Ucuz təyyarə biletləri

Daniel Subotiç: "Əllə oynamamışdım, hakim haqlı idi" - MÜSAHİBƏ

Tarix:  09.02.17 14:02           Yazar:  Rekord.az           Oxunub: 212 dəfə

"Qəbələ"nin isveçrəli hücumçusu Daniel Subotiçin müsahibəsi
 
- "Qəbələ"yə qayıdışın düşərli oldu. Hər iki oyunda meydana çıxırsan və köhnə-yeni komandan qalib gəlir...
- Qalib gələndə həmişə yaxşıdır. Ən vacibi də budur ki, 3 xal Qəbələdə qaldı. 
 
- Özü də bunu sənə yaxşı tanış olan AZAL üzəirndə qazandınız. Çünki 3 il öncə "Qəbələ"də debütün məhz bu komandaya qraşı olmuşdu və bunu qolla qeyd etmişdin...
- Əlbəttə, həmin matç xoş xatirə kimi yaddaşımda qalıb. Bu dəfə qol vurmasam da, komandamız yenə AZAL-a qalib gəldi. Əsas da budur. Sözsüz ki, belə komandalara qarşı oynamaq həmişə çətindir. Çünki böyük qüvvə ilə müdafiə olunurlar. Ancaq bu gün komandamız meydanda xarakter nümayiş etdirdi. İlk hissədə də yaxşı oynadıq. Ancaq fasilədən sonra daha yaxşı təsir başladıq. 
 
- Bəs ilk hissədə qol vurmağınıza nə mane oldu?
- Düzü, yaxşı imkanlarımız vardı. Ancaq qol vura bilmədik. Sadəcə, alınmadı. Gərək əlinə düşən fürsətləri dəyərləndirəsən. İlk hissədə pis oynadığımız deyə bilərəm. Yalnız qol çatmırdı. 
 
- Bunu ikinci hissədə xorvatiyalı komanda yoldaşın Filip Ozobiç edərək çempionatımızın yeni bombardiri oldu. Yəqin ki, ona görə çox sevinirsən...
- Əlbəttə. İlk növbədə ona görə ki, Ozobiç yaxşı futbolçudur. Hesab edirəm ki, o, Azərbaycan çempionatında ən yaxşı yarımmüdafiəçidir. Təbii ki, Ozobiç bu gün vurduğu 2 qolla ilk növbədə futbolçu kimi səviyyəsini, yüksək ustalığını göstərdi. Təbii ki, qələbəni 1 futbolçu yox, bütün komanda qazanır. Ancaq Filipə belə oyunda vurduğu vacib qollara görə "çox sağ ol" demək lazımdır. O, bu gün komandanın lideri kimi özünü göstərdi. 
 
- Ozobiçlə yaxın münasibətlərin keçmiş Yuqoslaviya təmsilçisi olmaqla bağlıdır, yoxsa onu əvvəldən tanıyırdın?
- Əlbəttə, Filipi tanıyırdım. Bu, uzun müddət önəcədən - hələ Moskva "Spartak"ında oynadığı vaxtdandır. Bu yaxında isə Xorvatiya milli komandasına cəlb olunaraq oynadı. Mən onun bu uğurlarına görə sevinirəm. Ozobiç yaxşı yox, çox yaxşı futbolçudur. 
 
- Belə yarımmüdafiəçisi olan komandada hücumçuya asan olur. Forvard yaxşı ötürmələrlə təzhiz olunur, qol vurmaq şansı artır...
- Təbii ki. Hücumçu yarımmüdafiəçidən çox asılıdır. Orta sahə oyunçu yaxşı olmalıdır ki, ön xətdə çıxış edən dəqiq ötürmələr ala, fərqlənə bilsin. Ozobiçlə yanaşı, Cavid Hüseynov, Ruslan Qurbanov, Araz Abdullayev və digrə yarımmüdafiəçilərimizlə meydanda oynamaq mənə asan olur. 
 
- AZAL-ın qol vurmaq üçün bir neçə imkanı oldu ki, birində qapınıza zərbə cərimə meydanınızda sənin əlinə dəydi. Həmin epizodda penalti təyin olunmaması böyük müzakirə obyektinə çevrilib...
- Əvvəla, yaxşı qapıçımız var və biz bunu bilirik. AZAL 3 zərbəsi oldu ki, Dmitri Bezotosnı "çərçivə"də inamlı oyunu ilə özünü göstərdi. O, zərbələrə əla reaksiya göstərdi. Həmin epizoda gəlincə, bu, təsadüfən alındı. Mən əllə oynamamışdım. Top bəlkə də qarnıma dəymişdi. Gərək videotəkrara baxasan. 
 
- Yəni hakimin haqlı qərar verdiyini düşünürsən...
- Əlbəttə. Hətta top əlimə dəyibsə belə, epizodu düzgün dəyərləndirmək lazımdır. Axı qəsdən əllə oynamamışam ki... Top əlimi tapdı. Beynəlxalq qaydalara görə bu halda penalti təyin olunmur. Zərbə zamanı aramızda məsafə yaxın idi, əlimi gizlədə bilməzdim.

 

Sportnet.az

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Neftçi”nin ən böyük itkisi
2017-04-06  // 2 Şərh
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Zaqatala"ya sponsor tapıldı, Premyer Liqaya gəlir - ÖZƏL!
Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
Reynaldo "Neftçi"nin hədəfində!
“Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
"Sumqayıt" Avropa Liqası üçün bank təminatı aldı
Denis Silva "Zirə" ilə danışıqlara başladı
ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
Samir Abasov daha bir futbolçunu göndərməyə hazırlaşır
"Zaqatala" baş məşqçisini istefaya göndərdi

Xəbər Lenti
24 Aprel 2017
18:00 Jurnalistlər 5 çempionluğa 1 ulduz deyir - SORĞU
17:30 Roman Qriqorçuk: "Kubokun qazanılması “Qəbələ” üçün çox böyük nailiyyət olacaq"
17:25 Nizami Hacıyev "Neftçi"də
17:00 Zaur Svanadze: "Hamımız məmnunuq"
16:27 “Qəbələ” gümüş, “İnter” bürünc medalı təmin etdi
16:19 Yığmamızın üzvü Türkiyə birinciliyində növbəti qələbəsini qazanıb
16:00 "İnter"də fevral ayının maaşları verildi
15:45 "Qəbələ"də ciddi itki
15:22 Azarkeşlər “Neftçi”nin oyununu boykot edəcəklər
15:00 "Sumqayıt"ın büdcəsi artmayacaq!
14:21 Azərbaycan millisi üçün uğurlu reytinq
14:00 "Turan Tovuz"un sponsor söhbəti yalan çıxdı: belə niyyətim yoxdur
13:46 Cüdo yığmasının Elxan Abdullayevi kimdir?
13:45 İdman gimnastlarının Kluj səfəri başa çatdı
13:22 Məmmədyarov Rəcəbova qarşı
13:00 Samir Abasov daha bir futbolçunu göndərməyə hazırlaşır
12:45 Məmmədyarov liderliyə yüksəldi
12:22 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
12:00 Qara Qarayev: "Qəbələ" çempionatın heyfini bizdən çıxmaq istəyəcək" - MÜSAHİBƏ
11:30 Azad Əliyev Qazaxstanda keçirilən turnirdə bürünc medal qazanıb
11:00 Abdulbari Gözəl: "Kubok burdan ora, ordan bura gəzə bilməz" - MÜSAHİBƏ
10:30 Sabiq "Qarabağ"lı Erediviziyanın bombardirləri arasında
10:00 "Zaqatala"ya sponsor tapıldı, Premyer Liqaya gəlir - ÖZƏL!
09:18 Millimiz İsraildə növbəti qələbəsini qazanıb
01:50 "El-Klassiko"nu "Barselona" qazandı
00:15 "Qəbələ"dən Afinada böyükhesablı qələbə
00:00 AZAL - "Kəpəz" 1:2 - VİDEO
23 Aprel 2017
23:40 Emin Mahmudov oynadı, "Boavişta" uduzdu
23:20 AEL Amit Quluzadəsiz qalib gəldi
23:00 “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olundu - FOTOLAR
22:20 “Real” - “Barselona” - Heyətlər
21:00 Nəsirovsuz "Sportinq"dən inamlı qələbə
20:30 Qurban Qurbanov: "İkinci hissədə daha yaxşı oynadıq"
20:25 Samir Abasov: "Alınmasa da, məyus deyilik"
20:20 "Qarabağ"a çempionluq kuboku və medalların təqdim olunma mərasimi - VİDEO
20:15 “Gərginlik aprelin 29-na qədər davam edəcək”
20:10 Tərlan Əhmədov: “Son oyuna əvəzedici heyətdən futbolçu götürəcəm”
20:05 Ayxan Abbasov: "Bu hal istənilən məşqçinin başına gələ bilər"
20:00 "Zirə" - "Neftçi" 2:2 - VİDEO
19:55 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
19:52 “Limitin pozulması texniki qüsurdu” – Elxan Abdullayev
19:35 Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
19:31 Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
19:20 Şeydayev "fərqləndi", "Jilina" qalib gəldi və çempion oldu
19:13 Abdulbari Gözəl: "Gözləntimiz "Qarabağ"ın Çempionlar Liqasında uğur qazanmasıdır"
19:00 Millimizin üzvünə ehtiyac duyulmadı
18:56 ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
18:55 “Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
18:40 Rüfət Dadaşov üçün 62 dəqiqə
18:20 "Qəbələ" "İnter"ə qarşı - VİDEOANONS
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.