Ucuz təyyarə biletləri

Ramin Musayev: "Hakim səhvi tək bizdə deyil" MÜSAHİBƏ

Tarix:  02.02.17 10:02           Yazar:  Rekord.az           Oxunub: 181 dəfə

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsi
 
- Premyer Liqada qış fasiləsi başa çatdı. Komandaların fasilədən sonrakı ilk oyunları haqda fikirlərinizi bilmək istərdik.
- Oyunlar hamısı normal keçdi. Bir neçə turdan sonra geniş nəsə demək olar.
 
- “Qarabağ” – “Neftçi” matçı barədə nə deyə bilərsiniz? Oyun ətrafında bir qədər söz-söhbətlər oldu.
- Maraqlı oyun oldu. “Neftçi” udurdu, ancaq “Qarabağ” qol vurdu hesab bərabərləşdirdi. Hər komanda bir xal qazandı.

- Oyunun baş hakimi Ramil Diniyevin qərarları “Neftçi”nin narazılığına səbəb oldu. Hətta AFFA-nın İntizam Komitəsi Diniyevin qərarını dəyişdi.
- Hakim səhvi tək bizdə deyil. Bu, dünyanın hər yerində olub, bundan sonra da olacaq.
 
- Ümumiyyətlə, son vaxtlar PFL-in hakimlərin vasitəsi  ilə “Qarabağ”a kömək etməsi haqda ittihamlar səslənir. Bu ittihamlara cavab olaraq nə deyə bilərsiniz?
- Bu mövzuda danışmağa ehtiyac yoxdur. Çünki hamısı boş söhbətlərdir.
 
- Niyə bu cür söz-söhbətlər yaranır?
- Bunun hardan qaynaqlandığını bilmirəm. Bircə onu deyə bilərəm ki, boş söhbətlərdən başqa bir şey deyil.
 
- Premyer Liqamızda daha bir komanda maliyyə dəstəyini itirdi. “İnter”in bu durumu çempionata necə təsir edəcək?
- “İnter” zəifləməyib. Son oyunda “Kəpəz”ə 4:1 hesabı ilə qalib gəldilər.
 
- Hər halda AFFA Beynəlxalq Bank kimi sponsor ola bilməz.
- Sponsor sarıdan heç bir problemləri yoxdur. Maliyyə dəstəkləri var. Çempionat davam edir. “İnter” mövsümün sonuna qədər də bu cür davam edəcək. Avrokuboklara vəsiqə qazansalar, orada da oyunlarını keçirəcəklər. Heç bir problem olmayacaq. Narahat olmağa dəyməz.
 
- Çempionatın səviyyəsi ürəyinizcədir?
- Demək olar komandalar arasında güclü rəqabət var.  İlk pillələrdə olan komandalar öz oyunları ilə seçilirlər. “Qarabağ” və “Qəbələ” təlim-məşq toplanışından sonra öz oyununu göstərə bilmir. Bu, hər zaman belə olub. Oyunlarını tapmaları üçün onlara 1-2 tur lazımdır. Hər iki komandanın baş məşqçisi futbolda öz sözlərini deyiblər. Bu komandalara görə narahat olmağa dəyməz. Onlar öz gözəl oyunları ilə həm çempionatda, həm də avrokuboklarda özlərini sübut edirlər.
 
- Çempionluq uğrunda əsas mübarizə də bu komandalar arasında gedir. Cəmi 2 komandanın çempionluğa namizəd olması Premyer Liqamızın zəifliyinin göstəricisi deyil?
- Xeyr. Demək olmaz ki, bu, tək bizdə belədir. Dünyanın çox ölkəsində çempionat bu cürdür. Hazırda bütün ölkələrdə vəziyyət oxşardır. Mən deyərdim ki, bizim futbolda güzəran daha yaxşıdır. Bizdə başqa ölkərin çempionatlarındakı kimi “qara oyunlar” olmur. Yəni sırf təmiz, pak çempionat keçiririk. Hər şey göz qabağındadır. Əsas odur ki, hər şey öz yolu ilə gedir. (Qol.az)

Şərhlər
sevgifaciesiroman
Bizdı bir deyil üç fk bir-birinə xal etibarilə çox yaxındı və başqa çempio atlar kimi birinci yerlə ikonci və üçüncü yerlər arasında xal fərqi 10-20 xal deyil.Bu da çempionatın qənaətbəxş səviyyədə keçdiyin və rəqabət olduğun göstərir.Sadəcə,çempionatda ,heç olmasa 12 komanda olsa daha yaxşı olar.Ramin müəllimin fikirlərinin çoxu ilə razıyam

Adınız
E-mail adresiniz
Şərhiniz
"Şəfalı matç" sənədli filmi yayımlandı - TAM VİDEO
2017-03-13  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Amal Abuşov
Axı niyə yox idiniz, cənablar?
2017-02-20  // 7 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Mil Muğan" Ramin Musayevdən alınır? - ÖZƏL!
Rəşad Sadıqov Qurban Qurbanovdan xahiş etdi: yerimə müdafiəçi tapın
"Ağdaş"ın məşqçisindən şok açıqlama: "Dedilər sponsorluq edirik, amma bəzi oyunları kontora oynayacağıq"
"Şərurspor" və "Rəvan" oyunları necə qumara qoyub? - Tükürpədici faktlar
I Divizionda daha bir baş məşqçi istefası!
"Şəmkir"in sabiq futbolçusu bazarda paltar satır - ÖZƏL!
Sumqayıt Olimpiya Kompleksində növbəti özbaşınalıq: bu dəfə voleybol komandası kompleksdən çıxarıldı
"Qarabağ"ın yeni tərcüməçisi: "Xəzər Lənkəran"ın bərpası üçün işıq ucu görmürəm" - MÜSAHİBƏ
Qırğızıstan klubu azərbaycanlı qapıçı ilə müqavilə bağladı
Mahmud Qurbanov "İnter"də?

Xəbər Lenti
23 Mart 2017
23:30 Kamran Ağayev məşqlərə başladı
21:00 Rüfət Dadaşov dubl etdi, komandası məğlubiyyətdən xilas oldu
20:00 Millimizin Almaniya ilə oyuna hazırlığı davam edir - FOTOLAR
19:30 "Ağsu" - "Turan Tovuz" 1:1 - VİDEO
19:00 Birinci Divizionda 22-ci turun oyun cədvəli bəlli oldu
18:44 Droqba ikinci liqa klubunda
18:22 Dieqo Simeone: “Real”ı heç vaxt çalışdırmaram”
18:00 Mahmud Qurbanov "İnter"də?
17:40 “Qaradağ Lökbatan” “Zaqatala” üzərində qələbəyə sevindi
17:20 "Energetik" - "Şahdağ" 1:0 VİDEO
17:00 Qırğızıstan klubu azərbaycanlı qapıçı ilə müqavilə bağladı
16:43 Almaniya yığmasında zədə epidemiyası davam edir - "Borussiya"nın üzvü sıradan çıxdı
16:20 "Mil-Muğan" - "Bakılı" 4:1 - VİDEO
16:00 Özil millimizlə oyunöncəsi tənqid edildi: "Bunu etməklə böyük futbolçu ola bilmərsən"
15:44 "Əlincə" "Həvəskarlar Kuboku"nun bürünc medallarını qazandı
15:21 MOİK - "Şəmkir" 0:0 - VİDEO
15:00 "Şərurspor" və "Rəvan" oyunları necə qumara qoyub? - Tükürpədici faktlar
14:44 Robert Prosineçki: "Uduzmasaq, bu, Azərbaycanda böyük sevincə səbəb olacaq"
14:22 AFFA-dan növbəti qəribə addım: Milli komandanın adını dəyişdirdilər
14:00 "Şəmkir"in sabiq futbolçusu bazarda paltar satır - ÖZƏL!
13:44 Dama üzrə "İdmanda kuboku" keçirildi
13:22 Günün matçları: hansı oyun, hansı kanalda? TV AFİŞA
13:00 "Ağdaş"ın məşqçisindən şok açıqlama: "Dedilər sponsorluq edirik, amma bəzi oyunları kontora oynayacağıq"
12:49 Runi "Mançester Yunayted"dən ayrılır
12:27 2018/19 mövsümü: 24 klub birbaşa ÇL-in qrup mərhələsində
12:00 I Divizionda daha bir baş məşqçi istefası!
11:47 Renat Dadaşov: "Hamı məndən Azərbaycan millisini seçməyimin səbəbini soruşur"
11:22 Almaniya - İngiltərə 1:0 - VİDEO
11:00 Azarkeşlər Almaniya ilə oyun üçün birləşdi
10:30 Fatih Terim: "Dünya çempionatına vəsiqə qazanacağımıza inanırıq"
10:00 "Qarabağ"ın futbolçusu İtaliyaya qarşı oynayacaq
02:18 Almaniya millisi Bakıya qələbə ilə gəlir
22 Mart 2017
20:30 Azərbaycan kuboku: Yarımfinal rəqəmlərin gözü ilə
20:00 Neymar oynamaq istədiyi çempionatın adını açıqladı
19:30 Tuğrul Erat: "Yenidən milliyə dəvət alacam"
19:00 Yığmamız Belarusla bərabərə qaldı
18:44 "Şəmkir" və "Turan Tovuz" xal itirdi, "Mil-Muğan"dan darmadağın
18:22 Azərbaycan kuboku: Yarımfinal matçlarının vaxtı açıqlandı
18:00 Yoahim Löv: “Onu itirdiyimiz üçün çox üzgünəm”
17:40 462 günlük seriya qırıldı
17:23 Bir oyunda 5 yubiley
17:00 Sumqayıt Olimpiya Kompleksində növbəti özbaşınalıq: bu dəfə voleybol komandası kompleksdən çıxarıldı
16:41 “Neftçi”nin futbolçusu millinin düşərgəsindən ayrıldı
16:20 Milli komandamız Qazaxıstanda təlim-məşq toplanışındadır
16:00 Almanlar Renat Dadaşov haqda: "Böyük qardaşının izi ilə gedir"
15:44 Arda Turan: "Arda Turan kimisi 100 ildə bir dəfə gəlir" MÜSAHİBƏ
15:22 Bizim xanım şərhçi Laura Vontorra barədə danışdı: "Matçı şərh edəndə soyunmayacaq"
14:22 Kamran Ağayev Almaniyaya qarşı oynaya biləcək?
14:00 "Qarabağ"ın yeni tərcüməçisi: "Xəzər Lənkəran"ın bərpası üçün işıq ucu görmürəm" - MÜSAHİBƏ
13:44 "Almanlara asan təslim olmayacağıq" - Millimizn üzvü
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.