Ucuz təyyarə biletləri

Qurban Qurbanov: "Bu cür futbolçunu itirmək heç də xoş deyil"

Tarix:  29.01.17 21:01           Yazar:             Oxunub: 591 dəfə

Azərbaycan Premyer Liqasının 15-ci turunda evdə “Neftçi”ylə bərabərə qalan (1:1) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Rekord.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:  


- Rəqib yaxşı oyun sərgilədi. Düşünürəm ki, azarkeşlər yaxşı oyun izlədi. “Neftçi”nin Antalyada bir neçə oyununu izləmişdim. O ki qaldı öz komandama, bəzi iradlarım var. İnanıram ki, qarşıdakı oyunlarda optimal formaya düşəcəklər. Rəqibə və özümüzə uğurlar arzulayıram.


- Riçard Almeyda üçün “Adanaspor”dan “Qarabağ”a təklif olub?
- Xeyr, belə təklif olmayıb. 


- “Qəbələ”nin dünənki nəticəsi oyunçulara təsir edib?
- Bəlkə, mənə də təsir edib. Oyunçularla bu barədə danışmışdım. Ola bilər, az da olsa, fikirlərində qalmışdı. Ancaq oyunun gedişi başqa şey göstərirdi. Yaxşı fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik.


- Sizcə, Namiq Ələsgərov bu gün oynasa, başqa cür olardı? “Neftçi”ylə aranızda bu anlaşma nəyə əsaslanıb?
- Bunu mən şərt kimi qoymamışam. Rəhbərlik bu barədə razılığa gəlib. Klub rəhbərliyinin öz prinsipləri var. Namiqin bizimlə müqaviləsi var idi. Biz onu müqavilə müddəti bitmədən buraxdıq. Mən də rəhbərliyin bu təklifini Elxan Abdullayevə çatdırdım. Onlar da razılaşdılar.


- Komandanın sabiq hücumçusu Samuel Armenteros onu komandadan sizin göndərdiyinizi deyir. Siz isə bir müddət öncə fərqli açıqlama vermişdiz...
- Nə vaxt nə açıqlama verdiyimi bilmirəm. Sadəcə, oyunçuya açıq şəkildə səni komandada görmək istəmirik deməzlər. Ona sadəcə olaraq, komandada oyanamaq şansının az olduğunu bildirmişəm. Ona qarşı hörmətsizlik olmayıb. Demirəm ki, Armenteros pis futbolçu olub. Bu cür xəbərlərə önəm vermirəm. Onunla necə lazımdısa, danımışam. Armenterosla 1+1 şərtilə müqavilə bağlamışdıq. Yəni müqaviləsinin müddəti bitmişdi. Belə açıqlamalara çox da önəm vermirəm.


- Almeydanın yoxluğu komandanın oyununa çox təsir etdi?
- Almeydasız da çox oyunlarda qalib gəlmişik. Ancaq o, bizim əsas futbolçumuzdu. Uzun müddətdi komandada çıxış edir. Bu cür futbolçunu itirmək heç də xoş deyil. İstərdim ki, bu gün meydanda olsun.


futbolinfo.az

Şərhlər
Azər
Nə Almeyda,nə Dino,nə Rəşad???"Qarabağ" lap 2-3 nəfərlə də oynasa qorxusu yoxdur.Əsas heyyət oyunçuları olan Rəhimə,Ramilə,Farizə,Əliyara nə gəlib ki,Qurbanov narahat olsun...???Şəxsən biz Qurbandan və Rəşaddan üzrhaqlıq gözləyirdik oyundan sonra...
sevgifaciesiroman
Belə paxıllıqdan öləssiniz elə azər.Neftçiyə üzgörənlik çoxdan edilibee ay uşaq!Xalqın boğazından kəsilən neft pulların nöyütçü havaya sovurur.Bir dəfəyə 6 transferi kim edir indi,neftçidən başqa?!Qarabağın yaşadığı köçkünlük həyatı nöyütçüyə də qismət olar görərsən!!
Azər
İbrahim Cəfərov (Futbolxeber.az saytının redaktoru): “3 FİFA referisi ola-ola turun mərkəzi oyunu başqasına tapşırılırsa və o da zibilini çıxardırsa, kimsə "qərəz yox, səhv idi" nağılına inanmaz”. - “Tofiq Bəhramova ən yaxşı ad günü hədiyyəsini Ramil Diniyev verdi!”.
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Xəzər Lənkəran"ın gələcəyi barədə rəsmi açıqlama: "Fəxri prezidentimiz əsas komandanı mütləq bərpa edəcəyini qeyd edib, ancaq..."
"Şüvəlan" Premyer Liqaya qayıdır?
Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
"Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR
Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO

Xəbər Lenti
23 Fevral 2018
10:35 Anatoli Banişevskinin doğum günündən 72 il ötür
09:46 Millimizin üzvü ÇL-də qrupda qaldı
02:14 Avroliqada bütün 1/8 finalçılar bəlli oldu
22 Fevral 2018
23:50 Ölkə çempionatında 3-cü günün qalibləri
23:19 Gənc cüdoçulara medal və diplomlar təqdim olundu
22:00 Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi
21:38 Azərbaycan gimnastı Rusiyada qızıl medal qazanıb
21:00 "Binə" - "Xəzər" 1:0 - VİDEO
20:31 Birinci Divizion: Daha üç oyun üçün hakim təyinatları açıqlandı
20:00 “Ndlovu həmin qolla bütün Bakını ayağa qaldırmışdı”
19:33 17-ci turun hakim təyinatları
19:30 Premyer Liqada 17-ci turun hakimləri
19:15 17-ci turun hakim təyinatları açıqlandı
19:00 Bir oyun təxirə salındı
18:30 “Zirə”yə keçdi, millidən kənarda qaldı
18:00 Kamran Quliyevə daha bir vəzifə verilə bilər
17:46 Azərbaycanda oynamış futbolçuya ömürlük cəza
17:43 ÇL-də həftənin rəmzi komandası
17:22 “Zaqatala” ilk qələbəsini qazandı
17:00 Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
16:40 Autizmli uşaqlar “Zirə”nin məşqində - FOTOLAR
16:21 ÇL-də həftənin ən yaxşı futbolçusu adına 4 namizəd
15:40 ÇL-də ən gözəl qola 5 namizəd
15:21 Ağatahir Əzimov: “Məhdud heyətdə istənilən itkinin yeri görünür”
15:00 Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
14:41 Gənc cüdoçuların ölkə birinciliyinə start verildi
14:20 Azərbaycan təmsilçisi reytinqdə 16-cıdı
14:00 "Neftçi"nin bazası da saraldı - FOTOLAR
13:42 Norveç idmançısı Qış Olimpiya Oyunlarında medal sayında rekordçu oldu
13:22 Ceko "Milan"In hədəfində
13:00 Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
12:49 "Real" 3 xalı 3 qolla qazandı - VİDEO
12:27 "Sevilya" - "Mançester Yunayted" 0:0 - VİDEO
12:00 Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
11:46 "Şaxtyor" - "Roma" 2:1 - VİDEO
11:00 Bütün səlahiyyətlər Ceyhun Sultanovun əlinə keçdi
10:50 Naxçıvan icra başçısı şahmatçının pulunu vermir
10:30 Ölkə çempionatında ikinci günün qalibləri
10:00 Mirbağır İsayev: "Bu Qurban Qurbanovun fikri idisə, ən azından ..." - VİDEO
09:18 ÇL-də mübarizə aparan hücumçumuz Rusiya klubuna qələbə qazandırdı
02:00 “Roma” “Şaxtyor”a uduzdu, MY “Sevilya” ilə heç-heçəyə razılaşdı
21 Fevral 2018
23:50 Yüksək Liqada 17-ci turun oyun cədvəli açıqlandı
23:30 ÇSKA serbləri məğlub yola saldı - VİDEO
23:00 Avroliqada 1/8 finala ilk vəsiqə ÇSKA-ya qismət oldu
22:00 “Neftçi”dən öncə təqdimat, sonra məşq - VİDEO
20:13 “Qarabağ” “Kəpəz” üçün hazırlığa başladı
19:51 Ali Məhkəmə Maşallah Əhmədovla bağlı şikayəti təmin etmədi
19:30 Birinci Divizionda sabah keçiriləcək oyunlara təyinatlar açıqlandı
18:00 Maşallah Əhmədova böhtan atanlar istəklərinə çatmadılar
17:00 "Zirə" Fariz Nəcəfova görə AFFA-ya şikayət etməyib - ÖZƏL!
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.