Ucuz təyyarə biletləri

“Neftçi” haqda rəvayətlər

Tarix:  06.01.17 11:01           Yazar:  Amal Abuşov           Oxunub: 1197 dəfə

“Atası rəhmətlik Alı kişi meşədə tapır bunu. Görür ki, nataraz bir şir əmizdirir uşağı. Şir rəhmli olur, Alı kişini görən kimi uşağı qoyur gedir. Deyirlər, Nəbinin iki ürəyi, dörd böyrəyi var...” – Şübhə etmirəm ki, bu sözlər hamınıza tanışdı. Qəhrəman Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmini dəfələrlə izləmişik. 


Həmin filmdən bu epizodu mən yeni ilin ilk günlərindən “Neftçi”nin transfer həmlələri ilə bağlı çıxan xəbərləri, dedi-qoduları oxuyunca xatırladım. Sadəlövh kəndli arabasında gedən adamın şəxsən Qaçaq Nəbinin özü olmasından xəbərsiz olur, ağızdan-ağıza eşitdiyi uydurma rəvayətləri elə onun özünə böyük həvəslə danışır. Rəvayəti eşidən Qaçaq Nəbi necə qəhqəhə çəkib gülürdüsə, mən də “Neftçi”nin transferləri ilə bağlı yazılanları oxuduqca eləcə ürəkdən gülmək istəyirdim. Sanki biz “Neftçi”ni, Elxan Abdullayevi, Orxan Hüseynzadəni tanımır, onların hansı qabiliyyətə malik olduğunu bilmirik. Bu adamlar nə vaxt “Neftçi”də peşəkar mütəxəssislərdən ibarət seleksiya qrupu yaratdılar, yaxşı perspektiv vəd edən futbolçulara harda göz qoydular, Müşahidə Şurası nə vaxt toplandı, kimlərin alınıb, kimlərdən imtina olunmasına necə qərar verildi? Bir cümlədə 5 sual ünvanladığıma görə məni bağışlayın. Amma bu sualların hamısının bircə cavabı var: heç vaxt!


“Neftçi”nin Müşahidə Şurası yaradılarkən guya ki, başqa klublar üçün yaxşı nümunə hazırlamışdılar. Sayılanları-seçilənləri ora toplamışdılar. Detektiv yazar, tanınmış bəstəkar, şən və hazırcavab oğlan, hərbçi, futbol veteranı, neftin xaricə ixrac olunması üzrə gənc mütəxəssis... hanı onlar? Elxan Abdullayevin, Orxan Hüseynzadənin bir qrup menecerlə əlbir olub “Neftçi”yə doldurduğu legionerləri gəlişinə “OK” veriblərmi?


Diqqət yetirirəm, hansısa gizli qüvvələr azarkeşlərin cəmləşdiyi sosial şəbəkə hesablarında xüsusi təbliğat aparırlar. Guya, Araz Abdullayevin satışından “Neftçi” 200 min dollar qazanıb, futbolçunun özü isə ayda 30 min maaş alacaqmış. “Qəbələ” heç Daboyla Ozobiçə görə o qədər xərcə düşməyib, Araza görə 200 min ödəyərmi? Araz 30 min dollar maaşa dəyən futbolçudurmu? Azərbaycan futbolunda böyük pulların dövr etdiyi günlər çoxdan arxada qalıb, daha inandırıcı yalanları dövriyyəyə buraxmaq lazımdı. 

 

Arazı əldən buraxan “Neftçi”nin böyük hay-küylə heyətinə qatdığı futbolçuların adlarına baxaq: “İrtış” Qazaxıstan çempionatında sonuncu oyununu oktyabrın 29-da keçirib. 2 aydan çox klubsuz qalan, vətənində günəşlənən İqnasio Herrera özünə gələnə kimi aprel ayı, həm də Azərbaycan çempionatı başa çatacaq. Gənc ukraynalı menecer Aleksandr Pankov müştərisi Kirill Petrovu “Neftçi”yə satmasına o qədər sevinir ki, sanki ata qarımış qızını varlı oğlana ərə verib. Başa düşmək çətin deyil ki, futbolçuyla meneceri bu keçiddən yaxşı qazanıblar. 31 yaşlı Georgi Navalovskinin ağır çəkili Jayroyla necə tandem təşkil edəcəyini, “Neftçi”nin qapısına doğru olan həmlələri hansı çevikliklə dəf edəcəyini maraqlı gözləyirik. 

 

Karyerasının qürub çağında “Neftçi”yə gətirilən bu əcnəbilər “ağ-qaralar”ı Elxan Abdullayevlə birlikdə bataqlıqdan xilas edə biləcək gücdə deyillər. Bunu iddia etmək üçün futboldan bixəbər olmaq lazımdı. 


Heyf o “Neftçi”yə, heyf 80 yaşlı “xalq komandası”na!

Şərhlər
Neftchi
Imkanin olanda Qarabagdan da yaz.Agabala meselesini ne demey istedim aydindi yeqin.Neftchini gozunuz goturmur hec bir zaman
sevgifaciesiroman
Neftçili,Qarabağın aqibəti gəlsin Neftçinin başına,köçkün olub orda burda oynasaydınız bilərdiniz Qarabağın dərdin!Arazı,Ruslanı əlinizdən alıb aparıb,sizə bir oyunda 8 qol vuran dünənin komandası nazir komandasıdı deyə qorxunuzdan ona bir söz demirsiniz heç.Ağabalanı Qarabağ Neftçidən almayıbee ay insan,indi Neftçi var deyə Qarabağ Azərbaycan klublarından oyunçu almasın?!Niyə gedib Qarabağın oynadığı slovandan oyunçu alırsınız onda?!Adamı əsəbləşdirməyin də?!Rəhbərliyiniz də,azarkeşlərinizin çoxu da bir köçkün komandasının bu qədər xaini olmağınız ayıbdı axı!Əsəbləşdirməyin adamı
Kohnefanat
ey sevgiromancik.biraz diqqetli ol yazanda arxa cebhevi unutma.evvele evi esiyi olmayan qarabagindan yaz bu bir.ikincisideki dunenin kamandasi dediyin Qebeleye ele Qebelede rezil oldunuzki.diqqetli ol.hr arazi ruslani almisiq eceb etmisik.neftciye 8dene vurmusuq eceb etmisik.eger ugurun varsa oz uguruna soyken.kiminse kimese vurdugu qollarin sevimci sene yox qoy onun fanatina qalsin.yazanda diqqetli yaz faciyeviromanka!!!
sevgifaciesiroman
köhnəkürüşfanatkasan,nəsən qurtqaşınsan nəsən bilmirəm səni də köçkün olanda deyəcəm sənin kimilərinə,mənim qabaq cəbhəm hücumdadı sənin kimilərinə fanatka.nazir komandası qəbələ də bir gün sənin kimi yağışdan sonra cücərən göbələklərlə birgə yox olacaq.Belədə kaş sənin qəbələn elə rusun havadarı erməni ilə sərhəddə olaydı və Xocalının dərdin onda bilərdiz!
kohnefanat
aye romancik agzinin qatigini dagitma agilli ol.yazilarini sene yedirerem aglini basina yig.yazilarindan anlayiramki balaca kisisen ama agilli ol.qarabag haminin ola biler amma torpaqlari.komandasi yox.sobet gobelekden gedirse senin kimiler azerbaycanin butun bolgelerinde cixmisiz yagisdan sora.tutdunda temani.agilli ol seni tapmaq elimde hecnedi.ozunde yeqin tanimadin kimem.yaramaz
Kohnefanat
ala korpecik menim adimda yene kohnede olsa Fanat adi var.senin adindan ise melumdurki senin futbol anlayisin yoxdu romancik.get sen romanini yaz biz tarixi yazacagiq.ikincideki sen futboldan anlasaydin BILERDINKI QARABAG KOMANDA SEKLINDE AGDAMDA OYNAMAQ ISTEMIR.VE UNUTMAYINKI O KOMANDA AGDAMIN ADI OLA BILER AMA AZERSUNUN DADIDIR.INSALLAH TORPAQLARIMIZ AZAD OLACAQ IMSALLAH ORADA SEHID OLACAGIQ AMMA TORPAGI ALACAGIQ.AMA UNUTMA KI QARABAG AGDAMDA ILDE BIR OYUN OYNAYIB GOZDEN KUL UFURECEK.BAX BUNLARI ANLA SORA BANLA OLDUMU?
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Amal Abuşov
Arda kimi olmayın!
2017-06-06  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu I Divizionda köməkçi-məşqçi oldu
I Divizionda debüt edəcək komandanın büdcəsi məlum oldu
Şehiçin "kitabı" bağlandı
Həvəskarlar Liqasının oyununu 5 min azarkeş izlədi - FOTOLAR
"Qarabağ" azarkeşləri, bu qapıçıdan ehtiyatlı olun - VİDEO
Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı: "Bic futbol” oynayırlar" - MÜSAHİBƏ
"Şəmkir"də futbolçu qalmadı: Fərmayıl ölkə xaricinə yollandı
Emil Balayev: "O hadisə mənə çox böyük zərbə oldu" - MÜSAHİBƏ
Klublarımızın yay transferləri - YENİLƏNİR
“Binə”nin varlı sponsoru

Xəbər Lenti
26 İyun 2017
20:00 Daha 2 taekvondoçumuz DÇ-də fiasko ilə üzləşdi
19:30 Millimizin üzvü üçün erməni baş məşqçi
19:00 Sinan Öztürk: "İşlərimiz plan üzrə davam edir"
18:15 "Differdanj"ın Bakıya gələcək heyəti açıqlandı
18:00 Bir vaxtlar millinin bazası olan stadion məhv olub gedir - FOTOLAR
17:30 "Neftçi" də başladı - FOTOLAR
17:00 “Binə”nin varlı sponsoru
16:30 Premyer Liqa klubunda yeni baş məşqçi
16:00 "Zirə" və "İnter"in ev matçları canlı yayımlanacaq!
15:30 Nazarovun komandası 24:0 hesablı qələbəyə sevindi
15:00 Eddi İsrafilov Prosineçkiyə lazım deyil?
14:30 "Qarabağ"ın ÇL hazırlığı davam edir - VİDEO
14:00 “İnter”in baş məşqçisi “Qarabağ”la bağlı məlumatları “Samtrediya”ya ötürür?
13:21 Kasilyas "Milan"a keçir?
13:00 “Fakel” erməni ilə müqavilə bağladı, Samirlə yox
12:40 Mario Balotelli "Nitsa" ilə müqavilə imzaladı
12:21 Bundesliqa klubunda yeni qapıçı
12:00 Şehiçin "kitabı" bağlandı
11:40 Çili - Avstraliya - 1:1 - VİDEO
11:20 Almaniya - Kamerun - 3:1 - VİDEO
11:00 Həvəskarlar Liqasının oyununu 5 min azarkeş izlədi - FOTOLAR
10:30 Komandasını elitaya çıxardı, karyerasını başa vurdu
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
01:30 "Qarabağ" Avstriyadakı 9-cü gününü də tək məşqlə bitirdi
00:30 Formula-1 Azərbaycan Qran-Prisi başa çatdı
25 İyun 2017
23:00 Eratın komandası yeni mövsümün hazırlığına darmadağınla başladı
22:00 Alim Nəbiyevdən növbəti qələbə
20:57 Almaniya Kamerunu məğlub etdi, Çili Avstraliya ilə bərabərə qaldı
20:17 Azad Rəhimov: "Qran Prini yüksək səviyyədə təşkil etməyə davam edəcəyik"
20:00 Dəniz Yılmaz "Göztəpə" ilə anlaşdı
19:00 Dabo Hollandiya klubu ilə müqavilə imzaladı
18:38 Yığmamız Avropa Liqasını bir xalla başa vurdu
17:41 "Zirə" - "Differdanj" matçına doğru - VİDEO
17:22 DÇ-nin ikinci günündə də uğur qazana bilmədik
17:00 "Qarabağ" azarkeşləri, bu qapıçıdan ehtiyatlı olun - VİDEO
16:40 Oliç də karyerasını başa vurdu
16:21 Ramil Şeydayev oynadı, komandası 6 qol vurdu
15:41 La Liqaya son vəsiqə də sahibini tapdı
15:20 AÇ-nin yarımfinalçıları bəlli oldu
15:00 Emil Balayev: "O hadisə mənə çox böyük zərbə oldu" - MÜSAHİBƏ
14:41 "Real"ın sabiq qapıçısı "Udineze"də
14:20 "İnter" yeni yarımmüdafiəçi aldı
14:00 Futbol klublarımız niyə futzala diqqət ayırmır?
13:40 Stanislav Çerçesov Rusiya yığmasından "bərk yapışıb"
13:22 Marsel "Olimpik"i yeni hücumçu aldı
13:00 I Divizionda debüt edəcək komandanın büdcəsi məlum oldu
12:40 Portuqaliya - Yeni Zelandiya - 4:0 - VİDEO
12:26 Son oyunumuz yunana tapşırıldı
12:20 Yığmamızın heç bir əhəmiyyət daşımayan son sınağı
12:00 "Şəmkir"də futbolçu qalmadı: Fərmayıl ölkə xaricinə yollandı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.