Ucuz təyyarə biletləri

Sumqayıt voleybol komandası acınacaqlı durumda - MÜSAHİBƏ + FOTOLAR

Tarix:  06.02.17 20:02           Yazar:  Rekord.az           Oxunub: 609 dəfə

Bir neçə il öncə Azərbaycanda voleybolun yüksək inkişafından hər kəs xəbərdar idi. Lakin sonradan voleybol komandalarımız zəifləməyə başladı, güclü legioner voleybolçular ölkəni tərk etdilər. Sumqayıt da daim öz idmançıları, xüsusən voleybolçuları ilə seçilib. Amma bu gün "Gənclər şəhəri”nin voleybolunun kifayət qədər problemi var. Həmsöhbətimiz  Respublika dərəcəli hakim və məşqçi Dilqəm Qəhrəmanovdur. 2008-ci ildən Sumqayıt voleybol komandasına baş məşqçilik edən D.Qəhrəmanovun  Rüstəmov Vüsal  (MOİK) , Məmmədli Elməddin ("Neftçi”), Əzimov Cavid ("Nəqliyyat”), Həsənov Vüqar  ("Sumqayıt”), Əliyev İlkin  ("Sumqayıt”), Qaraxanov Miryaqub kimi voleybolçuların yetişməsində xidmətləri olub. Hal hazırda yığma komandanın 6 üzvü məzh onun yetirməsidir. Onunla yanaşı, Bəyaz Alıyeva  ("Rabitə”) , Mehdiyeva Türkan da məşqçilər korpusundadır. Dilqəm Qəhrəmanovun xeberle.com-a özəl müsahibəsini təqdim edirik.
Şəhərimizdə voleybol komandası haqqında qısa məlumat verərdiniz.
Sumqayıtda 10-12 yaş və 12-16 yaş qrupu üzrə 4 komanda fəaliyyət göstərir. Klubumuzda ümumilikdə 60-a yaxın idmançı var. 2016-ci ildə 5 ölkə çempionatı keçirilib. 2 dəfə oğlanlardan ibarət komandamız, 1 dəfə də qızlardan ibarət komanda çempion olub. Oğlanlardan ibarət komandamız Tiflisdə keçirilən "Tblisi Open 2016” beynəlxalq turnirdə 2 ci yer qazanıb.
Məşqləriniz harada keçirilir?
Hal hazırda 27 saylı orta məktəbin idman zalında məşq edirik. Zal standartlara cavab vermir. Belə ki, bir il öncə tam yararsız olan zalı öz şəxsi hesabımıza təmir etdirdik. Amma bu da yetərli olmadı. 
Deməli, indiki vəziyyətdə komandanın əsas problemi zaldır?
Əsas problem, əsasən, yer problemidir. Bu vaxta qədər biz olimpiya kompleksində fəaliyyət göstərirdik. Amma ötən il bizi oradan çıxartdılar.
Səbəb nə oldu?
Ödəniş istəyirdilər. Bizim də gücümüz çatmadı. Komandanın ayaqda qalması üçün şəxsi vəsaitlərimizdən istifadə edirik. Eləcə də şəhər Gənclər və İdman baş idarəsi bu yöndə müəyyən  köməklik edir.
Bəs fedarasiya?
Federasiya ümumiyyətlə maraqlanmır. Bu illər ərzində nə qədər müraciət etsək də, heç bir nəticə vermədi. Federasiya prezidenti Cavid Qurbanovun qəbuluna düşməksə, müşgül məsələyə çevrilib.
Şəhər rəhbərliyi ilə görüşmək üçün müraciət etmisinizmi? Və ya Sumqayıtda fəaliyyət göstərən iri şirkətlərlə əlaqə yaratmısınızmı?

Yalnız "Azərikimya” İB-nin rəhbəri Muxtar Babayevlə görüşə bilmişdik. Amma müsbət nəticə olmadı. Çox istəyirik ki, komandamızın yeri olsun. Həmçinin sponsora ehtiyac var. Uşaqlar böyüyür. Böyüdükcə maliyyə problemləri yaranır. Bilirsiniz, komandanı, oyunçuları saxlamaq çox çətindir. 16 yaşdan sonra ya gedib Bakı klublarında oynayırlar, ya da ümumiyyətlə idmanı atırlar. Baxırsan parametrlərə çox uyğun idmançılardır. Amma çox heyf ki biz itiririk.
 

Sumqayıt voleybol komandası acınacaqlı durumda (MÜSAHİBƏ) - FOTOLAR

Sumqayıt voleybol komandası acınacaqlı durumda (MÜSAHİBƏ) - FOTOLAR

Sumqayıt voleybol komandası acınacaqlı durumda (MÜSAHİBƏ) - FOTOLAR

Sumqayıt voleybol komandası acınacaqlı durumda (MÜSAHİBƏ) - FOTOLAR

Sumqayıt voleybol komandası acınacaqlı durumda (MÜSAHİBƏ) - FOTOLAR

mənbə: xeberle.com

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Xəzər Lənkəran"ın gələcəyi barədə rəsmi açıqlama: "Fəxri prezidentimiz əsas komandanı mütləq bərpa edəcəyini qeyd edib, ancaq..."
Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
"Şüvəlan" Premyer Liqaya qayıdır?
"Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR

Xəbər Lenti
23 Fevral 2018
12:20 Topaz Premyer Liqasında 17-ci turun bütün təyinatları
12:00 Rəşad Sadıqov: "Taksi sürücüsünə deyibmiş ki, Bakıdakı əşyalarını yığıb onu göndərsin"
11:48 “Qarabağ” keçmiş SSRİ-nin ən yaxşı 10 klubu arasında
11:22 Avroliqada gecənin qolları - VİDEOLAR
10:35 Anatoli Banişevskinin doğum günündən 72 il ötür
09:46 Millimizin üzvü ÇL-də qrupda qaldı
02:14 Avroliqada bütün 1/8 finalçılar bəlli oldu
22 Fevral 2018
23:50 Ölkə çempionatında 3-cü günün qalibləri
23:19 Gənc cüdoçulara medal və diplomlar təqdim olundu
22:00 Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi
21:38 Azərbaycan gimnastı Rusiyada qızıl medal qazanıb
21:00 "Binə" - "Xəzər" 1:0 - VİDEO
20:31 Birinci Divizion: Daha üç oyun üçün hakim təyinatları açıqlandı
20:00 “Ndlovu həmin qolla bütün Bakını ayağa qaldırmışdı”
19:33 17-ci turun hakim təyinatları
19:30 Premyer Liqada 17-ci turun hakimləri
19:15 17-ci turun hakim təyinatları açıqlandı
19:00 Bir oyun təxirə salındı
18:30 “Zirə”yə keçdi, millidən kənarda qaldı
18:00 Kamran Quliyevə daha bir vəzifə verilə bilər
17:46 Azərbaycanda oynamış futbolçuya ömürlük cəza
17:43 ÇL-də həftənin rəmzi komandası
17:22 “Zaqatala” ilk qələbəsini qazandı
17:00 Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
16:40 Autizmli uşaqlar “Zirə”nin məşqində - FOTOLAR
16:21 ÇL-də həftənin ən yaxşı futbolçusu adına 4 namizəd
15:40 ÇL-də ən gözəl qola 5 namizəd
15:21 Ağatahir Əzimov: “Məhdud heyətdə istənilən itkinin yeri görünür”
15:00 Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
14:41 Gənc cüdoçuların ölkə birinciliyinə start verildi
14:20 Azərbaycan təmsilçisi reytinqdə 16-cıdı
14:00 "Neftçi"nin bazası da saraldı - FOTOLAR
13:42 Norveç idmançısı Qış Olimpiya Oyunlarında medal sayında rekordçu oldu
13:22 Ceko "Milan"In hədəfində
13:00 Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
12:49 "Real" 3 xalı 3 qolla qazandı - VİDEO
12:27 "Sevilya" - "Mançester Yunayted" 0:0 - VİDEO
12:00 Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
11:46 "Şaxtyor" - "Roma" 2:1 - VİDEO
11:00 Bütün səlahiyyətlər Ceyhun Sultanovun əlinə keçdi
10:50 Naxçıvan icra başçısı şahmatçının pulunu vermir
10:30 Ölkə çempionatında ikinci günün qalibləri
10:00 Mirbağır İsayev: "Bu Qurban Qurbanovun fikri idisə, ən azından ..." - VİDEO
09:18 ÇL-də mübarizə aparan hücumçumuz Rusiya klubuna qələbə qazandırdı
02:00 “Roma” “Şaxtyor”a uduzdu, MY “Sevilya” ilə heç-heçəyə razılaşdı
21 Fevral 2018
23:50 Yüksək Liqada 17-ci turun oyun cədvəli açıqlandı
23:30 ÇSKA serbləri məğlub yola saldı - VİDEO
23:00 Avroliqada 1/8 finala ilk vəsiqə ÇSKA-ya qismət oldu
22:00 “Neftçi”dən öncə təqdimat, sonra məşq - VİDEO
20:13 “Qarabağ” “Kəpəz” üçün hazırlığa başladı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.