Ucuz təyyarə biletləri

"Neftçi" rəhbərliyinin büdcə yalanı - Tahir Süleymanovun yazısı

Tarix:  12.01.17 12:01           Yazar:  Rekord.az           Oxunub: 297 dəfə

Bu gün mətbuatda "Neftçi"nin icraçı direktoru Orxan Hüseynzadənin müsahibəsini oxudum. Bildirir ki, yaxın keçmişdə "Neftçi" Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb və o dönəmlə indikini müqayisə edə bilməzlər. Ta bu uğurlar təkrarlanmayana qədər. Əslində bura qədər hər şey yerində idi. Amma...
 
Orxan Hüseynzadə dərhal da vurğulayır ki, klubun o vaxtkı (yəni bizim “Neftçi”də çalışdığımız dövrdə) büdcəsi indikindən düz 6 (!) dəfə çox idi. Heyrət etməyə bilmirsən!
 
Həmin Orxan Hüseynzadənin söz açdığı dönəmdə “Neftçi” ardıcıl ölkə çempionluqları, kuboklar qazanıb, futbol tariximizdə ilk dəfə Avropa Liqasının qrupuna düşüb. Həmin uğurların bu gün də təkrar olmasını ürəkdən istəyirik. Amma istəyin gerçəkləşməsi üçün iş də görmək lazımdır. 8 komandalı çempionatda 7-ci yerdə gedən komandanın rəhbərliyi özünü bizimlə deyil, ən yaxşı halda Gede vaxtında 8-ci yerlə və həmin dönəmin büdcəsi ilə müqayisə edə bilər. O vaxtda, elə indi də eyni havadarların "xeyir-duası" ilə "Neftçi"ni bu günə qoydular. Yoxsa demək istəyirlər ki, pulları olsaydı, indi Çempionlar Liqasının qrupunda idilər? Gedib, başbilənlərindən soruşsunlar ki, o büdcə ilə niyə 8-ci yerdə idilər.
 
Futbolu bilmək, işi bacarmaq lazımdır, 7-ci yerdə ola-ola havaya 6 dəfə asqırmaq yox...
 
Fikirimizi bildiririk, məsləhətlərimizi veririk. İstəyimiz ancaq "Neftçi"nin layiq olduğu yerdə olmasıdır. Bəs, “Neftçi” rəhbərliyində bu nə xofdur, yaranıb? Məqsədləri nədir? Bu mənasız açıqlamalarla elə sponsorlarını hədəfə alırlar. Həmin dönəmdə də, indi də eyni maliyyəçilər "Neftçi"yə nəzarət edirlər. Qoy, çıxıb onlar açıqlasınlar ki, son on ildə kimin dönəmində "Neftçi"nin büdcəsi nə qədər olub. Demək istəyirlər ki, "Neftçi"nin keçmiş büdcəsi 15, 20, 30, 40, 50 milyon olub, indiki isə cəmi 1-2 milyondur? Niyə xalqı aldadırlar? Niyə demirlər ki, Sadıq Sadıqovun “Neftçi”nin prezidenti olduğu dönəmdə klub milyonlar qazanıb və Avroliqanın qrupuna düşdüyü üçün qazanılan milyonlar hansı müddətə "Neftçi"nin hesabına köçürülüb? İndiki rəhbərlik çox əziyyət çəkməsin, gedib elə öz havadarlarından soruşsun, onlar dəqiq cavab verəcəklər.
 
Biz "Neftçi"yə gəldiyimiz gündən ta sona qədər nə keçmişlə, nə maliyyə ilə bağlı heç bir  açıqlama vermədik. Çünki pul yox, uğur qazanmağa gəlmişdik. Şəffaflıqdan danışırlar, bu mövsüm transfer olunan 13-15 (!) legionerin qiymətlərini açıqlasınlar! Və onu da açıqlasınlar ki, bu legionerləri federasiyada əyləşən hansı "menecer"in xətti ilə gətirirlər. AFFA hara, klublara futbolçu gətirmək hara...

"Neftçi"nin istedadlı yetirmələrini didərgin salıb onlarla səviyyəsiz futbolçu transfer ediblər. Hanı bu klubun strategiyası, hanı klubun yeni yetirmələri? Biz heç vaxt çempionluqlar qazanaraq bir mövsümə 14-15 legionerdən istifadə etmədik. Qruplarda 19-21 yaşlı futbolçularımız çıxış edirdi. Ağıllı klub 15 legionerə verilən vəsaitə 5-6 səviyyəli futbolçu transfer edir və onların yanında öz istedadlı yetirmələrini oynadır. Necə ki, bizim dönəmdə belə idi...
 
İndikilər futbola 5-10 ildi gələn təsadüfi insanlardır. "Neftçi"ni tarixi uğurlara daşımaq üçün futbolun dərinliyini, incəliklərini bilmək lazımdı. Bunlar "Neftçi"ni elə nüfuzdan salıblar ki, rəhbərlərini tribunadan qovurlar.
 
"Neftçi" və ümumi futbol bizlərindi. İndi o klubun rəhbərliyində toplaşanlar çox cavan və futbolda təsadüfi, təcrübəsiz insanlardır. Və yalnız futbolda naşı adamlar bu cür ehtiyatsız, düşəncəsiz açıqlamaları ilə öz havadarlarını, rəhbərlərini "vura” bilərdilər.
 
Sonda “Netçi” rəhbərliyinə bir məsləhətim var: sələflərinizin səhvlərini təkrarlamayın! Meydanda məğlub olmağınız təbiidir, futbolu bilmirsiniz, heç olmasa 5-6 ay sizi "Neftçi"yə gətirən havadarlarınızı da məğlub etməyin.
 
Tahir SÜLEYMANOV

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Neftçi”nin ən böyük itkisi
2017-04-06  // 2 Şərh
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
Reynaldo "Neftçi"nin hədəfində!
“Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
Elvin Yunuszadə "Neftçi"yə qayıdır?
"Sumqayıt" Avropa Liqası üçün bank təminatı aldı
Denis Silva "Zirə" ilə danışıqlara başladı
"Zaqatala" baş məşqçisini istefaya göndərdi
ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
AFFA-dan AZAL-a "yaşıl işıq": bank zəmanətini gətir, Premyer Liqada qal

Xəbər Lenti
24 Aprel 2017
09:18 Millimiz İsraildə növbəti qələbəsini qazanıb
01:50 "El-Klassiko"nu "Barselona" qazandı
00:15 "Qəbələ"dən Afinada böyükhesablı qələbə
00:00 AZAL - "Kəpəz" 1:2 - VİDEO
23 Aprel 2017
23:40 Emin Mahmudov oynadı, "Boavişta" uduzdu
23:20 AEL Amit Quluzadəsiz qalib gəldi
23:00 “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olundu - FOTOLAR
22:20 “Real” - “Barselona” - Heyətlər
21:00 Nəsirovsuz "Sportinq"dən inamlı qələbə
20:30 Qurban Qurbanov: "İkinci hissədə daha yaxşı oynadıq"
20:25 Samir Abasov: "Alınmasa da, məyus deyilik"
20:20 "Qarabağ"a çempionluq kuboku və medalların təqdim olunma mərasimi - VİDEO
20:15 “Gərginlik aprelin 29-na qədər davam edəcək”
20:10 Tərlan Əhmədov: “Son oyuna əvəzedici heyətdən futbolçu götürəcəm”
20:05 Ayxan Abbasov: "Bu hal istənilən məşqçinin başına gələ bilər"
20:00 "Zirə" - "Neftçi" 2:2 - VİDEO
19:55 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
19:52 “Limitin pozulması texniki qüsurdu” – Elxan Abdullayev
19:35 Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
19:31 Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
19:20 Şeydayev "fərqləndi", "Jilina" qalib gəldi və çempion oldu
19:13 Abdulbari Gözəl: "Gözləntimiz "Qarabağ"ın Çempionlar Liqasında uğur qazanmasıdır"
19:00 Millimizin üzvünə ehtiyac duyulmadı
18:56 ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
18:55 “Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
18:40 Rüfət Dadaşov üçün 62 dəqiqə
18:20 "Qəbələ" "İnter"ə qarşı - VİDEOANONS
18:00 Paşayev üçün 90 dəqiqə və 3 xal - VİDEO
17:30 Heydərov Avropanın "Ən yaxşı gənc cüdoçu" mükafatına layiq görüldü
17:00 Millimizin forvardı üçün biabırçı məğlubiyyət
15:30 "Qəbələ" "Gent"ə qalib gəldi - VİDEO
14:30  Cəfərov yenə ehtiyatda qaldı
14:00 "Dedim "məni qovacaqlar", uşaqlar güldülər..." - VİDEO
13:30 "Göyəzən" - "Mil-Muğan" 3:7 - VİDEO
13:00 Reynaldo "Neftçi"nin hədəfində!
12:30 "Energetik" - "Bakılı" 1:1 - VİDEO
12:00 AFFA "Zaqatala" ilə bağlı qərar verməyə tələsmir
11:30 "Ağsu" - "Zaqatala" 4:0 - VİDEO
11:00 "Qarabağ" - "Sumqayıt" matçına necə canlı baxmaq olar?
01:25 İngiltərə Premyer Liqasında 33-cü tur start götürdü
22 Aprel 2017
23:00 "Qəbələ" Danimarka klubunu məğlub etdi
22:40 Eddi İsrafilov oynamadı, "Kadis" yenə xal itirdi
22:22 Pavel Elyanov ardıcıl ikinci qələbəni qazandı
22:00 Uesli So Maykl Adamsla heç-heçədən danışdı
21:41 Veselin Topalov: "Barışıq barədə düşünmürəm"
21:20 Karyakin: "Karlsen "Real"a azarkeşlik edirsə, mən "Barsa"ya dəstək olacam"
21:00 Nağıyev oynadı, "Dnepr" qalib gəldi
20:36 Elxan Məmmədov Avropa çempionudur! - VİDEO
20:00 Erat oynadı, "Duysburq" qalib gəldi
19:30 “Qəbələ” xal itirdi, lider dəyişdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.