Ucuz təyyarə biletləri

Yığmamızın böyük məşqçisi: "Azərbaycanı özümə çox yaxın ölkə hesab edirəm" MÜSAHİBƏ

Tarix:  09.02.17 15:02           Yazar:  Rekord.az           Oxunub: 196 dəfə

Ağır atletika üzrə qadınlardan ibarət yığma komandanın böyük məşqçisi Natalya Prişepa aaaf.az-a müsahibə verib. Rekord.az xəbər verir ki, moldovalı mütəxəssis yığmamıza gəlişindən və görəcəyi işlərdən danışıb.
 
- Artıq yarım ildən çoxdu ki burdasız, məşqçi kimi qadınlardan ibarət yığmamıza rəhbərlik edirsiz. Sizə Azərbaycanda işləmək təklifi necə gəldi?
- Məşqçimə zəng gəldi və qadın məşqçiyə ehtiyac olduğunu dedilər. Təklif çox maraqlı oldu. Sadəcə, həmin vaxt Rio Olimpiya Oyunlarına hazırlaşdığımdan razılıq vermədim və gözləməyi xahiş etdim. Moldova Ağır Atletika Federasiyası Braziliyaya yollana bilməyəcəyimi bildirəndən sonra (sonradan, Olimpiadaya iki gün qalmış bu qərar dəyişdi və Natalya Rioda çıxış etdi - red.) Azərbaycandan gələn təklifə müsbət cavab verdim.
 
- İdmançı ola-ola məşqçilik təklifini necə qarşıladız?
- Yaxşı, çünki bunu istəyirdim. Məşqçilik etməyi xoşlayıram. Baş məşqçimiz olmayanda yeniyetmələrə mən məşq keçirdim. Çox ürəyimcə olurdu, bundan zövq alırdım. Ona görə də təklifə çox sevindim. Yeganə narahat olduğum məqam dil fərqi idi. Çünki bu, vacib məqamdı. İdmançılarla ünsiyyət zamanı onların dilində danışmalı, izah verməliyəm. İlk vaxtlarda çətin idi, ancaq indi hər şey qaydasındadı. Yavaş-yavaş öyrəşirəm, öyrənirəm.
 
- Fikir verdik, məşq zamanı tapşırıqların demək olar ki, hamısını Azərbaycan dilində verdiz. Deyəsən, uyğunlaşma mərhələsini arxada qoymusuz…
- Bəli, diliniz çətin olsa da, ilk gündən öyrənməyə başlamağı vacib bildim. Artıq danışıqları 40 faiz başa düşürəm, məşqdə tapşırıqları isə məhz sizin dilinizdə verirəm. Azərbaycana, onun insanlarına hörmətim böyükdü, buna görə də dilinizi öyrənməliyəm.
 
- Təşəkkür edirik. Azərbaycanda məşqçilikdən öncə bir neçə yarışda idmançı kimi də olmuşduz. Buradan gələn təklif həyəcanlı olmadı ki?
- Oldu, əslində. Çünki “birdən alınmaz, bacarmaram” fikirləri gəlirdi ağlıma. Ancaq digər tərəfdən də özümə inanırdım. Belə insanlar məni dəvət ediblərsə, güvənib seçiblərsə, pis ola bilməz. Şükürlər olsun, hər şey yaxşıdı.
 
- Hazırda işinin gedişi haqda nə deyə bilərsiz?

- Məşqləri mütəmadi edirik, qızlar böyük səylə hazırlaşırlar. Düzdü, çətin olur. Qızlar sabit olmurlar, məşqlərdə çətinliklər olur. Özüm də qadınam, onları başa düşürəm. İndi anlayıram ki, məşqçilərimə yaman çətin zamanlar yaşatmışam (gülür).
 
- Demək olarmı ki, yığmamızda, elə bu zalda böyük perspektiv vəd edən, gələcəyin dünya və ya Avropa çempionu, Olimpiya medalçısı qızlarımız var?
- Bəli, potensialı olan, yaxşı texnikalı, əzmkar, iddialı qızlarımız var. Görünür ki, öz üzərilərində çalışsalar, böyük qələbələr qazana bilərlər. Məşqçi işi də vacibdi. Çünki yeniyetmə qızlarımızda texniki baxımdan çatışmazlıqlar, səhvlər var. Hazırda onları həll etməyə çalışırıq. Texnikanı yeniləmək yenisini tətbiq etməkdən daha çətindi. Ancaq hər keçən gün, həftə inkişaf edirik. Nəticələri görürəm və buna sevinirəm. Martda Azərbaycan çempionatı olacaq, orada hamınız əldə olunan irəliləyişin şahidi olacaqsınız.
 
- Bəs beynəlxalq yarışlar?
- Bunun üçün bir qədər vaxt lazımdı. Təbii ki, orada da nəticələr olacaq. Amma bunun üçün məşqlər daha da intensivləşməli, sürəklilik artmalıdır. Düşünürəm ki, təxminən 2-3 aya yaxşı nəticələrə yaxınlaşa biləcəyik.
 
- Ötən il də nəticələr pis olmadı…
- Elədi. İstər gənclərin yeniyetmələrin Avropa birinciliyində, istərsə də İslam Həmrəyliyi İdman Federasiyasının ağır atletika çempionatında medallar qazandıq. Qızlarımız fəxri kürsüdə yer aldılar, çempion oldular. İordaniyadakı yarış qarşıdakı IV İslam Oyunlarına yaxşı sınaq idi və biz ondan üzüağ çıxdıq.
 
- Ümumilikdə, Azərbaycan ağır atletikası barədə fikrin necədir?
- Üzərində çalışası çox iş var. Mən kişilərdən ibarət yığmamız haqda çox məlumatlı olmasam da, görürəm ki, istiqamət doğru götürülüb. Hazırda yeni nəsil ağır atletlər yetişir. Diqqətin buna yönəldilməsi vacibdi. Federasiya rəhbərliyi bu baxımdan böyük işlər görür. Bunu təqdir edir, öz işimlə maksimum dəstək verməyə çalışıram.
 
- Yığma üçün yaradılan şərait necədi?
- Çox yaxşı. Məncə, bundan artığı ola da bilməz. İstər qidalanma, istər məşq, istər istirahət… Bir sözlə, hər baxımdan ən yaxşısı var burada. Bizə yalnız məşq etmək, nəticə qazanmaq qalır.
 
- Yarım ildən çoxdu Azərbaycandasan. Özünüzü “bizimki” hiss edirsizmi?
- Etiraf edim ki, darıxıram. Bəlkə də tək olduğumdandı. Ancaq buradakı kollektiv çox mehribandı. Hər kəslə yaxşı münasibətim var, məni darıxmağa qoymurlar. Azərbaycanı özümə çox yaxın ölkə hesab edirəm. İnsanlarınız haqda ancaq yaxşı sözlər deyə bilərəm.
 
- Buradakı hədəf və məqsədləriniz nələrdi?
- Bir məşqçi kimi ilk olaraq mehriban kollektiv yaratmaq istəyirəm. Görünən odu ki, yavaş-yavaş buna nail oluram. Sonra atletlərimizin yaxşı texnikaya malik olmasına çalışmalıyam, çünki bu çox vacibdi. Nəticə qazanmağın əsas yolu budu. İlk hədəfim gələn il Argentinada keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanmaqdı. Sonra isə Avropa və dünya birincilikləri… Bir sözlə, Azərbaycan üçün çempionlar yetişdirmək istəyirəm.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Neftçi”nin ən böyük itkisi
2017-04-06  // 2 Şərh
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Zaqatala"ya sponsor tapıldı, Premyer Liqaya gəlir - ÖZƏL!
Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
Reynaldo "Neftçi"nin hədəfində!
“Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
"Sumqayıt" Avropa Liqası üçün bank təminatı aldı
Nizami Hacıyev "Neftçi"də
Samir Abasov daha bir futbolçunu göndərməyə hazırlaşır
ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
Jurnalistlər 5 çempionluğa 1 ulduz deyir - SORĞU

Xəbər Lenti
24 Aprel 2017
19:00 Rəşad Sadiqov: "Əlimizdən gələni edəcəyik ki, kuboku qazanaq" - MÜSAHİBƏ
18:00 Jurnalistlər 5 çempionluğa 1 ulduz deyir - SORĞU
17:30 Roman Qriqorçuk: "Kubokun qazanılması “Qəbələ” üçün çox böyük nailiyyət olacaq"
17:25 Nizami Hacıyev "Neftçi"də
17:00 Zaur Svanadze: "Hamımız məmnunuq"
16:27 “Qəbələ” gümüş, “İnter” bürünc medalı təmin etdi
16:19 Yığmamızın üzvü Türkiyə birinciliyində növbəti qələbəsini qazanıb
16:00 "İnter"də fevral ayının maaşları verildi
15:45 "Qəbələ"də ciddi itki
15:22 Azarkeşlər “Neftçi”nin oyununu boykot edəcəklər
15:00 "Sumqayıt"ın büdcəsi artmayacaq!
14:21 Azərbaycan millisi üçün uğurlu reytinq
14:00 "Turan Tovuz"un sponsor söhbəti yalan çıxdı: belə niyyətim yoxdur
13:46 Cüdo yığmasının Elxan Abdullayevi kimdir?
13:45 İdman gimnastlarının Kluj səfəri başa çatdı
13:22 Məmmədyarov Rəcəbova qarşı
13:00 Samir Abasov daha bir futbolçunu göndərməyə hazırlaşır
12:45 Məmmədyarov liderliyə yüksəldi
12:22 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
12:00 Qara Qarayev: "Qəbələ" çempionatın heyfini bizdən çıxmaq istəyəcək" - MÜSAHİBƏ
11:30 Azad Əliyev Qazaxstanda keçirilən turnirdə bürünc medal qazanıb
11:00 Abdulbari Gözəl: "Kubok burdan ora, ordan bura gəzə bilməz" - MÜSAHİBƏ
10:30 Sabiq "Qarabağ"lı Erediviziyanın bombardirləri arasında
10:00 "Zaqatala"ya sponsor tapıldı, Premyer Liqaya gəlir - ÖZƏL!
09:18 Millimiz İsraildə növbəti qələbəsini qazanıb
01:50 "El-Klassiko"nu "Barselona" qazandı
00:15 "Qəbələ"dən Afinada böyükhesablı qələbə
00:00 AZAL - "Kəpəz" 1:2 - VİDEO
23 Aprel 2017
23:40 Emin Mahmudov oynadı, "Boavişta" uduzdu
23:20 AEL Amit Quluzadəsiz qalib gəldi
23:00 “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olundu - FOTOLAR
22:20 “Real” - “Barselona” - Heyətlər
21:00 Nəsirovsuz "Sportinq"dən inamlı qələbə
20:30 Qurban Qurbanov: "İkinci hissədə daha yaxşı oynadıq"
20:25 Samir Abasov: "Alınmasa da, məyus deyilik"
20:20 "Qarabağ"a çempionluq kuboku və medalların təqdim olunma mərasimi - VİDEO
20:15 “Gərginlik aprelin 29-na qədər davam edəcək”
20:10 Tərlan Əhmədov: “Son oyuna əvəzedici heyətdən futbolçu götürəcəm”
20:05 Ayxan Abbasov: "Bu hal istənilən məşqçinin başına gələ bilər"
20:00 "Zirə" - "Neftçi" 2:2 - VİDEO
19:55 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
19:52 “Limitin pozulması texniki qüsurdu” – Elxan Abdullayev
19:35 Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
19:31 Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
19:20 Şeydayev "fərqləndi", "Jilina" qalib gəldi və çempion oldu
19:13 Abdulbari Gözəl: "Gözləntimiz "Qarabağ"ın Çempionlar Liqasında uğur qazanmasıdır"
19:00 Millimizin üzvünə ehtiyac duyulmadı
18:56 ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
18:55 “Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
18:40 Rüfət Dadaşov üçün 62 dəqiqə
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.