Ucuz təyyarə biletləri

Böyükağa Hacıyev: "Neynəmişəm ki, bu gün məni "Neftçi"yə yaxın buraxmırlar?" MÜSAHİBƏ

Tarix:  09.01.17 17:01           Yazar:  Rekord.az           Oxunub: 561 dəfə

"Neftçi"nin keçmiş çalışdırıcı, hazırda AFFA Məşqçilər Komitəsinin üzvü olan Böyükağa Hacıyev Yenicag.az saytına müsahibə verib.
 
Rekord.az həmin müsahibəsini təqdim edir:
 
- Desək ki, Böyükağa Hacıyev Azərbaycan futbolunda tarix yazıb, bununla özünüz nə qədər razılaşarsınız?
– Bu tarixi daha yaddaqalan etmək üçün mənim ən böyük arzum var: komandanı Çempionalar Liqasının qrup mərhələsinə gətirmək. Ondan sonra futbolla qurtararam. Mən çalışdırdığım klubu Avropa Liqasının qrup mərhələsinə gətirdim. O tarixi yazdım. Görünür qədəmlərim çox uğurlu oldu. Başqa klublar da həmin qrup mərhələsində oynayırlar. Bu gün mən məşqçi kimi fəaliyyət göstərmirəm. Sadəcə, AFFA-nın Məşqçilər Komitəsinin üzvlərindən biriyəm. Allah imkan verərsə, mən bunu bir tarix kimi yazacam: bir gün tez, bir gün gec…
 
- Bəs Böyükağa Hacıyevin tanınmasında kiminsə təkanı olub?
– Xeyr, mən özüm 15 il futbol oynamışam. Bu illər ərzində komandanın kapitanı olmuşam. Heç vaxt kiminsə təkanı ilə işləməmişəm. İlk dəfə 1971-ci ildə Azərbaycan çempionu olmuşam -Sevinc Kubokunda… 1973-cü ildə ikinci dəfə həmin qələbəni təkrarladım. Həmin ili Daşkənddə keçirilən SSRİ çempionatında da II yeri tutdum. 1977-ci ildən böyük futboldayam. Məni böyük futbola Xristov dəvət edib. Futbolçu kimi karyeramı Sovetlər birliyi dağılanda başa vurmuşam. Sonradan məşqçiliyə başladım. 1987-ci ildə “Araz-Naxçıvan”ı Azərbaycan çempionu etmişəm. Bununla da dörd ilə yaxın həmin klubun baş məşqçisi işləmişəm. Daha sonra yolum İran klublarından keçdi, ordan da qayıdanda 2005-2006-cı ildə “Bakı” klubunu çempion etdim. Bunun ardınca da bildiyiniz kimi, “Neftçi”ni ard-arda çempion etmişəm. Neftçidə 3 ildə 6 nəticə vermişəm. İki dəfə Azərbaycan çempionu, 2 dəfə kubok sahibi, 1 dəfə Avropanın qrup mərhələsinə yüksəlmişik, Bir də “pley-off”da dayandım. Bunlar nəticə deyil?!
 
- İran klublarına necə getmişdiniz?
– “Araz-Naxçıvan” klubunun baş məşqçisi idim. 2002-ci ildə də AFFA-nın da prezidenti Fuad Musayev idi. Həmin ili də futbol yarımçıq dayandırıldı. O zaman mən “Naxçıvan”dan İrana dəvət aldım. Allah rəhmət etsin, “Traktorsazi”nin keçmiş rəhbəri Ağayi Yasin dəvət etmişdi. İranda da 3 il çalışdım. 1 il “Traktorsazi”də, 2 il “Maşınsazi”də məşqçi oldum. Oradan da “Bakı” klubuna çağrıldım. Mən gələndə çempionatın qurtarmağına 8 oyun qalmışdı. Komanda da 6-cı yerdə idi. Gecəylə 5 məşqçini yola salmışdılar. Klubun rəhbəri Hafiz Məmmədov məni komandaya baş məşqçi postuna gətirdi. Tək-tənha idim bu vəzifədə. Özüm həm komandanı “düzürdüm”, həm futbolçuları oynadırdım. 8 tur qalmış 1 oyun belə uduzmadan çempion olduq.
 
- O zaman Böyükağa Hacıyev məşqçi kimi həmin dövrdən parladı?
– Böyükağa Hacıyev çoxdan parıldayırdı. Təəssüflər olsun ki, futbolun hamısı bizim əlimizdə deyil. Futbola nəzarət edən qüvvələr var.
 
- Kimdi onlar?
– Deyə bilmərəm kimdir, amma var… Harada görünüb ki, bu nəticələrin qarşısında məşqçi işsiz qala? Başqa ölkədə nəticə verən məşqçi işdən çıxırsa, növbəti il başqa klubdadır: bir Azərbaycandan başqa…
 
- Demək, o qüvvələr sizə də təsir edə bilib?
– Bəli, belə çıxır.
 
- Bəs o qüvvələr çalışdığınız dövrdə klubunuzun oyununa təsir edə bilərdimi?
– Xeyr, heç vaxt. Çünki onları mən oynadırdım. Sizə deyim, bu gün Azərbaycan futbolunda nə yoxdur? Ən vacib olan rəqabət futbolumuzda gözə dəymir. Rəqabətin olmamağı Azərbaycan futbolunu bu günə qoyub. Rəqabət öldü.
 
- Bəs rəqabət niyə öldü?
– Rəqabəti məşqçi yaratmalıdır. Bir kəlmə söz atırdım. çəkilirdim kənara… O sözün üstündə qırğın başlayırdı (gülür). Bu gün futbolda rəqabət yoxdursa, böyük futboldan söhbət gedə bilməz.
 
- Böyükağa müəllim, siz tarix fakültəsini bitirmisiniz. Tarixçi futbola necə keçid aldı?
– Mən 1979-cu ildə tarix fakültəsini bitirdim. Sonra qiyabi təhsil almaq üçün sənədlərimi Bədən Tərbiyəsi İnstitutuna verdim. Oranı da 1984-cü ildə bitirmişəm.
 
- O zaman kitaba meyilli olmamısınız?
– Niyə? Mənə toxunmasalar bütün günü evdə bədii ədəbiyyat vərəqləyirəm. Mən planşetdi-internetdi, bunları sevmərəm. Amma bədii qiraətə daha çox yer verirəm həyatımda… Bəyəm mənim danışığımdan hiss etmirsən? İdman camiəsində mənim kimi rahat şəkildə fikrini ifadə edə bilən neçə nəfər görmüsünüz?
 
- Sizi futboldan bezdirənlər olubmu?
– Həddən artıq… Bu gün futboldan söhbət düşəndə mənim ürəyim bulanır. Çünki hər nə gördüm əyri gördüm, haqq-ədalət görmədim.
 
- Sizə qara yaxanlar olub?
– Xeyr olmayıb. Çünki mən əliçi kimi tər-təmizəm. İçmirəm, nalayiq işlərlə məşğul olmuram, bütün gün işimin üstündəyəm. Ola bilməz ki, mən hardasa işləyəndə bir gün mənə “nb” yazıla. Bu, mümkün deyil. Əgər işdən çıxanda elə bir önəmli işim yoxdursa evdəyəm. Kənardan baxanlar istəyir mənə əngəl törətsinlər, o da mümkün olan iş deyil. Mənimlə, komandamla oynayan hər kəs öz üzərində məsuliyyət hiss edib. Çünki biliblər ki, Böyükağa Hacıyev komandanı meydana mütləq hərtərəfli hazırlayıb buraxır.
 
- Sizin zəif nöqtəniz varmı?
– Var təbii ki. Amma onu gizli saxlayıram. Çünki ondan istifadə edə bilərlər.
 
- Hansı klub üçün özünüzü xilaskar görürsünüz?
– Bu gün “Neftçi” neçənci yerdədir? 7-ci yerdə, axırdan əvvəldə… Hamı deyir ki, “Neftçi” batdı. Neynəmişəm ki, bu gün məni “Neftçi”yə yaxın buraxmırlar. Mənim vaxtımda “Neftçi” nə futbol oynayırdı, bu gün nə oynayır. Düz demirəm? Bəs bu cür çıxışlardan sonra niyə Böyükağa Hacıyev kənarda qalıb? Çünki bu gün mənim işləməyim çoxlarına xeyir eləmir. Mən sözü üzlərinə deyirəm, heç kimdən, heç nədən qorxmuram. Bu gün “Neftçi”də məşqçi var. Əgər bu məşqçi də “Neftçi”ni bu vəziyyətdən çıxarda bilməyəcəksə daha nə deyək?! Mən bir müsahibəmdə demişdim ki “Neftçi”yə dörd bacı, bir ana lazımdır ki, qabağına qoyub ağlasın. İndi o dörd bacı da azdır. İndi isə 8 bacı, 2 ana lazımdır ki, onlar üçün ağlasın. Futbolda futbolu bilənlər işləməlidir. Futbola ötəri baxanlar bu camiədə işləyə bilməz. Kim deyir futbol oyundur, bilin ki, o, sizi aldadır. Futbol bir elmdir. Bir işdə ki 6 prosesdən keçilirsə, artıq o, elmdir.
 
- Hər sahədən xəbəri olan bir insan kimi sizinlə futboldan başqa hansısa mövzuda polemika edəcək mütəxəssis tanıyırsınız?
– Mümkün deyil. Ona görə də Böyükağa Hacıyev bu gün onlardan bir pillə yuxarıdır.
 
- Böyükağa Hacıyevdən çəkinənlər çoxdu?
– Həddən artıq. Bizim futbol klubunun prezidentlərindən birinə demişdilər ki, “Sizə elə gəlmir ki, Böyükağa Hacıyevə həddən artıq meydan verirsiniz”. Klub rəhbəri də konkret cavab verib: “ Sizə elə gəlmir ki, Böyükağa Hacıyevin dilinə görə dilçəyi də var? ”. (söhbət Sadıq Sadıqovdan gedir – red).
 
- Sadıq Sadıqovla bu gün münasibətiniz necədi?
– Sadıq müəllim Azərbaycan futbolunun nadir incilərindəndir. Kaş bütün klub prezidentləri futbolun strategiyasını Sadıq müəllim kimi bilsin. Sadıq müəllim komandasına baxanda bilir ki, onlardan nə tələb etmək olar. O, Azərbaycan futbolu üçün bir vergiydi. Təəssüflər olsun ki, biz bundan istifadə edə bilmədik. Sadıq Sadıqov indi olub cüdoçu… (gülür) Cüdo Federasiyasının vitse-prezidentidir.
 
- “Naxçıvanda iki futbolçu tanıyırlar. Bunlar Pele və Böyükağa Hacıyevdir” - Bu fikri də siz demisiniz.
– Demişəm ki, naxçıvanlılar dünya futbolundan 2 nəfər tanıyır – Pele və Böyükağa Hacıyev. Mən Naxçıvan futbolundan çıxan yeganə SSRİ idman ustasıyam.
 
- “Röyaya 24 saat yorulmadan qulaq asaram” –deyən Böyükağa Hacıyev başqa kimi dinləyir?
– Floraya qulaq asıram. Düzdür, Azərbaycanda gənc müğənnilər peyda olub. Ancaq mən onları tanımıram. Röyanın oxuduğu monoton mahnılar əvəzolunmazdır.
 
- Demisiniz ki, “Soyadım Hacıyev yox, Haciyevski olsaydı məni alqışlayardınız”.
– O vaxt gördüm Avropaya çox fikir verirlər. Mənim də bir bədbəxtçiliyim ondadır ki, mən Azərbaycanda doğulmuşam. Başqa ölkədə doğulsaydım, bu ağılla, bu bacarıqla çox irəliyə getmişdim. Böyükağa Hacıyev heç vaxt elə-belə təriflənməyib. O, buna layiq olub.
 
- Bu gün “Bakı” klubunun icraçı-direktoru Yaşar Seyidovla münasibətiniz necədir?
– Pis deyil. Ona mənim ürəyim ağrıyır, bədbəxtdir. Təsəvvür edin ki, komanda yox, prezident yox, “ququluquş” oturub, o böyüklükdə bazanın ortasında…
 
- Sizə zəng edərkən, səhvən Yaşar müəllimin nömrəsini yığmışdım. Mənə ikrahla dedi ki, “Böyükağa Hacıyevə salam deyin”.
– Yaşarla bir yerdə işləmişik. Onun kimiləri kişiliyi “moddan” salıblar. İfadəmə görə üzr istəyirəm. Həyatda nə baş verir-versin, kişi yaltaqlıq etməz. Bu gün o, dağılmış bir yerdən əl çəkə bilmir.
 
- Klublarımızdan təkliflər varmı?
– Deyir, məni bəyənəni mən bəyənmirəm, mənim bəyəndiyim isə məni bəyənmir. Oturmuşam, il yarımdır istirahət edirəm, güc yığıram. Hansı kluba getdim evi yıxıldı. Gedib xariqələr yaradacam. Azərbaycan futbolu çöküb, göz qabağındadır. İki komanda qalıb çempionluq uğrunda vuruşur: “Qəbələ” və “Qarabağ”. İki nəfərin arasında çempion olmağa nə var ki?! Mənim vaxtımda çempion olmaq üçün “Qarabağ”, “İnter”, “Bakı”, “Qəbələ”, “Xəzər Lənkəran” kimi 5-6 komanda I yer üçün mübarizə aparırdı.
 
- Böyükağa Hacıyevi təkrarlayan olacaqmı?
– İnanmıram. Böyükağa Hacıyev kimi birinin yetişməsi üçün Azərbaycan futboluna 40 il vaxt lazımdır.
 
- “Mən Azərbaycan futbolunun ensiklopediyasıyam. Mənə toxunmasınlar, yoxsa, açaram sandığı, tökərəm pambığı”- Bu sözlərlə kimə eyham vurmuşdunuz?
– Onun zamanı yetişməyib hələ, vaxtı gələndə söz verirəm ki, sizə açıb deyəcəm.

Şərhlər
Reskator
Gopcu,yalanci,rusvetxor!!!
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Xəzər Lənkəran"ın gələcəyi barədə rəsmi açıqlama: "Fəxri prezidentimiz əsas komandanı mütləq bərpa edəcəyini qeyd edib, ancaq..."
"Şüvəlan" Premyer Liqaya qayıdır?
Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
"Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
Bütün səlahiyyətlər Ceyhun Sultanovun əlinə keçdi

Xəbər Lenti
23 Fevral 2018
02:14 Avroliqada bütün 1/8 finalçılar bəlli oldu
22 Fevral 2018
23:50 Ölkə çempionatında 3-cü günün qalibləri
23:19 Gənc cüdoçulara medal və diplomlar təqdim olundu
22:00 Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi
21:38 Azərbaycan gimnastı Rusiyada qızıl medal qazanıb
21:00 "Binə" - "Xəzər" 1:0 - VİDEO
20:31 Birinci Divizion: Daha üç oyun üçün hakim təyinatları açıqlandı
20:00 “Ndlovu həmin qolla bütün Bakını ayağa qaldırmışdı”
19:33 17-ci turun hakim təyinatları
19:30 Premyer Liqada 17-ci turun hakimləri
19:15 17-ci turun hakim təyinatları açıqlandı
19:00 Bir oyun təxirə salındı
18:30 “Zirə”yə keçdi, millidən kənarda qaldı
18:00 Kamran Quliyevə daha bir vəzifə verilə bilər
17:46 Azərbaycanda oynamış futbolçuya ömürlük cəza
17:43 ÇL-də həftənin rəmzi komandası
17:22 “Zaqatala” ilk qələbəsini qazandı
17:00 Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
16:40 Autizmli uşaqlar “Zirə”nin məşqində - FOTOLAR
16:21 ÇL-də həftənin ən yaxşı futbolçusu adına 4 namizəd
15:40 ÇL-də ən gözəl qola 5 namizəd
15:21 Ağatahir Əzimov: “Məhdud heyətdə istənilən itkinin yeri görünür”
15:00 Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
14:41 Gənc cüdoçuların ölkə birinciliyinə start verildi
14:20 Azərbaycan təmsilçisi reytinqdə 16-cıdı
14:00 "Neftçi"nin bazası da saraldı - FOTOLAR
13:42 Norveç idmançısı Qış Olimpiya Oyunlarında medal sayında rekordçu oldu
13:22 Ceko "Milan"In hədəfində
13:00 Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
12:49 "Real" 3 xalı 3 qolla qazandı - VİDEO
12:27 "Sevilya" - "Mançester Yunayted" 0:0 - VİDEO
12:00 Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
11:46 "Şaxtyor" - "Roma" 2:1 - VİDEO
11:00 Bütün səlahiyyətlər Ceyhun Sultanovun əlinə keçdi
10:50 Naxçıvan icra başçısı şahmatçının pulunu vermir
10:30 Ölkə çempionatında ikinci günün qalibləri
10:00 Mirbağır İsayev: "Bu Qurban Qurbanovun fikri idisə, ən azından ..." - VİDEO
09:18 ÇL-də mübarizə aparan hücumçumuz Rusiya klubuna qələbə qazandırdı
02:00 “Roma” “Şaxtyor”a uduzdu, MY “Sevilya” ilə heç-heçəyə razılaşdı
21 Fevral 2018
23:50 Yüksək Liqada 17-ci turun oyun cədvəli açıqlandı
23:30 ÇSKA serbləri məğlub yola saldı - VİDEO
23:00 Avroliqada 1/8 finala ilk vəsiqə ÇSKA-ya qismət oldu
22:00 “Neftçi”dən öncə təqdimat, sonra məşq - VİDEO
20:13 “Qarabağ” “Kəpəz” üçün hazırlığa başladı
19:51 Ali Məhkəmə Maşallah Əhmədovla bağlı şikayəti təmin etmədi
19:30 Birinci Divizionda sabah keçiriləcək oyunlara təyinatlar açıqlandı
18:00 Maşallah Əhmədova böhtan atanlar istəklərinə çatmadılar
17:00 "Zirə" Fariz Nəcəfova görə AFFA-ya şikayət etməyib - ÖZƏL!
16:40 Dieqo Souza: “Sadəcə, qol vura bilməməyimiz narahatlıq doğurur”
16:24 Ceyhun Sultanov: "Heç bir insan bura hansısa futbolçunu ata bilməz"
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.