Ucuz təyyarə biletləri

Nizami Hacıyev: "Ruslan Abışovla Ağabala Ramazanovun klubdan getmələri də rəhbərliyin səhvidir" - MÜSAHİBƏ

Tarix:  28.01.17 13:01           Yazar:  Rekord.az           Oxunub: 352 dəfə

"İnter"in kapitanı Nizami Hacıyev "Report"a müsahibə verib.
 
Rekord.az həmin müsahibəni təqdim edir:
 
- Fasilə başa çatdı və Premyer Liqada 2017-ci ilin ilk oyununu "Kəpəz"ə qarşı keçirəcəksiniz. İlin ilk rəsmi oyunu öncəsi "İnter"də vəziyyət necədir?
- Hazırlıqlar normal keçib və artıq başa çatıb. İndi oyunun başlanma saatını gözləyirik. Bilirəm ki, "Kəpəz"ə qarşı çətin oyun keçəcək. Ümumiyyətlə çempionatda dövrənin ilk oyunu həmişə çətin keçir. Hər iki komanda 3 xal qazanmaq istəyir. Bu baxımdan, düşünürəm ki, mübariz və baxımlı oyun olacaq.
 
- FİFA tərəfindən qoyulan qadağaya görə "İnter" heyətini gücləndirə bilmədi. Əksinə, iki futbolçu komandadan getdi. Xüsusən, Ruslan Abışovun gedişi komandaya necə təsir edəcək?
- İndi Ruslan Abışovun meydanda unutmuşuq. Komandadan gedib, biz onun yerini doldurmuşuq. Futbolçular çalışacaq ki, yaxşı oynasın və özünü göstərsin. Transfer qadağası da bizim taleyimizə yazılıb. Seçim Ruslanın idi, o da belə qərar verdi.
 
- Turnir cədvlindəki ən yaxın qonşunuz "Qəbələ" ilə 6 xallıq fərq var. Çempionatın qalan hissəsində bunu aradan qaldırıb ilk iki pillə uğrundan mübarizə aparmaq olar, yoxsa 3-cü yer də "İnter" üçün yaxşıdır?
- Ümumiyyətlə, mövsümün əvvəlində qarşımıza ilk "3-lük" hədəfi qoyulmuşdu. Amma bu gün fikirləşirsən ki, bir az da irəli addımlamaq olar. Bizim sponsorun, maaşın olub-olmamasının dəxli yoxdur. 6 xal elə də böyük deyil. Sadəcə, məğlub olmamaq lazımdır.
 
- Sponsor məsələsinə toxundunuz. Deyəsən, Azərbaycan Beynəlxalq Bankı ilə problemlər var...
- Bəli, var.
 
- Bank imtina etdi?
- Bəli.
 
- Hazırda kluba kim sponsorluq edir?
- Hazırda "İnter"ə komanda yoldaşımız Mirhüseyn Seyidov sponsorluq edir, kafedən dönər gətirir (gülür - R.Ə.). Zarafat bir yana, yemək-içməyimiz yerindədir. Necə var, elə də davam edirik. Sadəcə, əmək haqqı borcu qalıb.
 
- Hansı aylar ödənilməyib?
- Dekabr və yanvar ayları. Artıq yanvarın bitməsinə 2-3 gün qalıb, ay yekunlaşır. Deyirlər ki, fevralda pullar veriləcək, maaşımız hazırdır. Hələ də gözləyirik.
 
- Rəhbərliklə bu barədə söhbətiniz olub?
- Bankın yeni nümayəndələrini görməmişəm. Onlara futbol maraqlı deyil. Heç bilmirəm də kimlərdən ibarətdirlər. Klub prezidenti Azər Əliyevlə tez-tez görüşürük. Amma sponsorları görməmişəm.
 
- Sponsor klubdan nə vaxt imtina edib?
- Təxminəmn bir həftə olar. Sona qədər yaxşı olacağını düşünürdüm. Amma gördüm ki, elə deyil. Allah şahiddir ki, vəziyyətin necə olacağını bilirdim. Üstəlik, Ruslan Abışovla Ağabala Ramazanovun klubdan getmələri də rəhbərliyin səhvidir. Hər şeyi həll edib, danışmışdıq. Sadəcə, "İnter"i məhv etdilər.
 
- Bəlkə "İnter" üçün daha yaxşı sponsor düşünülür?
- Əgər belə adam varsa, Allah onun köməyi olsun, balasını saxlasın. Ancaq inanmıram. İnanmıram ki, kiminsə "İnter"i dağıtmağa gücü çatsın. Amma necə yaşayacağını bilmirəm. Bir müddət əvvəl də yadınızdadırsa, klubda pis vəziyyət idi. Amma yenisi gələndən sonra hər şey dəyişdi.
 
- Bəs Nizami Hacıyevin özü necə, "İnter"dən getməyi planlaşdırır?
- Hara gedim? Gedib, hardasa 5-6 min qazanım, amma "İnter" burada pis vəziyyətdə qalsın? Olmaz axı..
 
- Klub uçuruma gedirsə, o zaman...
- Son olsa, başqa variant olmasa, bu, başqa məsələdir. Mən sona qədər "İnter"dəyəm. Çünki damarımda "İnter"in qanı axır. Lazım olsa, meydanda tək döyüşəsi olsam belə. Çünki "İnter"də mən çox şeyə nail olmuşam.
 
- Milli komanda ilə bağlı nə düşünürsünüz?
- Milli ilə bağlı nə deyim? Mənim üçün milli söhbəti bağlanıb. Heç təklif də gözləmirəm.
 
- Çağırılacağınıza ümid yoxdur?
- Ümid həmişə var. Amma bu, real deyil. Özüm-özümü niyə aldadım? Çağırmırlarsa, özləri bilərlər. Baş məşqçi Robert Prosineçki özü demişdi ki, Nizami Hacıyev pis futbolçu deyil, amma yaxşı da deyil.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Gecə "Maşın show"da iştirak etdi, sabah Premyer Liqa oyununa çıxdı
Mahir Şükürov Ukrayana getdi
Qriqorçuk onu göndərməyə hazırlaşır?
“Zirə” uduzdu, “Neftçi” qalib gəldi
Millimizin sabiq üzvü Tovuzda restoran açdı - FOTOLAR
"İnşaatçı" stadionu da plandan çıxarıldı: pul yoxdur
Rəşad Sadıqov hakimi belə itələdi və sarı vərəqə aldı - FOTOLAR
"Qarabağ" "Qəbələ"yə uduzdu
"Kəpəz" yenidən Gəncədən didərgin düşəcək
"Energetik" AFFA-dan cavab gözləyir

Xəbər Lenti
23 Oktyabr 2017
15:21 “Neftçi” bunu sonuncu dəfə 2014-cü ildə görmüşdü
15:00 Mirbağır İsayev milliyə legioner götürməkdən imtina edib
14:41 Liderlərin məğlubiyyətsizliyinə son
14:20 Premyer Liqada iki rekord
14:00 Samir Abasov onu niyə əvəzedici komandaya göndərib?
13:42 90 dəqiqə və 1 xal
13:21 Bir oyun canlı yayımda
13:00 "Viləş" Masallı rəhbərliyinə ağız açdı: Heç olmasa qazonu qaydaya salın
12:43 “Neftçi” “Sumqayıt”la oyunun hazırlığına sabah start verəcək
12:21 Dadaşovun komandası 3 xalı 3 qolla qazandı
12:00 "Sumqayıt"ın futbolçusu "Zirə"nin maraq dairəsində - ÖZƏL!
11:41 Emin Kürdov: “Bu oyundan dərs çıxarmalıyıq”
11:21 Dünya birinciliyində tarix yazan gənc cüdoçularımız Vətəndə
11:00 Millimizin sabiq üzvü Tovuzda restoran açdı - FOTOLAR
10:31 İsrafilov oynadı, 3 qola üzüldü
10:00 AFFA-nın sabiq hakimi sədr postuna gətirildi
09:22 Hücumçumuz oynamasa da komandası qələbə qazandı
22 Oktyabr 2017
23:27 Qubadlı futbolunun tarixindən: “Həkəri”dən “Həkəri”yə - II YAZI
23:00 “Atletiko” səfərdə qələbə qazandı - VİDEO
22:30 Kamran Ağayev oynadı, komandası 5 qola sevindi
22:00 “Qarabağ”ın rəqibi 3 xalı tək qolla qazandı - VİDEO
21:32 Rəşad Sadıqov hakimi belə itələdi və sarı vərəqə aldı - FOTOLAR
21:31 "Qəbələ" - "Qarabağ" 1:0 - VİDEO
21:22 Rəşad Sadıqov: "Həmin epizodda mən səhv saldım" - MÜSAHİBƏ
21:05 Fariz Nəcəfov: "Futbolçuların bundan xəbəri yox idi" - MÜSAHİBƏ
21:02 Qurban Qurbanov: “Uğurlu seriyamız nə vaxtsa qırılmalı idi”
21:01 Roman Qriqorçuk: “Bu barədə düşünmürəm”
20:26 "Qarabağ" "Qəbələ"yə uduzdu
19:30 Dəniz Yılmaz oynamadı, “Bursaspor” xal itirdi
19:00 “Duysburq” Eratsız qalib gəldi
18:41 Dmitri Nazarov qovuldu
18:34 Kəmaləddin Heydərov "Qəbələ"nin oyununda
18:21 “Sumqayıt” “Zirə”yə, “Kəpəz” “Neftçi”yə uduzdu
18:00 “Qalatasaray” – “Fənərbaxça” matçında “Qarabağ” plakatı açılacaq
17:45 Təxirə salınmış oyunun vaxtı bəlli oldu
17:30 Fariz Məmmədov: “Roman Qriqorçuk amilinin də rolu var”
16:30 “Qəbələ” Ukrayna klubuna məğlub oldu
16:00 “Azərbaycan çempionatı Avropaya gedən yolda bizim üçün tramplin ola bilər”
15:30 4-cü turun oyun cədvəli açıqlandı
14:38 Yığmamızın üzvü ilk qələbəsinə sevinib
14:30 “Marafon”la Sultanov zirvədə
14:29 Voleybolçumuz meydana çıxmadı, komandası uduzdu
14:16 Məmmədovadan Rusiyada növbəti qələbə
14:00 Futzal üzrə Azərbaycan çempionatında dava düşdü
13:30 Samir oynadı, “Fakel” yenə uduzdu
12:31 Əsgərov Latviyada yenə dubla imza atdı
12:00 Gecə "Maşın show"da iştirak etdi, sabah Premyer Liqa oyununa çıxdı
11:41 Araz Abdullayev oynadı, "Anortosis" qalib gəldi
11:23 Millimizin üzvü oynadı, komandası xal itirdi
11:00 "Kəpəz"də adam döyən işçinin yerinə yeni təyinat
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.