Ucuz təyyarə biletləri

Daniel Subotiç: "Hər qarşılaşmaya qol vurmaq üçün çıxıram"

Tarix:  05.02.17 21:02           Yazar:             Oxunub: 149 dəfə

Topaz Premyer Liqasının XVI turu Daniel Subotiçin “Qəbələ”yə dönüşü ilə əlamətdar olub. Rekord.az xəbər verir ki, 2013/14 mövsümündə “qırmızı-qara” forma geyinən isveçrəli hücumçu 2,5 mövsümlük fasilədən sonra yenidən komandanın heyətində meydana çıxıb. 

 

“Neftçi” ilə oyunun 57-ci dəqiqəsində Baqali Dabonu əvəzləyən 28 yaşlı hücumçu dönüşünü qolla qeyd edib. Onun vurduğu qol “Qəbələ”yə 1:0 hesablı qələbə qazandırıb. Subotiç qayıdışı haqda fikirlərini klub saytına açıqlayıb: 

 

“Ağır oyun alındı. Buna baxmayaraq, qalib gələ bildik. 3 xal qazandığımız üçün sevinirəm. İlk oyunda vurduğum qol bizə qələbə qazandırdı. Məni daha çox bu 3 xalı əldə etməyimiz sevindirir. Hər qarşılaşmaya qol vurmaq üçün çıxıram. Bu üzdən də ilk matçda fərqlənməyimi gözlənilməzlik saymazdım. “Qəbələ”yə qollar vurmaq və komandaya çempion olmağa kömək etmək üçün qayıtmışam. Artıq ilk matçda rəqib qapısına yol tapmağım da bu mənada çox yaxşı oldu”.

 

Subotiç çıxış etdiyi 2013/14 mövsümü ilə indiki komandanı da müqayisə edib: “Qəbələ”yə iki il yarımdan artıq müddətdən sonra qayıtmışam. Həmin vaxt olduğu kimi yenə də komandada yüksək ab-hava var. Buna da çox şadam. Əvvəlki ilə müqayisədə heyətdə böyük dəyişikliklər olsa da, komanda daxili atmosfer eyni qalıb. Amma indiki heyətdə daha çox liderlik keyfiyyətlərinə malik futbolçular var. Rəşad Sadiqov, Cavid Hüseynov kimi oyunçuların olması komandamızı daha güclü edir”.

 

Maraqlıdır ki, Danielin “Qəbələ”dəki son oyunu da “Neftçi”yə qarşı olub. O, 2014-cü il mayın 22-də Azərbaycan kubokunun finalındakı məğlubiyyətin (1:1, pen.2:3) şahidi olub. Subotiç 988 gün öncəki qarşılaşmanı da xatırlayır: “Əslində, həmin matçı xatırlamaq istəməzdim. Səbəb isə oyunun nəticəsidir. Titul qazanmaq imkanını sonda qaçırdıq. Heç-heçə başa çatan matçın penaltilər seriyasında uduzduq”.

 

Legionerin Premyer Liqadakı son matçı isə 993 gün əvvəl baş tutub. O, 2014-cü il mayın 17-də “Sumqayıt”la ev oyununda 3:1 hesablı qələbəyə sevinib. “Qırmızı-qaralar”da son qolunu bundan 10 gün öncə vuran Subotiç “Bakı” üzərində 3:1 hesablı qələbədə pay sahibi olub: “Son qolumu da Qəbələdə keçirilən görüşdə vurmuşdum. “Bakı”ya vurduğum qol  yaxşı yadımdadır. İkinci hissədə hesab 2:0 olarkən komandamızın 3-cü qoluna imza atdım. Bu qələbə bizə ilk dəfə Avropa Liqasına vəsiqə qazandırdı”.

 

2013-cü ilin yayında transfer olunan Daniel həmin vaxt da ilk matçında qol hesabını açmışdı. Sentyabrın 15-də AZAL-la səfər oyununun 31-ci dəqiqəsindəki qolu komandamıza 2:1 hesablı qələbə qazandırmışdı: “Komandaya yayın sonlarında transfer olunmuşdum. Amma sənəd məsələlərinə görə debütüm yubanırdı. Məşq edib, oynamaq imkanı olmayanda, daha əzmlə çalışırsan və ilk oyunu səbirsizliklə gözləyirsən. AZAL-la qarşılaşmaya da böyük istəklə çıxmışdım. İndi olduğu kimi o vaxt da vurduğum qol həlledici xarakter daşıdı və qələbə qazandıq. Qarşıdakı turda da AZAL-la üz-üzə gələcəyik. Matça çox ciddi hazırlaşırıq. Bizim üçün hansı komanda ilə qarşılaşmağın fərqi yoxdur. Bütün görüşlərə eyni dərəcədə köklənir, yüksək səviyyədə hazırlaşırıq”.

 

“Qəbələ”də keçirdiyi 36 oyunda 14 qol vuran legioner klub tarixinin 10 ən yaxşı bombardirindən biridir. Çempionatın ən məhsuldar oyunçuları olan komanda yoldaşları Baqali Dabo və Filip Ozobiçin hesabında 7 qol olduğundan Daniel onlara da rəqib ola bilər. Lakin forvardı bu deyil, qələbələr düşündürür. “Bombardirlik haqda düşünmürəm. Əsas hədəfim komandamın uğurunda mümkün qədər pay sahibi olmaqdır. Təbii ki, bunun üçün hər qarşılaşmaya qol vurmağa köklənmişəm. Hələ 1 qol vurduğumdan bombardirlikdən danışmaq tezdir. Amma hər şey də mümkündür. Dabonun və Ozobiçin cəmi 7 qolla bombardirlik etməsi isə onunla bağlıdır ki, çempionatda gərgin oyunlar keçir və hər matç ağır olur. Belə vəziyyətdə yüksək məhsuldarlıq nümayiş etdirmək də asan deyil. Onlar yüksək səviyyəli futbolçulardır. Hansının bombardir olmasının, ya da mənim onlara çatmağımın ciddi fərqi yoxdur. Əsas odur ki, komandamız uğur qazansın”.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
AFFA-nın üzü niyə qızarmır?!
2017-07-07  // 0 Şərh
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Şüvəlan"ın yeni sponsoru məlum oldu!
"Karvan" İrandan futbolçu gətirdi
Savadsızlıq, yoxsa separatçılıq?
Rəşad Sadiqov "Zirə"dən niyə qovulub?
Nikaraqua millisinin futbolçusu "Qarabağ"a keçəsi olmadı
"İnter Arena" "Zirə"yə verilir?
Qeyri-funksional "Qarabağ" - qısa şərh
Qurban Qurbanov: "0:0 hesabı da pis nəticə deyil"
"Neftçi" - "Şalke" matçı canlı yayımlanacaq!
"Qaradağ Lökbatan" SOCAR-dan cavab gözləyir

Xəbər Lenti
27 İyul 2017
03:00 "Səbail" ərəblərə məğlub oldu
01:00 ÇL-də 3-cü mərhələ: ilk oyunlara yekun vuruldu
00:00 "Sumqayıt" Bolu hazırlığını davam etdirir
26 İyul 2017
23:53 "Neftçi"nin yeni transferinin adı məlum oldu: Navalovskini o əvəzləyəcək
23:45 Millimiz Qazaxıstana qalib gəldi
23:00 "Qəbələ" "Panatinaikos"a qarşı - VİDEO
22:30 "Kəpəz" Bakıda hazırlığa başlayacaq
22:00 "Neftçi" "Şalke"yə məğlub oldu
21:30 Qriqorçuk: "Sabahkı oyunun necə alınacağı mənə də maraqlıdı"
21:08 "Qarabağ"ın transfer hədəfində olan futbolçunun agentindən açıqlama
20:30 Asim Xudiyev “Fənərbaxça” – “Şturm” oyununda
20:00 Jezniçak zədəsi haqda yazdı
19:30 "Səbail"in futbolçusu əməliyyat olundu
19:00 "Neftçi"dən ayrılan futbolçu rəsmən Rusiya klubunda!
18:30 Davud Kərimi: "Bizim üçün əsas bu oyunlar yox, çempionat matçlarıdı"
18:05 "Panatinaikos"da istefa
18:00 "Qaradağ Lökbatan" SOCAR-dan cavab gözləyir
17:56 Futbolun namərdliyi, Kamil də öldü... - YAZI
17:40 Millimizin forvardının İtaliya klubuna vurduğu qol - VİDEO
17:27 ŞOK! Fatih Terim istefa verdi!
17:20 Həvəskar xanım velosipedçilərin yürüşü keçirilib
17:00 Badibanqa "Qarabağ"la oyundan öncə "facebook"da Reynaldo ilə nə danışıb? - MÜSAHİBƏ
16:44 Qitə birinciliyinə həsr olunmuş festival Heydər Əliyev Mərkəzində keçiriləcək
16:42 Sxadadzeni ispan məşqçi əvəz etdi
16:22 Çin futbolunda qalmaqal: 13 klub borcunu ödəmir
15:41 Azərbaycan - Qazaxıstan matçının hakimləri açıqlandı
15:20 Rostislav Pevtsov gerilədi
15:03 Elxan Məmmədov Gəncə stadionunda - FOTOLAR
15:00 Samir Əliyev litvalı legioneri bəyənmədi və göndərdi
14:40 “Roma” “Tottenhem”ə qalib gəldi - VİDEO
14:22 "Sumqayıt" - "Adana Dəmirspor" 1:2 - VİDEO
14:14 Media Komitəsi yeni İşçi Qrupunun tərkibini müəyyənləşdirdi
14:00 "İnter Arena" "Zirə"yə verilir?
13:40 Premyer Liqada klubunu dəyişdi
13:22 "Fiorentina"da fransız yarımmüdafiəçi
12:46 Mustafa Dənizlini Sergen Yalçın əvəzlədi
12:32 Roman Qriqorçuk Afinada jurnalistlərlə görüşəcək
12:00 Qara Qarayev: "Futbolçular bilirdi ki, "Şerif" asan tikə deyil" -MÜSAHİBƏ
11:40 Vüsalə Kərimovadan gümüş medal
11:21 Millimizin forvardı dönüşünü qolla qeyd etdi
11:00 Maksim Medvedev: "Şerif" "Samtrediya" deyil" - MÜSAHİBƏ
10:30 "Qarabağ" büdrədi, Azərbaycan yerində saydı
10:00 "Neftçi" - "Şalke" matçı canlı yayımlanacaq!
01:30 "Qarabağ" - "Şerif" 0:0 - VİDEO
01:20 Ağayevdən ÇL matçında 8 sarı vərəqə
01:16 Qeyri-funksional "Qarabağ" - qısa şərh
01:00 ÇL-də 3-cü təsnifat mərhələsinə start verildi
00:52 Almeyda: "Əlimizdən gələni edəcəyik" - MÜSAHİBƏ
00:42 Tahir Gözəl "Qarabağ"ın iki qol vuracağını gözləyirmiş - MÜSAHİBƏ
00:20 "Sumqayıt" Türkiyənin daha bir klubuna məğlub oldu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.