Ucuz təyyarə biletləri

Tadas Simaitis: “Bu mövsüm daha çətin olacaq”

Tarix:  28.01.17 14:01           Yazar:             Oxunub: 149 dəfə

“Çempionatın ikinci hissəsi üçün təlim-məşq toplanışını Bakıda keçsək də, hər şey ideal oldu. Bizim üçün yaxşı şərait yaradılmışdı. İstədiyimiz kimi də hazırlaşa bildik”. Rekord.az xəbər verir ki, bu sözləri klub saytına "Kəpəz"in əsas komandasının üzvü Tadas Simaitis deyib. 


Litvalı qapıçı Premyer Liqanın qış fasiləsində “Kəpəz”in hazırlığı haqda danışarkən belə söyləyib. Tadas sözlərinə bu cür davam edib: “Türkiyə və ya İspaniyada da olsaydıq, belə hazırlaşacaqdıq. Mən fərq görmürəm. Əsas olan toplanışdan səmərəli yararlanmaqdır. Düşünürəm ki, biz fasilə dövründən güclənməyimiz üçün ən yaxşı şəkildə istifadə edə bildik. Fiziki kondisiyalarımızı artırdıq, taktiki və texniki yöndə məşq etdik, yoxlama oyunları keçirdik. Biz sözlə, təlim-məşq toplanışı uğurlu alındı”.


Simaitis “sarı-göylər”i çempionat üçün hazır saydığını da vurğulayıb: “Fikrimcə, Premyer Liqaya hazırıq. Bütün komanda yoldaşlarım hazırlıq dövründə verilən tapşırıqları yerinə yetirməklə üzərinə düşəni etdi. Tətil günlərində də boş oturmamışdıq. Formamızı qorumaq üçün fərdi qaydada hazırlaşmışdıq”.


“Kəpəz” III dövrənin ilk oyununda səfərdə “İnter” ilə görüşəcək. Çərçivə qoruyucusu bu matç haqda da fikirlərini klub saytı ilə bölüşüb: “Komanda qələbəyə oynayacaq. Düzdür, rəqibimiz də eyni məqsəd üçün meydana çıxacaq. Odur ki, bizi qarşıda çətin oyun gözləyir. İlk iki dövrədə onlarla keçirdiyimiz görüşlərdə qalib müəyyənləşməyib. Bakıdakı qarşılaşmada qələbəyə daha çox yaxın idik. Təəssüf ki, artırma dəqiqəsində mənim səhvimdən sonra qapımızda qol gördük və hesab bərabərləşdi. İndi daha yaxşı oynamalıyıq”.


Tadas “sarı-göylər”in Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparacağını amma bunun heç də asan olmayacağını bildirib: “Əgər qitə miqyaslı turnirə yenidən vəsiqə qazanmağı düşünürüksə, yersiz yerə xal itirməməliyik. Bütün oyunlara maksimum nəticə üçün çıxmalıyıq. Rəqiblərimiz də eyni istəklə mübarizə aparırlar. Ona görə də bu mövsüm daha çətin olacaq. Şans həmişə var, sədəcə, imkandan düzgün yararlanmaq lazımdır. Bizi qarşıda daha 14 oyun gözləyir. Marafon uzundur, layiqli şəkildə çıxış edib azarkeşlərimizi bir daha sevindirməliyik”.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 1 Şərh
Amal Abuşov
Biz UEFA-nı aldatmışıq
2017-04-27  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
Bir vaxtlar "Qarabağ" və millidə oynayırdı, indi "Mil Muğan"a keçir
"Kəpəz"ə "yox" deyib "Səbail"lə müqavilə bağladı!
"Sumqayıt"dan göndərilən sabiq milli üzvü Dağıstana qayıtdı: burda heç kimə lazım deyil
"Qəbələ" daha bir legioneri göndərdi
"Trabzonspor" "Qəbələ"yə havayı futbolçu verir!
"Şüvəlan"ın rəhbərliyi təsdiqləndi
Hücumçumuz "Fənərbaxça"da
"Sumqayıt" pul ödəmək, "Zirə" isə havayı buraxmaq istəmir
"İnter"də baş məşqçi dəyişikliyi: iki Məmmədov getdi, bir Məmmədov gəldi

Xəbər Lenti
26 May 2017
11:41 "Qəbələ"nin 11 komandası üçün 10 medal
11:22 Kubokun püşkü atıldı
11:00 Elxan Abdullayev dostunun oğlunu "Neftçi"yə gətirdi
10:30 Qurban Qurbanov və Yunis Hüseynovun cavanlığı - VİDEO
10:00 Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
09:27 Növbəti məğlubiyyətimiz - FOTOSESSİYA
09:13 Səmədov hamını qabaqladı
25 May 2017
21:08 "Şəmkir"in prezidentinə qarşı ŞOK İDDİA: oyunları qumara qoyurdu?
20:00 Yığmamız Almaniyaya quru hesabla məğlub oldu
19:00 Bir vaxtlar "Qarabağ" və millidə oynayırdı, indi "Mil Muğan"a keçir
18:22 "Atletik"in yeni baş məşqçisi məlum oldu
18:00 "Neftçi" Səmədağa Şıxlarova da qapını göstərdi
17:45 Emin Mahmudov "Boavişta"da qalır
17:22 Berdıyev "Rubin"ə qayıdır?
17:00 Qurban Qurbanova lazım olmayan futbolçu daha bir il "Zirə"də qalacaq!
16:45 II Avropa Oyunlarının keçirilmə müddəti və idman növləri azaldıldı
16:22 Ülfət Mədətov: “Onların gələcəkdə “Qəbələ”nin əsas heyətində oynaması mümkündü” - MÜSAHİBƏ
16:00 Elvin Məmmədov "Zirə"dən pula görə gedib - MÜSAHİBƏ
15:43 «Qəbələ» U-19 Liqasının gümüş mükafatçısıdı
15:22 Azər Salahlı "Sumqayıt" FK ilə 1 illik müqavilə imzalayıb
15:00 "Sumqayıt"dan göndərilən sabiq milli üzvü Dağıstana qayıtdı: burda heç kimə lazım deyil
14:48 Respublika çempionatı start götürür
14:20 Azərbaycan Almaniyaya qarşı
13:44 AFFA-dan yarım milyonluq mükafat
13:27 Bakı Olimpiya Stadionu “Dünyanın ən yaxşı yeni stadionu” mükafatına layiq görülüb
13:13 Kvekveskiri "Tobol"da - 1,5 illik müqavilə
13:00 "İnter"də baş məşqçi dəyişikliyi: iki Məmmədov getdi, bir Məmmədov gəldi
12:43 Azərbaycan samboçuları Avropa çempionatında iki medal qazanıblar
12:22 II Avropa Oyunlarının tarixi və proqramı dəqiqləşdi
12:04 ŞOK! Karate Federasiyasının vitse-prezidenti məclis vaxtı dünyasını dəyişib!
12:00 Rəşad Eyyubov: "Şəhərdə hər kəs ona hörmət edirdi" - VİDEO
11:51 Azərbaycanın və Qətərin Voleybol federasiyaları arasında əməkdaşlığa dair müqavilə imzalanıb
11:00 Yığmamızın "monqollaşdırılması"ndan kimlər qazanıb? - Cüdoçumuzdan şok açıqlama
09:36 Komandamız ilk oyununda belə məğlub oldu - FOTOSESSİYA
00:45 "Mançester Yunayed" Avropa Liqasının qalibidir!
24 May 2017
20:22 Yığmamız Türkiyəyə uduzdu
18:00 "Trabzonspor" "Qəbələ"yə havayı futbolçu verir!
17:00 "Şüvəlan"ın rəhbərliyi təsdiqləndi
15:35 Hücumçumuz "Fənərbaxça"da
15:00 AZAL "Zirə"yə 500 min pul ayırıb?
14:22 Adı və uğurları ilə kifayətlənməyən "Qarabağ" - Gələcəyə hesablanmış addımlar - YAZI
14:00 "Kəpəz"ə "yox" deyib "Səbail"lə müqavilə bağladı!
13:25 AFFA yanında Media Komitəsinin bəyanat yaydı
12:00 "Qəbələ" daha bir legioneri göndərdi
11:57 Azərbaycan ilk yoldaşlıq oyununda Bolqarıstana uduzdu
11:51 Qapıçı məşqçilər üçün seminar keçiriləcək
11:14 Azad Rəhimov: “AAAF gənc nəslin yetişməsi üçün ciddi işlər görür”
11:00 "Sumqayıt" pul ödəmək, "Zirə" isə havayı buraxmaq istəmir
10:41 "Qarabağ" italyan hücumçu alır?
10:00 "Kəpəz" "Turan Tovuz"un daha bir futbolçusunun heyətinə qatdı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.