Ucuz təyyarə biletləri

Zahir Əsgərov: "Həmin məşqçi həmin uşağa qazanc mənbəyi kimi baxır" - MÜSAHİBƏ

Tarix:  21.01.17 18:01           Yazar:  Rekord.az           Oxunub: 465 dəfə

“Sumqayıt” Futbol Akademiyasının U-10 komandasının baş məşqçisi Zahir Əsgərov Sumqayıtın uşaq futbolunun mövcud durumuna həsr olunan layihə çərçivəsində Rekord.az-a müsahibə verib:

 


- Zahir, öncə başlayaq məşqçilyə gəlişindən...


- 2010-cu ildə qısa müddət “Sumqayıt”da oynadıqdan sonra futbolçu karyeramı başa vurdum. Ondan sonra məşqçiliyə start verdim. İlk olaraq  AFFA ilə ”Bakcell” şirkəti arasında müştərək açılan futbol məktəbində çalışmağa başladım. 


- Bəs “Sumqayıt” Futbol Akademiyasına gəlişin necə oldu?


- Akademyanın keçmiş koordinatoru Frenk Bernhaard məni dəvət elədi. Ancaq öncə sorğu-suala tutdu və gördü ki, futbolda təsadüfi adam deyiləm. 16-17 yaşımda “Xəzər” Sumqayıtda gümüş medal qazanmışam. Az-çox futboldan anlayışımız da var. Bunları gördükdən sonra məni akademiyaya işə götürdü.


- U-10 komandasındakı fəaliyyətini necə qiymətləndirərdin?


- Hələ ki, işlər pis getmir. Komandamız Şimal zonası üzrə 1-ci pillədə qərarlaşıb. Qarşıda ikinci mərhələ və final mərhələsinin oyunları var. Çalışmalıyıq ki, zonada göstərdiyimiz nəticələri final mərhələsində də təkrarlayaq. Düzdür, qarşımıza hədəf qoyulmayıb ki, gedin, çempion olun. Əsas hədəf uşaq yetişdirməkdir. Lakin özümüz də yüksək yer tutmaq istəyirik.


- Son illərdə Sumqayıtın uşaq  futbolunda eniş yaşanır. Elə keçən il sizin akademiyanın 10 komandasından yalnız biri 3-cü yeri götürə bildi. Şəhərin uşaq futbolundakın əsas problemi nədə görürsən?


- Əvvəllər şəhərin yalnız bir futbol məktəbi var idi o da Tofiq Rzayevlə Ağamusa Bağırovun çalışdığı məktəb. Bütün uşaqlar da ora axışırdı. Seçim çox idi. Hətta elə olurdu ki, bu məktəbə düşə bilməyən hansısa uşaq Bakı komandalarında oynayırdı. Amma indi uşaq komandaları, futbol məktəbləri çoxdur. Bəzən hər yerindən duran özünə məşqçi deyir, qrup yaradır məşq keçir. Bir də görürsən elə məşqçinin əlinə elə oyunçu düşür ki, super istedaddır. Amma həmin məşqçinin əlinin altında qalıb məhv  olur. Akademya üçün istəyəndə də çoxu vermir. Halbuki, bu uşaq sabah güclü futbolçu olsa elə həmin məşqçinin özü üçün də böyük reklam olaaq. Əslində bu gün biz hamımız, Sumqayıtda fəaliyyət göstərən bütün uşaq futbol məktəbləri “Sumqayıt” Futbol Akademiyasına” kömək etməliyik.


- Olmaz ki, istedadlı uşaqları həmin naşı məşqçilərin əlindən alasınız?


- Buna çalışırıq. Amma təəssüf ki, həmişə buna nail olmaq olmur. Çünki həmin məşqçi həmin uşağa qazanc mənbəyi kimi baxır. Fikirləşir ki, hər ay bundan müəyyən qədər aylıq haqq alıram. Akademiyaya versəm bundan məhrum olacam. Daha başa düşmür ki, gələcəkdə həmin uşaq qabağa gedib böyük uğur qazansa, elə həmin məşqçinin özü üçün də böyük reklam  olacaq.


- Komandanıza uşaqları adətən hardan cəlb edirsiniz. Çünki indi əvvəlki dövrlərdəki kimi məkbəblə rarası, məhəllələr arası turnirlər keçirilmir...


- Yenə də məhəllələrdən axtarırıq. Məsələn, hansısa istedadlı uşağı görən kimi onu məşqlərə cəlb etməyə çalışırıq.


- Məşqçi kimi iş prinsipin necədir? Konkret olaraq, uşaqlara yanaşman.


- Uşaqlarla işləmək böyüklərlə işləməkdən çətindir. Çünki bəzən uşağa hansısa tapşırığı bir neçə dəfə izah etməli olursan. Bunun üçün də məşqçidə səbr və təmkin olmalıdır.  Uşağın üstünə qışqırmaq, onu təhqir etmək qəti olmaz.  Məşqçi ona yaradılan şəraitdən maksimum istifadə edib layiqli futbolçu yetişdirməlidir. Sağ olsun “Sumqayıt” klubu, Kamran Quliyev akademiya üçün lazım olan bütün şəraiti yaradıb. Meydança, top, forma, inventar və s. Bizdən tələb olunan A komanda və milli komanda üçün futbolçu yetişdirməkdi. Koordinatorumuz Sabir Əliyev də təcrübəli mütəxəssisdir və o da bu yöndə tövsiyyələrini verir.  Mənim konkret iş prinsipim necədir? Futbolçu ilə dost olmağa çalışıram. Bilirsiniz, bunlar uşaqdır. İndidən hansı münasibəti görsələr beyinlərinə də o cür həkk olunacaq. Mən məşq zamanı uşaqlar zarafat da edirəm. Səhvləri olanda da xoşluqla, səbrlə başa salıram. Gərək uşağa elə münasibət göstərəsən ki, növbəti məşq gününü səbirsizliklə gözləsin. Sən onun üstünə qışqırsan, təhqir eləsən, həmin uşaq növbəti məşqə həvəssiz, məcbur gələcək ki, yenə məşqçi məni söyəcək.


- Bu arada bildiyimə görə hazırda C kateqoriyasına sahibsən. B kateqoriyasını nə vaxt almağı düşünürsən?


- Yaxın zamanlarda AFFA-ya müraciət etməyi düşünürəm. Düzdür, C kateqoriyası 14 yaşa kimi uşaqlarla işləməyə kifayət edir. Lakin daha yuxarı yaş qruplarında işləmək üçün kateqoriyanı da qaldırmalısan.

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Neftçi”nin ən böyük itkisi
2017-04-06  // 2 Şərh
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Zaqatala"ya sponsor tapıldı, Premyer Liqaya gəlir - ÖZƏL!
Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
Reynaldo "Neftçi"nin hədəfində!
“Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
Elvin Yunuszadə "Neftçi"yə qayıdır?
"Sumqayıt" Avropa Liqası üçün bank təminatı aldı
Denis Silva "Zirə" ilə danışıqlara başladı
ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
"Zaqatala" baş məşqçisini istefaya göndərdi

Xəbər Lenti
24 Aprel 2017
18:00 Jurnalistlər 5 çempionluğa 1 ulduz deyir - SORĞU
17:30 Roman Qriqorçuk: "Kubokun qazanılması “Qəbələ” üçün çox böyük nailiyyət olacaq"
17:25 Nizami Hacıyev "Neftçi"də
17:00 Zaur Svanadze: "Hamımız məmnunuq"
16:27 “Qəbələ” gümüş, “İnter” bürünc medalı təmin etdi
16:19 Yığmamızın üzvü Türkiyə birinciliyində növbəti qələbəsini qazanıb
16:00 "İnter"də fevral ayının maaşları verildi
15:45 "Qəbələ"də ciddi itki
15:22 Azarkeşlər “Neftçi”nin oyununu boykot edəcəklər
15:00 "Sumqayıt"ın büdcəsi artmayacaq!
14:21 Azərbaycan millisi üçün uğurlu reytinq
14:00 "Turan Tovuz"un sponsor söhbəti yalan çıxdı: belə niyyətim yoxdur
13:46 Cüdo yığmasının Elxan Abdullayevi kimdir?
13:45 İdman gimnastlarının Kluj səfəri başa çatdı
13:22 Məmmədyarov Rəcəbova qarşı
13:00 Samir Abasov daha bir futbolçunu göndərməyə hazırlaşır
12:45 Məmmədyarov liderliyə yüksəldi
12:22 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
12:00 Qara Qarayev: "Qəbələ" çempionatın heyfini bizdən çıxmaq istəyəcək" - MÜSAHİBƏ
11:30 Azad Əliyev Qazaxstanda keçirilən turnirdə bürünc medal qazanıb
11:00 Abdulbari Gözəl: "Kubok burdan ora, ordan bura gəzə bilməz" - MÜSAHİBƏ
10:30 Sabiq "Qarabağ"lı Erediviziyanın bombardirləri arasında
10:00 "Zaqatala"ya sponsor tapıldı, Premyer Liqaya gəlir - ÖZƏL!
09:18 Millimiz İsraildə növbəti qələbəsini qazanıb
01:50 "El-Klassiko"nu "Barselona" qazandı
00:15 "Qəbələ"dən Afinada böyükhesablı qələbə
00:00 AZAL - "Kəpəz" 1:2 - VİDEO
23 Aprel 2017
23:40 Emin Mahmudov oynadı, "Boavişta" uduzdu
23:20 AEL Amit Quluzadəsiz qalib gəldi
23:00 “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olundu - FOTOLAR
22:20 “Real” - “Barselona” - Heyətlər
21:00 Nəsirovsuz "Sportinq"dən inamlı qələbə
20:30 Qurban Qurbanov: "İkinci hissədə daha yaxşı oynadıq"
20:25 Samir Abasov: "Alınmasa da, məyus deyilik"
20:20 "Qarabağ"a çempionluq kuboku və medalların təqdim olunma mərasimi - VİDEO
20:15 “Gərginlik aprelin 29-na qədər davam edəcək”
20:10 Tərlan Əhmədov: “Son oyuna əvəzedici heyətdən futbolçu götürəcəm”
20:05 Ayxan Abbasov: "Bu hal istənilən məşqçinin başına gələ bilər"
20:00 "Zirə" - "Neftçi" 2:2 - VİDEO
19:55 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
19:52 “Limitin pozulması texniki qüsurdu” – Elxan Abdullayev
19:35 Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
19:31 Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
19:20 Şeydayev "fərqləndi", "Jilina" qalib gəldi və çempion oldu
19:13 Abdulbari Gözəl: "Gözləntimiz "Qarabağ"ın Çempionlar Liqasında uğur qazanmasıdır"
19:00 Millimizin üzvünə ehtiyac duyulmadı
18:56 ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
18:55 “Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
18:40 Rüfət Dadaşov üçün 62 dəqiqə
18:20 "Qəbələ" "İnter"ə qarşı - VİDEOANONS
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.