Ucuz təyyarə biletləri

Sabir Əliyev: "Problem bizim uşaq məşqçilərindədir" - MÜSAHİBƏ

Tarix:  31.01.17 09:01           Yazar:  Rekord.az           Oxunub: 413 dəfə

“Sumqayıt” Futbol Akademiyasının koordinatoru, təcrübəli mütəxəssis Sabir Əliyev Sumqayıtın uşaq futbolunun mövcud durumuna həsr olunan layihə çərçivəsində Rekord.az-a müsahibə verib:    

 

 

- Sabir müəllim, “Sumqayıt” Futbol Akademiyasına gəlişiniz necə oldu?


- Məni kluba “Sumqayıt”ın prezidenti Kamran Quliyev dəvət etdi. 2016-cı ilin əvvəllərində dəvət aldım və mənmuniyyətlə qəbul etdim. Əsas işim aşağı yaş qruplarında koordiatordu. U-9-dan U-14 komandalarına kimi bütün yaş qruplarına nəzarət edirəm.


- Uzun illər böyük futbolda çalışmısınız. Son illər uşaq futbolunda  işləməyinizə nə səbəb oldu?


- Düzdür, məşqçilik fəaliyyətimin böyük hissəsi böyük futbolla bağlı olub. Sumqayıt “Xəzər”inə 2 dəfə gümüş medalları qazandırmışam. Həmçinin “Xəzər” və “Gənclərbirliyi”ni qəbul edib ilk ildəcə çempion kimi yüksəkliqaya çıxarmışam. “Şahdağ”a tarixində ən yüksək nəticəni qazandırmışam. Sadəcə, son illər özüm uşaq futbolunda işləməyə qərar verdim. Uşaqlarla işləmək maraqlıdır. Həm də artıq yaş amili də var. Böyük futbolda insan daha çox əsəb, stress keçirdir.


- Akademiyada  3 koordinatun çalışması nə dərəcədə düzgündür?


- Məncə, burda ciddi problem yoxdur.  Əksinə, tək bir nəfər bütün akademiyaya nəzarət edə bilməz. Ona görə 3 koordinatorun müxtəlif yaş qruplarına nəzarəti işin keyfiyyətini daha da artırır.


- Ötən mövsüm akademiya çox bərbad nəticə göstərdi.10 yaş qrupundan cəmi biri medal verdi ki, bu da Sumqayıt futboluna yaraşan nəticə deyildi. Bu mənada sizin gəlişinizdən sonra çoxları akademiyadan fərqli nəticələr gözləyir. Buna nail ola biləcəksiniz?


- Bizim də hədəfimiz,məqsədimiz budur. Kamran müəllimlə söhbətimizdə də bu cür danışmışıq. O da isəyir ki, akademiyanın nəticələri yaxşı olsun. Sağ olsun, mənə də koordinator kimi böyük səlahiyyət verib ki, rahat işləyə bilim. Düzdür, bəzən deyirlər ki, uşaq futbolunda nəticə önəmli deyil əsas olan futbolçu yetişdirməkdir. Amma komanda bütün oyunları uduzacaqsa o komandadan yaxşı uşaq da çıxa bilməz axı. Ona görə hər ikisi paralel olmalıdır. Sən işi düzgün qurub, yaxşı futbolçu yetişdirə bilsən nəticə də özü gələcək.


- Siz necə düşünürsünüz, Sumqayıtda uşaq futbolunun bu günə düşməsinin səbəbi nədir və bu uğursuzluqdan çıxmaq üçün neçə iln vaxt lazımdır?


- Bunun bir çox səbəbləri var. Bir müddət şəhərdə böyük futbol olmadı. Bundan başqa, sovet dövründə olan məhəllə futbolu da artıq yoxdur. Çünki uşaqlar adətən məhəllə futbolundan çıxır. Sualın ikinci hissəsinə gəlincə, məncə, indi akademiyada yetişən uşaqlar 4- 5 ildən sonra əsas komanda üçün hazır olacaq. Bir qədər səbr eləmək lazımdır hər şey üçün zaman lazımdır.


- Akademiyadakı əsas iş prinsipiniz necədir?


- İlk növbədə uşaqlara sərbəstlik vermək lazımdır. Mən qəti əlehinəyəm  ki, uşağın oyununa müdaxilə edəsən, tez-tez onun üstünə qışqırasan. Bu, qəti yolverilməzdi. Məşqçilərə də tapşırnmışam ki, imkan verin uşaqlar öz beyinlərində olan fantaziyanı ortaya qoysunlar. 9-10 yaşlı uşağı amplualara bölmək olmaz. Uşaq bütün meydançada boyu oynayıb yerini tapmalıdır. Bütün Avropa bu sistemlə işləyir. Uşaq səhv də edə bilər. Bunu ona səbrlə izah etməlisən. Qışqırmaqla problem həll olunmur. Qışqıram, uşağı təhqir etməkqəti yolverilməzdi.


- Akademiyada perspektivli uşaqlar çoxdu?


- Mən deyərdim ki, çoxdur. Hər yaş qrupumuzda istedadlı, bacarıqlı uşaqlar var. Onlarla işləyib həmin potensiallarının tam açılmasına yardımçı olmalıyıq.


- Aşağı yaş qruplarımızda ibarət millilərə kənardan legionerlər cəlb olunur. Həmin millilərdə çalışan məşqçilər bunu Azərbaycanda istedadlı yerli futbolçuların olmaması ilə izah edir. Doğurdan  bizdə istedadlı futbolçular yoxdur?


- Mən qəti razı deyiləm.  Neçə illərdi uşaq futbolunda da çalışıram, “Mançester Yunayted” məktəbində də işləmişəm, bölgələri gəzmişəm. Kifayət qədər istedadlı uşaqlarımız var. Sadəcə, onları axtarıb üzə çıxartmaq lazımdır. Mən bu məsələdə günahı bizim uşaq məşqçilərində görürəm.  


- Razılaşın ki, hər yerindən durana da kateqoriya verib uşaq futbolunda işə götürmək olmaz...


- Razıyam, uşaq futboluna ciddi fikir vermək lazımdır. Sizə bir misal çəkim. Biz o vaxt Almaniyada işgüzar səfərdə olarkən “Bayer”in düşərgəsində olduq. Alman məşqçilər söhbət zamanı dedilər ki, bizdə ən yüksək maaş uşaq məşqçilərinə verilir. Çünki futbolçunun güclü olması onun bünövrəsinin necə qurulmasından asılıdır ki, bu da birbaşa uşaqməşqçilərinin üzərinə düşür. Bizdə gərək uşaq məqşçiləri məsələsində çox diqqətli olaq. “Sumqayıt” Futbol Akademiyasında bu məsələyə xüsusi önəm verilir.

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir

 

* Xəbərə şərh yoxdur

Adınız
E-mail adresiniz
Şərhiniz
"Şəfalı matç" sənədli filmi yayımlandı - TAM VİDEO
2017-03-13  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Amal Abuşov
Axı niyə yox idiniz, cənablar?
2017-02-20  // 7 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Milliyə çağırılan futbolçulardan faiz alır, verməyənlərin karyerasını məhv edir
"Zirə" dağılmaq təhlükəsi ilə üz-üzə - ÖZƏL
Prosineçki start heyətini açıqladı
"Xəzər Lənkəran"ın dağılması cənub futbolunu necə iflic edib?
AFFA Kamran Ağayevə klub axtarışına çıxdı
Samir Abasov "Xəzər Lənkəran"dan gələn futbolçunu əvəzedici komandaya göndərdi
"Şərurspor" rəsmən dağıldı!
Yığmamız Almaniyaya yenə uduzdu
Qara Qarayevə Avropa klublarından təklif
Yoahim Löv: “Bu komanda ilə fəxr edə bilərsiz”

Xəbər Lenti
27 Mart 2017
20:30 Hakimlərimiz beynəlxalq seminarda iştirak edib
20:16 Azərbaycan birinciliyi başa çatdı - çempion dəyişdi
20:00 Millimizin yeni baş məşqçi ilə ilk təlim-məşq toplanışı
19:44 Kamran Ağayev: "6-7 top vuracaqlar" deyənlər hardadı?"
19:22 Tomas Müller: "Meydanda dominantlıq etdik"
19:00 Maksim Medvedev: “Yeni yemək növləri icad etmək istəyirəm”
18:44 Norveçin baş məşqçisi: "Şimali İrlandiya və Azərbaycanı məğlub etməliyik"
18:22 "İnter" kubok matçına belə hazırlaşır - FOTOLAR
18:00 Çexiyanın baş məşqçisi: "Qrupda vəziyyət gərgindi"
17:40 "Zaqatala" və "Səbail" qalib gəldi, "Qaradağ Lökbatan" uduzdu
17:22 Mats Hummels: "Azərbaycan pis təsir bağışlamadı"
17:00 Maykl Onil: "Azərbaycanı məğlub edib xal fərqini artırmaq istəyirik"
16:45 Üç yığmada 358 dəqiqə
16:22 "Bakılı" - MOİK - 1:3 - VİDEO
16:00 Qara Qarayevə Avropa klublarından təklif
15:40 "Turan Tovuz" - "Mil-Muğan" 1:1 - VİDEO
15:22 Dmitri Nazarov: "Yaşadığın ölkənin qapısına qol vurmaq əla hissdi"
15:00 “Heydər Əliyev kuboku”nun iştirakçılarının sayı arta bilər: İran və Türkiyə klubları ilə danışıqlar gedir
14:44 Cavid Hüseynov: "Qrupdan çıxmaq üçün növbəti oyunlarda qələbə qazanmalıyıq"
14:20 Millimizin baş məşqçisi rəsmən bəlli oldu
14:00 "Şərurspor" rəsmən dağıldı!
13:40 Güləş üzrə U-23 Avropa çempionatı başlayır: millimizin heyəti
13:20 Təxirə salınmış oyunun vaxtı müəyyənləşdi
13:00 Milliyə çağırılan futbolçulardan faiz alır, verməyənlərin karyerasını məhv edir
12:40 Premyer Liqada 24-cü turun oyun cədvəli
12:21 24-cü turun bütün oyunları eyni gündə
12:00 Futbollara 1 saat tez baxacağıq
11:48 Hücumçumuz A seriyasında növbəti qələbəsini qazanıb
11:20 Yığmamız Estoniyanı darmadağın etdi
11:00 AFFA Kamran Ağayevə klub axtarışına çıxdı
10:30 Ölkə birinciliyi bu gün keçiriləcək iki oyunla başa çatacaq
10:00 "Zirə" dağılmaq təhlükəsi ilə üz-üzə - ÖZƏL
01:45 Azərbaycan - Almaniya 1:4 - FOTOLAR
01:30 Rəşad Sadıqov: "Prosineçki çox əsəbiləşmişdi" - MÜSAHİBƏ
26 Mart 2017
23:52 Elxan Məmmədov: "1 qol vurmaq futbolçulara motivasiya verir"
23:03  Prosineçki jurnalistlərə sual verdi: Bu gün kimə qarşı oynadığımızı bilirsiz?
22:54 Ramil Şeydayev: "Öz oyunumuzu bəyəndim" - MÜSAHİBƏ
22:50 Dəniz Yılmaz: "Qrupdan çıxacağımıza inanırıq"
22:30 Yoahim Löv: “Bu komanda ilə fəxr edə bilərsiz”
22:00 Azərbaycan - Almaniya 1:4 - VİDEO
21:50 Yığmamız Almaniyaya yenə uduzdu
21:00 Eddi İsrafilovsuz "Kadis" uduzdu
19:00 “Turan Tovuz” yenə xal itirdi
18:00 "Neftçi" "Qarabağ"a qarşı - VİDEOANONS
17:00 "Qəbələ"nin zədəlisi məşqlərə başladı
16:00 Ramil Şeydayev etiraz etdi: "Onları başa düşə bilmirəm"
15:00 Samir Abasov "Xəzər Lənkəran"dan gələn futbolçunu əvəzedici komandaya göndərdi
14:30 “Kəpəz”dən yığma komandamız ilə heç-heçə
14:00 Emin Mahmudov: "Ronaldoya qarşı oynamaq ən böyük arzumdu" - MÜSAHİBƏ
13:00 "Xəzər Lənkəran"ın dağılması cənub futbolunu necə iflic edib?
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.