Ucuz təyyarə biletləri

Xəqani Məmmədov: "Biz o günə qalmışıq ki, hakim futbolçudan nə isə soruşsun?" MÜSAHİBƏ

Tarix:  31.01.17 10:01           Yazar:  Rekord.az           Oxunub: 312 dəfə

AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovun Azərbaycan Premyer Liqasında XV turun "Qarabağ" - "Neftçi" matçında referi Ramil Diniyevin idarəçiliyi ilə bağlı müsahibə verib.
 
- Qarşılaşmanın hakim-inspektoru kimi Diniyevin idarəliyini necə qiymətləndirərdiniz?
- Oyun çox gözəl keçdi. Hiss olunmurdu ki, 1-ci və 7-ci yerdə gedən komandalar üz-üzə gəlir. "Neftçi" çox artırıb və baxımlı oyun göstərir. Bəziləri iddia edir ki, guya başqa referi olsaydı, idarəçilik fərqli olardı. Biz məsələyə başqa cür yanaşırıq. Yəni, hakimləri oyuna görə seçmirik. Oyundakı epizodları araşdırıb, qərar verəcəyik. Hakim səhvidirsə, müvafiq tədbir görüləcək. Ancaq istənilən halda heç bir qərarı açıqlamırıq və açıqlamayacağıq.
 
- Bəs şəxsi mövqeyiniz necədir?

- Biz hər bir epizodu komitə üzvləri ilə birgə araşdırır və qərar veririk. Yenə deyirəm, qərar heç bir halda elan olunmur.
 
- Şəxsi mövqeyinizi açıqlamamağı AFFA-nın baş katibi Elxan Məmmədovun iradından sonra qərara almısınız?
- Əslində Elxan müəllim düz deyir. Əvvəlcədən nə isə demək doğru deyil.
 
- Elə isə futbol azarkeşi kimi deyərdiniz: "Neftçi"nin lehinə verilməyən penaltidə referi haqlı idimi?
- Mən azarkeş kimi danışa bilmərəm. Hazırda sədr kimi müsahibə verirəm.
 
- Ümumilikdə oyunun idarəçiliyini necə dəyərləndirirsiniz?
- Məndən söz almaq istəyirsiniz ki, hakimliyə qiymət verim? Oyun, hakimlik və idarəçilik haqda danışa bilmərəm.
 
- İntizam Komitəsinin sabahkı iclasında hakimlik məsələsinə baxılıb müvafiq tədbir görülməsi barədə qərar çıxarıla bilər?
- Xeyr.
 
- Ramil Diniyev "Qarabağ"da çıxış edən Coşqun Diniyevin əmisi oğludur. Ümumiyyətlə, qohumun oyununa təyinat vermək nə dərəcədə düzgündür?
- Rauf Cabbarovun, Əliyar Ağayevin, Mübariz Haşımovun atası hakim-inspektordur. Ramil Diniyevin əmisi baş məşqçidir, əmisi oğlu futbolçudur. Onda gərək oyunlara hakim təyin etməyək. Biz hamıya eyni gözlə baxırıq.
 
- Hakim-inspektor və hakimlər arasındakı ilə futbolçu və hakim arasındakı qohumluq fərqli anlayışlardır...
- Kimsə futbolçuya görə özünü yandırmalıdır? Niyə biz onu bu oyuna təyin etdik? Çünki Ramil Diniyev qış təlim-məşq toplanışında özünü ən yaxşı tərəfdən göstərən hakimlərdən biri olub. Bizə deyirlər ki, niyə FİFA hakimləri təyin olunmadı? Rəhim Həsənovu "Qarabağ"ın oyununa verək, yenidən söz çıxarsınlar? Ömər Paşayevlə Əliyar Ağayev hazırda İspaniyanın Malaqa şəhərində UEFA-nın elit və I dərəcəli hakimlər üçün kursundadır. Onlar ötən gün yola düşüblər. Yəni, bunu deyən insanlar gərək fikirləşsinlər də...
 
- Növbəti tura təyinat alacaq hakimlər arasında Diniyevi görə bilməsək, demək olarmı ki, artıq o, cəzalanıb?
- (gülür - R.Ə.) Özünüz görəcəksiniz də.
 
- Ağabala Ramazanov deyir ki, Ramil Diniyevin ondan penaltinin olub-olmadığını soruşub...
- Biz o günə qalmışıq ki, hakim futbolçudan nə isə soruşsun? Belə bir şey olmayıb, ola da bilməz!
 
- Belə iddialar varki, həmin epizodda hakimi qucaqladığı üçün futbolçuya sarı vərəqə göstərilməli idi...
- Vərəqəni hansı əsasla verəsən? Hakim heç ona fikir verməyib. Təmasdan-təmasa fərq var. Biri var ki, gəlib referini itələyirəsən. Biri də var epizoddan sonra gəlib hakimi qucaqlayasan. Dünya futbolunda o qədər belə hallar olur ki. Bu, dostyana, sevinc hisslərini cilovlaya bilmədən edilən hərəkətdir. Amma hansısa kobudluq olmayıb ki, vərəqə göstərəsən. (Report.az)

* Xəbərə şərh yoxdur

Adınız
E-mail adresiniz
Şərhiniz
"Şəfalı matç" sənədli filmi yayımlandı - TAM VİDEO
2017-03-13  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Amal Abuşov
Axı niyə yox idiniz, cənablar?
2017-02-20  // 7 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Milliyə çağırılan futbolçulardan faiz alır, verməyənlərin karyerasını məhv edir
"Zirə" dağılmaq təhlükəsi ilə üz-üzə - ÖZƏL
Prosineçki start heyətini açıqladı
"Xəzər Lənkəran"ın dağılması cənub futbolunu necə iflic edib?
AFFA Kamran Ağayevə klub axtarışına çıxdı
Samir Abasov "Xəzər Lənkəran"dan gələn futbolçunu əvəzedici komandaya göndərdi
"Zirə"nin oyunu qumara necə qoyuldu?
Yığmamız Almaniyaya yenə uduzdu
"Şərurspor" rəsmən dağıldı!
Yoahim Löv: “Bu komanda ilə fəxr edə bilərsiz”

Xəbər Lenti
27 Mart 2017
20:30 Hakimlərimiz beynəlxalq seminarda iştirak edib
20:16 Azərbaycan birinciliyi başa çatdı - çempion dəyişdi
20:00 Millimizin yeni baş məşqçi ilə ilk təlim-məşq toplanışı
19:44 Kamran Ağayev: "6-7 top vuracaqlar" deyənlər hardadı?"
19:22 Tomas Müller: "Meydanda dominantlıq etdik"
19:00 Maksim Medvedev: “Yeni yemək növləri icad etmək istəyirəm”
18:44 Norveçin baş məşqçisi: "Şimali İrlandiya və Azərbaycanı məğlub etməliyik"
18:22 "İnter" kubok matçına belə hazırlaşır - FOTOLAR
18:00 Çexiyanın baş məşqçisi: "Qrupda vəziyyət gərgindi"
17:40 "Zaqatala" və "Səbail" qalib gəldi, "Qaradağ Lökbatan" uduzdu
17:22 Mats Hummels: "Azərbaycan pis təsir bağışlamadı"
17:00 Maykl Onil: "Azərbaycanı məğlub edib xal fərqini artırmaq istəyirik"
16:45 Üç yığmada 358 dəqiqə
16:22 "Bakılı" - MOİK - 1:3 - VİDEO
16:00 Qara Qarayevə Avropa klublarından təklif
15:40 "Turan Tovuz" - "Mil-Muğan" 1:1 - VİDEO
15:22 Dmitri Nazarov: "Yaşadığın ölkənin qapısına qol vurmaq əla hissdi"
15:00 “Heydər Əliyev kuboku”nun iştirakçılarının sayı arta bilər: İran və Türkiyə klubları ilə danışıqlar gedir
14:44 Cavid Hüseynov: "Qrupdan çıxmaq üçün növbəti oyunlarda qələbə qazanmalıyıq"
14:20 Millimizin baş məşqçisi rəsmən bəlli oldu
14:00 "Şərurspor" rəsmən dağıldı!
13:40 Güləş üzrə U-23 Avropa çempionatı başlayır: millimizin heyəti
13:20 Təxirə salınmış oyunun vaxtı müəyyənləşdi
13:00 Milliyə çağırılan futbolçulardan faiz alır, verməyənlərin karyerasını məhv edir
12:40 Premyer Liqada 24-cü turun oyun cədvəli
12:21 24-cü turun bütün oyunları eyni gündə
12:00 Futbollara 1 saat tez baxacağıq
11:48 Hücumçumuz A seriyasında növbəti qələbəsini qazanıb
11:20 Yığmamız Estoniyanı darmadağın etdi
11:00 AFFA Kamran Ağayevə klub axtarışına çıxdı
10:30 Ölkə birinciliyi bu gün keçiriləcək iki oyunla başa çatacaq
10:00 "Zirə" dağılmaq təhlükəsi ilə üz-üzə - ÖZƏL
01:45 Azərbaycan - Almaniya 1:4 - FOTOLAR
01:30 Rəşad Sadıqov: "Prosineçki çox əsəbiləşmişdi" - MÜSAHİBƏ
26 Mart 2017
23:52 Elxan Məmmədov: "1 qol vurmaq futbolçulara motivasiya verir"
23:03  Prosineçki jurnalistlərə sual verdi: Bu gün kimə qarşı oynadığımızı bilirsiz?
22:54 Ramil Şeydayev: "Öz oyunumuzu bəyəndim" - MÜSAHİBƏ
22:50 Dəniz Yılmaz: "Qrupdan çıxacağımıza inanırıq"
22:30 Yoahim Löv: “Bu komanda ilə fəxr edə bilərsiz”
22:00 Azərbaycan - Almaniya 1:4 - VİDEO
21:50 Yığmamız Almaniyaya yenə uduzdu
21:00 Eddi İsrafilovsuz "Kadis" uduzdu
19:00 “Turan Tovuz” yenə xal itirdi
18:00 "Neftçi" "Qarabağ"a qarşı - VİDEOANONS
17:00 "Qəbələ"nin zədəlisi məşqlərə başladı
16:00 Ramil Şeydayev etiraz etdi: "Onları başa düşə bilmirəm"
15:00 Samir Abasov "Xəzər Lənkəran"dan gələn futbolçunu əvəzedici komandaya göndərdi
14:30 “Kəpəz”dən yığma komandamız ilə heç-heçə
14:00 Emin Mahmudov: "Ronaldoya qarşı oynamaq ən böyük arzumdu" - MÜSAHİBƏ
13:00 "Xəzər Lənkəran"ın dağılması cənub futbolunu necə iflic edib?
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.