Ucuz təyyarə biletləri

İqnasio Herrera: "Qarabağ" Qazaxıstan klublarından güclüdür" - MÜSAHİBƏ

Tarix:  30.01.17 10:01           Yazar:  Rekord.az           Oxunub: 349 dəfə

"Neftçi"nin futbolçusu İqnasio Herrera Rekord.az saytına müsahibə verib.

 

 

- İlk oyunun çempion komandaya qarşı oldu. Necə bir komanda gördün?
- Əlbəttə, "Neftçi"yə yeni gəldiyimdən, adaptasiya dövrü keçirəm. İnanıram ki, komandaya xeyrim bundan da çox dəyə biləcək. Bugünkü oyunda bacardığım qədər köməyimin dəyməsi üçün əlimdən gələni etdim. İstərdim ki, səfərdən 3 xalla qayıdaq. Ancaq çox təəssüf ki, rəqib penalti ilə bərabərlik qolunu vurdu. Buna görə buradan 1 xalla ayrılası oluruq. Ancaq bu nəticəyə görə də üzülmürəm. Əslində, bilirdik ki, çətin oyun olacaq. Rəqibi yaxşı təhlil etmişdik.
 
- Azərbaycan çempionatı haqda fikirlərin necədir: Çempionun səviyyəsi səni qane etdimi?   
- Əlbəttə, çox güclü komandaya qarşı oynadıq. "Qarabağ" bugünkü matçda öz səviyyəsini göstərə bildi. Ancaq mənə elə gəlir ki, onlara qarşı layiqli mübarizə apardıq, yaxşı müdafiə olunduq. Qazandığımız 1 xala görə məmnunam. 
 
- "Kayrat", "Astana"ya qarşı oynamaq bundan çətindirmi?
- Bu iki çempionatı müqayisə etmək olmur. "Qarabağ" Azərbaycanda öz səviyyəsini göstərir. Güclü komandadır ki, nəinki 3 ildir çempion olub, Avropa Liqasının qrup mərhələsində də Azərbaycanı təmsil edib. Mənə elə gəlir ki, "Qarabağ"a qarşı oynamaq daha çətin idi. Məncə, "Kayrat" ona bir az oxşardır. Çünki top saxlamağı sevir. Bununla belə, "Qarabağ"ın səviyyəsi onlardan üstündür. 
 
- "Neftçi"yə Türkiyədə qoşuldun. Yeni klubunun bazası, azarkeşləri səni təəccübləndirmədi ki?
- Bakıya gəldiyim ilk gündən klubda peşəkarlıq görürəm. Hər şeyə peşəkarcasına yanaşır, istənilən xırda problemi yerindəcə həll etməyə çalışırlar. Tərcüməçimiz də var, nə lazım oldu, mənə kömək edir. Bakı şəhərini də çox bəyənirəm. İnanıram ki, özümü ən yaxşı tərəfdən göstərə biləcəyəm və burada uzun müddət qalacağam.

 

Nuh TARVERDİYEV

Şərhlər
sevgifaciesiroman
Futbol mütəxəsisi olmayan başı futboldan qırıldatmayan,özünü yalandan Azərbaycanlı adlandıranlardan sən daha yaxşısan və onlardan fərqli olaraq burda sən Qarabağ düşmənçiliyi etmirsən İqnasio.
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 0 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 178 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Tərlan Əhmədov "İnter"in daha bir futbolçusunu "Neftçi"yə aparır
"Neftçi"nin əleyhinə səhv edən hakim ili bitirdi - ÖZƏL!
Qurban Qurbanov Aslan Kərimovu özünə köməkçi götürməkdən imtina etdi
"Zirə"yə lazım deyil, qışda göndərilir
"Kəpəz"dədaha bir məşqçi istefası
"CBC Sport"a üz çevirən ikinci məşqçi
AFFA "Rəvan"a necə möhtac olub?
Nizami Hacıyevin "Neftçi"yə gəlişi kimi narahat edir?
"Kəpəz"in yeni icraçı direktoru: sabiq televiziyaçı, komandir və deputatlığa namizəd - FOTOLAR
Azərbaycanda daha bir futbolçu həbs olundu

Xəbər Lenti
23 Noyabr 2017
16:45 Radio aparıcısından gündəmi zəbt edən salamlama - "Hakimgildən gəlmisinizsə..." - VİDEO
16:22 Cüdo üzrə Bakı çempionatına start verildi
16:00 Daha bir milli komandada baş məşqçi istefası
15:40 Millimiz FİFA reytinqində yenə gerilədi
15:21 “Sumqayıt”dan son ev oyunu öncəsi müraciət
15:00 AFFA-nın işi daşa dirənib: icra başçıları kömək etmək istəmir
14:40 “Qəbələ”dən 22:0 hesablı qələbə
14:21 “Kəpəz” “Qəbələ” ilə oyuna tam heyətlə hazırlaşa bilmir
14:00 "Mil Muğan"ın Qəbələyə getməyə pulu yoxdur?
13:45 Avropa çempionatının biletləri satışa çıxarıldı
13:20 Millimiz üçün ciddi sınaq
13:00 Kanibolotski "Qarabağ"dan ayrılmaq istəyir: Ukraynadan təklif var - ÖZƏL!
12:40 ÇL-in rekordu “Qarabağ” - “Çelsi” oyununda qeydə alındı
12:21 “Qarabağ” - “Çelsi” matçının ən yaxşısı bəlli oldu
12:00 Avropa Liqası: 1/16 finala kimlər çıxacaq?
11:40 “Qarabağ” uduzsa da, Azərbaycan mövqeyini qorudu
11:30 De Souza, Rəşad və “Qarabağ” haqqında
11:22 "Qarabağ" - "Çelsi" 0:4 - FOTOLAR
11:00 Elmar Məmmədyarov: “Qarabağ”ın əziyyətinə heyfim gəldi”
10:30 ÇL-də ötən gecənin bütün qolları - VİDEOLAR
10:00 Rövnəq Abdullayev "Qarabağ" - "Çelsi" oyunundakı hakimlikdən danışdı
09:40 Azərbaycan çempionatının daha bir mükafatçısı Türkiyə klubunda
02:45 "Qarabağ" - "Çelsi" oyununda möhtəşəm xoreoqrafiya - FOTO
02:10 “Atletiko” “Qarabağ” üçün şans yeri qoymadı
00:22 Qurban Qurbanov: “Narazılığım var, amma...”
22 Noyabr 2017
23:51 Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?"
23:25 Antonio Konte: "Bakı mənim üçün uğurlu şəhərdi"
23:20 "Qarabağ" - "Çelsi" 0:4 - VİDEO
22:59 Vilian penalti epizodu haqda nə dedi?
22:50 “Qarabağ"ı hakim qərəzi yıxdı
19:40 “Qarabağ”ın rəqiblərinin oyununda 3 qol
19:21 "Qarabağ" U-19 - "Çelsi" U-19 - FOTOLAR
19:00 Şenol Güneş Bakıya niyə gəlib?
18:40 Azərbaycan Cüdo Federasiyasında görüş keçirildi
18:21 Növbəti turu kim buraxacaq?
18:08 Azerisport 11!
18:00 "Neftçi"nin əleyhinə səhv edən hakim ili bitirdi - ÖZƏL!
17:40 "Zaqatala" - "Ağsu" 0:1 - VİDEO
17:38 Avrokubokdakı ilk qələbəmiz - FOTOSESSİYA
17:30 “Qarabağ”ın gəncləri "Çelsi" ilə yenə bacarmadı
17:21 “Payız turniri” başladı: 3 oyuna 26 qol
17:00 "CBC Sport"a üz çevirən ikinci məşqçi
16:42 "Mil-Muğan" - "Xəzər" 1:0 - VİDEO
16:21 AFFA İsgəndər Cavadovun komandalarına texniki məğlubiyyət verdi
16:00 13-cü turun oyun cədvəli bəlli oldu
15:40 Premyer Liqada 13-cü turun oyun cədvəli
15:21 9-cu turun hakim təyinatları açıqlandı
15:00 Xaqani Məmmədov "Neftçi" prezidentinin cavabını verdi: "Hər yerindən duran danışır"
14:40 “Zirə”nin futbolçusuna 1, “Kəpəz”liyə 2 oyunluq cəza
14:21 Divizion klublarının cəzası açıqlandı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.