Ucuz təyyarə biletləri

Rednikdən Qriqorçuka qədər

Tarix:  07.02.17 13:02           Yazar:  Amal Abuşov           Oxunub: 1316 dəfə

AFFA İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuku cəzalandırıb. Əyalət təmsilçisi ukraynalı mütəxəssisin “Neftçi”ylə oyunun sonlarındakı davranışlarına görə 1600 manat xərcə düşəcək. Roman İosifoviçin özü isə AZAL-la qarşılaşmanı tribunadan izləməyə məcburdu.

 

İntizam Komitəsinin dəyərli üzvləri tənbəllik eləməyiblər, Qriqorçuka barmaq da silkələyiblər. Deyiblər ki, bir daha özünü yaxşı aparmasa, daha ciddi cəzalarla üzləşəcək. Dünyanın işini bilmək olmaz. Onsuz da AFFA-nın Xarici İşlər Nazirliyi ilə əlaqələri pis deyil. Cənab nazir Elmar Məmmədyarov şəxsən İcraiyyə Komitəsinin üzvüdü. Nə çətin işdi, bir telefonla Romanı Azərbaycandan deportasiya edərlər, hələ 5 il də bizim odlar diyarına girişinə qadağa qoyarlar. Əllərində deyil? Odu ki, “Qəbələ”də çalışan dostlarımız ukraynalı çalışdırıcıya Azərbaycan futbolunun reallıqları haqda bir az danışsalar, yaxşı olar. Zərərin yarısından qayıtmaq da xeyirdi, a dostlar... 


Gözümüzün önündə o qədər nümunə var ki. “Xəzər Lənkəran”ın yaxşı vaxtlarında Mirça Rednikin başına gələnləri unutmusuz? Rumıniyalıya öz papağını başından götürüb yerə çırpdığına görə qulaqburması vermişdilər. Özü də “pulun pul vaxtında” 5 min manat. Pul cəzasıyla yanaşı, Redniki 5 oyunluq da cəzalandırmışdılar. Bütün bunlar heç də uzaq olmayan keçmişdi. Düzdü, həmin vaxtlar Elmar Məmmədyarov AFFA-nın İcraiyyə Komitəsinin üzvü olmadığına görə Mirçanı Azərbaycandan deportasiya etdirmək mümkün olmadı. Amma adamın başına elə oyunlar açdılar ki, dabanına tüpürüb Lənkəranı birdəfəlik tərk etdi. Elə getdi ki, azarkeşlərin keçirdikləri xatirə turnirinə qonaq sifətiylə qatılmağa da ürək eləmədi. O gün-bu gündü heç “Xəzər Lənkəran” da özünə gələ bilmir. Cənub klubunu Rednikdən sonra dünyaca məşhur Con Toşak, Mustafa Dənizli kimi mütəxəssislər çalışdırdı. Di gəl ki, “ağ-yaşıllar”ın əzəmətini bərpa etmək, medallara iddia edəcək komanda formalaşdırmaq mümkün olmadı. Sonradan da klub rəhbərliyini futboldan pisikdirdilər. İndi “Fırtınalar meydanı”nda insanın ürəyini sıxan səssizlikdi. Bilmək olmur, bu səssizlik fırtınadan öncəkidi, ya da əbədi sükunətin əlaməti. 


Bizdə AFFA-nın kəsdiyi başa, yəni qətlinə fərman verdiyi kluba sorğu-sual yoxdu. Qarşılarına məqsəd qoydularsa, edəcəklər. Kim inanardı ki, 2012-ci ildə Çempionlar Liqasının qrup mərhələsində oynamağı hədəfləyən paytaxtın eyniadlı klubu bundan beş il sonra Həvəskarlar Liqasında oynayacaq? Hafiz Məmmədova elə badalaq veriblər ki, adam ayağa dura bilmir, nəinki futbola qayıda. Azərbaycanın müasir futbol tarixində özünəməxsus yer tutan “Xəzər Lənkəran” Ramil Diniyevin bir uydurma penalti qərarıyla məhvə sürüklənmədimi? Diniyevin gözünün üstündəki qaşa heç kimin baxmaması musiqinin “yuxarı”lardan sifariş olunduğuna işarə idi. Elə Rednikin papağını yerə çırpdığına görə cəzalandırılmasına fərman verilən yerdən. Elxan Məmmədovun forma oğurluğunda ittiham etdiyi Nuru Əliyevin klubunun aqibəti də gözümüzün önündədi. 


Odu ki, Qriqorçuka deyin, bir az ehtiyatlı olsun. Nə qədər ki, onu Rednikin, “Qəbələ”ni də “Xəzər Lənkəran”ın gününə salmayıblar...

Şərhlər
Kohne fanat
He ozude unutmamaq lazimdirki inkisafda olan ve daim yuksek yerlere can atan Qebele hemde BOLGE komandasi oldugu ucun bunu cox asan ederler.Lenkeran dedikde ise ureyimiz sizildamaya bilmez.en azi yox yerinden 7...10min fanati olan o stadyonu AFFAnin eliyle bosaltdilar.lig baslamadan sonunu bildiyimiz oyunlar var.FIFA dan supeli oyunlar gelir birinci divizyona ve bundan sonra affa reaksiya verir ve cezalandirir.ay donqliler gerek fifa qarmaq atsin,ozunuz uze cixarinde.YOXSA BASINIZ TOPAZ LIQASINDA OYUN ALQI SATQISINA,QEREZLI HAKIM GONDERMEYE QARISIB. BIZIM DOVLETDE MILLI QEHREMAN ADI VERILESI AFFADAKILARDI.BUCUR INKISAF ETMIS ZEMANEDE BUNLAR BELE FIRILDAQLIQ ISLEDIRLER VE BUNDAN HECKIMIN XEBERI OLMUR.EHSEN.VALLAH HEQIQETEN SIZE MIN NEHLET.herif sehfi oldu-REHMET
Kohne fanat
He ozude unutmamaq lazimdirki inkisafda olan ve daim yuksek yerlere can atan Qebele hemde BOLGE komandasi oldugu ucun bunu cox asan ederler.Lenkeran dedikde ise ureyimiz sizildamaya bilmez.en azi yox yerinden 7...10min fanati olan o stadyonu AFFAnin eliyle bosaltdilar.lig baslamadan sonunu bildiyimiz oyunlar var.FIFA dan supeli oyunlar gelir birinci divizyona ve bundan sonra affa reaksiya verir ve cezalandirir.ay donqliler gerek fifa qarmaq atsin,ozunuz uze cixarinde.YOXSA BASINIZ TOPAZ LIQASINDA OYUN ALQI SATQISINA,QEREZLI HAKIM GONDERMEYE QARISIB. BIZIM DOVLETDE MILLI QEHREMAN ADI VERILESI AFFADAKILARDI.BUCUR INKISAF ETMIS ZEMANEDE BUNLAR BELE FIRILDAQLIQ ISLEDIRLER VE BUNDAN HECKIMIN XEBERI OLMUR.EHSEN.VALLAH HEQIQETEN SIZE MIN NEHLET.herif sehfi oldu-REHMET
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 14 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 201 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Neftçi"nin əleyhinə səhv edən hakim ili bitirdi - ÖZƏL!
De Souza, Rəşad və “Qarabağ” haqqında
"CBC Sport"a üz çevirən ikinci məşqçi
Kanibolotski "Qarabağ"dan ayrılmaq istəyir: Ukraynadan təklif var - ÖZƏL!
Nizami Hacıyevin "Neftçi"yə keçidində problem yarandı
Şenol Güneş Bakıya niyə gəlib?
Vilian penalti epizodu haqda nə dedi?
"Neftçi"də forma geyinən balaca italiyan kimdir?
AFFA-nın işi daşa dirənib: icra başçıları kömək etmək istəmir
Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?" - VİDEO - YENİLƏNİB

Xəbər Lenti
24 Noyabr 2017
23:30 “Kəpəz”lə “Qəbələ”nin 18-ci dueli
23:00 “Qarabağ” gerilədi - UEFA reytinqi
22:30 Avroliqada da turun ən yaxşısı bəlli oldu
22:00 "Sabah" - "Qaradağ Lökbatan" 0:2 - VİDEO
21:30 “Kəpəz” Yunis Hüseynovun debüt matçına itkilərlə çıxacaq
21:00 Messi “Qızıl buts” aldı, Ronaldoya çatdı
20:30 AFFA-nın Cocuq Mərcanlı ilə bağlı layihəsi təsdiq olundu
20:00 “Qarabağ”dan təşəkkür – Xoreoqrafiyaya görə
19:30 Bakı çempionatının son mükafatçıları da bəlli oldu
19:00 Filip Ozobiç: "Bunun üçün 5 il burda olmalıyam" - MÜSAHİBƏ
18:40 “Zirə”də azarkeşlərlə görüş keçirildi
18:21 ÇL-də turun ən yaxşısı bəlli oldu
18:00 "Qarabağ"ın futbolçusu Rumıniya klubunun hədəfində!
17:41 Yığmalarımızın rəqibləri müəyyənləşdi
17:21 Liderdən növbəti qələbə
17:00 Yunis Hüseynovun yeni köməkçisi nə vaxt məlum olacaq?
16:43 Premyer Liqada 13-cü tur: tarixə səyahət
16:40 Gənc güləşçilərimiz “Şəhidlər Kuboku” uğrunda yarışacaq
16:21 “Neftçi”nin “Keşlə” ilə ilk sınağı
16:00 “Kəpəz”in Gəncədə açıq məşqi olacaq
15:40 BOM-un şagirdləri millinin məşqini izlədi
15:21 Azərbaycan gerilədi
15:00 Nizami Hacıyevin "Neftçi"yə keçidində problem yarandı
15:00 Hücumçumuz yenə meydana çıxmadı, komandası uduzdu
14:41 13-cü turun hakim təyinatları açıqlandı
14:20 Mərkəzi oyun Fariz Yusifova tapşırıldı
14:00 "Keşlə" 3 aydır işıq pulu vermir
13:41 Avropa Liqasında turun ən yaxşısı adına namizədlər
13:20 ÇL-də turun ən yaxşısı adına 8 namizəd
13:00 Millət vəkili "Qarabağ"ın səhvlərindən danışdı
12:40 Paytaxt çempionatında ilk günün qalibləri müəyyənləşdi
12:22 Azərbaycan çempionatında ilk
12:00 "Qarabağ"ın qapısına 2 penalti təyin etmiş hakim təzyiqlərdən bezib tətilə çıxmaq istəyir
11:21 Marselo Byelsa qovuldu
11:15 Millimizin çıxış edəcəyi mundialın keçiriləcəyi şəhərlər bəlli olub
11:00 Xatirə İslam "Qarabağ"ın uduzduğu oyunda banket verdi - FOTO
10:30 Avroliqada bol qollu gecə - VİDEOLAR
10:00 Hər küçədən keçən gəlib hakim ola, azarkeşlərin hissiyyatı ilə oynaya bilər...
02:30 Avropa Liqası: "Arsenal" uduzdu, "Milan"dan darmadağın
23 Noyabr 2017
23:51 Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?" - VİDEO - YENİLƏNİB
22:00 "Roma" - "Qarabağ" matçını canlı izləmək istəyənlərin nəzərinə
20:30 “Araz” darmadağınla qalib gəldi
20:00 Yığmamız Türkiyəyə böyük hesabla məğlub oldu
19:30 Birinci Divizionda 11-ci turun hakim təyinatları
19:00 “Keşlə” “Neftçi”yə qalib gəldi
18:40 Ağacan Abiyev “Şərəf” ordeni ilə təltif olundu
18:21 Ukraynalı məşqçi Bakıya gəldi - danışıqlar üçün
17:45 Maksim Medvedev "Çelsi" ilə oyunun hakimliyini şərh etdi - VİDEO
17:22 Ndlovun və Geryenin "Çelsi" ilə oyundan sonrakı fikirləri - VİDEO
17:00 "Neftçi"də forma geyinən balaca italiyan kimdir?
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.