Ucuz təyyarə biletləri

Zurab Xizanişvili: “Sumqayıt”la matçda da bu cür çıxış edəcəyik" - MÜSAHİBƏ

Tarix:  02.02.17 14:02           Yazar:  Rekord.az           Oxunub: 245 dəfə

Bakının “İnter” klubunun gürcüstanlı müdafiəçisi Zurab Xizanişvilinin müsahibəsi.
 
- Mövsümün tən yarısında sponsor “İnter”i maliyyələşdirməkdən imtina etdi. Təcrübəli futbolçu kimi bu durumu necə şərh edərdiniz?
- Əlbəttə, bu klub üçün yaxşı hal deyil. Əgər sponsor mövsüm başlamazdan əvvəl və ya çempionat başa çatdıqdan sonra dəyişsəydi, başa düşmək olardı. İndi çempionatın ikinci yarısı başlayıb, komanda ilk “üçlük”də qərarlaşıb və məlum olur ki, sponsor klubu maliyyələşdirməkdən imtina edir. Bu addım “İnter” üçün çətin olacaq.
 
- Oyun planında axsamalar yarana bilərmi?
- Futbolçular və bütün məşqçi heyəti klub üçün əlindən gələni edir. Çalışırıq ki, bu kimi məsələlər diqqətimizi yayındırmasın. Ona görə də, oyunlara əvvəlki kimi hazırlaşmaqda davam edirik.
 
- Artıq “İnter”ə AFFA tərəfindən səlahiyyətli nümayəndə təyin edilib. Yeni idarəçi ilə görüşmüsüzmü və hansı vədlər verilib?
- Bizə dedilər ki, mövsümün sonuna qədər idarəçilik AFFA tərəfindən ayrılmış nümayəndənin nəzarətində olacaq. Ancaq hələ heç kimlə görüşümüz olmayıb. O, klubda bu gündən işə başlayacaq. Yəqin gün ərzində futbolçularla görüş olar.
 
- Üçüncü dövrəyə qələbə ilə başladınız. Amma növbəti rəqibiniz “Sumqayıt” iddialı “Qəbələ”dən xal almağı bacardı. Bu dueldən nə gözləyirsiniz?
- Biz “Kəpəz”ə qarşı, həqiqətən də, yaxşı oynadıq. Nəticədə böyükhesablı qələbə qazandıq. “Sumqayıt”la matçda da bu cür çıxış edəcəyik. Hətta daha yaxşı oynamaq üçün nə lazımdırsa, edəcəyik. Yola çıxmışıq, dayanmaq olmaz.
 
- Digər klubların oyunlarını necə, izləmisinizmi?
- Fasilədən istifadə edib bütün klublar heyətlərini yeni transferlərlə gücləndirməyə çalışdı. Təbii ki, yeni gələn futbolçu komandanı gücləndirir, rəqabət yaradır və digər futbolçuların da artırmasına nail olur. Bizə indiki durumda transfersiz oynamaq çətindi.
 
- Üstəlik, fasilədə Ağabala Ramazanov və Ruslan Abışov kimi əsas heyət üzvlərini itirdiniz…
- Həm Ağabala, həm də Ruslan güclü futbolçulardı. Klubumuzdan ayrılsalar da, hər ikisinə uğurlar arzulayıram.
 
- Mövsümün sonunda müqaviləniz başa çatacaq. Planlarınız necədi?
- İndi bu haqda danışmaq tezdi. “İnter”in uğur qazanması üçün qarşıdakı 3-4 ayda da maksimum gücümüzü sərf edəcəyik. Planım isə yayda məlum olacaq. Bəli, klubla müqaviləm başa çatır.
 
- “Sumqayıt”dan sonra fasilədə transferləri ilə gündəmi zəbt edən “Neftçi” ilə qarşılaşacaqsınız. Bu komandanı necə, izləmisinizmi?
- “Neftçi” hər zaman Azərbaycanın ən köklü, tarixi və böyük klubudu. Həqiqətən də, bu cür kluba qarşı oynamağı özüm üçün böyük şəfər hesab edirəm. Bu komandaya hər zaman hörmətlə yanaşmışam və bu yanaşmam heç vaxt dəyişməyəcək 

Apasport.az

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 33 Şərh
Amal Abuşov
Biz UEFA-nı aldatmışıq
2017-04-27  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Muarrem "Qarabağ"dan niyə getdi?
I Diviziona yeni komanda gəlir!
"Neftçi"yə yox, "Qəbələ"yə keçir?
"Qarabağ"dan ayrılan futbolçuya ilk təklif "Neftçi"dən gəldi!
MOİK, "Zaqatala" və "Mil-Muğan" Naxçıvana gedir
"Zirə" "Qarabağ"ın sabiq legioneri ilə danışıq aparır
Millimizin sabiq qapıçısı futbolu qurtardı, məşqçiliyə başlayır - ÖZƏL!
Əvəzedicilərin bombardiri olmuş "Qarabağ"lı Şahin Əliyev - VİDEO
"Qarabağ"la üzülüşdü, "Sumqayıt"la müqavilə bağladı!
"Zaqatala"dan ayrıldı, "Səbail"lə müqavilə bağladı!

Xəbər Lenti
22 May 2017
22:29 Hücumçumuz Türkiyə çempionatında?
20:21 Vüqar Bayramov: "İranla oyunumuz alınmadı, çünki onlar sürətli oyun sərgiləyir"
20:00 AFFA İslamiadanı qazanan futbolçuları mükafatlandırdı: adama 20 min!
19:00 MOİK, "Zaqatala" və "Mil-Muğan" Naxçıvana gedir
18:22 Əvəzedicilərin bombardiri olmuş "Qarabağ"lı Şahin Əliyev - VİDEO
18:00 Cavid Hüseynov "Qəbələ" ilə yeni müqavilə bağladı
17:45 Azərbaycan milli komandasının bağlanış mərasimindəki bayraqdarı müəyyənləşib
17:22 IV İslam Həmrəyliyi Oyunları başa çatdı
17:00 "Zaqatala"dan ayrıldı, "Səbail"lə müqavilə bağladı!
16:44 Pro kateqoriyalı məşqçi kursunun ikinci modulu - FOTOLAR
16:21 Millimiz "Zəfər günləri"ndə - FOTOLAR
16:00 "Qarabağ"la üzülüşdü, "Sumqayıt"la müqavilə bağladı!
15:41 "Yaşar Vahabzadə böyük cəsarət nümayiş etdirib"- SORĞU
15:20 Rəşad Eyyubov “Qəbələ”ni “Sumqayıt”a dəyişdi
15:00 Niyə heç kim "Neftçi"yə getmək istəmir?
14:45 Kiçik yaşlı yeniyetmələrin Avropa çempionatından 1 qızıl və 4 bürünc medal
14:22 Azərbaycan - Oman 2:1 - VİDEO
14:00 "Qarabağ"dan ayrılan futbolçuya ilk təklif "Neftçi"dən gəldi!
13:41 "İnter"də seleksiya prosesi başa çatdı
13:22 U-13 qızlar Liqasının qalibləri mükafatlandırıldı
13:00 Millimizin sabiq qapıçısı futbolu qurtardı, məşqçiliyə başlayır - ÖZƏL!
12:42 PFL klublara transferlər üçün vaxt ayırdı
12:22 Əsgərovun komandası yenə xal itirdi
12:00 Petrov da "Neftçi"dən gedir?
11:45 Budaq oynamadı, komadası heç-heçə etdi
11:22 Simeone “Atletiko”da qaldı
11:00 "Zirə" "Qarabağ"ın sabiq legioneri ilə danışıq aparır
10:30 Avropa kubokunda daha iki medal
09:32 İslamiadanın çempionu olan millimiz Bolqarıstanda
01:50 Qadın güləşçilərimiz 4 qızıl, 3 gümüş və 1 bürünc medal!
01:30 Millimiz mükafatlandırıldı - FOTOLAR
01:20 Azərbaycan - Oman 2:1 - FOTOLAR
21 May 2017
23:58 "Real" çempion!
23:49 U-23 futbol millimiz İslam Oyunlarının qalibi oldu
23:00 İngiltərə Premyer Liqası: "Arsenal" Çempionlar Liqasından kənar qaldı
21:07 Bakı-2017: Azərbaycan finalda İrana uduzdu
20:40 Nazarovun komandası mövsümü məğlubiyyətlə başa vurdu
20:12 "Yuventus" çempion!
17:00 Tarixi oyuna səyahət: “Bir “sumka” verirdilər onu da Bakıya qayıdan kimi alırdılar” - YAZI + VİDEO
15:30 Mövsümün son matçında oynamadı
15:00 I Diviziona yeni komanda gəlir!
14:30 Cəfərovun yoxluğunda komandası uduzdu
14:00 Muarrem "Qarabağ"dan niyə getdi?
13:38 Ayşən Abduləzimova: "Onlar da qızıl medal qazanmaq istəyirdilər, biz də"
13:30 Dəniz Yılmazın klubu "Antalyaspor"a da uduzdu
13:26 Finalın adı Azərbaycan - İran
13:00 "Neftçi"yə yox, "Qəbələ"yə keçir?
12:30 Mahmudov mövsümün son matçında oynamadı
12:00 Eddi İsrafilov oynadı, "Kadis" xal itirdi
11:30 Ukraynada Azərbaycan derbisi - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.