Ucuz təyyarə biletləri

Xaqani Məmmədov: “Neftçi"nin qapısına vurulan qol oyundankənar vəziyyət idi" - MÜSAHİBƏ

Tarix:  04.02.17 15:02           Yazar:  Rekord.az           Oxunub: 459 dəfə

Rekord.az AFFA Hakimlər komitəsinin sədri Xəqani Məmmədovun müsahibəsini sizə təqdim edir:

 


- Orxan Məmmədovun AZAL-ın hesabda öndə olduğu məqamda Tounkaranı bir hissə içində iki dəfə sarı vərəqəylə cəzalandırması anlaşılmaz qarşılanıb…
- Anlaşılmaz heç nə yoxdur. Tounkara ilk epizodda, yəni 11-ci dəqiqədə özünə qarşı kobud oyuna görə hakimə kobud ifadələr işlədib. Həkim müdaxiləsi zamanı hakim hadisə yerindən azı 3-4 metr aralıda olmalıdı, ancaq o kobud ifadələrlə ondan yaxına gəlməyi istəyib. Bu, yolverilməzdir. Orxan ilk sarıda haqlıdır. İkinci sarı vərəqədə isə şübhələrimiz var idi. “CBC Sport”dan baxanda bilinmir o qədər, ancaq biz PFL-in kameralarıyla çəkilən epizoda baxdıq ki, Sadio qapıçının dizinə zərbə endirir.

- Həmin epizod AZAL-ın hücumu zamanı olub. Qapıçı topu tutmağa, hücumçu da onu qapıdan keçirməyə şığıyır. Orda an etibarilə qapıçı topu ələ keçirir və Tounkara ona toxunur, keçir. Burda sarı vərəqəlik nə var?
- Qaydalar deyir ki, cərimə meydançası daxilində qapıçıya toxunuş olmaz.

- Bəli, olmaz. Belədə əks tərəfə cərimə zərbəsi təyin edilir və s. Ancaq ikinci sarı vərəqənin “qırmızı”ya apardığını bilən hakim bu epizoda niyə kart sanksiyası tətbiq edir? Qaydalarda dizə toxunmaq kartla cəzalandırılmır axı…
- Siz epizoda təkrar baxsanız, görərsiniz ki, həqiqətən kobud müdaxilə var. Belə toqquşma qeyri-idman hərəkətidir və sanksiyası kartdır. Sadəcə, Sadio bu kartla meydandan qovuldu deyə, bu qədər ajiotaj yaratdı hakimin qərarı. Əslində, orda qeyri-adi heç nə yoxdur.

- Qeyri-adi nəsə yoxdur deyəndə ki, AZAL 1:0 öndədir. Və komandanın ən fəal oyunçusu 11-ci dəqiqədə, deyək ki, hakimlə mübahisəyə görə “sarı” alır, bəs ikinci epizodda – hücum vaxtı qapıçıyla elə də şiddətli olmayan toqquşma nədən bu qədər radikal sanskiyaya məruz qalsın? Axı hakim gözəl bilirdi ki, bu, rezonansa səbəb ola bilər. Kart verməmək də olardı. Ümumiyyətlə isə verməməliydi…
- Sizin fikriniz elədir, qaydalar başqa şey deyir.

- Oyunun hakim-inspektoru kim idi?
- Asim Xudiyev.

- Çox maraqlıdır ki, nə qiymət yazıb. Orxan ikinci “sarı”nı verməklə səhv qərar verib. Bunu əksər mütəxəssislər bu cür dəyərləndirir. Bəs “Qəbələ”nin vurduğu qolda ofsayd epizoduna münasibətiniz?
- Bəli, orda hakim səhvi aşkardır, etiraf edirəm. Yan xətt hakimi aşkar görünən epizoda ani reaksiya verməliydi. Yanlış qərarla “Neftçi” məğlubiyyətə düçar oldu.

- Həmin oyunda inspektor kim idi?
- Əli Hüseynov.

- Aha. Hakim-İnspektorlar Komitəsinin sədri. Onun da nə qiymət yazacağı maraqlıdır. Növbəti tur Fariz Yusifovla Orxan Məmmədovun təyinat alıb-almamasından bilmək olar onlara verilən qiyməti. Əslindəysə, etiraf edirsinizmi, hər iki oyunda hakim səhvi nəticəyə təsir etdi?
- Şüvəlandakı oyunda yox, Qəbələdəki qarşılaşmada ofsaydın qeydə alınamaması faktı var. Orxanın müəyyən metodiki səhvləri oldu. Məsələn, ikinci “sarı”nı dərhal verməliydi, gecikdi. Digər bəzi foullarda yanlış yanaşmaları oldu. Ancaq kart məsələsində haqlı idi.

- Ancaq xalq elə düşünmür. Oyuna baxan, az qala, hər kəs düşünür ki, “Qarabağ”a köməkçün belə edilib. Nəticədə klubun imicinə də, hakimliyin hörmətinə də ağır zərbə dəyir.
- Allaha, vicdanıma and olsun ki, nə “Qarabağ”a, nə hansısa digər kluba dəstək verilməsi üçün nə bizə göstəriş verilir, nə də bizim belə niyyətimiz var. 

 

futbolpress.az

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
AFFA-nın üzü niyə qızarmır?!
2017-07-07  // 0 Şərh
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Neftçi"nin yeni transferinin adı məlum oldu: Navalovskini o əvəzləyəcək
Qadın ağır atletikasının seks-simvolu: Lidiya Valentin! – FOTOLAR
"Binə" "Şəmkir"in legionerini transfer etdi
“Kəpəz”in büdcəsi bir qədər də azaldıldı - ÖZƏL!
Mircavadov Sadiqovun "Zirə"dən qovulmasına məəttəl qalıb
“Şerif”dən “Qarabağ” üçün 150 minlik mükafat – ÖZƏL!
"İnter Arena" "Zirə"yə verilir?
"Neftçi" inzibatçısını Avstriyaya aparmağa pul tapmadı
"Qaradağ Lökbatan" SOCAR-dan cavab gözləyir
Yunanıstandan şad xəbər: Dabo “Panatinaikos”a qarşı oynayacaq

Xəbər Lenti
28 İyul 2017
20:00 “Beşiktaş”da ciddi itki - 6 aylıq sıradan çıxdı
19:30 "Borussiya"dan Premyer Liqa klubuna
19:00 Tərlan Əhmədov millidən təklif gözləyir
18:41 Yağmurlu hava velosipedçilərimizə mane oldu
18:20 Çexiya klubu Kamranı "Karman" kimi təqdim etdi
18:00 Bir vaxtlar Sloveniya, indi Qusar
17:42 "Kəpəz" millimizlə yoxlama oyunu keçirəcək
17:22 Debütant "Napoli"nin futbolçusu ilə gücləndi
17:00 “Şerif”dən “Qarabağ” üçün 150 minlik mükafat – ÖZƏL!
16:42 Şəhriyar Əliyev: “Bunun bəhrəsini çempionatda görəcəyik”
16:23 "Sumqayıt" Boluda son yoxlama görüşünə çıxır
16:00 "Neftçi" xorvatiyalı müdafiəçi ilə müqavilə bağladı
15:42 Yeni mövsümə yeni loqo ilə
15:20 "Zirə" "Şüvəlan"la yoxlama matçı keçirəcək
15:00 “Kəpəz” üçün Tovuz variantı
14:41 "Traktorsazi" yeni mövsümə məğlubiyyətlə başladı
14:21 "Sivasspor" uruqvaylı qapıçı aldı
14:00 “Şahdağ” yenə Dağıstana üz tutur: futbolçu üçün
13:42 FİFA-dan Türkiyəyə cəza
13:21 Paytaxt klubunda yeni müqavilə
13:00 “Kəpəz”in büdcəsi bir qədər də azaldıldı - ÖZƏL!
12:40 Dadaşov "Sassuolo"ya qarşı oyunda şans qazanmadı
12:21 "Sumqayıt" "Uğur"la sınaq matçı keçirəcək
11:40 "Panatinaikos" - "Qəbələ" 1:0 - VİDEO-FOTOLAR
11:22 Azərbaycan klub reytinqində yerində saydı
11:00 Kastilyo da “Neftçi”dən getdi
10:30 Abasov: "Yeni transferlər "Sumqayıt"ın bir parçası olmağı bacaracaq" - VİDEO
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
02:00 Roman Qriqorçuk: "Mərhələ keçmək şansımız var"
01:18 "Sumqayıt" Türkiyədə son məşqini keçirdi
01:11 "Fənərbaxça" səfərdə qalib gəldi
01:00 Millimiz "Kəpəz" üzərində qələbəyə sevindi
00:24 "Qəbələ" "Panatinaikos"a ilk oyunda uduzdu
27 İyul 2017
23:30 Pavel Paşayev oynamadı, komandası səfərdən heç-heçə ilə döndü
22:30 Kamran Ağayevin debütü baş tutmadı
22:00 "Səbail" Bakıya qayıtdı
21:30 "Çelsi" daha iki futbolçusunu icarəyə verdi
21:00 Sinxron cütlüyümüzdən gümüş medal
20:30 Rumıniya millisinin üzvü Super Liqa klubunda
20:00 "İnter" divizion klubu ilə yoxlama matçı keçirəcək
19:30 Muslera "Qalatasaray"la yeni müqavilə imzaladı
19:00 Elxan Abdullayev "Şalke" ilə matçı dəyərləndirdi - VİDEO
18:45 "İnter" "Bavariya"ya qalib gəldi - VİDEO
18:31 Qadın ağır atletikasının seks-simvolu: Lidiya Valentin! – FOTOLAR
18:23 “Kəpəz”in zədəliləri sıraya dönür
18:00 Mircavadov Sadiqovun "Zirə"dən qovulmasına məəttəl qalıb
17:43 Millimizin üzvü 6 qolluq qarşılaşmanın iştirakçısı oldu - VİDEO
17:21 "Kəpəz"də yeni baş məşqçi təyinatı gerçəkləşdi
17:00 AFFA “Kəpəz”ə “Bakı”nın bazasında oynamağa icazə vermədi
16:42 "Jilina" - "Trabzonspor" 3:4 - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.