Ucuz təyyarə biletləri

Sergey Çernişev:" Samir Abasov bizi oyuna yüksək səviyyədə kökləmişdi" - MÜSAHİBƏ

Tarix:  09.02.17 20:02           Yazar:  Rekord.az           Oxunub: 343 dəfə

"Sumqayıt"ın futbolçusu Sergey Çernişev "Rekord.az"-a müsahibə verib

 
- Qalib gəldiniz. Oyunla bağlı nə deyə bilərsiniz?
- Bu matç bizim üçün çox əhəmiyyətli idi. Çünki turni cədvəli baxımından, biz sadəcə, qalib gəlməli idik. Əks halda, işimiz çətinləşəcəkdi. "Zirə" bizi keçdiyindən, 4-cü pilləni qaytarmalı idik. Buna da nail olduq. Erkən qoldan sonra işimiz asanlaşdı. Açığı, "Kəpəz" çox çətin komandadır. Onlarla oynamaq həmişə ağır olub. Bu, əvvəllər də belə idi, indi də. Qalib gəlməyimiz yaxşı haldır. Azarkeşlərimizə bizi dəstəklədikləri üçün minnətdaram". 
 
- Bu gün daha çox nəyin sayəsində 3 xalı qazana bildiniz?
- Yaxşı hazırlıq keçmişdik. Baş məşqçimiz Samir Abasov bizi oyuna yüksək səviyyədə kökləmişdi. Hamı sakit tərzdə məşq etmişdi, heç bir gərginlik yox idi. Bu gün meydana çıxan hər kəs öz işini gördü. Fikrimcə, layiqli qələbə qazandıq. Hesab 3:0 olarkən, yenə qol vura bilərdik. Amma üzücü qol buraxdıq. 

- Bu qoldan sonra qələbəni əldən verəcəyinizdən ehtiyatlanmadınız?
- Belə bir düşüncə var idi. Çünki ötən gün əvəzedici heyətimiz 3:0 hesabı ilə öndə olduğu halda uduzmuşdu. Amma peşəkar komandayıq. Hamının ailəsi, uşaqları var. Qalib gəlmək istəyirik. Yaxşı anlayırdıq ki, bir top da buraxsaq, qələbəni əldən verə bilərik. Vaxtında toparlandıq və rəqibə heç bir təhlükəli vəziyyət yaratmaq imkanı vermədik. 

- Meydana çıxdığınız 3 oyunda 5 xal qazanmısınız. Avropa Liqasına vəsiqə şansınızı necə dəyərləndirirsiniz?
- Qış fasiləsindən sonra aparıcı komandalardan "Qəbələ" və "İnter"lə üz-üzə gəlmişik. Onlara layiqli müqavimət göstərərək, heç-heçəyə nail olmuşduq. Qalib də gələ bilərdik. Amma "Kəpəz"dən mütləq 3 xal almalı idik. İndi oyundan-oyuna daha da artırmalıyıq. Hər bir oyun bizim üçün vacibdir. Heç bir halda uduzmaq olmaz, rəqibin kimliyindən, ev və ya səfərdə çıxış etməyimizdən asılı olmayaraq, xal qazanmaq lazımdır. 

- Növbəti oyunda "Neftçi" ilə üz-üzə gələcəksiniz. Şansları necə qiymətləndirirsiniz?
- "Neftçi" qış fasiləsində yaxşı transferlər edib. Amma təcrübəmə əsasən deyə bilərəm ki, bir-iki oyunla, qısa müddətdə lazımi səviyyədə oynaya bilməzsən. Heç olmasa, yarım mövsüm lazımdır. Gedib oyunumuzu keçirəcəyik. Təbii ki, favorit "Neftçi" olacaq. Amma qorxulu bir şey yoxdur. "Qəbələ" ilə səfərdə kifayət qədər layiqli çıxış etmişik. Ona görə də problemin olacağını düşünmürəm. 

- Daha öncə də ölkəmizdə "Rəvan" klubunda oynamısınız. Azərbaycan futbolunda nə dəyişib?
- Burada gənc ikən oynamışdım. Həmin vaxt çox balaca idim. Baş məşqçi mənə elə də etimad göstərmirdi. İndi isə daha təcrübəliyəm. Mənim üçün çempionat maraqlıdır, yaxşı komandamız var. Burada çoxlu legioner oynayır. Onları izləmək maraqlıdır. "Kəpəz"dən Dario Federikonu, "Qəbələ" və "İnter"in legionerlərini qeyd edərdim.

 

Nuh TARVERDİYEV

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
AFFA-nın üzü niyə qızarmır?!
2017-07-07  // 0 Şərh
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Kamran Ağayev Çexiyada nə qədər maaş alacaq?
Klublarımızın yay transferləri - YENİLƏNİR
Araz Abdullayev "Zirə"yə keçir?
“İnter” də Avropadan qovuldu
Erməni məşqçisini "sındırdılar": "Dostum, get, yaxşısı budur arvadlara məşq keç"
Millimizin sabiq üzvü futzal çempionatına üz tutdu - MÜSAHİBƏ
"Neftçi" "Bakcell Arena"ya görə hər ay "Qəbələ"dən nə qədər pul alır?
Kamran Ağayev "Mlada Boleslav"da!
"İnter" Svanadze ilə yeni müqavilə bağlamadı, vaxt verdi
"Turan Tovuz"dan ayrılan futbolçu "Qaradağ Lökbatan"a keçdi

Xəbər Lenti
23 İyul 2017
00:00 "Qarabağ"ın oyununa 10 min bilet satılıb
22 İyul 2017
23:50 “Sumqayıt” Boludakı 8-ci gününü tək məşqlə başa vurdu
23:30 Gənc cüdoçularımız Avropa kubokunda rəqib tanımadılar
22:16 Hidayət Heydərov Minskdə ermənini diz çökdürdü
21:57 Məsimov komandasının məğlubiyyətini izlədi
21:32 Fan şopdan ilk məhsulu "Qarabağ"ın yeni transferi aldı
21:07 “Kəpəz” Ankara klubuna uduzdu
20:34 "Bavariya" darmadağın oldu - VİDEO
20:00 "Real"da yeni "10 nömrə"
19:30 Komandamız erməniləri məğlub edərək beynəlxalq yarışda bürünc medal qazanıb
19:00 "Şerif"in Bakıya səfər proqramı açıqlandı
18:00 "Panatinaikos" "Qəbələ" ilə oyunlar üçün iştirak ərizəsini açıqladı
17:42 "Kəpəz" Gəncəyə qayıtdı
17:21 "Qəbələ"dən təşəkkür
17:00 "Neftçi" "Bakcell Arena"ya görə hər ay "Qəbələ"dən nə qədər pul alır?
16:41 “Kəpəz” Türkiyə klubuna qarşı
16:21 "Neftçi"nin əvəzediciləri "Qaradağ Lökbatan"a uduzdu
16:00 "Qəbələ"nin rəqibini yaxından tanıyaq
15:41 "Neftçi" - "Zirə" 1:0 - VİDEO
15:21 "Qarabağ"dan fan şop müjdəsi
15:00 Millimizin sabiq üzvü futzal çempionatına üz tutdu - MÜSAHİBƏ
14:40 "Qəbələ" "Panatinaikos"la matçın hazırlığına start verdi
14:21 La Liqanın debütantı yeni hücumçu aldı
14:00 "Turan Tovuz"dan ayrılan futbolçu "Qaradağ Lökbatan"a keçdi
13:41 "Çelsi" futbolçusunu "Stok Siti"yə icarəyə verdi
13:22 "Atletiko"nu "Nyukasl"a dəyişdi
13:00 "Göyəzən" dağılır?
12:41 Millimizin oyunçusu ilə komanda yoldaşı oldu
12:20 Pinilya İtaliya klubundan ayrıldı, vətəninə döndü
12:00 "İnter" Svanadze ilə yeni müqavilə bağlamadı, vaxt verdi
11:41 Azərbaycanda işləmiş məşqçi istefaya göndərildi
11:30 Əsgərov Latviyada darmadağına üzüldü
11:22 "Liverpul" 10 milyona yeni futbolçu aldı
11:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
10:30 Super Liqa klubunda braziliyalı hücumçu
21 İyul 2017
23:30 Morata rəsmən "Çelsi"də
23:00 "Qarabağ"ın oyununa ilk gündə 5 min bilet satıldı
22:00 "Neftçi" "Zirə"ni məğlub etdi
21:30 Rail Məlikovla Fərhad Vəliyev Türkiyə toplanışını dəyərləndirdi - VİDEO
21:00 “Premyer Liqada Türkiyə hazırlığının bəhrəsini görəcəyik”
20:41 "Kəpəz"in daha iki rəqibi müəyyənləşdi
20:20 Qurbanovdan "Şerif" açıqlaması
20:00 Əliyar Ağayev “Styaua” - “Viktoriya” oyununda
19:30 Tudor: "İstefa versəm, sizin də xoşunuza gələr"
19:00 "Panatinaikos"un futbolçusu "Qəbələ"ni tanımadı
18:22 “Yagelloniya”nın futbolçusu: "Qəbələ”nin ilk qolu onları növbəti mərhələyə xeyli yaxınlaşdırdı"
18:00 Erməni məşqçisini "sındırdılar": "Dostum, get, yaxşısı budur arvadlara məşq keç"
17:30 Araz Abdullayev "Zirə"yə keçir?
17:00 "Qarabağ" - "Şerif" matçının biletləri satışda!
16:48 Afrika Millətlər Kubokunun keçirilmə vaxtı bilindi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.