Ucuz təyyarə biletləri

“Əsas komandada möhkəmlənməyi arzulayıram”

Tarix:  11.01.17 18:01           Yazar:             Oxunub: 228 dəfə

“Kəpəz”in əvəzedici heyətinin kapitanı Qaraxan Əliyev klub saytına müsahibə verib. Rekord.az sizi həmin müsahibə ilə tanış edir:


- Qaraxan, əvvəlcə istərdim ki, məşq prosesi ilə bağlı fikirlərini öyrənək.
- Məşqlər gözlənildiyi kimi ağır keçir, bir müddət istirahət etdiyimizdən təbii ki, müəyyən çətinlik var. Amma vəziyyətə uyğunlaşmağa çalışırıq. Hazırlıq prosesinin çətin keçməsi, ağır fiziki yükləmələrin olması, əslində başa düşüləndir. Çünki əziyyət çəkməsək, bunun bəhrəsini görə bilmərik. İndi ağır olsa da, yaxşı hazırlaşsaq, çempionatda bizə rahat olacaq. 


- Komandanın kapitanı kimi özünün hazırlığını necə qiymətləndirirsən? 
- Bir həftədir ki, məşq edirik, hər şey yaxşılığa doğru gedir. Çatışmayan cəhətlərimiz var və çempionatın startına kimi bunları aradan qaldırmağa çalışacağıq. Komandaya yeni qoşulan yeniyetmələrə və gənclərə baxanda biz köhnələr hardasa təcrübəli sayılırıq. Ona görə də həmin uşaqlara yaxşı nümunə olmalıyıq. Bu səbəbdən də məşqlərdə daha çox öz üzərimizdə çalışmalı, inkişaf etməliyik. Məşqlərə ciddi yanaşmaq, verilən tapşırıqları yerinə yetirmək hər bir futbolçunun borcudur.


- Turnir cədvəlində mövqeyiniz heç də yaxşı deyil. İlk iki dövrənin yekunu haqda nə demək olar? 
- Düzdür, turnir cədvəlində yerimiz ürəkaçan deyil. Buna baxmayaraq yaxşı oyun göstərdiyimizi söyləyə bilərəm. Amma çempionatda xalı yaxşı oyuna yox, nəticəyə verirlər. İnşallah, fasilə müddətində ciddi hazırlaşıb, mövsümün ikinci yarısında daha yaxşı nəticələrə imza atmağa çalışacağıq. Hər şeyin düzələcəyinə və komandamızın mövsümün sonunda “Kəpəz”in adına layiqli yerdə olacağına ümid edirəm. 


- Ötən il “Kəpəz”in əsas komandasında debüt etməklə arzunu gercəkləşdirdin. Düşünürəm ki, məqsədin mütamadi olaraq əsas komandaya çağırılmaqdır. 
- Bəli, düz deyirsiniz. “Şahdağ”la kubok matçında oynamaq imkanı əldə etdim və buna görə sevincliyəm. Hər bir gəncəli futbolçunun arzusu “Kəpəz”də oynamaqdır. Zamanla arzumuzu həyata keçirməyə səy göstəririk. Fikrimcə, debütüm də pis alınmadı. Qələbə qazanmaqla mərhələ adladıq. Baş məşqçimiz Şahin Diniyevin də oyunumdan narazı qalmadığını düşünürəm. Yenə dəvət gözləyirəm.


- Şahin Diniyev “Kəpəz”də yerli futbolçuların oynamasında maraqlıdır. O, bu planda gəncləri daha çox önə çəkməyə çalışır. 
- Elədir, Şahin müəllimin oyun prinsipinə, seçiminə bələdik. Ona görə də öz vaxtımızı gözləyirik, şans qazanmağa çalışırıq. Gəncəli futbolçu kimi doğma meydanımızda, azarkeşlərimizin qarşısında oynamağa çox həvəsliyik. İstəyimiz futbolsevərlərin oyunlarımıza baxıb bizimlə fəxr etməsidir. Şəxsən mənim əsas istəyim budur. Əvəzedici heyətdəki çıxışımla məşqçilərin etimadını qazanıb, əsas komandada möhkəmlənməyi arzulayıram.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 180 Şərh
Amal Abuşov
Faiqin faciəsi
2017-11-07  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Emin Mahmudovdan Nizami Hacıyevə rədd cavabı gəldi
İntizamsızlıq etdi, "Qarabağ"dan qovuldu
Nizami Hacıyev "Neftçi"də nə qədər maaş alacaq?
Xəngəlxanada ofisiantlıq edən futbol hakimi - MÜSAHİBƏ
Yunis Hüseynovla işləmək istəmədi
Yunis Hüseynovu "Kəpəz"ə kim baş məşqçi təyin edib?
"Zirə"dən göndərilən "Qəbələ"nin futbolçusu "Səbail"ə keçə bilər
Roman Qriqorçuk: "Elvin təcrübəli futbolçuya yaraşmayan səhv etdi"
Hüseyn Məhəmmədov "Kəpəz"də?
Qurban Qurbanov Aslan Kərimovu özünə köməkçi götürməkdən imtina etdi

Xəbər Lenti
21 Noyabr 2017
17:20 “Kəpəz” Yunis Hüseynovu təqdim etdi
17:00 "Kəpəz"in yeni icraçı direktoru: sabiq televiziyaçı, komandir və deputatlığa namizəd - FOTOLAR
16:41 Millimiz Kosovoya məğlub oldu
16:21 9-cu turun oyun cədvəli açıqlandı
16:00 Millimizin üzvü reytinqdə 14-cüdü
15:46 Əliyar Ağayev "Beşiktaş" - "Portu" oyununda
15:22 Olimpiya Stadionundan azarkeşlərə müraciət
15:00 "Zirə"yə lazım deyil, qışda göndərilir
14:40 “Payız turniri” keçiriləcək
14:21 Monroz "Diqqət Mərkəzində" - VİDEO
14:05 Dino Ndlovu: “Təzyiq altında olan biz yox, “Çelsi”di”
14:00 Qurban Qurbanov: “Nə qədər desək ki, Avropa səviyyəsinə çatmışıq, yalan olar”
13:42 Tahir Gözəl: "Çelsi”yə ilk oyundakı böyükhesablı məğlubiyyəti kənara qoyaq"
13:21 “Qarabağ” – “Çelsi” matçında türkiyəli hakimlər
13:00 Tahir Süleymanov: "Futbol adamları bir-birlərini ittiham etməklə məşğuldur"
12:40 “Traktorsazi” darmadağın oldu
12:21 Vüqar qol vursa da, komandası elitaya yüksələ bilmədi
12:00 Kərim Diniyevin "Kəpəz"dəki taleyi necə olacaq?
11:40 Mövsümün əvvəlində qovulmuşdu, yenidən Super Liqa klubuna qayıtdı
11:29 Millimizin üzvü bu dəfə məyus oldu
11:21 Rauf Əliyev oynadı, “Kukesi” evdə uduzdu
11:00 Nizami Hacıyevin "Neftçi"yə gəlişi kimi narahat edir?
10:30 Səfərdə 200-cü qol, Dabo 7-ci, Bezotosnı 4-cü oldu
10:00 Qurban Qurbanov Aslan Kərimovu özünə köməkçi götürməkdən imtina etdi
09:32 Komandamızın taleyi gürcüstanlıya tapşırıldı
20 Noyabr 2017
23:49 "Qarabağ"ın oyununa görə metroda gücləndirilmiş iş rejimi
23:21 Birinci Divizionda 10-cu turun hakim təyinatları
22:42 “Araz” 3 xalı 2, “Neftçi” 6 qolla qazandı
22:21 “Neftçi” mübahisəli hakim qərarları ilə bağlı VİDEO yaydı
22:00 “Qəbələ” rəqibləri üçün əlçatmaza çevrilir
21:40 Öncə Qurbanov, sonra Konte
21:21 Təxirə salınmış matçın vaxtı açıqlandı
21:00 Güləşçilərimiz beynəlxalq turnirində iştirak edəcək
20:40 Millimiz Çinə 8 taekvondoçu ilə yollanır
20:21 Yığmamız qələbə ilə başladı
20:00 “Qarabağ”ın oyununa 400-dən çox avtobus ayrılıb
19:40 Tural oynamadı, “Pobeda” doğma meydanda uduzdu
19:33 Elxan Məmmədov: "Media Komitəsindən bunu gözləyirik" - MÜSAHİBƏ
19:21 90 dəqiqə və 1 xal
19:10 FIFA prezidenti Əliyevə forma hədiyyə etdi - FOTOLAR
19:00 Qari Keyhill: "Qarabağ”la oyunda bizə qələbə lazımdır”
18:40 UEFA-dan altı klubumuza 71 min avro
18:21 Dünya çempionatında iştirak edəcək güləşçilərimizin siyahısı açıqlandı
18:00 Yunis Hüseynovu "Kəpəz"ə kim baş məşqçi təyin edib?
17:50 Hücumçumuz Fransada fərqləndi
17:40 Premyer Liqamızda rekord təkrarlandı
17:27 Bakı klubu avrokubokda ilk oyununa çıxır
17:21 Cari mövsümdə 100-cü qol
16:40 “Keşlə”nin tarixində yeni antirekord
16:21 Beynəlxalq turnirdən 1 gümüş və 1 bürünc medal
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.