Samir Abasov yenə Xəyal Nəcəfovu hədəf aldı
23:05 Qəbələdə hakimlərin qabağını kəsdilər - FOTO
23:04 Dadaşov Bundesliqanın ilk turunda oynamadı
22:55 Şeydayev ehtiyatda qaldı, "Jilina" uduzdu
22:43 "Qəbələ" - "Sumqayıt" 1:0 - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.