Ucuz təyyarə biletləri

Ronaldinyo: Futbolu oynamaq lazımdı, dəyişmək yox - MÜSAHİBƏ

Tarix:  03.02.17 17:02           Yazar:  Rekord.az           Oxunub: 204 dəfə

Əfsanəvi futbolçu Ronaldinyo bu günlərdə sabiq komandası “Barselona”nın səfiri təyin edilib. "Rekord.az" xəbər verir ki, braziliyalı sabiq yarımmüdafiəçi yeni vəzifədə ilk müsahibəsini verib.
 
Ronaldinyo İspaniya mətbuatının suallarını cavablandırarkən yeni işindən, “Barselona”nın hazırkı durumundan və Çempionlar Liqasında PSJ ilə keçiriləcək oyunlardan danışıb.
 
- Ronaldinyonun 9 ildən sonra “Barselona”ya qayıtdığını demək olarmı?
- Bəli, bu, həqiqətdi. Düzdü, hələ rəsmi müqavilə imzalanmayıb. Ancaq mən həmişə özümü klubun bir hissəsi kimi görmüşəm. İndi belə bir imkanı qaçırmaq olmaz.
 
- Bundan sonra dünyanın müxtəlif ölkələrində keçiriləcək tədbirlərdə klubu təmsil edəcəksiniz?
- Doğrudu. “Barsa”nı fərqli ölkələrdə təmsil etmək mənim üçün şərəfdi. İnsanlar məni görəndə klubu xatırlayacaqlar. Bunun cəlbedici iş olduğunu düşünürəm.
 
- “Barselona”ya qayıtdıqdan sonra keçmişi necə xatırladınız?
- Hər zaman xoş fikirlərlə. Mənim çoxlu dostlarım, tarixim, həyatımın ən önəmli hissəsi bu klubdadı. Keçmiş komanda yoldaşlarımla birlikdə qazandığımız nəticələrlə klubun tarixinə düşmüşük. Doğma evimə, sevdiyim və sevildiyim şəhərə qayıtdığım üçün çox sevinirəm. Karyeramın ən uğurlu illərini keçirdiyim yerə qayıtmaqdan gözəl nə ola bilər?
 
- İş prinsipiniz necə olacaq: daha çox rəsmi nümayəndələrlə əlaqədə olacaqsınız?
- Hələ ki, əsas rolumun nədən ibarət olacağı ilə bağlı detalları bilmirəm. Əgər bir şansım olsa, burda dostluq qrupu yaradacam.
 
- Futbolçu vaxtınızda “Barselona”da daha çox qala bilərdiniz...
- Bəli, belə bir imkanım var idi. Həmin vaxtkı baş məşqçi Pep Qvardiola 2008-ci ildə komandada qalmağımı xahiş etdi. Onunla görüşdüm və bütün komandanın qalmağımı istədiyini bildirdi. Pepə təşəkkür etdim, ancaq dedim ki, bu klubda missiyamın başa çatdığını hiss edirəm. Bu səbəbdən də ayrıldım.
 
- Qvardiola ilə münasibətiniz necə idi?
- Pep komandaya bir ailə gözü ilə baxırdı. Həmin ailədən ayrılmaq mənə çətin idi. Münasibətimiz də çox yaxşı idi. Hətta onun qardaşı ilə də dostlaşmışdım.
 
- “Barselona”nın La Liqada işləri o qədər də yaxşı getmir…
- Ola bilər. Ancaq şans hər zaman var. “Barsa” dünyanın ən güclü komandalarından biridi. Bu səbəbdən həmişə bir şansı olacaq.
 
- Komanda bu mövsüm, xüsusən də, yanlış hakim qərarlarının qurbanı olub. Klubun müdafiəsi üçün hansı addımı atmaq fikriniz var?
- Etirazın nəyisə dəyişəcəyinə inanmıram. Bir futbol azarkeşi kimi, hər şeyin gözəl olacağını düşünməliyik. Hakim səhvinə fikir vermək lazım deyil. Futbolçular maksimum dərəcədə baxımlı oyun sərgiləməyə çalışmalıdılar. Futbol xatirinə ən yaxşısını edək.
 
- Futbol texnologiyasının tərəfdarı olanlar da var, buna etiraz edənlər də. Siz nəyin tərəfdarısınız?
- Futbolu oynamaq lazımdı, dəyişmək yox. Əgər texnologiya dövrünə keçilsə, futbol dəyişdiriləcək. Futbolda hər şeyi olduğu kimi qəbul etmək lazımdı. Mən bunu belə sevirəm. Digər tərəfin fikrinə qarşı deyiləm, ancaq mən belə dəyişiklik arzulamıram.
 
- “Barselona”nın Messi-Suares-Neymar “trio”su dünyanın ən güclü hücum xətti sayılır. 5 yaş gənc olub onlarla birlikdə oynamaq istərdinizmi?
- Hər kəsin öz dövrü var. Mənim vaxtımda möhtəşəm heyətimiz var idi. İndiki futbolçularla “Ronaldinyonun dövrümdə oynamaq istərdinizmi” sualını versəniz, onlar da eyni cavabı verərlər.
 
- Messi sizinlə birlikdə oynayıb. Amma Neymar və Suaresin belə bir imkanı olmayıb...
- Neymar da çox gözəl bilir ki, ən doğru seçimi edib. Suareslə birlikdə oynamaq da zövqlü olardı. Kimsə bu “trio” ilə birlikdə oynamaq istəsə, onun üçün fantastik olar.
 
- Neymarın “Barselona”da Messinin yerini tutacağına inanırsınızmı?
- Ümid edirəm ki, onlar hələ uzun illər çiyin-çiyinə çıxış edərlər. Neymar dünyanın ən güclü futbolçularından biri olmağa hazırdı. Bir gün o, ən yaxşı olacaq.
 
- Tezliklə Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” ilə PSJ qarşılaşacaq. Həmin matçlardan nə gözləyirsiniz?
- Mənim üçün qarışıq hisslər olacaq. Avropada formasını geyindiyim ilk komanda ilə karyeramın ən gözəl illərini keçirdiyim komanda üz-üzə gələcək. Böyük oyun olacağını düşünürəm. Ən yaxşı kimdisə, o da qalib gəlsin. Çünki hər iki komandanın heyətində çoxlu dostlarım var.
 
- Sizin favoritiniz hansıdı?
- Mən belə şeylərdən danışmağı sevmirəm. Futbolda hər şey baş verə bilər. Möhtəşəm strategiyası və ulduz futbolçuları olan iki böyük klub üz-üzə gələcək.

* Xəbərə şərh yoxdur

Adınız
E-mail adresiniz
Şərhiniz
"Şəfalı matç" sənədli filmi yayımlandı - TAM VİDEO
2017-03-13  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Amal Abuşov
Axı niyə yox idiniz, cənablar?
2017-02-20  // 7 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
3 klubun Premyer Liqaya gətirilməsi təsdiqlənir -ÖZƏL!
AFFA-nın "Səbail" planı" - ÖZƏL!
"Mil Muğan" Ramin Musayevdən alınır? - ÖZƏL!
"Şərurspor" Naxçıvan çempionatında oynayacaq - ÖZƏL!
Almeydanın millidə debüt edəcəyi tarix dəqiqləşdi
Rəşad Sadıqov Qurban Qurbanovdan xahiş etdi: yerimə müdafiəçi tapın
Tahir Süleymanovdan Elxan Məmmədova etiraz: "Neftçi" niyə yaddan çıxır?"
Sumqayıt Olimpiya Kompleksində növbəti özbaşınalıq: bu dəfə voleybol komandası kompleksdən çıxarıldı
Çempionlar Liqasında iştirak edəcək Azərbaycan klublarının sayı bəlli oldu
Rauf Əliyev: "Millinin heyətinə baxanda sadəcə, gülümsündüm"

Xəbər Lenti
23 Mart 2017
02:18 Almaniya millisi Bakıya qələbə ilə gəlir
22 Mart 2017
20:30 Azərbaycan kuboku: Yarımfinal rəqəmlərin gözü ilə
20:00 Neymar oynamaq istədiyi çempionatın adını açıqladı
19:30 Tuğrul Erat: "Yenidən milliyə dəvət alacam"
19:00 Yığmamız Belarusla bərabərə qaldı
18:44 "Şəmkir" və "Turan Tovuz" xal itirdi, "Mil-Muğan"dan darmadağın
18:22 Azərbaycan kuboku: Yarımfinal matçlarının vaxtı açıqlandı
18:00 Yoahim Löv: “Onu itirdiyimiz üçün çox üzgünəm”
17:40 462 günlük seriya qırıldı
17:23 Bir oyunda 5 yubiley
17:00 Sumqayıt Olimpiya Kompleksində növbəti özbaşınalıq: bu dəfə voleybol komandası kompleksdən çıxarıldı
16:41 “Neftçi”nin futbolçusu millinin düşərgəsindən ayrıldı
16:20 Milli komandamız Qazaxıstanda təlim-məşq toplanışındadır
16:00 Almanlar Renat Dadaşov haqda: "Böyük qardaşının izi ilə gedir"
15:44 Arda Turan: "Arda Turan kimisi 100 ildə bir dəfə gəlir" MÜSAHİBƏ
15:22 Bizim xanım şərhçi Laura Vontorra barədə danışdı: "Matçı şərh edəndə soyunmayacaq"
14:22 Kamran Ağayev Almaniyaya qarşı oynaya biləcək?
14:00 "Qarabağ"ın yeni tərcüməçisi: "Xəzər Lənkəran"ın bərpası üçün işıq ucu görmürəm" - MÜSAHİBƏ
13:44 "Almanlara asan təslim olmayacağıq" - Millimizn üzvü
13:22 "Bakıdakı Dünya Kuboku məni əmin etdi ki..."
13:00 Sumqayıtda voleybol klubu yaradıla bilər - MÜSAHİBƏ
12:48 İngiltərə millisində itki
12:23 Almaniya millisi İngiltərəyə qarşı
12:00 "Mil Muğan" Ramin Musayevdən alınır? - ÖZƏL!
11:45 "Qəbələ" nümayəndələri UEFA forumunda
11:22 Yığmamız almanlarla matça belə hazırlaşır - FOTOLAR
11:00 Rəşad Sadıqov Qurban Qurbanovdan xahiş etdi: yerimə müdafiəçi tapın
10:30 Millimiz Estoniyaya bu heyətlə yollanır
10:00 İslam dünyasına səyahət - YAZI + FOTOLAR
21 Mart 2017
21:00 Güləş fəndlərinin qiymətləndirilməsində bir sıra dəyişikliklər edildi
20:00 PSJ-nin qapıçısı Azərbaycan ilə oyuna çağırıldı
19:00 Millimizin Almaniya ilə oyunu italiyalı hakimə tapşırıldı
18:00 “Qəbələ”də yumurta döyüşü - VİDEO
16:48 Şvaynştager də okeanın o tayına üz tutdu
16:05 "Roma" Tottiyə mühüm post təklif edir
15:22 "Qarabağ"ın futbolçusu İtaliyaya qarşı oynayacaq
15:00 AFFA-nın "Səbail" planı" - ÖZƏL!
14:22 Tomas Müller: "Azərbaycanla oyun çox önəmlidir"
14:00 Tahir Süleymanovdan Elxan Məmmədova etiraz: "Neftçi" niyə yaddan çıxır?"
13:45 Yığmamız ikinci oyunda da uduzdu
13:22 "Qalatasaray" hücumçumuza şans vermədi
13:00 Almeydanın millidə debüt edəcəyi tarix dəqiqləşdi
12:45 Özil millimizə qarşı oynaya biləcək
12:22 Rauf Əliyev: "Millinin heyətinə baxanda sadəcə, gülümsündüm"
12:08 Çempionlar Liqasında iştirak edəcək Azərbaycan klublarının sayı bəlli oldu
12:00 "Şərurspor" Naxçıvan çempionatında oynayacaq - ÖZƏL!
11:30 "Mançester Yunayted"dən yubiley qələbəsi
11:00 Millimizdə ciddi itkilər: Almaniyaya qarşı oynamayacaqlar
10:30 Messi "Qranada"ya qarşı oynamayacaq
10:00 3 klubun Premyer Liqaya gətirilməsi təsdiqlənir -ÖZƏL!
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.