Ucuz təyyarə biletləri

"Xəzər Lənkaran"nın sabiq baş məşqçisi: “Oyunda aləm bir-birinə dəydi, 3 nəfər öldü” – MÜSAHİBƏ

Tarix:  01.02.17 14:02           Yazar:  Rekord.az           Oxunub: 501 dəfə

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşak İspaniya mətbuatına geniş müsahibə verib. Rekord.az saytının məlumatına görə, İspaniya və İngiltərədəki illərini yada salan 67 yaşlı uelsli çalışdırıcı məşqçilik karyerasını bitirmək haqda düşünmədiyini bildirib.
 
- Son iş yeriniz Mərakeşin “Vidad” klubu olub. Ordan ayrıldıqdan bəri işsizsiniz. Sizi artıq təqaüdçü adlandıra bilərikmi?
- Cəmi 4 aydı səyahət etmək və futbola baxmaq gözləntisi ilə istirahət edirəm. Təqaüdə çıxmaq? Xatırlayıram, “Liverpul”un əfsanəvi məşqçisi Bill Şenkliyə sual verilmişdi ki, əgər istefaya göndərilsəniz, təqaüdə çıxacaqsızmı? Şenkli demişdi ki, o sözü, ümumiyyətlə, lüğətdən çıxarmaq lazımdı. Məni qara tabuta qoyub, torpağa tapşıranda təqaüdə çıxacağam. Məşqçiliyə 28 yaşımda başlamışam. Öncə oynayan məşqçi kimi fəaliyyət göstərmişəm. Bu, həmin vaxt IV divizionda çıxış edən “Suonsi”də olub. Hazırda isə oğlum “Suonsi”nin ikinci komandasının məşqçisidi. Son vaxtlar futbolda çox dəyişikliklər baş verib. Vaxtilə futbolçusu olduğum “Liverpul”a nəzər salıram, ingilis dilində danışan cəmi 2-3 nəfər görürəm. Mənim vaxtımda Çempionlar Kubokunu xaricilərlə qazanmışdıq. Fikir verin, hazırda İngiltərə Premyer Liqasında ilk 6 pillədə qərarlaşan komandaları əcnəbilər çalışdırır. İndi, demək olar ki, yaxşı ingilis məşqçi yoxdu. Mən İspaniyada olanda Britaniyanın 6 nümayəndəsi orda çalışırdı: Atkinson, Addison, Veneybls, Kendall və s. Hazırda isə İspaniyada 1 nəfər də olsun, britaniyalı məşqçi görmürəm. İlk “onluq”da britaniyalı çalışdırıcı varmı? Yoxdu. Britaniyadan İspaniyaya gedən sonuncu məşqçi Devid Moyes olub. Özü də mənim vaxtilə çalışdırdığım “Real Sosyedad” klubuna keçmişdi. Lakin orda yaxşı iz buraxa bilmədi. İngilis məşqçilərin İspaniyaya çağırılmamağı qorxunc haldı.  
 
- Dəyişikliyə nail olmaq üçün nədən başlamaq lazımdı?
- 20 yaşım olanda “Liverpul”a yollandım. Halbuki 2 il öncə Bobbi Robsonun çalışdırdığı “Fulhem” klubu mənim üçün Kardiffə gəlmişdi. Transferim üçün 60 min funt-sterlinq təklif edirdilər. Lakin buna razılaşmadım. 18 yaşım var idi və həmin vaxt Londonda yaşamağa, futbol oynamağa özümü hazır saymırdım. Komanda yoldaşlarım dedilər ki, sən ağlını itirmisən. Bir az gözləməyə qərar verdim. Sonra isə “Liverpul”dan təklif aldım və düşündüm ki, artıq getmək vaxtıdı. 16 yaşımda “Kardiff”in əsas komandasında debüt etmişəm. Oyuna əvəzetmədən daxil olub, qol vurmuşdum. Kuboklar Kubokunda “Standard”la oyundan bir neçə gün əvvəl əsas komandaya cəlb olunmuşdum. Klubun akademiyasında çəkməmi təmizləyəndə mənə dedilər ki, Lyejə getməlisən. Ona kimi heç vaxt təyyarəyə minməmişdim. Xahiş etdim ki, mənə pasport alsınlar. Bilmirəm sənəd işlərini necə çatdırdıq, amma təyyarə ilə ilk səfərim baş tutdu.
 
- “Vidad”ı niyə tərk etdiniz?
- Mərakeş çox maraqlı ölkədi. Amma eyni zamanda, orda yaşamaq mənim üçün çətin idi. Həmişə yaxşı təşkilatçılığa öyrəşən adam kimi, Mərakeşdə bəzən məyusluq hissi keçirirdim. İlk ildə biz Çempionlar Liqasında iştirak etdik. Yarımfinala qədər irəlilədik və Misirin çempionuna uduzduq. Səfərlərimiz 1 həftə çəkirdi. Kinşasada - Məhəmməd Əlinin Formanla döyüşünün baş tutduğu stadionda məşq keçirdik. Mən həmişə boksun, Məhəmməd Əlinin azarkeşi olmuşam. Növbəti il liqada ikinci yeri tutduq, çempiondan cəmi 2 xal geri qaldıq. Öz meydanımızda cəmi 5 oyun keçirdik. Rajada keçirdiyimiz matçda aləm bir-birinə dəydi, 3 nəfər öldü. Bundan sonra stadionu bağladıq və Rabatda oynamağa başladıq. Axı 35 minlik və 8 minlik stadionlarda oynamaq eyni şey deyil. “Vidad”da 2 maraqlı il keçirdim, amma dediyim kimi, çox çətin idi.  
 
- İspaniya Kral Kubokunun ¼ final mərhələsi çərçivəsində keçirilmiş “Barselona” – “Real Sosyedad” matçını “Nou Kamp”da canlı izlədiniz. İspaniya futbolunda baş verən dəyişikliklərdən xəbərdarsızmı?
- Əlbəttə ki, xəbərdaram. Hər həftə İspaniya çempionatının oyunlarına baxıram. Əvvəllər çalışdırdığım “Real Sosyedad” klubu ilə indi də yaxın əlaqələrim var. Hazırda İspaniyada futbolçular daha hərəkətlidilər, top qapıçıda olanda irəli xəttin oyunçuları geri qayıdırlar. Bu, yaxşı haldı. Amma əvvəllər, mənim vaxtımda bunu etmək asan deyildi. Dediyim kimi, çox şey dəyişib.
 
- La Liqanın XX turunda sabiq komandalarınız – Madrid “Real”ı və “Real Sosyedad” üz-üzə gəldi...
- Hər iki klubu çox sevirəm. Madrid “Real”ı ilə bağlı təbii ki, yaxşı xatirələrim var. Amma ikinci dəfə “Real”a gedəndə bir anlıq Bağdada girdiyimi düşündüm. Çoxlu problem var idi. Birinci dəfə isə “Real”da çalışmaq mənim üçün çox xoş idi. Onu da deyim ki, başqa komandaların “sükanı arxası”nda “Real”a 10 dəfə qalib gəlmişəm. Halbuki elə məşqçilər var ki, 20 il işləyiblər, amma buna nail olmayıblar. “Deportivo”, hətta “Mursiya” ilə də “Real”ı məğlub etmişəm. “Mursiya”da çalışanda madridliləri 1:0 hesabı ilə üstələmişdik. Onda Keyruş baş məşqçi idi, heyətdə Bekhem də yer almışdı. Mənim üçün Madrid “Real”ı ilə liqanın qalibi olmaq çox vacib idi. İnsanlar barəmdə istədiklərini düşünə bilərlər. Amma mən futbolçu kimi “Liverpul”da, məşqçi kimi isə “Real”da çempionatın qalibi olmuşam. Bunlar təsadüfi deyil. Həmin uğurların arxasında saatlarla görülmüş iş, böyük zəhmət dayanır. “Real”ı çempion edəndə çox sevinirdim. Özümü təbrik etdim. Lakin komandada elə futbolçular var idi ki, mənim qədər sevinmirdilər. Çünki artıq 5-ci çempionluqlarını yaşayırdılar.
 
- Yəqin ki, daha çox Premyer Liqanı izləyirsiz...
- Mövsümün əvvəlində düşündüm ki, çempionluq uğrunda 6 komanda mübarizə aparacaq. “Çelsi” əsas favorit olduğunu göstərir. Avropada bəzi komandalar yenidən yaxşı oynamağa başlayıblar. Məsələn, Zidanın çalışdırdığı “Real”ın oyununu izləmək çox maraqlıdı. Özüm də vaxtilə həmin sistemdən istifadə etmişəm.
 
- Sizdən müsahibə alıb, Lionel Messi və Kriştianu Ronaldonun müqayisəsi barədə sual verməsək, düzgün çıxmaz...
- Bu diskussiya mənim xoşuma gəlmir. Çünki müqayisə onlardan hər birinə qarşı ədalətsizlik deməkdi. Messi və Ronaldo o qədər fərqli oyunçulardı ki, onları müqayisə etmək çox çətindi. Bəzi insanlar Messini, bəziləri isə Ronaldonu ən yaxşı hesab edirlər. Mən öz dövrümdə Kroyff və Kiqan kimi ən yaxşı futbolçularla qarşılaşmışam. “Deportivo”da birgə işlədiyim Bebeto və Rivaldo da mükafata layiq görülüblər. Ronaldo və karyerasını zəif saya bilmərsiz. O, başla çox yaxşı oynayır. Messi isə çətin vəziyyətdən elə çıxır ki, insanı gülmək tutur. Öz-özünə sual verirsən ki, bunu necə bacardı?
 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
AFFA-nın üzü niyə qızarmır?!
2017-07-07  // 0 Şərh
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Sabiq "Sumqayıt"lılar " "Göyçə"yə keçir!
"Karvan" I Divizionda oynamaya bilər: icra hakimiyyəti ilə AFFA arasında "qarşıdurma" - ÖZƏL!
Kamran Ağayev Çexiyada nə qədər maaş alacaq?
“İnter” də Avropadan qovuldu
Araz Abdullayev "Zirə"yə keçir?
Kamran Ağayev "Mlada Boleslav"da!
"Binə"dən 5 transfer
Erməni məşqçisini "sındırdılar": "Dostum, get, yaxşısı budur arvadlara məşq keç"
“Qəbələ” Avroliqanın 3-cü təsnifat mərhələsində
"Şerif"dən azərbaycanlı azarkeşlərə müraciət: təhqiri dayandırın

Xəbər Lenti
21 İyul 2017
23:30 Morata rəsmən "Çelsi"də
23:00 "Qarabağ"ın oyununa ilk gündə 5 min bilet satıldı
22:00 "Neftçi" "Zirə"ni məğlub etdi
21:30 Rail Məlikovla Fərhad Vəliyev Türkiyə toplanışını dəyərləndirdi - VİDEO
21:00 “Premyer Liqada Türkiyə hazırlığının bəhrəsini görəcəyik”
20:41 "Kəpəz"in daha iki rəqibi müəyyənləşdi
20:20 Qurbanovdan "Şerif" açıqlaması
20:00 Əliyar Ağayev “Styaua” - “Viktoriya” oyununda
19:30 Tudor: "İstefa versəm, sizin də xoşunuza gələr"
19:00 "Panatinaikos"un futbolçusu "Qəbələ"ni tanımadı
18:22 “Yagelloniya”nın futbolçusu: "Qəbələ”nin ilk qolu onları növbəti mərhələyə xeyli yaxınlaşdırdı"
18:00 Erməni məşqçisini "sındırdılar": "Dostum, get, yaxşısı budur arvadlara məşq keç"
17:30 Araz Abdullayev "Zirə"yə keçir?
17:00 "Qarabağ" - "Şerif" matçının biletləri satışda!
16:48 Afrika Millətlər Kubokunun keçirilmə vaxtı bilindi
16:28 "Neftçi"nin rəqibi futbolçularını mağazaya satıcı işləməyə göndərəcək
15:45 Kamran Ağayev Çexiyada nə qədər maaş alacaq?
15:18 Çili millisinin üzvü "Fənərbaxça"da!
15:00 "Səbail" Ərəbistan klubuna uduzdu
14:33 "Qarabağ"ın rəqibində yeni müqavilə
14:08 "Şerif"dən azərbaycanlı azarkeşlərə müraciət: təhqiri dayandırın
13:28 "Qəbələ"nin ilk matçının başlama saatı bilindi
12:33 Cavid Hüseynov: "Hər bir komanda ilə oynamağa hazırıq"
11:21 Azərbaycan yerində saydı
11:02 Qətər millisi Azərbaycanda təlim-məşq toplanışı keçir
10:30 Avroliqada 3-cü təsnifat mərhələsinin bütün cütlükləri
10:01 Kamran Ağayev "Mlada Boleslav"da!
02:00 "Yagelloniya" - "Qəbələ" 0:2 - VİDEO
01:50 Svanadze: "Bakıdakından daha yaxşı oynadıq"
01:40 Qriqorçuk: "Bu qələbə çox vacib idi"
01:30 Avroliqada 2-ci təsnifat mərhələsinə yekun vuruldu
01:20 Rəşad Sadıqov: "Cütün taleyi Moldovada həll olunacaq"
01:10 "Fola" - "İnter" 4:1 - VİDEO
01:00 "Zirə" - "Astra" 0:0 - VİDEO
00:50 Rəşad Sadiqov: "Zirə" daha yaxşı oynadı"
00:40 Riçard Qadze: "Kimisə günahlandıra, ittiham edə bilmərəm"
00:25 “Qəbələ” Avroliqanın 3-cü təsnifat mərhələsində
00:10 "Kəpəz" "Zirə"yə uduzdu
20 İyul 2017
23:50 Ayxan Abbasov: "Hakimlərimizə şükür etdim"
23:40 Yordanesku: "Ədalətli oyun oldu"
23:23 “İnter” də Avropadan qovuldu
22:54 “Zirə” Avropa Liqasında mübarizəni dayandırdı
22:30 "Sumqayıt" Türkiyədə ilk qələbəsini qazandı
22:00 “Kəpəz” millimizin sabiq üzvünün komandasına uduzdu
21:30 "Deportivo"nu "Xetafe"yə dəyişdi
21:00 Paytaxt klubu hücumçu transfer etdi
20:30 Gəncə şəhər stadionunda son durum - FOTOLAR
20:00 "Neftçi"dən Navalovski açıqlaması
19:30 İsrafilov qol vurdu, "Kadis" 13:1 qalib gəldi
19:00 "Qarabağ"dan daha bir ilk
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.