Ucuz təyyarə biletləri

Sənan Qurbanov: "Qriqorçuku tanımasaydım, mənə çətin olardı" - MÜSAHİBƏ

Tarix:  08.02.17 12:02           Yazar:  Rekord.az           Oxunub: 322 dəfə

"Qəbələ"nin məşqçisi Sənan Qurbanovun müsahibəsi
 
- AZAL-la oyuna hazırlıq necə keçdi?
- Yaxşı hazırlaşmışıq. Qəbələdə qar olsa da, hava elə də soyuq deyil. Hətta günəş da çıxmışdı. Məşqlərimiz qaydasında keçdi. Xal itirmək istəmirik. Hər matça olduğu kimi, AZAL-la qarşılaşmaya da maksimum xal üçün, qələbə əzmi ilə çıxacağıq. Baş məşqçi bununla bağlı son göstərişlərini verəcək.
 
- Məlum olduğu kimi, baş məşqçiniz Roman Qriqorçuk cəzalı olduğundan, bu matçı komandanı siz çıxaracaqsınız...
- Oyun sistemimizi qoruyub saxlayacağıq. Çalışacağıq ki, meydanda topa sahib daha çox biz olaq. Dəyişən bir şey yoxdur. 
 
- Cari mövsümdə Qriqorçuk cəzalı olanda, onu "texniki zona"da siz əvəzləyirsiniz. Bu, sizin üçün nə dərəcədə çətindir?
- Qriqorçuku tanımasaydım, sistemini bilməsəydim, mənə bir az çətin olardı. Onun oyun üslubunu bilirəm. Ukraynalı baş məşqçi bizə - həm, həm də komandaya öz tapşırıqlarını verir. Artıq bir şey eləmirik. Sadəcə, öz oyun üslubumuz, meydanda istədiyimiz bir şey var. Ondan kənara çıxmamaq şərtilə, baş məşqçinin tapşırıqları daxil olaraq yerinə yetirməyə çalışırıq. Buna görə də sabah mən də bilirəm ki, "texniki zona"da nə etmək lazımdır. Qriqorçuk matç qabağı son tapşırıqlarını verir. Bu da rəqibə görə olur. Əlbəttə, baş məşqçinin əvəzləyəcisi kimi "texniki zona"da olmaq böyük məsuliyyətdir. Məqsədimiz yalnız baş məşqçinin tapşırıqlarını yerinə yetirməkdir. 
 
- Heyəti də Qriqorçuk müəyyənləşdirəcək. Bir sözlə, siz yalnız baş məşqçinin göstərişlərinin 90 dəqiqə icrasını həyata keçirəcəksiniz....
- Bəli, hər şeyi baş məşqçi müəyyənləşdirir. Sadəcə, cəzalı olduğundan "texniki zona"da durmayacaq. Əlbəttə, top bizdə və ya rəqibdə olanda müdafiədə, hücumda necə oynamalı olduğumuzu bilirəm. Artıq neçə ildir Qriqorçukla işlədiyimdən bu detalları yaxşı bilirəm. Onun iş prinsiplərinə yaxından bələdəm. 
 
- Təbii ki, rəqibi təhlil etmisiniz. İndiki AZAL nə dərəcədə təhlükəli, yaxud əksinə, çox münasib rəqibdir?
- Nəinki AZAL, ümumiyyətlə, çempionatımızda asan yenilə biləcək komanda yoxdur. Son turda "Qarabağ"la oyunda yaxşı mübarizə apardılar. AZAL-ın özü də əzmkar komandaya çevrilib. İndi bütün komandalarla oynamaq çətindir. Sürətli futbol göstərirlər, müdafiədə sıxlıq var. AZAL-ın bugünkü təhlilində bunu yaxşı gördük. Bəzən çalışırıq ki, rəqibi sürət hesabına azlıqda yaxalayaq. Görürsən ki, bu komponentdə də AZAL-da irəliləyiş var. Belə görürsən ki, asan olmayacaq.
 
- Üstəlik, AZAL-la son matçda 0:0 hesabı ilə oynayaraq xal itirmisiniz. Bu, səfərdə osa belə...
- Əlbəttə ki, bu oyunu yaxşı xatırlayırıq və rəqib son pillədə olduğuna görə saymamazlıq ola bilməz. Əksinə, tam fərqli münasibətdir. Düzdür, həmişə dominantlıq etməyə, rəqibin meydançasında oynamağı bacarırıq. Rəqib nə qədər qapansa belə, qol imkanlarımız olur. Sadəcə, ondan çox istifadə edə bilmirik. Bu, bizi daha çox qol vurmağa motivasiya etməldiir. "Neftçi"ni 8:0 hesabı ilə məğlub edəndən sonra hansı rəqibə 3,4,5 qol vurduğumuzu yadımızdan çıxartmışıq. Bunu rəqiblərə hörmətlə yanaşmaq şərtilə deyirəm. Sadəcə, qol imkanlarımızı qaçırırıq. Bu, hücumçularımız üçün əksinə, motivasiya olmalıdır.
 
- Qış fasiləsindən sonra arıdıcl 3-cü oyunu Qəbələdə keçirmək planlarınıza nə dərəcədə uyğun gəlir?
- Bizdə ev, səfər oyunlarında sistemdə dəyişiklik cüzi ola bilər. Bu da rəqibə görə olur. Elə gətirdi ki, ardıcıl 3 oyun Qəbələdə oldu. "Neftçi" ilə matçı səfərdə keçirməli olsaq da, hava şəraitina görə oyun Qəbələyə salındı. Çünki bizim meydançada qızdırıcı sistem olduğuna görə qar qazonda qalmır. Həmin vaxt isə Bakıda qar vardı. Öz meydançamızda "Neftçi"yə qalib gəldik. Yalnız "Sumqaıt"da matçda xal itirdik.
 
- Heyəti baş məşqçi müəyəynləşdirsə belə, indiki formasını və son turda meydana çıxaraq qələbə topunu vurduğunu nəzərə alsaq, Daniel Subotiçin Baqali Dabonun yerinə ilk dəqiqələrdən meydana çıxmaq şansı nə dərəcədə yüksəkdir?
- Baş məşqçi də Danieldən tez-tez vəziyyətini soruşur. Onun durumu normaldır. Məşqdən-məşqə daha da yaxşılığa doğru gedir. Mən də hələ bilmirəm ki, sabah kim əsas heyətdə oynayacaq. Ancaq Subotiçin qol duyumunun yaxşı olduğunu nəzərə alsaq, oynamaq şansı çox ola bilər. 
 
- Bəs digər yeni transferiniz Rasim Ramaldanovun hazırlıq durumu necədir?
- O da yaxşıdır, məşqdən-məşqə artırır. Hər ikisinin komanda ilə qış təlim-məşq toplanışı keçmədiyini nəzərə almaq lazımdır. Bildiyiniz kimi, fərdi məşqlə komanda hazırlığı tam fərqlidir. Fərdi məşqlə yalnız fiziki tonusunu saxlaya bilərsən. Ancaq komada məşqi tam ayrıdır. Subotiçlə Ramaldanov bunu çox buraxıblar. Məncə, qısa vaxtda optimal formalarını yığacaqlar. Məşqlərdə pis görsənmirlər. 
 
- Teo Uikslə Sergey Zenyov son vaxtlar kölgədə qalıblar. Onlar legioner limitinin qurbanı olurlar?
- İnanın ki, hər şey ola bilər. Onlar da komandaya lazımlı futbolçulardır. Baş məşqçi futbolçuları harada necə istifadə etməyi fikirləşir. Təbii ki, söhbət bacarıqlarından gedir. Ancaq bildiyiniz kimi, legioner limiti var. Üstəlik, əsas heyətdə 21 yaşadək futbolçu oynamalı, ehtiyatda həmin yaşda onun əvəzləyicisi mütləq olmalıdır. Müqayisə olunur, son məşqdə kim daha yaxşıdırsa, ona şans verilir.
 
- Heyətdəki itkiləriniz var. Zədəlilərin, xüsusilə əməliyyat olunmalı olan Rafael Santosun son durumu necədir?
- Rafael İtaliyada əməliyyat olunacaq. Asif Məmmədov apendisitdən əməliyyat olunandan sonra düşərgədən kənarda qalıb. Komandamız Bakya gələndən sonra Rəşad Eyyubov yavaş-yavaş məşqlərimizə qoşulacaq. Ancaq Asif hələ ki yox. Onlara 7-10 gün vaxt laızmdır ki, tədricən hazırlığa qatılsınlar. 
 
- Bu turda vahid lider olmaq şansınızı necə dəyərləndirirsiniz? Çünki "Qarabağ"ı hər 2 oyunda qalib gələn "Zirə" ilə heç də asan sınaq gözləmir. Yoxsa Ağdam klubunun yenə bu rəqibə qalib gələcəyini düşünürsünüz?
- Belə müqayisələr, təhlillər aparmağı xoşlamırıq. Hamı bilir ki, "Qarabağ"la "Qəbələ" arasında liderlik uğrunda mübarizə gedir. Ancaq futbolda belə bir psixologiya var ki, ilk öncə öz oyununu düşünməlisən. "Qarabağ"ın xal itirməsini düşünərək oynamaq özünə zərbə vura bilər. Əslində, öz oyunlarımızı daha çox düşünməliyik. Biz öz matçlarımızda maksimum nəticə göstərsək, lider ola bilərik. Həmin rəqiblərlə - "Qarabağ", "Zirə" ilə oyunlarımız qalıb. Buna görə baş məşqçimizlə belə strategiyanı bəyənmirik ki, misal üçün "Qarabağ" "Zirə" ilə oyunda xal itirsin. "Zirə" yaxşı komandadır. Ancaq bizim sabah öz oyunumuz var və onu daha çox diqqətdə saxlayırıq. 

 

Spornet.az

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Xəzər Lənkəran"ın gələcəyi barədə rəsmi açıqlama: "Fəxri prezidentimiz əsas komandanı mütləq bərpa edəcəyini qeyd edib, ancaq..."
Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
"Şüvəlan" Premyer Liqaya qayıdır?
"Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR

Xəbər Lenti
23 Fevral 2018
14:21 “Neftçi” - “Zirə” oyunu 1 manata
14:00 Yunis Hüseynov 1 il vaxt istəyib
13:45 Donnarumma PSJ-ə keçir?
13:23 Ramos ən kobud futbolçudur
13:00 Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
12:42 "Azərbaycan millisi Moldovadan güclüdür"
12:20 Topaz Premyer Liqasında 17-ci turun bütün təyinatları
12:00 Rəşad Sadıqov: "Taksi sürücüsünə deyibmiş ki, Bakıdakı əşyalarını yığıb onu göndərsin"
11:48 “Qarabağ” keçmiş SSRİ-nin ən yaxşı 10 klubu arasında
11:22 Avroliqada gecənin qolları - VİDEOLAR
10:35 Anatoli Banişevskinin doğum günündən 72 il ötür
09:46 Millimizin üzvü ÇL-də qrupda qaldı
02:14 Avroliqada bütün 1/8 finalçılar bəlli oldu
22 Fevral 2018
23:50 Ölkə çempionatında 3-cü günün qalibləri
23:19 Gənc cüdoçulara medal və diplomlar təqdim olundu
22:00 Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi
21:38 Azərbaycan gimnastı Rusiyada qızıl medal qazanıb
21:00 "Binə" - "Xəzər" 1:0 - VİDEO
20:31 Birinci Divizion: Daha üç oyun üçün hakim təyinatları açıqlandı
20:00 “Ndlovu həmin qolla bütün Bakını ayağa qaldırmışdı”
19:33 17-ci turun hakim təyinatları
19:30 Premyer Liqada 17-ci turun hakimləri
19:15 17-ci turun hakim təyinatları açıqlandı
19:00 Bir oyun təxirə salındı
18:30 “Zirə”yə keçdi, millidən kənarda qaldı
18:00 Kamran Quliyevə daha bir vəzifə verilə bilər
17:46 Azərbaycanda oynamış futbolçuya ömürlük cəza
17:43 ÇL-də həftənin rəmzi komandası
17:22 “Zaqatala” ilk qələbəsini qazandı
17:00 Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
16:40 Autizmli uşaqlar “Zirə”nin məşqində - FOTOLAR
16:21 ÇL-də həftənin ən yaxşı futbolçusu adına 4 namizəd
15:40 ÇL-də ən gözəl qola 5 namizəd
15:21 Ağatahir Əzimov: “Məhdud heyətdə istənilən itkinin yeri görünür”
15:00 Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
14:41 Gənc cüdoçuların ölkə birinciliyinə start verildi
14:20 Azərbaycan təmsilçisi reytinqdə 16-cıdı
14:00 "Neftçi"nin bazası da saraldı - FOTOLAR
13:42 Norveç idmançısı Qış Olimpiya Oyunlarında medal sayında rekordçu oldu
13:22 Ceko "Milan"In hədəfində
13:00 Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
12:49 "Real" 3 xalı 3 qolla qazandı - VİDEO
12:27 "Sevilya" - "Mançester Yunayted" 0:0 - VİDEO
12:00 Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
11:46 "Şaxtyor" - "Roma" 2:1 - VİDEO
11:00 Bütün səlahiyyətlər Ceyhun Sultanovun əlinə keçdi
10:50 Naxçıvan icra başçısı şahmatçının pulunu vermir
10:30 Ölkə çempionatında ikinci günün qalibləri
10:00 Mirbağır İsayev: "Bu Qurban Qurbanovun fikri idisə, ən azından ..." - VİDEO
09:18 ÇL-də mübarizə aparan hücumçumuz Rusiya klubuna qələbə qazandırdı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.