Ucuz təyyarə biletləri

Nizami Hacıyev: "AFFA söz verib ki, hər şey yaxşı olacaq" - MÜSAHİBƏ

Tarix:  05.02.17 12:02           Yazar:  Rekord.az           Oxunub: 343 dəfə

"İnter"in kapitanı Nizami Hacıyev Rekord.az-a müsahibə verib

 

 

- Öncə, oyunla bağlı fikirlərin....

- Oyun düşündüyümüz kimi ağır keçdi.Həqiqətən də çətin idi. 1-0 hesabı ilə məğlub olarkən, 1-2 önə keçdik, daha sonra isə səhvlərimizin ucbatından hesab bərabərləşdi. Əlbəttə, bu gün qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, bunu əldə edə bilmədik. Artıq nəticə məlumdu və oyun geridə qalıb. Növbəti oyunlara hazırlaşmalı, əlimizdən gələnin ən yaxşısını etməyə çalışmalıyıq.

 

- Ümumiyyətlə, ilk hissədə meydanda “İnter” adlı komanda yox idi. Bunun səbəbi nədir?

- Ola bilər. Baş məşqçimiz də bu barədə dedi ki, komanda həm yorğun, həm də həvəssizdi.  Elə bil ki, qol buraxmağımız bizə stimul verir. Düzdü, bu yaxşı hal deyil, bunu aradan qaldırmalıyıq. Bütün oyunlarda ilk 20 dəqiqəni düzgün istiqamətdə istifadə edə bilmirik. Deyərdim ki, ilk hissədə rəqib yaxşı oynadı, biz öz oyunumuzu tapa bilmirdik. İkinci hissədə isə yaxşı oynadıq.

 

- Bildiyimiz kimi, “İnter”də növbəti dəfə ciddi dəyişiklik oldu. İndi komandada durum necədir?

- Komandanın vəziyyəti pis olmamalıdır. Beynəlxalq Bank imtina etdikdən sonra, AFFA klubu öz öhdəliyinə götürüb. Biz AFFA rəhbərliyinə güvənirik və inanırıq ki, əllərindən gələni edib, “İnter”i yaşadacaqlar. Bizim də üzərimizə düşən yük ondan ibarətdi ki, komandanı ilk pillələrdə saxlayaq. Biz bunun üçün çalışırıq, vuruşuruq, əlimizdən gələni edirik. Sözün açığı, söz veriblər ki, maaşlar bu yaxınlarda olacaq. Vallah, bizim işimiz çox qəlizdədir. Uzun müddətdi “İnter”də oynayıram və artıq neçənci dəfədir ki, belə halla rastlaşırsam. İnanıram ki, yaxşı olacaq.

 

- Hər dəfə rəhbər dəyişiklikyi, hər dəfə maaş gecikməsi. Bu, sizi bezdirmir ki?

- Əlbəttə bezdirir, futbolçulara psixoloji cəhətdən təsir edir.Ümumiyyətlə, bütün bunlar komandanın psixologiyasını pozan amildir. Neyləyək? Biz o gücdə deyilik ki,nəyisə dəyişək. Sponsor olmayandan sonra futbolçu 1,2, 3 və 5 ay pulsuz-parasız oynaya bilər. Bunu da öz adına, öz hörmətinə görə edər. Ancaq hər bir futbolçunun ailəsi, problemləri var. Bu barədə düşünəndə bütün əsəblər pozulur. Ona görə də, deyiləsi sözüm yoxdur.  İşıq üzü görünür, AFFA  söz verib ki, hər şey yaxşı olacaq. Xeyirlisi Allahdan.

 

- Deyilənlərə görə, AFFA-nın baş katibi Elxan Məmmədov futbolçularla görüş keçirib. O,sizə komandanın gələcəyi haqda nələr dedi?

- Elxan müəllim kollektivlə görüş keçirib. Onun dediklərinə görə, klubu ən azından çempionatın sonuna qədər yaşadacaqlar. Yayda nə olacaq, nə olmayacaq, Allah bilir. Deyilənlərə görə, sponsor axtarırlar və hansısa işıq üzü görsənir. Biz də buna ümid edirik. 

 

Nuh TARVERDİYEV

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
AFFA-nın üzü niyə qızarmır?!
2017-07-07  // 0 Şərh
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Kamran Ağayev Çexiyada nə qədər maaş alacaq?
Klublarımızın yay transferləri - YENİLƏNİR
Araz Abdullayev "Zirə"yə keçir?
"Neftçi" "Bakcell Arena"ya görə hər ay "Qəbələ"dən nə qədər pul alır?
Millimizin sabiq üzvü futzal çempionatına üz tutdu - MÜSAHİBƏ
Erməni məşqçisini "sındırdılar": "Dostum, get, yaxşısı budur arvadlara məşq keç"
"Turan Tovuz"dan ayrılan futbolçu "Qaradağ Lökbatan"a keçdi
"İnter" Svanadze ilə yeni müqavilə bağlamadı, vaxt verdi
"Göyəzən" dağılır?
"Şerif"dən azərbaycanlı azarkeşlərə müraciət: təhqiri dayandırın

Xəbər Lenti
23 İyul 2017
20:38 "Qarabağ"ın fan-şopu açıldı - FOTO
20:30 "Çelsi"də yeni kapitan
20:00 Super Liqa klubunda isveçrəli yarımmüdafiəçi
19:30 "Real"ı "Mançester Siti"yə dəyişdi
19:00 Sabiq "Latsio"lu rəsmən "Roma"da
18:30 Eddi İsrafilov “Kadis”ə qələbə qazandırdı - VİDEO
18:00 Ramil Həsənov: "Sumqayıta daha yaxşı vəziyyətdə qayıdacağıq" - VİDEO
17:30 “Sumqayıt” “Sivasspor”a qarşı
16:30 Belçika Superkubokunun qalibi müəyyənləşdi
15:30 Arnautoviç rəsmən Premyer Liqa klubunda
14:30 "Qarabağ"ın rəqibi xal itirdi
13:30 Millimizin üzvü ehtiyatda qaldı
12:30 Rüfət Dadaşov dubl etdi, fırtına matçı yarıda qoydu
10:30 Ramil Şeydayevli "Jilina" yeni mövsümə məğlubiyyətlə başladı
00:00 "Qarabağ"ın oyununa 10 min bilet satılıb
22 İyul 2017
23:50 “Sumqayıt” Boludakı 8-ci gününü tək məşqlə başa vurdu
23:30 Gənc cüdoçularımız Avropa kubokunda rəqib tanımadılar
22:16 Hidayət Heydərov Minskdə ermənini diz çökdürdü
21:57 Məsimov komandasının məğlubiyyətini izlədi
21:32 Fan şopdan ilk məhsulu "Qarabağ"ın yeni transferi aldı
21:07 “Kəpəz” Ankara klubuna uduzdu
20:34 "Bavariya" darmadağın oldu - VİDEO
20:00 "Real"da yeni "10 nömrə"
19:30 Komandamız erməniləri məğlub edərək beynəlxalq yarışda bürünc medal qazanıb
19:00 "Şerif"in Bakıya səfər proqramı açıqlandı
18:00 "Panatinaikos" "Qəbələ" ilə oyunlar üçün iştirak ərizəsini açıqladı
17:42 "Kəpəz" Gəncəyə qayıtdı
17:21 "Qəbələ"dən təşəkkür
17:00 "Neftçi" "Bakcell Arena"ya görə hər ay "Qəbələ"dən nə qədər pul alır?
16:41 “Kəpəz” Türkiyə klubuna qarşı
16:21 "Neftçi"nin əvəzediciləri "Qaradağ Lökbatan"a uduzdu
16:00 "Qəbələ"nin rəqibini yaxından tanıyaq
15:41 "Neftçi" - "Zirə" 1:0 - VİDEO
15:21 "Qarabağ"dan fan şop müjdəsi
15:00 Millimizin sabiq üzvü futzal çempionatına üz tutdu - MÜSAHİBƏ
14:40 "Qəbələ" "Panatinaikos"la matçın hazırlığına start verdi
14:21 La Liqanın debütantı yeni hücumçu aldı
14:00 "Turan Tovuz"dan ayrılan futbolçu "Qaradağ Lökbatan"a keçdi
13:41 "Çelsi" futbolçusunu "Stok Siti"yə icarəyə verdi
13:22 "Atletiko"nu "Nyukasl"a dəyişdi
13:00 "Göyəzən" dağılır?
12:41 Millimizin oyunçusu ilə komanda yoldaşı oldu
12:20 Pinilya İtaliya klubundan ayrıldı, vətəninə döndü
12:00 "İnter" Svanadze ilə yeni müqavilə bağlamadı, vaxt verdi
11:41 Azərbaycanda işləmiş məşqçi istefaya göndərildi
11:30 Əsgərov Latviyada darmadağına üzüldü
11:22 "Liverpul" 10 milyona yeni futbolçu aldı
11:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
10:30 Super Liqa klubunda braziliyalı hücumçu
21 İyul 2017
23:30 Morata rəsmən "Çelsi"də
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.