Ucuz təyyarə biletləri

Sumqayıtın yeni” istehsal müəssisəsi” – “Sumqayıtspor” - YAZI + FOTOLAR

Tarix:  02.02.17 18:02           Yazar:  Rekord.az           Oxunub: 779 dəfə

Sumqayıt futbol məktəbinin Azərbaycan futbolundakı yeri və nüfuzu haqda saatlarca danışmaq olar.  Bu şəhərdən hər zaman güclü futbolçular çıxıb indi də çıxır və gələcəkdə də çıxacaq. Çünki loru dildə desək futbol, qanlarında var. Hazırda şəhər futbolunun əsas vuran əli “Sumqayıt” Futbol Akademiyası olsa da məhsuldar fəaliyyəti ilə seçilən digər qruplar da var. Bunlardan biri də təcrübəli mütəxəssis Sabir Əliyevin təsis etdiyi, artıq xeyli müddətdir ki, fəaliyyət göstərən “Sumqayıtspor” futbol klubudur. Bu futbol klubu sırf uşaq futbol klubu kimi ixtisaslaşıb. Biz də Sumqayıtın uşaq futbolundan bəhs edən layihəmiz çərçivəsində bu klubun düşərgəsinə yollandıq və yazı hazırladıq.

 

 

Hədəf böyük futbol idi


Qeyd etdiyimiz kimi, klub uşaq futbolu üzrə istisaslaşıb. Lakin əslində yeni təsis olunanda hədəf böyük futbol imiş. Bunu bizimlə söhbətində klubun təsisçisi Sabir Əliyev dedi: “Bildiyiniz kimi, böyük futbolda sonuncu iş yerim “Gənclərbirliyi” klubu olub. Düzdür, ondan sonra “Qafqaz Universiteti”ndə də çalışdım və autsayder komandanı 3-4 aya iddialı komandaya çevirdim. Lakin o komanda I Divizion təmsilçisi idi. “Gənclərbirliyi”ndən ayrılandan sonra 2010-cu ildə öz təşəbbüsümlə “Sumqayıtspor” klubunu yaratdım. Əsas hədəfim o idi ki, komandaya yeni sponsor tapım və I Divizionda mübarizə aparaq. Orda da hədəfimiz Premyer Liqaya vəsiqə idi. Lakin sonradan qərar verdim ki,ən yaxşısı uşaq komandası yaradıb uşaq yetişdirim. Böyük futbolda uzun illər işlədim və yetişdirdiyim futbolçuları da hamı tanıyır. Düşündüm ki, uşaqlarla işləmək daha maraqlı olar. Beləliklə də uşaq futbolu üzrə fəaliyyətə başladıq”.

 

 

“Qarabağ”dan “Qəbələ”yə kimi


Komanda qısa zamanda fəaliyyət göstərsə də Azərbaycan futboluna xeyli istedad bəxş edib. Sabir Əliyevin sözlərinə görə, hazırda “Sumqayıtspor”un bir neçə yetirməsi ölkənin iddialı klublarında forma geyinir: “Klubumzdan çıxan istedadlı uşaqların sayı çoxdur. Bir vaxtlar  həm “Qəbələ”, həm də “Bakı” kimi güclü futbol akademiyası olan klublar bizim futbolçuları bəyənib və öz akademiyalarına qəbul edib. Eyni zamanda “Qarabağ”a da futbolçu vermişik. Məsələn, Camal Camalov məhz bizim klubumuzdan həm U-15 millisinə, həm də “Qarabağ”a dəvət olunmuşdu. Çox istedadlı futbolçudur heyf ki, ağır zədə onu bir qədər geri atdı. Hazırda “Zirə”də forma geyinir və inanıram ki, qısa zamanda əvvəlki formasını bərpa edib öz sözünü deyəcək. Bundan başqa “Mançester Yunayted” futbol məktəbində də bizim klubun uşaqları yer alıb”. Təcrübəli mütəxəssislə söhbət zamanı məlum oldu ki, son zamanlar fəaliyyət planında da müəyyən dəyişikliklər olub: “Bildiyiniz kimi, artıq mən həm də “Sumqayıt” Futbol Akademiyasında çalışıram və oranın koordinatoruyam. Buna görə də “Sumqayıtspor”dakı iş sistemində də dəyişiklik etməli olduq. Artıq istedadlı futbolçuları digər klublara yox, elə “Sumqayıt”ın özünə veririk. Düzdür, akademiyaya gəlməmişdən öncə də oraya futbolçu vermişdim. Amma koordinator təyin olunandan sonra demək olar ki, “Sumqayıtspor”un bütün istedadlı uşaqlarını da akademiyaya aparmışam. Hər halda öz şəhərimizin komandasıdır”.

 

 

Texnika şərtdir


Sabir müəllim kluba uşaqların hansı keyfiyyətlərinə görə seçildiyini də bildirdi. Təcrübəli mütəxəssisin bu məsələyə öz baxışı və seçim metodu var: “Məi tanıyanlar bilir ki, həmişə texnikalı hücum futbolunun tərəfdarı olmuşam. Futbolçu seçimini də bu yöndə aparmıam, bu gün də aparıram. “Sumqayıtspor”a uşaq seçəndə ilk növbədə onun topla davranışına, texnikasına baxıram. Texnikası olmayan futbolçunu kluba götürmürəm. Çünki fiziki hazırlığı aşağı olan futbolçu ilə işləyib onun fiziki hazırlığını qaldırmaq olar. Amma bir uşağın ki, qabında texnika, topla rəftar yoxdur, ondan futbolçu çıxması qəliz məsələdi. Texnikalı uşaqları götürüb onların üzərində işləmək lazımdır. Sumqayıt da bildiyiniz kimi, futbol şəhəridir və burada isteddlı uşaqlar da çoxdur. Ona görə də bu cür futbolçular tapmaqda problemlə üzləşmirik”.

 

 


“İstedadlı uşaqları ölkədən kənara çıxartmalıyıq”

 

Həmsöhbətimiz Azərbaycandakı uşaq futbolunun problemlərindən və futbolçularımızın Avropa səviyyəsində oynaması üçün vacib olan məqamlardan da danışdı: “Bizdə istedadlı uşaqlar çoxdur. Tək Sumqayıtda yox, digər bölgələrimizdə də. “Mançester Yunayted” məktəbində seleksiyaçı-məqçi işləyəndə Azərbaycanın bölgələrini gəzdirdik və istedadlı uşaqları öz gözümlə görürdüm. Sadəcə, güclü və savadlı məşqçilər lazımdır ki, həmin uşaqlarla işləyib onları yüksək səviyyəli futbolçu kimi hazırlasın. İkinci məsələ, futbolçularımızın Avropaya çıxışıdır. Çalımalıyıq ki, xüsusi istedadıolan futbolçuları yeniyetmə yaşlarından Avropaya çıxardaq. İmkan yaradaq, kömək edək ki, onlar Azərbaycandan kənara çıxıb Avropada daha mükəmməl futbolçu kimi yetişsinlər. Bu zaman futbolumuz çox şey qazanacaq, milli komandamız da qat-qat güclü olacaq. Futbolçuların da psixologiyasında uşaq yaşlarından bunu formalaşdırmaq lazımdır ki, yaxşı futbolçu olmaq istəyirsənsə Avropada oynamağa can atmalısan”.

 

 


Hər şey daxili imkanlar hesabına


Onu da deyək ki, “Sumqayıtspor” uzun müddətdir ki, “TERM” İdman Klubunda məskunlaşıb və icarə əsasında buranın süni örtüklü meydançasından istifadə edir. Klubun iki yaş qrupu üzrə komandası həftədə 3 dəfə burada məşq edir. Sabir Əliyevin sözlərinə görə qrafikini elə qurub ki, buradakı fəaliyyəti ilə akademiyadakı fəaliyyəti bir-birinə mane olmur: “Təbii ki, hazırda əsas diqətimi “Sumqayıt” Futbol Akademiyasına yönəltmişəm və vaxtımın çoxunu oraya sərf edirəm. Amma “Sumqayltspor”un fəaliyyətini axsatmamağa çalışıram. Çünki bu klubu da min-bir əziyyətlə yaratmışıq. Mən akademiyada olanda köməkçim Kənan müəllim “Sumqayıtspor”un məşqlərinə nəzarət edir”.

 

Onu da öyrəndik ki, “Sumqayıtspor” bütün tələbatlarını, yəni forma, top və inventarları daha çox öz daxili imkanları hesabına həll eliyir.

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyləşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Şahin Diniyevin əsas komandaya cəlb etdiyi futbolçu "Qarabağ"a keçdi
Tərlan Əhmədov getsə, onun yerinə kim gələcək?
“Sumqayıt”ın yeni prezidentinin adı məlum oldu - ÖZƏL!
"Ramin Musayev kimdir ki, onun çempionatı ola?" - MÜSAHİBƏ
Orxan Hüseynzadənin ardından köməkçisi də "Neftçi"dən göndərildi
Orxan Hüseynzadə və Kamran Quliyev haqda bu faktı bilirsiniz?
Rəşad Sadıqov məcburiyyətdən meydançaya çıxır
Diniyevi bəyənməyib, onun bəyəndiyinə möhtac qalanlar - YAZI
"Kəpəz"in və AFFA-nın yalanı üzə çıxdı: "Siz müsbət 3-5 dərəcəyə soyuq deyirsizsə, Sibirdəkilər nə etsin?"
"Neftçi"də yoxlama aparılıb

Xəbər Lenti
21 Fevral 2018
17:00 "Zirə" Fariz Nəcəfova görə AFFA-ya şikayət etməyib - ÖZƏL!
16:40 Dieqo Souza: “Sadəcə, qol vura bilməməyimiz narahatlıq doğurur”
16:24 Ceyhun Sultanov: "Heç bir insan bura hansısa futbolçunu ata bilməz"
16:22 Ceyhun Sultanov “Neftçi”nin üzvlərinə təqdim olundu
16:10 Kamran Quliyev: "Avroliqaya düşməmək "Neftçi" üçün uğursuzluq olacaq"
15:41 AFFA bir kluba texniki məğlubiyyət verdi, daha birini yarışdan kənarlaşdırdı
15:20 Rəqibi təhqir edən futbolçuya 3 oyunluq cəza
15:00 "Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
14:40 “Hər gün məşq etsək, üçüncü yeri tuta bilərik”
14:20 2 boksçumuz mübarizəni dayandırdı
14:00 "Şüvəlan" Premyer Liqaya qayıdır?
13:54 “Qəbələ” - “Zirə” matçı ilə bağlı AFFA-dan sərt cəzalar
13:48 Bu gün Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşir
13:27 “Sevilya “Mançester Yunayted”ə, “Şaxtyor” “Roma”ya qarşı
13:20 “Kəpəz” “Qarabağ”la oyuna itkisiz hazırlaşır
13:00 Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR
12:44 İstedadlı solaxay, bəxtsiz məşqçi, dalaşqan insan - YAZI
12:22 Ağır yol qəzası keçirən üçqat Avropa çempionu idman qayıdır - MÜSAHİBƏ
12:00 "Sumqayıt" mövsümün sonuna kimi prezidentsiz qalacaq?
11:44 Ceyhun Sultanov "Neftçi"də!
11:40 “Bavariya” – “Beşiktaş” 5:0 - VİDEO
11:33 Mujek rəsmən "Neftçi"dən getdi, yeni klubu da məlumdu
11:22 "Çelsi" - "Barselona" 1:1 - VİDEO
11:00 "Şəmkir" 6 futbolçu ilə gücləndi
10:30 Millimizin sabiq üzvü üçün 76 dəqiqə
10:00 "Xəzər Lənkəran"ın gələcəyi barədə rəsmi açıqlama: "Fəxri prezidentimiz əsas komandanı mütləq bərpa edəcəyini qeyd edib, ancaq..."
09:34 Növbəti tur təxirə salındı
01:53 "Bavariya"dan darmadağın, Londonda heç-heçə
20 Fevral 2018
23:32 Azərbaycanda oynamış futbolçu təyinatından 3 gün sonra qovuldu
23:08 Ölkə çempionatında ilk günün qalibləri - VİDEO
22:45 Koutinyonun evi qarət olundu
22:25 "Milan"ın sahibi müflis oldu
19:00 Bombardir fərqi 5-ə yüksəltdi
18:43 EKOL büdrədi, “Araz” yenə qalib gəldi
18:22 Azərbaycan - Makedoniya matçının başlama saatı dəqiqləşdi
18:00 Bədavi Hüseynov yalnız apreldə futbola dönə bilər
17:40 Premyer Liqada 17-ci turun oyun cədvəli
17:24 “Bayıl Arena”da bir gündə iki çempionat oyunu
17:00 Şahin Diniyevin əsas komandaya cəlb etdiyi futbolçu "Qarabağ"a keçdi
16:40 Birinci Divizionda 15-ci turun oyun cədvəli
16:24 “Səbail” - “Qarabağ” matçında 5 qol - VİDEO
15:33 “Sumqayıt” “Keşlə” ilə oyunun hazırlığına başladı
15:29 Bakıda keçirilən Borçalı çempionatının qalibi məlum oldu
15:18 “Sumqayıt”ın yeni prezidentinin adı məlum oldu - ÖZƏL!
15:00 "Keşlə"də yeni qayda: əməl etməyən 500 manat cəzalanacaq
14:42 Yığma komandalarımız Kiyevə bu heyətlə yollanır
14:20 “Neftçi” “Zirə”yə qarşı: Başlama saatı bilindi
14:00 Orxan Hüseynzadə və Kamran Quliyev haqda bu faktı bilirsiniz?
13:42 Seçmə mərhələ yarışları keçiriləcək
13:20 PFL Premyer Liqa ilə kubokun təqvimini dəyişdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.