Ucuz təyyarə biletləri

Ağasəlim Mircavadov: Mən o futbolçuları başqa komandaya verməzdim - MÜSAHİBƏ

Tarix:  03.02.17 15:02           Yazar:  Rekord.az           Oxunub: 759 dəfə

Rekord.az Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun müsahibəsini sizə təqdim edir:


 
- 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Antalya toplanışını yaxından izlədiniz. Komandamızla bağlı narazı qaldığınız məqamlar oldumu?
- Normal toplanış keçdilər. 19-20 yaşlılara qarşı yoxlama oyunlarında qüvvələrini sınadılar. Bu da düzgün addım idi, çünki uşaqlar “artırmalıdılar”. Toplanışa cəlb olunan futbolçuların çoxu yeni idi. Təbii ki, çatışmayan cəhətlər var. Uşaqlar topla çox zəif işləyirlər. Birə-bir mübarizələrdə adətən uduzurlar. Yer seçimləri də zəif, futbol bilikləri aşağıdı. Bütün bu nüansları aradan qaldırmaq üçün çox işləmək lazımdı. Sevindirici haldı ki, U-17-də analitik var, məşqçilərlə yanaşı, o da qeydlərini götürdü.
 
- Ölkə çempionatında qış fasiləsindən sonrakı ilk turda “Qarabağ” və “Qəbələ” qələbəyə həsrət qaldı. Bu komandalardan hansını çempionluq mübarizəsində daha şanslı sayırsız?
- Fakt budu ki, çempionluq mübarizəsi sona qədər bu iki komanda arasında gedəcək. Çempion olmaq üçün turnir cədvəlində aşağılarda qərarlaşan komandalara qalib gəlməli, güclüdən isə mütləq xal almalısan. Meydanda ən az səhv edən sonda birinci olur. Həm “Qarabağ”, həm də “Qəbələ” 1-2 transfer edib. Öz aralarındakı oyunlardan çox şey asılı olacaq.
 
- Qış transfer dövründə ən fəal klub “Neftçi” oldu. Necə düşünürsüz, yeni gələn futbolçular “ağ-qaralar”ı gücləndirəcəkmi?
- Transfer zamanı adlar rol oynamır. Yeni futbolçuların gücü gərgin oyunlarda bilinəcək. Təbii ki, “Neftçi”nin güclənməsinə ehtiyac var idi. Bu klubun əvvəlki transfer siyasəti bərbad idi. Bir il bundan öncə gətirdikləri oyunçuları nəzərdə tuturam. Çoxu komandadan göndərildi. Mən məəttəl qalıram ki, “Neftçi” öz futbolçularını verib, başqa klubları niyə gücləndirir? Əvvəlcə Ruslan Qurbanov, sonra Araz Abdullayevin getməsinə razı oldular. “Neftçi”dən niyə ayrıldıqlarını bilmirəm. Şəxsən mən bu iki futbolçunu başqa komandaya verməzdim. Özləri bilərlər, şəxsi fikirləridi. “Neftçi”nin yeni gətirdiyi legionerlər haqda bir neçə oyundan sonra danışmaq olar. Amma Ruslan Abışov və Namiq Ələsgərov kimi yerli futbolçuları transfer etməklə ağıllı iş gördülər.
 
- Qış fasiləsində 2 klub – “Kəpəz” və AZAL büdcələri ilə əlaqədar, Antalyada təlim-məşq toplanışı keçmədi. Hər ikisi, xüsusən “Kəpəz” III dövrəyə uğursuz start verdi. Görünən odu ki, ölkə xaricində təlim-məşq toplanışı keçməmək komandanı çox geri salır...
- Əlbəttə ki, elədi. Toplanışın məqsədi olmalıdı. Antalyada şərait həddindən artıq yaxşıdı. Həm meydançaları təbii örtüklüdü, həm də orda səviyyəli sparrinq rəqiblər tapmaq asandı. U-17 ilə birlikdə qaldığımız oteldə 4 xarici komanda məskunlaşmışdı. Bu isə seçim imkanını artırır.
 
- Ölkənin daha bir iddialı klubu dağılmaq təhlükəsi ilə üzləşib. “Beynəlxalq Bank”ın sponsorluğundan imtina etdiyi “İnter”i mövsümün sonuna kimi AFFA maliyyələşdirəcək. Komandanın növbəti mövsümdə də yaşaması üçün isə yeni sponsor tapılmalıdı...
- Bu xəbəri Antalyada eşitdim. AFFA-nın yaya kimi dəstək olması gözəl haldı. “İnter”i itirmək olmaz. “Bakı”, “Xəzər Lənkəran”, “Karvan” və “MKT-Araz” kimi iddialı komandalar artıq yoxdular. “İnter”in də onların siyahısına qoşulmasını istəməzdim. Bu klubun hər bir şəraiti var. “İnter”in akademiyası milli komandalara çoxlu oyunçu verir. Komandanı saxlamaq, ümumiyyətlə, klublarımızın sayını artırmaq lazımdı. Dağıtmaq asan, yaratmaq isə çətindi. Təbii ki, bu da maliyyədən asılıdı.

Apasport.az

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Biz Lorentsonun ətəyindən yapışarkən...
2017-12-12  // 0 Şərh
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Neftçi"dən ayrılacaq futbolçu "Kəpəz"ə keçə bilər
Həvəskarlar Liqası ləğv olunur - ÖZƏL!
"Səbail"dən getdi!
Ağasəlim Mircavadov Kamran Ağayevin problemini açıqladı: Evlənməlidir - MÜSAHİBƏ
“Neftçi” ilə “Keşlə” yarımfinalda
"Neftçi" "Zirə"ni keçə bilməsə...
"Xəzər"dən ayrılan qapıçı "Keşlə"nin məşqlərində iştirak edir
"Neftçi" adı əsgərlikdə gedən futbolçu ilə müqavilə bağlayır
“Sumqayıt” “Qarabağ”ı kubokdan kənarlaşdırdı
İAM-ın sədri: "AFFA-nın baş katibi və PFL prezidentinin biganə münasibətinin yanından, sadəcə, ötüb keçmək gərəkdir"

Xəbər Lenti
15 Dekabr 2017
23:58 "Sumqayıt" - "Qarabağ" 2:0 - VİDEO
23:15 "Səbail" - "Qəbələ" 2:4 - FOTOLAR
22:36 "Sumqayıt" - "Qarabağ" 2:0 - VİDEO
21:57 Qurban Qurbanov: “Futbolçuların üzərinə çox getmədim”
21:41 “Bundan sonra kubok daha maraqlı olacaq"
21:14 Azərbaycan Kuboku: Yarımfinalçılar müəyyənləşdi
20:55 “Sumqayıt” “Qarabağ”ı kubokdan kənarlaşdırdı
19:22 "Səbail" - "Qəbələ" 2:4 - VİDEO
19:00 Ardanın təzminat qiyməti məlum oldu
18:43 Azərbaycanlı məşqçi Yaponiyada diplomla təltif olundu
18:30 Samir Əliyev: “Belə rəqiblərlə eyni səviyyədə mübarizə aparmağa hazır deyilik”
18:21 Pro kursunun 5-ci modulu başa çatdı - FOTOLAR
18:10 Roman Qriqorçuk: “Tətilə xoş hisslərlə gedirik”
17:42 Üç taekvondoçumuz reytinq cədvəlinin ilk onluğunda
17:21 “Zirə”nin qış hazırlıq planı açıqlandı
16:41 MOİK 3 futbolçunu transferə çıxardı
16:21 “Zirə”də ilk rəsmi ayrılıq
16:00 “Neftçi”nin hazırlıq planı rəsmən açıqlandı
15:40 Region Liqası: 1-ci turun təqvimi açıqlandı
15:21 Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirildi
15:19 "Qarabağ" REKORD.AZ-ı təbrik etdi!
14:41 Qazaxıstanlı məşqçi: “Bakı yarışlara hazırlıq üçün ən yaxşı yerdi”
14:20 Millimizin Dubaya gedəcək heyəti açıqlandı
13:41 “Azərbaycan çempionatında çəkindiyim hücumçu yoxdu...”
13:20 “Kəpəz”in qış hazırlıq planı müəyyənləşdi
13:00 "Xəzər"dən ayrılan qapıçı "Keşlə"nin məşqlərində iştirak edir
12:40 Azərbaycan millisinə yeni məşqçi cəlb olundu
12:21 UEFA-dan məktub gəldi: Gəncədəki feyr-pley nümunəsinə görə
11:40 Türkiyə Kubokunda 16 ən güclü klub bəlli oldu
11:20 19 yaşında ilin ən yaxşı futbolçusu seçildi, tarixə düşdü
11:00 "Neftçi" adı əsgərlikdə gedən futbolçu ilə müqavilə bağlayır
10:00 İAM-ın sədri: "AFFA-nın baş katibi və PFL prezidentinin biganə münasibətinin yanından, sadəcə, ötüb keçmək gərəkdir"
14 Dekabr 2017
23:35 "Neftçi" - "Zirə" 2:0 - FOTOLAR
22:00 "Neftçi" - "Zirə" 2:0 - VİDEO
21:42 “Marafon Futsal” izləyicisi ilə xal fərqini artırdı
21:41 Ayxan Abbasov: “Yan xətt hakimləri göz görə-görə səhv etdilər”
21:28 Tərlan Əhmədov: “Neftçi”yə 7-8-ci yeri tutmağa gəlməmişəm”
20:56 “Neftçi” ilə “Keşlə” yarımfinalda
19:00 "Səbail"dən getdi!
18:29 “Qarabağ”la oyuna görə azarkeşlərdən dəstək xahişi
17:21 Oğuzda seminar-məşğələ keçirildi - FOTOLAR
17:00 Ağasəlim Mircavadov Kamran Ağayevin problemini açıqladı: Evlənməlidir - MÜSAHİBƏ
16:42 Yunis Hüseynov: “Kəpəz”i kimlərin tərk edəcəyini müəyyənləşdirmişəm”
16:21 Ramiz Məmmədov: “Keşlə”dəki taleyim rəhbərliyin verəcəyi qərardan asılıdı”
15:45 "Kəpəz" - "Keşlə" 2:3 - VİDEO
15:21 Pro kursunun iştirakçıları üçün iki mühazirə - FOTOLAR
14:41 Region Liqasının püşkatma mərasimi - FOTOLAR
14:21 11-ci turun oyun cədvəli açıqlandı
14:00 Həvəskarlar Liqası ləğv olunur - ÖZƏL!
13:40 “Araz”ın əsas izləyicisi xal fərqini minimuma endirdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.