Ucuz təyyarə biletləri

Rəmiş Malıyev: "İstəməzdim ki, hakimlər "Neftçi"yə "borc"larını bizimlə oyunda ödəsinlər"- MÜSAHİBƏ

Tarix:  04.02.17 21:02           Yazar:  Rekord.az           Oxunub: 749 dəfə

“İnter”ə AFFA tərəfindən yeni prezident təyin olunan Rəmiş Malıyev “Sumqayıt”la oyundan sonra  jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 

 

- Öncə oyunla bağlı fikirlərinizi bölüşərdiniz...


- İlk dəfədir ürəkdən komandanın oyununu izləyirdim. Emosiyalar gah yüksəlir, gah azalırdı. Mən bəzən bizim futbolçuları sadəcə başa düşə bilmirəm. Hamı bilir ki, bu cür oyunlarda son dəqiqələrdə topu özündə saxlamalısan. Ancaq bunu nümayişkaranə şəkildə etməməlisən. Bu gün bizimkilər bu cür etdi. Bəlkə də bunun nəticəsi idi ki, ədalət zəfər çaldı və rəqib bərabərlik qolunu vurdu. Bununla belə, deyərdim ki, bizim komandamız çox güclüdür. Bunu futbolçuların özünə də dedim. Baxmayaraq ki, bu komanda böhranı-böhran üstünə yaşayır, amma öz oyununu qoruyub-saxlaya bilir. Məhz buna görə onlara minnətdaram. Bunu hər komanda bacarmaz. 


- Dediniz ki, güclü komandanız var. Bu cür komandanın dağılması ədalətsizlik olmaz ki?


- Bu məsələdə futbolçuların özündən də çox şey asılıdır. Onlar özləri də öz talelərini həll eliyə bilər. Futbolçular yaxşı oynayıb, yaxşı nətcələr qazansa, bizim üçün də sponsor tapmaq daha asan olar. Yəni arqumentimiz olacaq. Mən deyərdim  ki, "İnter" Azərbaycanın ən sabit klubudur və bu cür komandanın çempionatdan kənar qalması yaxşı hal olmazdı. Biz də əlimizdən gələni edirik ki, bu, baş verməsin.


-  Kluba rəhbər təyin olunduğunuz qısa müddətdə strukturu, bütün problemləri tam olaraq öyrənə bilmisiniz?
-  İkinci gündən işə çıxıram və problemlərlə tanışam. Biz də çalışırıq ki, bu problemləri həll edək. Yəni bura gəzməyə gəlməmişik. Qarşımıza qoyduğumuz hədəf komandanı yüksək bir yerə çatdırmaqdır. Sabah komandaya hansısa sponsor gəlsə, strukturla bağlı onun öz tələbləri ola bilər. Biz öz işimizi görüb əvvəlki işimizə qayıdacağıq. Qarşımıza qoyulan hədəf Avropa Liqasına vəsiqə qazanmaqdır. Bura nəyisə dəyişməyə gəlməmişik.


- Sponsor tapılmasa AFFA özü klubu maliyyələşdirməkdə davam edəcək, yoxsa necə?


- Bu haqda bir söz deyə bilmərəm. Hər halda əlimizdən gələni edirik ki, bu cür komanda yaşasın.

 

- Yeni sponsor tapılandan sonra da "İnter"də qalıb işləyəcəksiniz?

 

- Düzünü deyim, artıq insanda idman marağı yaranıb. Bu, tamam başqa hissdir. Amma "İnter"ə müvəqqəti gəlmişik. Buradakı problemlər həll olunandan sonra yenidən əvvəllki işimizə qayıdıb öz işimizlə məşğul olacağıq.


- Növbəti turda “Neftçi” ilə üz-üzə gəlirsiniz. Son turda da “Qəbələ” ilə oyunda “Neftçi”nin qapısına oyundankənar vəziyyətdən qol vurulub. Narahat deyilsiniz ki, həmin səhvin əvəzini “İnter”lə oyunda ödəyələr? 


-  Hakimlik haqda danışmaq istəmrəm. Mütəxəssis deyiləm. Ona görə də düzgün çıxmaz. Amma istəməzdim ki, əvəz-əvəz olsun (gülür)


-  “İnter”də ümumilikdə 173 nəfər insan çalışır. Son baş verənlərdən sonra ixtisarlar gözlənilir?


- Xeyr, maya kimi heç bir ixtisar olmayacaq.

 

Anar XANLAROV

Şərhlər
sevgifaciesiroman
Bu komandalarımızı belə yazılarla düşmən edirsiz )(
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Millimizin sabiq üzvü Yunis Hüseynovdan xahiş etdi: məni yoxlayın
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
"Kəpəz"in yalanı üzə çıxdı
Vladislav Qədirov özünə yeni iş yeri tapdı
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
"Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI

Xəbər Lenti
18 Yanvar 2018
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
14:40 Xatirə turnirində ikinci günün qalibləri
14:21 Millimiz İranla iki yoxlama oyunu keçirəcək
14:00 Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
13:41 Ramil Şeydayev də U-21-ə çağırıldı
13:21 Elxan Məmmədovla Qurban Qurbanov İsveçrəyə gedəcək
13:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək - ÖZƏL!
12:48 Ronaldo Peresdən narazıdır
12:22 Obameyanq "Arsenal"a keçir?
12:09 1-ci vitse-prezident Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”
12:00 "Keşlə" Yamayka millisinin üzvünü transfer edir
11:43 Türkiyə kuboku: "Beşiktaş" 1/4 finalda
11:22 "Qəbələ" - "Sürix" 0:1 - FOTOLAR
11:00 "Kəpəz" fiziki hazırlıq üzrə məşqçi gətirməyəcək: ondansa futbolçu alaram
10:30 Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:18 Bakı klubu "Olimpiakos"a belə uduzdu - FOTOSESSİYA
09:08 Rusiyada çıxış edən millimizin üzvü doğma meydanda uduzdu
17 Yanvar 2018
23:30 “Neftçi” artıq Antalyadadı - VİDEO
22:49 Yığmamızın üzvləri Türkiyədə üz-üzə gəldi
22:02 Vasilenkonun 10 xalı "Lokomotiv"ə kömək olmadı
22:00 Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı
21:54 Məmmədovanın komandası bu dəfə də çətinlik çəkmədi
21:41 Kapitanımız Türkiyədə növbəti qələbəsini qazanıb
21:34 Komandamız "Olimpiakos"a quru hesabla uduzdu
21:26 Millimizin üzvü "Beşiktaş"a kömək edə bilmədi
21:00 Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”
20:50 Qriqorçuk: “Rəqib yaxşı məşq etməyimizə səbəb oldu”
19:55 “Qarabağ” ilk sınağında heç-heçəyə razılaşdı - VİDEO
19:00 Elxan Məmmədov: "Media Komitəsi büdcəni keçibsə, layihələr olmayacaq"
18:40 “Qəbələ” “Sürix”ə məğlub oldu
18:21 Maksimov həmyerlisini özünə köməkçi gətirdi
18:00 "Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
17:43 İki dövrəyə qısa baxış
17:30 “Keşlə” yeni transferlərini açıqladı
17:21 Nazarovun komandası yenə uduzdu
17:00 Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.