Ucuz təyyarə biletləri

Sumqayıtın “Məhəllə uşaqları”: “Akademiyaya kömək üçün yaranmışıq” - MÜSAHİBƏ

Tarix:  11.01.17 17:01           Yazar:  Rekord.az           Oxunub: 662 dəfə

Sumqayıtın “Məhəllə uşaqları” komandasının baş məşqçisi Orxan Abdullayev Rekord.az-a müsahibə verib:

 

 

 

- Öncə başlayaq “Məhəllə uşaqları”nın yaranma tarixindən və zərurətindən...


- Bu komandanı 3 ilə yaxındır ki, yaratmışıq. İlk olaraq bir komanda ilə başladıq. Bu ildən iki yaş qrupu ilə AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında mübarizə aparırıq. U-9 və U-11 yaş qrupları. Düzdür, bu il Şimal zonası üzrə yarışlarda ilkin mərhələni adlaya bilmədik. Ancaq bunu komandamızın təcrübəsiz olması ilə bağlayardım. Ümumiyyətlə, komandanı yaratmaqda əsas məqsəd “Sumqayıt” Futbol Akademiyasına kömək etməkdir.  Aradan keçən 3 ildə akademiyaya 22 nəfər futbolçu vermişik. Hazırda həmin futbolçular klubun U-10, U-11, hətta U-16 komandalarında oynayırlar. Düşünürəm ki, 3 ildir məşqçiliyə başlayan biri klmi 22 yetirməmin akademiyaya cəlb olunması da mənim özüm üçün də uğur sayıla bilər. 

 


- 2017-də qarşınıza qoyduğunuz əsas hədəf nədir?


- İlk növbədə komanda sayını artırmaq. Bu ildən istəyirik ki, bütün aşağı yaş qruplarında təmsil olunaq.Ona görə də qruplarımızın sayını U-14-ə qədər artırmağı düşünürük.


- Niyə məhz “Məhəllə uşaqları”?


- Bilirik ki, böyük futbolçuların əksəriyyəti məhəllə futbolundan çıxıb. Biz özümüz də bu uşaqların çoxunu məhəllələrdən toplayıb komandamıza cəlb etmişik. Bir növü məhəllələrdən çıxan uşaqları öz ətrafımızda cəmləşdiririk. Bu mənada düşündük ki, komandamızın adı da “Məhəllə uşaqları” olsun. Həm də maraqlı addır. 


- Komandanızdan hansı istedadlı futbolçuların adını çəkə bilərsən?


- İstedadlı uşaqlar çoxdu. Az öncə qeyd etdiyim kimi, akademiyaya 22 uşaq vermişəm. Məsələn, Həsənov Emin bu yaxınlarda keçirilən turnirin bombardiri oldu, 4 oyuna 10 qol vurdu. Rəvan, Cavidan, Emin kimi bacarqlı uşaqlarımız var. Sərxanlı Mətinin adını çəkə bilərəm. Seyidov İntiqam keçən il çempionatda 49 qolla bombardir oldu. 48 qol vuran Kərimli Murad da bizim komandanın yetirməsidir. İslam Səmədov hazırda akademiyanın qapıçısıdır və 3 dəfə ən yaxşı qapıçı seçilib. Hüseyn Hüseynov, Pərviz Rzazadə də akademiyada seçilən uşaqlardandı. Bundan başqa, Tural Seyidov U-11 liqasında 12 oyuna 14 top vurub. 2007-ci il təvəllüdlü İsmayıl adlı futbolçumuz isə U-11 liqasında debüt edib. Hər ikisi də "Sumqayıt" Futbol Akademiyasına seçilib. 

 
- Məşq şəraitiniz necədir?


- 3 ildir ki, icarə əsasında 28 saylı məktəbin stadionunda məşq edirik. Şəraitimiz yaxşıdır. Hətta deyərdim ki, akademiyadan sonra Sumqayıtın uşaq komandaları arasında ən yaxşı şərait bizdədir. Hava yaxşı olanda açıq meydançada məşq. Forma məsələsində “Sumqayıt” Futbol Akademiyasının məşqçiləri Ağamusa Bağırovla Elşad Eyvazov bizə böyük kömək edir. Onların verdiyi formalarla oyunlara çıxırıq. Buna görə onlara, xüsusilə də klub rəhbərliyinə - prezident Kamran Quliyev və baş menecer Ceyhun Sultanova bu imkanı yaratdıqlarına görə öz dərin təşəkkürümü bildirirəm. 


- Qeyd etdin ki, komandanız Şimal zonasında növbəti mərhələyə keçə bilmədi. Növbəti çempionat üçün sentyabrı gözləməlisiniz. Bu boşluğu necə dolduracaqsınız?


-  Yoldaşlıq oyunları keçirəcəyik, turnirlərdə oynayacağıq. Mən deyərdim bizim qədər yoldaşlıq görüşü keçirən komanda yoxdur. Üç gündən bir oyunlar keçiririk. Bəzən uşaqları Qubaya, Xızıya da aparıram. Həm oyunlar keçiririk, həm də dincəlirik. 


- Məşqçi kimi öz gələcəyini necə görürsən, gələcək üçün planların nədir?


- Qeyd etdiyim kimi, 3 ildir məşqçilik edirəm. İlk olaraq “Təhsil”də başladım. Sonradan “Sumqayıt” Futbol Akademiyasında da çalışmağa başladım. Daha sonra dedilər ki, iki yerdə işləmək olmaz və birini seçməlisən. Mən də akademiyanı seçdim. Çünki burda perspektiv, qabağa getmək üçün imkanlar var. Akademiyada işə başlayanda koordinator almaniyalı Frenk Bernaard idi. Onun mənə çox köməyi dəydi. Məni ilk olaraq kateqoriya oxumağa da o göndərdi. Məşqlərdən də çox dəstək olurdu. Alman olduğu üçün nizam-intizama xüsusi önəm verirdi. Ondan çox şey öyrəndim və ona da çox minnətdaram. O vaxt oxuyub “C” kateqoriyasına yiyələndim. Bu kateqoriyanın isə 3 il müddəti var. İnşAllah 2018-ci ildə “B” kateqoriyasını oxumağa gedəcəm. 


- Yeri gəlmişkən, bir az da akademiyadakı fəaliyyətin haqda danışardın...


- Frenk Bernaardın dövründə akademiyada bir komandada baş məşqçi, digərində isə köməkçi idim. Sonra Frenk getdi və akademiyaya yeni koordinatorlar təyin olundu. Bundan sonra baş məşqçi postundan ayrıldım və hazırda U-9 və U-11 komandalarında köməkçi məşqçi kimi çalışıram. Bizim koordinatorumuz Sabir Əliyevdi. Təcrübəli mütəxəssisdir, akademiyanın inkişafında böyük töhvələri olacağına inanıram. Biz də ondan öyrənirik, verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq.


- Akademiyadakı fəaliyyətin “Məhəllə uşaqları”ndakı fəaliyyətinə mane olmur k?


- Yox. Çünki məşqlər ayrı-ayrı günlərdə və saatlarda olur.  

 

 

Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Şərhlər
Revan
Coxx tebrik edirem eziz mellimimi
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Prosineçkinin gələn cismi, qalan ruhu
2017-08-22  // 0 Şərh
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Aqil Məmmədov "Neftçi"yə təklif edildi - ÖZƏL!
Sumqayıtın uğurlu “Uğur”u!
İDDİA: “Neftçi” türkiyəli mütəxəssislərlə maraqlanır!
Nüqzar Kvirtiya I Divizion klubu ilə müqavilə bağladı
"Göyçə" İtaliyadan məşqçi, Ukraynadan qapıçı gətirir
"Masallı" rəhbərliyi I Divizion üçün Ramin Musayevdən yox, Elxan Məmmədovdan "dabro" alıb
Arif Əsədovdan yeni qərar: heç kiminlə müqavilə bağlanmasın
"Mil Muğan"da növbəti təyinat - ÖZƏL!
Rusiyada yaşayan iş adamı "Şəmkir"i himayəsinə götürür?
Lənkəran stadionunun sabiq direktoru dondurma satır?

Xəbər Lenti
24 Avqust 2017
02:30 "Qarabağ" Azərbaycanı irəli saldı
02:22 "Kopenhagen"nin baş məşqçisi: "Bugünkü oyun haqda onu deyə bilərəm ki..."
01:57 "Qarabağ"ın Çempionlar Liqasında səbəti müəyyənləşdi
01:35 Tahir Gözəl: "Bu, Qarabağ bölgəsindən köçkün düşmüş insanlara kiçik hədiyyəmizdir" - MÜSAHİBƏ
01:26 Qurban Qurbanov: "Qələbəni Azərbaycan xalqına həsr edirik"
01:20 "Qarabağ"ın tarixi qələbəsi - VİDEO
01:12 Çempionlar Liqasında pley-offa yekun vuruldu
01:07 "Qarabağ"ın qələbə selfiesi - FOTOLAR
00:56 "Qarabağ"ın Çempionlar Liqasının qrupundakı rəqiblər nə vaxt bilinəcək?
00:35 "Qarabağ" ÇL-in qrup mərhələsində!
23 Avqust 2017
23:51 "Qarabağ"da planlaşdırılmamış əvəzləmə
23:30 Samir Məsimov oynamadı, "Fakel" mərhələ adladı
22:30 Nəsirov oynadı, "Sportinq" qələbə qazandı
22:01 "Kopenhagen" - "Qarabağ": Heyətlər açıqlandı
21:49 "Kopenhagen" - "Qarabağ" - CANLI YAYIN
20:00 "Atletiko"nun hakimi söyən futbolçusu cəzalandı
19:30 "Qəbələ" Koreyaya yollanır
19:00 Qadın güləşçilərimizin DÇ-yə startı uğursuz oldu
18:40 Runi milli karyerasını başa vurdu
18:21 "Kəpəz"in legionerlərinin son durumuna aydınlıq gəldi
17:30 Almaniya klubundan İngiltərə təmsilçisinə
17:00 Nüqzar Kvirtiya I Divizion klubu ilə müqavilə bağladı
16:21 Taekvondoçumuz Taypeydə qızıl medal qazandı
15:40 Portuqaliya millisinin üzvü Moskva "Lokomotiv"ində
15:29 Yığmamızın vəsiqə qazandığı mundialın təsnifatında pley-off mərhələsinə start verilib
15:21 Əvəzedicilərin çempionatı: 3-cü turun oyun cədvəli bəlli oldu
15:00 Millimizin Norveç və San Marino ilə oyunlarına 25 futbolçu çağırıldı
14:42 “Qarabağ” “Kopenhagen”lə duelə hazırdı - VİDEO
14:21 Premyer Liqada 3-cü turun oyun cədvəli
14:00 Arif Əsədovdan yeni qərar: heç kiminlə müqavilə bağlanmasın
13:41 UEFA klub reytinqində bir pillə gerilədik
13:21 Millimiz Belarusa məğlub oldu
13:00 "Göyçə" İtaliyadan məşqçi, Ukraynadan qapıçı gətirir
12:40 "Latsio"dan Premyer Liqa klubuna
12:21 "Barselona"dan Neymara 8,5 milyon avroluq iddia
12:00 Aqil Məmmədov "Neftçi"yə təklif edildi - ÖZƏL!
11:40 "Traktorsazi"dən növbəti qələbə
11:21 "Valensiya"nın oyunçusu rəsmən "İnter"də
11:00 Orxan Hüseynzadə SOCAR-ın "qara siyahısı"nda? - ÖZƏL!
10:30 Arazın "Anortosis"in heyətində ilk oyunu - VİDEO
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
01:00 "Başakşəhər" Çempionlar Liqası ilə vidalaşdı
22 Avqust 2017
23:00 Elvin Mürsəliyev DÇ-də bürünc medal qazandı
22:40 "Neftçi” Elşad Əhmədovun rəhbərliyi altında ilk məşqə çıxdı
22:30 Tahir Gözəl: "İnanırıq ki, zəfər bizim yanımızda olacaq"
22:20 Miçel: "Sərfəli nəticə ilə mərhələ keçəcəyimizə inanırıq"
22:00 Qurbanov: "Şansımız var və bundan maksimum istifadə etməyə çalışacağıq"
21:30 "Kopenhagen" "Qarabağ" ilə oyun üçün 18 oyunçu seçdi
20:30 Solbakken: "Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"
20:12 Millimiz Belarusa qarşı bu heyətlə oynayacaq
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.