Ucuz təyyarə biletləri

Futbolumuzun «qızıl il»i – «bürünc 1966»

Tarix:  02.02.17 17:02           Yazar:  Rekord.az           Oxunub: 194 dəfə

«Neftçi »nin SSRİ dönəmində «qızıl il»i 1966-cı ilə təsadüf edib. Bakılılar gənc mütəxəssis Əhməd Ələsgərovun rəhbərliyi ilə çempionatın bürünc medalını qazanıblar. Həmin mövsümdə 36 oyunluq marafonu major notlarla bitirən «Neftyanik» tarixində ilk dəfə o zamanlar üçün «kiçik Avropa çempionatı» kimi dəyərləndirilən SSRİ çempionatında 3-cü yeri tutur.
Komandanın mövsümə tam hazırlıqlı gəlməsində baş məşqçi Vasili Sokolovun xidmətini danmaq, elə futbolun özünü danmaq olardı. Eyni zamanda, mövsümlərarası dövrdə «yığılan enerji»ni çempionat boyu bacarıqla, ölçülü-biçili şəkildə xərcləmək də xüsusi bacarıq tələb edir ki, bu mənada da, rəqabətin 13 hissəsində «Neftyanik»ə rəhbərlik etmiş Əhməd Ələsgərovun əməyi böyükdür; məşqçi Valentin Xlıstovu da unutmaq olmaz.
Heyətə gəlincə, əsas futbolçuların hamısı yerindədir, üstəlik Daşkəndin «Paxtakor» klubundan hücumçu Sergey Melkumov, axırıncı bir ili «Şinçi»də («Şinnik», Yaroslavl) çıxış etmiş yerli futbol məktəbinin yetirməsi Vitali Xluçin, Bakının «Dinamo» komandasından müdafiəçilər Rafiq Bağırov, Ravil Batrayev, eləcə də Nadir Eynullayev, Gəncə «dinamoçu»su, hücumçu Mübariz Zeynalov da «Neftyanik»ə dəvət olundular.

Güclülər dəstəsini, əvvəlcədən planlaşdırıldığı kimi, aprelin 17-də deyil, bir həftə tez başlamaq barədə SSRİ Futbol Federasiyasının qərarı hazırlıq planını alt-üst etsə də, məşqçilər çalışdılar ki, bu maneəni minimum itki ilə dəf eləsinlər. Hazırlığın həlledici mərhələsi Kislovodskda keçirildi: 20 gün sürən təlim-məşq toplanışında əsas diqqət fiziki hazırlığa, futbolçularda sürət və dözümlüyün artırılmasına yönəldildi, habelə gənclər sınaqdan çıxarıldı. Yekunda hücum və müdafiə xəttindən razı qalan məşqçilər, yarımmüdafiədə problemlər olduğunu bildirdilər ki, mövsümün startı ərəfəsində Bakıda təşkil edilən son məşqlərdə də məhz bu çatışmazlığın aradan qaldırılması üzərində işlədilər. Yeni futbol mövsümünün ilk rəsmi matçı ərəfəsində isə «Neftyanik» Bakıda 2 yoxlama görüşü keçirdi: beynəlxalq dərəcəli hakim Tofiq Bəhramovun idarə etdiyi Rostovun OİK komandası ilə oyunun nəticəsi sevindirici oldu – 4:1, SSRİ kubokunun sahibi Moskvanın «Spartak» klubu ilə matç isə 1:1 hesabı ilə başa çatdı. Onda kimin ağlına gələrdi ki, mövsümün bürünc medalının taleyi də sonuncu turda məhz bu komandalar arasında görüşdə müəyyənləşəcək.

Baş məşqçi Vasili Sokolov «Azərbaycan bədən tərbiyəçisi» qəzetinə verdiyi müsahibədə müxbirin «Yeni mövsümdə «Neftyanik» hansı oyun variantından istifadə edəcək?» sualını belə cavablandırır: «Biz ilk dəfə 1958-ci ildə braziliyalıların nümayiş etdirdiyi 4-2-4 variantından istifadə edəcəyik. Amma şəraitdən asılı olaraq 4-3-3 variantını da tətbiq edə bilərik». Beləliklə, aprelin 10-da 19 komandanın iştirakı ilə 28-ci SSRİ çempionatı başlayır. «Neftyanik» «A» qrupunun güclülər dəstəsində 9-cu mövsümünü keçirir. İlk oyunda Minskin «Dinamo» komandasını qəbul edən bakılılar heç-heçə ilə kifayətləndilər – 0:0. Ümumiyyətlə, «Neftyanik» 8 turdan sonra məğlubiyyətə uğramayan 4 kollektivdən biri idi, ancaq Leninqrad, Alma-Ata və Daşkənd səfərindən xalsız döndü. Komandamız səfərdən daha bir dəfə əliboş qayıtdı: 14-cü turda Tiflisdə, ardınca İrəvanda uduzdu. Məhz qonşu respublikaların komandalarına məğlubiyyətdən sonra baş məşqçi Vasili Sokolov istefa ərizəsi yazmadan postundan getdi və 16-cı turdan etibarən «Neftyanik» oyunlara Əhməd Ələsgərovun rəhbərliyi ilə çıxdı.

Komandamız ilk dövrəni 7-ci pillədə bitirdi və ikinci dövrəyə Moskvada «Dinamo»ya məğlubiyyətlə başladı, amma bir sıra mühüm matçlarda qələbə qazanmaqla yekunda mükafatçılar sırasına yüksəldi. Azərbaycan futbolçuları tarixində ilk dəfə Tiflis «Dinamo»suna qalib gəlib, Kiyev «dinamoçular»ını Ukrayna paytaxtında, SSRİ çempionu «Torpedo»nu Moskvada məğlub etdi və sonda Rostovun OİK kollektivindən cəmi 2 xal az toplayaraq 3-cü oldular. Halbuki, «Neftçi» OİK-ə həm Bakıda (4:1), həm də Rostovda (3:1) qalib gəlmişdi.

«Spartak»la sonuncu tur qarşılaşmasının vaxtı qəflətən dəyişdirildiyinə görə, təşkilatçılar Bakı küçələrini bir-bir gəzərək, səsgücləndiricilər vasitəsilə paytaxt sakinlərini, qonaqları, ilk növbədə isə futbol azarkeşlərini dəyişiklikdən xəbərdar edirdilər. Bu işin təşəbbüsçüsü, təşkilatçısı və icraçısı komandanın rəisi Şövkət Orduxanov olub.
Matça tamaşaçı marağının nə qədər böyük olduğunu xüsusi qeyd eləməyə lüzum yoxdur: matç Azərbaycan televiziyası ilə birbaşa yayımlanır, eyni zamanda Gürcüstan və Ermənistana da translyasiya edilirdi. Rəqibindən bir xal irəlidə olan bakılıları heç-heçə də qane etdiyi halda, bürünc medalı qazanmaqdan ötrü moskvalılar mütləq qələbə qazanmalıydılar. Amma elə ilk dəqiqələrdən sürətli, hücum futbolu nümayiş etdirən «Neftyanik»in təzyiqinə davam gətirə bilməyən «Spartak» 18 və 22-ci dəqiqələrdə Banişevskinin zərbələri qarşısında aciz qaldı, 61-ci dəqiqədə isə «Neftyanik» daha bir top vurdu, Eduard Markarov fərqləndi – 3:0 və üçüncü yer! «Neftyanik»in bu zəfəri sözləri Şahin Hüseynə, musiqisi isə Rəşid Şəfəqə aid olan «Adın düşdü dildən-dilə» adlı mahnıda əksini tapmışdı.

«Neftçi » sovet millisinə də az tövhə verməyib. Bu komandanın yetirmələri və futbolçuları müxtəlif illərdə yığmanın şərəfini qoruyub. 1948-1953-cü illərdə «ağ-qaralar»da çıxış edən Ələkbər Məmmədov sonra, Moskva «Dinamo»una keçib. Onun 1955-ci ildə «San Siro» stadionunda İtaliyanın «Milan» klubuna 4 qol vurması indi də fərəhlə anlılır.
Bakılıların heyətində dərin iz qoyan Anatoli Banişevski futbol tariximizin fəxridir. 1966-cı ildə İngiltərədə keçirilən Dünya Kubokunda iştirak edən hücumçu, 1968 və 1972-ci illərdə Avropa çempionatlarına qatılıb. O, adı son çəkilən yarışda gümüş mükafat qazanıb. Banya SSRİ yığmasının heyətində 50 oyun keçirib, 19 dəfə fərqlənib. Dumanlı Albionda təşkil olunan dünya çempionatında «Neftçi»nin digər üzvü Eduard Markarov da iştirak edib. O, Çili millisi ilə oyunda meydanda olub. 1962-ci ildə SSRİ yüksək liqasının ən sərrast futbolçusu sayılıb – 16 qol.

mənbə: allsport.az

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 1 Şərh
Amal Abuşov
Biz UEFA-nı aldatmışıq
2017-04-27  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
Bir vaxtlar "Qarabağ" və millidə oynayırdı, indi "Mil Muğan"a keçir
"Kəpəz"ə "yox" deyib "Səbail"lə müqavilə bağladı!
"Sumqayıt"dan göndərilən sabiq milli üzvü Dağıstana qayıtdı: burda heç kimə lazım deyil
"Qəbələ" daha bir legioneri göndərdi
"Trabzonspor" "Qəbələ"yə havayı futbolçu verir!
"Şüvəlan"ın rəhbərliyi təsdiqləndi
Hücumçumuz "Fənərbaxça"da
"Sumqayıt" pul ödəmək, "Zirə" isə havayı buraxmaq istəmir
"İnter"də baş məşqçi dəyişikliyi: iki Məmmədov getdi, bir Məmmədov gəldi

Xəbər Lenti
26 May 2017
11:41 "Qəbələ"nin 11 komandası üçün 10 medal
11:22 Kubokun püşkü atıldı
11:00 Elxan Abdullayev dostunun oğlunu "Neftçi"yə gətirdi
10:30 Qurban Qurbanov və Yunis Hüseynovun cavanlığı - VİDEO
10:00 Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
09:27 Növbəti məğlubiyyətimiz - FOTOSESSİYA
09:13 Səmədov hamını qabaqladı
25 May 2017
21:08 "Şəmkir"in prezidentinə qarşı ŞOK İDDİA: oyunları qumara qoyurdu?
20:00 Yığmamız Almaniyaya quru hesabla məğlub oldu
19:00 Bir vaxtlar "Qarabağ" və millidə oynayırdı, indi "Mil Muğan"a keçir
18:22 "Atletik"in yeni baş məşqçisi məlum oldu
18:00 "Neftçi" Səmədağa Şıxlarova da qapını göstərdi
17:45 Emin Mahmudov "Boavişta"da qalır
17:22 Berdıyev "Rubin"ə qayıdır?
17:00 Qurban Qurbanova lazım olmayan futbolçu daha bir il "Zirə"də qalacaq!
16:45 II Avropa Oyunlarının keçirilmə müddəti və idman növləri azaldıldı
16:22 Ülfət Mədətov: “Onların gələcəkdə “Qəbələ”nin əsas heyətində oynaması mümkündü” - MÜSAHİBƏ
16:00 Elvin Məmmədov "Zirə"dən pula görə gedib - MÜSAHİBƏ
15:43 «Qəbələ» U-19 Liqasının gümüş mükafatçısıdı
15:22 Azər Salahlı "Sumqayıt" FK ilə 1 illik müqavilə imzalayıb
15:00 "Sumqayıt"dan göndərilən sabiq milli üzvü Dağıstana qayıtdı: burda heç kimə lazım deyil
14:48 Respublika çempionatı start götürür
14:20 Azərbaycan Almaniyaya qarşı
13:44 AFFA-dan yarım milyonluq mükafat
13:27 Bakı Olimpiya Stadionu “Dünyanın ən yaxşı yeni stadionu” mükafatına layiq görülüb
13:13 Kvekveskiri "Tobol"da - 1,5 illik müqavilə
13:00 "İnter"də baş məşqçi dəyişikliyi: iki Məmmədov getdi, bir Məmmədov gəldi
12:43 Azərbaycan samboçuları Avropa çempionatında iki medal qazanıblar
12:22 II Avropa Oyunlarının tarixi və proqramı dəqiqləşdi
12:04 ŞOK! Karate Federasiyasının vitse-prezidenti məclis vaxtı dünyasını dəyişib!
12:00 Rəşad Eyyubov: "Şəhərdə hər kəs ona hörmət edirdi" - VİDEO
11:51 Azərbaycanın və Qətərin Voleybol federasiyaları arasında əməkdaşlığa dair müqavilə imzalanıb
11:00 Yığmamızın "monqollaşdırılması"ndan kimlər qazanıb? - Cüdoçumuzdan şok açıqlama
09:36 Komandamız ilk oyununda belə məğlub oldu - FOTOSESSİYA
00:45 "Mançester Yunayed" Avropa Liqasının qalibidir!
24 May 2017
20:22 Yığmamız Türkiyəyə uduzdu
18:00 "Trabzonspor" "Qəbələ"yə havayı futbolçu verir!
17:00 "Şüvəlan"ın rəhbərliyi təsdiqləndi
15:35 Hücumçumuz "Fənərbaxça"da
15:00 AZAL "Zirə"yə 500 min pul ayırıb?
14:22 Adı və uğurları ilə kifayətlənməyən "Qarabağ" - Gələcəyə hesablanmış addımlar - YAZI
14:00 "Kəpəz"ə "yox" deyib "Səbail"lə müqavilə bağladı!
13:25 AFFA yanında Media Komitəsinin bəyanat yaydı
12:00 "Qəbələ" daha bir legioneri göndərdi
11:57 Azərbaycan ilk yoldaşlıq oyununda Bolqarıstana uduzdu
11:51 Qapıçı məşqçilər üçün seminar keçiriləcək
11:14 Azad Rəhimov: “AAAF gənc nəslin yetişməsi üçün ciddi işlər görür”
11:00 "Sumqayıt" pul ödəmək, "Zirə" isə havayı buraxmaq istəmir
10:41 "Qarabağ" italyan hücumçu alır?
10:00 "Kəpəz" "Turan Tovuz"un daha bir futbolçusunun heyətinə qatdı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.