Ucuz təyyarə biletləri

Rasim Ramaldanov: "Əliyar Ağayev mənə qırmızı vərəqə vermək istəmirdi" - MÜSAHİBƏ

Tarix:  12.02.17 21:02           Yazar:  Rekord.az           Oxunub: 306 dəfə

Premyer Liqanın 18-ci turunda "Qəbələ" səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.
 
"Rekord.az"
xəbər verir ki, "Qəbələ"nin heyətində debüt oyununu keçirən və qırmızı vərəqə alan Rasim Ramaldanov jurnalistlərin suallarını cavablandırıb.
 
- Oyuna hazır idik. Ağır keçəcəyini bilirdik. Üç xal üçün meydana çıxmışdıq. Qismət belə imiş.
 
- Son dəqiqələrdə qol vurduz. Bundan sonra arxayınlıq var idi?
- 2-ci qolu vurandan sonra dedim ki, artıq qalib gələrik. Paltardəyişmə otağına yollanmışdım. Heç onların bərabərlik qolunu görmədim.
 
- İlk oyununu keçirdin. Həyəcan var idi?
- Xeyr, həyəcan yox idi. Yavaş-yavaş uyğunlaşıram.
 
- Qırmızı vərəqə aldığın epizodla bağlı nə deyə bilərsən?                        
- Ondan əvvəl məni sarı vərəqə ilə cəzalandırmışdı. 5-10 dəqiqə sonra da 2-ci sarını mənə göstərdi. Özüm də bilirəm ki, meydandan qovulmalı deyildim. Əliyar Ağayev də məni 2-ci dəfə sarı vərəqə ilə cəzalandırmaq istəmirdi. Yan xətt hakimi olan Zeynal Zeynalov bayrağını qaldırdı və ona işarə etdi. Fikrimcə, səhv qərardı. Etiraz etsəm də, xeyri yoxdu. Hakim qərarını vermişdi.
 
- "Qəbələ" son zamanlar hakimlərdən narazılıq edir. Evdə keçirdiyini son iki oyunda hakimlər AZAL və "Neftçi"nin əleyhinə qərarlar verib. Səncə, hakimlərin bu qərarları nəylə bağlıdı?
- Hakimlərin idarəçiliyi haqda danışmaq istəmirəm. Onların öz sədrləri var. Özləri bilər.
 
- Roman Qriqorçuk sənə irad bildirmədi?
- Xeyr. Bu haqda danışmadıq.
 
- Növbəti turda "Qarabağ"a qarşı oynayacaqsız. Mərkəz müdafiəçilərindən sən cəzalı, Vernidub və Santos isə zədəlidir...
- Baş məşqçi buna bir əlac tapar. Düzdür, çətin olacaq. 
 
- Debüt qarşılaşmanda qırmızı vərəqə almaq necə hissdi?
- Təbii ki, heç kimə xoş gəlməz. Xoşagəlməz an idi. Məncə, düzgün olmadı. Mənə dəstək verməkdənsə, meydandan çıxarmağı yaxşı olmadı. Hakimlərə demirəm. Sadəcə, ilk oyunda meydandan qovulmamalı idim.
 
- Bir müddət Gürcüstanda oynadın və yenidən Azərbaycan çempionatına qayıtdın. Dəyişən nə var?
- Nə mənada? Hakimlər barəsində bir daha deyirəm ki, danışmayacam. Hər şeyə aydınlıq gələcək və təkrara baxacaqlar.
 
- 2-ci qoldan sonra qol sevincini qışqıraraq qeyd etdin. Qələbə qazansaydız, qırmızı vərəqən də sığortalanacaqdı...
- Sevinirdim və deyirdim ki, qələbə qazanarıq. Qismət belə imiş.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Amal Abuşov
Prosineçkinin gələn cismi, qalan ruhu
2017-08-22  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Bakı"ya yeni sponsor tapıldı?
Arif Əsədovla anlaşa bilməyən futbolçunu Əsgər Abdullayev öz komandasına götürdü
"Göyçə" heç bir futbolçunu buraxmır: səbr edin
"Kəpəz"in sabiq futbolçusu 5 ilədək həbs oluna bilər!
Millimizin sabiq üzvü "Vətən"dən ayrıldı - ÖZƏL!
İngilislər "Qarabağ"ı ələ saldı - FOTO
"Energetik" Regional Liqada oynamaq istəyir
Nicat Muxtarov: "Peşmanam"
Aqil Nəbiyev: "AFFA neçə kluba baxa bilər?" - MÜSAHİBƏ
"Səbail" rumıniyalı futbolçunu heyətinə qatır

Xəbər Lenti
21 Sentyabr 2017
21:42 AVRO-2017: Belçikalılar təşkilatçılıqdan razıdırlar
21:15 AVRO-2017: İlk qalibi Ukrayna və Rusiya yığmaları müəyyənləşdirəcəklər
21:00 Azərbaycan üçün tarixi gün, ev sahibi olduğumuz Avropa Çempionatı start götürür
21:00 Ndlov milliyə dəvət almasından danışdı
20:32 Əvəzedicilərin yarışında da hakim təyinatları açıqlandı
20:07 Premyer Liqada 6-cı tur rəqəmlərin gözü ilə
20:00 Sergen Yalçın istefa verdi
19:23 Göygöl Avropa Çempionatına hazırdır
19:00 Millimiz DÇ-də medal sayını 6-ya çatdırdı
18:30 Premyer Liqada 6-cı turun hakim təyinatları
18:22 Qitə birinciliyində uğur qazanan gənc cüdoçularımızla görüş keçirildi
18:00 Türkiyə çempionatının Azərbaycanda yayımı niyə baş tutmur?
17:48 AVİF rəsmiləri prezident seçkisində
17:43 İngilislər "Qarabağ"ı ələ saldı - FOTO
17:22 Fransa klubunun futbolçusu Azərbaycan millisindən kənarlaşdırdı
17:00 Arif Əsədovla anlaşa bilməyən futbolçunu Əsgər Abdullayev öz komandasına götürdü
16:47 Foqts alman klublarını tənqid etdi
16:22 "Real"da ciddi itki
16:00 Daha bir medal qazanmaq şansımız var
15:50 “Qəbələ” nigeriyalı hücumçu transfer etdi
15:40 PFL təqvimi dəyişdi
15:21 “Kəpəz” debütantla matçın hazırlığına başladı
15:00 Millimizin sabiq üzvü "Vətən"dən ayrıldı - ÖZƏL!
14:41 Ufuk oynamadı, komandası kubokdan qovuldu
14:20 Emin qırmızı vərəqə aldı, komandası xal itirdi
14:00 "Göyçə" heç bir futbolçunu buraxmır: səbr edin
13:21 Nəsirovlu “Sportinq” məğlub oldu
13:00 "Səbail" rumıniyalı futbolçunu heyətinə qatır
12:41 Hümbətovsuz “Pobeda” məğlub oldu
12:20 “Qarabağ”ın rəqibindən çətin qələbə VİDEO
12:00 Millimizin ilk tarixi oyununun iştirakçısı: "Ən gənc Mahmud Qurbanovla mən idim" - MÜSAHBƏ
11:40 Dəniz Yılmaz dubl etdi, “Bursaspor” mərhələ adladı
11:21 Kamran Ağayev oynadı, komandası 1/8 finala yüksəldi
11:15 "Qarabağ" süni örtükdə oynamaq istəmədi, PFL "Sumqayıt"la oyunun yerini dəyişdi
11:00 UEFA Millətlər Liqası və "Avro-2020" ilə bağlı qərarları açıqladı
10:41 “Qarabağ”ın rəqibi 3 xalı 4 qolla qazandı VİDEO
10:22 Yığmamızın heyətində dəyişiklik edildi
20 Sentyabr 2017
22:11 Ndlovu yığmaya çağırıldı
21:59 Rövnəq Abdullayev: “Bu qərar ölkəmizin idman həyatında əlamətdar hadisədir”
20:59 Güləşçilərimizdən DÇ-nin ilk günündə 5 medal
19:46 Avropa Liqasının final matçı Bakıda keçiriləcək!
19:30 “Neftçi” Gənclər Liqasına qələbə ilə başladı
19:02 Emin Mahmudov: “Neftçi” yaxşı vəziyyətdə deyil” VİDEO
18:28 “Binə” “Qaradağ Lökbatan”a qalib gəldi
18:06 Azərbaycanın ev sahibi olduğu Avropa Çempionatı ilə bağlı iclas keçirilib
18:00 1 saat qaldı: Bakı, yoxsa Madrid?
17:49 AVRO-2017: Türkiyə millisinin heyəti
17:43 “Qarabağ” - “Roma” matçına yalnız 2 manatlıq biletlər qalıb
17:21 Samir Abasov Serbiya klubunun düşərgəsində
16:48 “Kəpəz”in stadionunda daha bir yenilik
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.