Ucuz təyyarə biletləri

Futbolumuzun legionerləri - YAZI

Tarix:  13.02.17 13:02           Yazar:  Rekord.az           Oxunub: 223 dəfə

Vyaçeslav Lıçkin

1973-cü ildə Bakıda anadan olub. Futbola paytaxtın “Termist” klubunda başlayıb. 1991-ci ildə “Neftçi”yə götürülsə də, bu komandada cəmi 3 oyunda meydançaya çıxıb. Lakin burada möhkəmlənə bilməyib və paytaxtın digər klubu “Dinamo”ya keçib. Burada özünü yaxşı tərəfdən göstərib, 25 oyuna 3 qol vurub. 1992-ci ildə Rusiyaya üz tutub. İlk olaraq Stavropol “Dinamo”nun düşərgəsinə yollanıb. Burada 3 oyun oynadıqdan sonra Çerkessk “Nart”na keçir. Burada özünü ən yaxşı tərəfdən göstərərək “Anji”dən dəvət alır. 1993-94-cü illərdə Mahaçqala klubunun heyətində 55 oyuna 10 qol vuraraq komandanın ən aparıcı futbolçularlndan birinə çevirilir. 1995-ci ildə “Neftçi” onu heyətinə qatır. “Ağ qaralar”ın heyətində ölkə kubokunu qazanan Lıçkın Kuboklar kubokunda oynamaq imkanı da qazanır. Cənubi Kipr APOEL-i ilə Sumqayıtdakı 0:0-lıq heç-heçə klublarımızın avrokuboklarda qazandığı ilk xal olur ki, Vyaçeslav da həmin oyunun iştirakçısı olur. “Neftçi”də də aparıcı futbolçuya çevirilən  Lıçkin Azərbaycan millisinə də cəlb olunur. 1996-cı ilin aprelində Bakıda Türkiyə millisi ilə keçirilən yoldaşlıq görüşü onun karyerası baxımından mühüm yer tutur. Belə ki, millimizin sol cinahında 90 dəqiqə dayanmadan şütüyən və türk müdafiəçiləri bir-birinə vuran “keçəl oğlan” “Trabzonspor” skautlarının diqqətini cəlb edir və onu Türkiyəyə birbaşa müqaviləyə dəvət edirlər. Hər kəs ondan daha böyük uğurlar gözləyirdi. Çünki Lıçkinin doğrudan da böyük istedadı var idi və o, Türkiyədə uğurlu çıxış edib daha da irəli gedə bilər. Təəssüf ki, həmyerlimizin Trabzon karyerası cəmi bir oyundan ibarət olur. Etdiyi utancverici hərəkətə görə, onu “Trabzonspor”dan qovurlar. Hadisə isə belə olur. “Trabzonspor” UEFA kuboku çərçivəsində Almaniyada “Şalke” ilə üz-üzə gəlməliydi. Gelzinkirxendə şəhəri gəzintiyə çıxan Lıçkin mağazaların birindən oğurluq edir. Yəni vitrindən xoşuna gələn malı götürüb pulunu kassaya vermədən aradan çıxmaq istəyir. Lakin mağaza işçiləri onu oğurluq malla yaxalayıb polisə xəbər verirlər. Məsələdən hali olan “Trabzonspor” rəhbərliyi Türkiyəyə qayıdan kimi, Lıçkini komandadan qovur. Bununla da futbolçu özü öz əli ilə qarşısında açılmış böyük perspektivi məhv edir. Düzdür, 1997-ci ildə o Finlandiyaya yollanır və Elxan Həsənovla birlikdə TPS-də forma geyinir. 19 oyuna 6 qol vurmağı da bacarır. 1997-ci ildə isə o dövr üçün ən güclü heyəti yığan məğlubedilməz “Kəpəz”dən təklif alır, bu komanda ilə Azərbaycan çempionu olur.  1998-ci ildə yenidən Rusiyaya yollanır və “Tümen”lə müqavilə bağlayır. Həmin vaxt bu komanda yüksək liqada oynayırdı. 1999-cu ildən 2004-cü ilə kimi “Torpedo ZİL”, “Kristall” (Smolensk), “Lokomotiv” (Sankt Peterburq), “Dinamo” (Sankt Peterburq), “Kondopoqa”, “Spartak” (Luxovisa), “Qazovik Qazprom” və “Vidnoe” kimi klublarda oynayır. 2005-ci ildə Nazim Süleymanov onu yeni yaranmış “Xəzər Lənkəran”a dəvət edir. Daha sonra isə “İnter” və “Simurq”da oynayan Lıçkin 2008-ci ildə, 35 yaşında futbolla vidalaşır.

Samir Əliyev

1979-cu il aprelin 14-də Qərbi Azərbaycanda anadan olub.  Futbola Bakıda başlayıb. 1996-cı ildə güclülər dəstəsində müsabiqədən kənar çıxış edən U-18 millisində oynayıb. 1997-99-cu illərdə MOİK-də uğurlu iki mövsüm kçeirib, 35 oyuna 18 qol vurub. 1999-cu ildə “Neftçi”yə transfer olunub. 2002-ci ilə kimi bu klubun heyətində 55 oyuna çıxıb və 13 qol vurub. 2002-ci ildə futbolumuzda yaranan məlum durumdan sonra Kamal Quliyevlə birgə Ukraynanın “Volın” klubuna yollanıb. İki mövsüm bu komandanın aparıcı futbolçusu olub, 33 oyuna 11 qol vurub. Samir də Kamal kimi, azarkeşlərin sevimlisi olub. Onun Ernest Siankamla təşkil ediyi hücum dueti bir çox komandalara başağrısı olub. Onu da deyək ki, “Volın”ın baş məşqçisi Kvarstyanu Samiri o qədər də sevmirdi və bu iki şəxsin arası çox soyuq idi. Hətta bir-birilərini danışdırmırdılar. Lakin buna baxmayaraq, baş məşqçi Samiri daim əsas heyətdə meydana buraxırdı. Çünki həmyerlimiz öz oyunu ilə buna layiq olduğunu sübut edirdi. 2004-də Samir sonradan özünün də etiraf etdiyi kimi, karyerasının ən səhv addımını ataraq “Uralan”a keçdi. Düzdür, orda da əsas heyət oyunçusu oldu, 13 oyuna 4 qol vurmağı bacardı. Lakin sonradan müəyyən problemlər yaşayaraq Azərbaycana qayıtdı və “Xəzər Lənkəran”la müqavilə bağladı. Burada 42 oyuna 24 qol vurdu. 2005-də “İnter”ə keçdi. Burda keçirdiyi 21 oyuna isə 11 qol vurdu. 2007-ci ildə “Neftçi”yə qayıtdı və 2010-cu ilə kimi burada oynadı. 2010-11 mövsümün isə “Simurq”da keçirdi. 2011-ci ildə “Turan”a keçsə də, burada cəmi 2 oyunda forma geyinib karyerasını başa vurdu.

Kamal Quliyev

1976-cı ildə Ağsu rayonunun Bico kəndində anadan olub. Sonradan ailəsi ilə Sumqayıta köçdüyündən futbola da bu şəhərdə başlayıb. 1992-ci ildə 16 yaşı olarkən Sumqayıt “Xəzər”nin heyətində ölkə çempionatının gümüş medallarını qazanıb. 1997-ci ildə “Neftçi”yə keçib və 2002-ci ilə qədər bu komandanın əvəzedilməz futbolçusu olub, 109 oyuna 18 qol vurub. 2002-ci ildə futbolumizda yaşana məlum olaylar səbəbindən Ukraynaya üz tutub və “Volın” klubu ilə müqavilə bağlayıb. 2 mövsüm bu komandada çıxış edən Kamal həm komandanın lideri, həm də azarkeşlərin sevimlisi olmağı bacarıb. Keçirdiyi 39 oyunda 1 qola imza atıb. Bundan başqa, Ukrayna kubokunda Kiyev “Dinamo”nun qapısına cərimə zərbəsindən qol vurmağı da bacarıb. Kamal Lutskda böyük hörmət qazanır. Təsadüfi deyil ki, indinin özündə də Quliyevi bu şəhərdə unutmayıblar və xatırlayırlar. 2004-cü ildə futbolumuza milyonların axını və yeni era başlayanda Kamal da vətənə dönür və “Karvan”la müqavilə bağlayır. Bir il sonra daha yaxşı təkliflə “Xəzər Lənkəran”a transfer olunur. Lakin ürəyində yaranan problemlər səbəbindən 2 ilə yaxın futboldan uzaq düşür. 2007-də yenidən “Karvan”da futbola qayıdır. Elə həmin il yeni yaranan “Standard”a transfer olunur, Kaxaber Sxadadzenin rəhbərliyi altında qısa müddətdə əla forma yığır. 2008-də yenidən “Karvan”a dönür. 2009-da isə bu dəfə “Standard”a qayıdır və həmin vaxt Sumqayıtı təmsil edən bu komandanın heyətində də 34 yaşında futbolla vidalaşır.

Mahmud Qurbanov

1973-cü ilin 10 mayında Gəncədə anadan olub. Karyerasının böyük hissəsi Azərbaycanla bağlıdır. 1992-ci ildən “Kəpəz”də oynamağa başlayan bu futbolçu doğma klubunun heyətində ümumilikdə 168 oyunda meydançaya çıxıb, 32 qola imza atıb (1992-96, 1997-2000). Bundan başqa, “Neftçi”, “Şəmkir”, “Xəzər Lənkəran”, “Bakı” kimi klubların da şərəfini qoruyub. Futbolla isə 2013-cü ildə “Sumqayıt”da vidalaşıb.  12 dəfə Azərbaycan çempionu olub ki, bu sahədə rekordçudur:  “Kəpəz” (1994/95, 1997/98, 1998/99 mövsümü), Şəmkir (1999/00, 2000/01, 2001/02), Neftçi Bakı (1996/1997, 2003/04, 2004/05), "Xəzər Lənkəran" (2006/07), “İnter” Bakı (2007/08), “Bakı” (2008/09). 5 dəfə Azərbaycan kubokunu qazanıb: “Kəpəz” (1993/94, 1997/98), “Neftçi” (2003/04), "Xəzər Lənkəran" (2006/07), “Bakı” (2009/10). 2007-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. Legioner həyatı sürsə də bu, elə də uzun sürməyib. 2003-cü ildə İranın “Fulad” klubuna keçən Mahmud orada 20 oyun keçirib və 4 qola imza atıb. Elə həmin il Ukraynanın “Tavriya” klubundan təklif alır və İranı Ukraynaya dəyişib. Burada isə cəmi 12 oyunda meydançaya çıxıb. Yəni yalnız bir dövrə Simferopol klubunda forma geyinib. Lakin elə bu bir dövrə kifayət edib ki, Qurbanov özünü güclü futbolçu kimi sübut etsin. Təsadüfi deyil ki, qısa zamanda “Tavriya”nın heyətində göstərdiyi oyuna görə ona orada “professor” ləqəbi verildi. Elə bu gün də Mahmudu bu ləqəblə çağırırlar.

Qurban Qurbanov

1972-ci ildə Zaqatalanın Aşağı Tala kəndində anadan olub.  Futbola doğma rayonda başlayıb və 9-cu sinifdə oxuyanda “Zaqatala”nın hazırkı baş məşqçisi Şaban Şirdanov onu “Daşqın”a dəvət edib.  1 ildən sonra əsas heyətdə möhkəmlənən Qurban 1990-91-ci illərdə doğma rayonunun komandasının heyətində 54 oyunda meydançaya çıxıb və 24 qol vurub. 1991-ci ildə isə 19 yaşı olarkən ilk dəfə legioner həyatı yaşayıb. Gürcüstanın “Alazani” klubuna keçən hücumçu orada bir mövsüm keçirir və 17 oyuna 4 qol vurur. 1992-ci ildə Azərbaycan müstəqilliyi bərpa edəndən və ilk milli çempionatını keçirəndən sonra Vətənə dönür,  yeni mövsümə yenə doğma “Daşqın”da başlayır. İlk mövsümdəcə qardaşı Musa Qurbanovla komandanın əsas qol silahı olur, 39 oyuna 24 qol vurur. Lakin Sumqayıt “Xəzər”inə uduzaraq final mərhələyə adlaya bilməyən “Daşqın” dağıldı və Qurban qardaşı Musa ilə birlikdə“Turan”a keçdi.  “Turan”da da aparıcı futbolçulardan olaraq 39 oyuna 12 qol vurdu və Tovuz klubu ilə 1995-ci ildə ölkə çempionluğunu qazandı. Ardınca tariximizdə ilk dəfə UEFA kubokunda çıxış etdi. 1995-96-cı il mövsümündə “Kür Nur”da (12 oyun, 4 qol) oynadıqdan sonra yenidən “Turan”a qayıdıb bir dövrə də yenidən burada oynayır (15 oyun, 9 qol). 1996-97-ci il mövsümnə “Neftçi”də başlayan Qurbanov iki mövsümə 43 oyun keçirir və 43 qol vurur. 1998-ci ildə isə Rusiyaya yollanır və Stavropol “Dinamo”su ilə müqavilə bağlayır. Həmin vaxt “Dinamo” I divizionda oynayırdı. Ümumiyyətlə, Qurban “Neftçi”dən ayrıldıqdan sonra 3 il Rusiyada legioner həyatı sürür. “Dinamo”da aparıcı futbolçuya çevirilir və həm məşqçilər korpusunun, həm də fanatların sevimlisi olur. “Alazani”ni saymasaq “Dinamo” onun karyerasında legioner həyatı yaşadığı ilk ciddi klub idi. Bununla belə, Stavropol təmsilçisinin heyətində keçirdiyi 39 oyuna 17 qol vuran Qurban daha iddialı klublardan təkliflər almağa başlayır. 1999-cu ildə Voronej “Fakel”i onu öz heyətinə qatır. Burada keçirdiyi 12 oyuna 8 qol vuran Qurbanov ilk dövrə bitər-bitməz Kalininqrad “Baltika”sından dəvət alır. Bu təklifi qəbul edən Qurban burada 14 oyunda meydançaya çıxsa da, cəmi 1 qol vurur. Belə deyək, məsuldarlıq baxımından Kalininqradda onun bəxti gətirmir. Lakin həvəsdən düşməyən hücumçumuz 2000-ci ildə yenidən “Fakel”ə dönür.  Bu klubun heyətində 25 oyun keçirərək 2 qola imza atır. 2001-ci ildə vətənə qayıdan “9 nömrə”ni “Neftçi” israrla istəyir və yekunda istəyinə nail olaraq, heyətinə qatır. Lakin paytaxt klubunda çox duruş gətirmir. 2001-02-ci il mövsümündə 14 oyuna 9 qol vuraraq məsuldar oyun göstərsə də, 2002-ci ildə futbolumzda yaşanan məlum olaylardan sonra yenidən onun üçün doğmalaşan “Fakel”ə qayıdır. Bir mövsüm burada əla oyun nümayiş etdirir, 28 oyuna 7 qol vurur. 2003-cü ildə isə Həştərxan “Volqar”ı ilə müqavilə bağlayır. Burada isə işləri yaxşı gətirmir. 21 oyunda meydançaya çıxsa da, bir dəfə də olsun fərqlənə bilmir Elə həmin il də Bakıya qayıdaraq “Neftçi” ilə müqavilə bağlayır. 2005-ci ilə kimi bu klubun heyətində forma geyinir, 27 oyuna 14 qola imza atır. 2005-ci ildə paytaxtın digər klubu “İnter”ə keçir. Lakin burada çox oynaya bilmir. Cəmi 3 oyun və 1 qol. Belindəki ağrılar da ona oynamaq imkanı vermir. Buna görə də 2006-cı ildə 34 yaşında futbolla vidalaşır. Qurbanovun indiki futbolçularımıza əsas örnək olacaq cəhəti onun legioner kimi sabit çıxışıdır. Belə ki, o, ölkə xaricində legioner kimi üst-üstə 156 oyun keçirib və 39 qol vurub. Hansı ki, indiki futbolçularımız gedib heç yarım mövsüm bir klubda möhkəmlənə bilmirlər.


Samir Ələkbərov
 
1968-ci ilin 8 oktyabrında anadan olub. Futbola Bakıda başlayıb. İlk peşəkar klubu 1985-ci ildə “Gənclik” olub. Bu komandanın heyətində cəmi bir oyun  oynadıqdan sonra Xankəndinin “Qarabağ” klubunda forma geyinməyə başlayıb. Orada 28 oyuna 13 qol vurub. 1987-94-ci illərdə isə “Neftçi”də forma geyinib, 191 oyunda meydançaya çıxıb və 71 qola imza atıb. 1994-cü ildə İsrailin “Makkabi” Petax-Tikva klubundan təklif alır və ilk dəfə legioner həyatı yaşamaq şansı qazanır. Bu şansı boşa verməyərək İsrailə yollanır.  Amma karyerası uzun sürmür. Azərbaycandan fərqli olaraq, İsrail çempionatına uyğunlaşa bilmir. Xüsusilə öz bombardirlik keyfiyyətlərini ortaya qoymağı bacarmır və keçirdiyi 17 oyuna cəmi 1 qol vurur. Bunun nəticəsidir ki, elə həmin il Vətənə qayıdır və Mingəçevir “Kür Nur”u ilə müqavilə bağlayır. Burada isə cəmi 9 oyun keçirir, 6 qol vurur.  1995-ci ildə “Neftçi”yə keçsə də, AFFA-nın o vaxtkı rəhbərliyini tənqid etdiyi üçün 1 il diskvalivikasiya olunur və futboldan uzaq qalır. Sonradan futbola qayıdaraq yenidən “Nefçi”də aparıcı futbolçuya çevirilir, 60 oyuna 35 qol vurur. 1999-cu ildə isə elitanın debütantı “Xəzər Universiteti”  ilə müqavilə bağlayır, komandanın təcrübəli futbolçu və kapitan kimi meydançaya çıxarır. 2001-ci ilə kimi bu komandanın heyətində 28 oyun keçirir, 10 qol vurur. 2001-ci ildə isə karyerasını başa vurur.

mənbə: qol.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir


* Xəbərə şərh yoxdur

Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 1 Şərh
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Kimsə Riadı dayandırsın!
"Zirə"nin sponsoru "İnter"i götürmək istəyir?
Fəxrimiz budursa, xəcalətimiz nədir? - YAZI
"Qarabağ" "Neftçi"nin iki futbolçusunu "qaralayıb"
Mehdi Hüseynzadə adına stadion hasarlandı - ÖZƏL FOTOLAR
Külək "Kapital Bank Arena"nın tavanını dağıtdı - FOTO
Bu təşkilatçılıqla Çempionlar Liqasının finalı? - YAZI
"Neftçi" rəhbərliyi "Qarabağ" üzərindəki qələbəyə görə nə qədər mükafat vəd edib?
Azərbaycan çempionu bəlli oldu - "Neftçi" titulunu qoruya bilmədi
"Neftçi" Şevçenkonu Bakıya gətirir

Xəbər Lenti
30 Mart 2017
13:44 İbrahimoviç gələcəyi ilə bağlı danışdı
13:22 Millimizin baş məşqçisi: "Matçdan bir gün əvvəl futzalçılar bundan şikayətlənirdilər"
12:44 “Qəbələ”nin daha bir futbolçusu “İnter”lə oyunu buraxa bilər
12:22 "Bahar Kuboku-2017" başa çatdı
12:00 Millimizin üzvü Biro Jadenin qəzəbinə tuş gəlib
11:30 Sabiq "Qarabağ"lı ən uğursuzlar arasında
11:00 "Şərurspor"un daha bir futbolçusu "Şəmkir"də
10:30 Rəşad Qasımov: "Avrokuboklara vəsiqə qazansa, AFFA "İnter"ə baxmağa məcbur olacaq"
10:24 Millimizin daha bir üzvü 1/4 finala məğlubiyyətlə başladı
10:00 Renat Dadaşov millimizdən imtina edir?
00:10 "Azərbaycan millisinin güclü olduğunu bilirdik"
00:05 Biro Jade: "Onlar yorğun olduqlarını, ayaqlarını hiss etmədiklərini deyirdilər"
00:04 DİQQƏT! Saytda texniki işlər gedir!
29 Mart 2017
21:30 AÇ-2017: ikinci gün 1 qızıl və 2 bürünc medal qazandıq
21:10 Millimizin futbolçusu "Bursaspor"da
20:00 Millimiz 7 qol vurub, 6-na sevindi
20:00 Fəxrimiz budursa, xəcalətimiz nədir? - YAZI
19:30 "Sumqayıt" "Neftçi" ilə oyuna hazırlığı davam etdirir
19:00 Rostislav Pevtsov reytinq cədvəlində irəliləyib
18:30 Tural Axundov: “Uğurlu çıxışımızın ardını gətirmək istəyirik”
17:40 İqor Ponomaryov: “Neftçi” mənim gəncliyimdi”
17:27 Azərbaycan çempionu bəlli oldu - "Neftçi" titulunu qoruya bilmədi
17:20 Yarımfinal oyunları üçün hakim təyinatları açıqlandı
16:44 Azərbaycan hakimləri İtaliyada beynəlxalq seminarda iştirak ediblər
16:22 Şevçenko: “Həyatımdakı bütün ilklər Azərbaycanla bağlıdı”
16:00 Millimiz Moldovaya qarşı
15:44 Roman Qriqorçuk Ranyeri ilə görüşmək istəyir
15:22 Eltun Yaqublu: "Səbail" Premyer Liqaya rəng qatacaq"
15:00 Millimizi darmadağın edən yığmanın baş məşqçisi oyundan razı qalmadı
14:44 Yığma komandamız Avropa çempionatında iştirak edəcək
14:22 Qurban Qurbanov: "Qara Qarayevlə bu barədə söhbətim olmayıb"
14:01 Azərbaycan çempionu bu gün bəlli ola bilər
14:00 Qurban Qurbanovun oğlu: "Evdəkilər də əlimdən bezmişdi" - MÜSAHİBƏ
14:00 Külək "Kapital Bank Arena"nın tavanını dağıtdı - FOTO
13:44 Dmitri Nazarov: "Telefonum təbriklərdən az qala partlayırdı"
13:20 Sabiq "Neftçi"lilərdən yubiley təbriki - VİDEO
13:00 Mehdi Hüseynzadə adına stadion hasarlandı - ÖZƏL FOTOLAR
12:40 “Neftçi” – “Qarabağ” matçının biletləri satışda
12:22 Maşallah Əhmədovun məhkəməsi təxirə salındı
12:00 Millimizin sabiq məşqçisi: “Nazarov Bundesliqada oynamaq gücündədir”
11:45 "Qəbələ"nin hücumçusu Xorvatiya yığmasına qol vurdu - VİDEO
11:40 Millimiz bu gün Moldova ilə yoxlama oyunu keçirəcək
11:22 “Kəpəz” məşqləri davam etdirir
11:00 Robert Prosineçki: "Bizdə qəribə adamlar var"
10:30 Navalovski və Kvekveskiri 5 cavabsız qola sevindi
10:00 5-ci yarımfinal: 25-ci qələbə üçün
09:24 Yığmamızın üvzü Türkiyə çempionatında pley-offa məğlubiyyətlə başladı
00:45 AÇ-2017: ilk gün 1 qızıl və 1 bürünc medal qazandıq
00:30 Şehiçlə Aqolli oynamadı, komandaları 3 qol vurdu
00:05 “Neftçi”nin yubileyi mənim üçün xalqımızın Novruz bayramı kimidi”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.