Ucuz təyyarə biletləri

Şahin neyləsin? - YAZI

Tarix:  13.02.17 14:02           Yazar:  Rekord.az           Oxunub: 595 dəfə

“Kəpəz”də və Gəncədə vəziyyət gərgindir. Hətta deyərdim ki, çıxılmaza doğru gedir. 4-5 il bundan qabaq komanda Premyer Liqanı tərk edəndə də vəziyyət indiki kimi idi. Komanda Gəncədən gəlib Bakıda məskunlaşmışdı, futbolçular və məşqçilər paytaxtda kirayə götürülmüş villada yaşayırdı. Yoxsa “Kəpəz”i yenə I Diviziona hazırlayırlar? 

 

Azarkeşlər narazıdı. Bir qrup hətta baş məşqçi  Şahin Diniyevin istefasını tələb edir. Çox gözəl. Azarkeşdi, istəyir ki, komandası qalib gəlsin, yüksək pillədə qərarlaşsın. Bu mənada uğursuz nəticələrə etirazlar qanunauyğundur. Amma hansı formada, bax bu, müzakirə olunmalıdır. İndiki halda Diniyevə qarşı olan hədsiz təzyiqi başa düşə bilmirəm. Necə olur, keçən il komandanı Avropa Liqasına çıxardanda yaxşı idi, indi pis oldu? Məni düzgün başa düşün. Demirəm ki, Şahin Diniyev komandanı avrokuboklara çıxardıbsa, ömürlük baş məşqçi işləməlidir.  Xeyr, qətiyyən.  Lap komandanı çempion elə.  Sonradan uğursuzluqlar bir-birini əvəzlədisə, postundan getməlisən.  Amma yenə deyirəm, baxır hansı durumda.

 

Gəlin,  “Kəpəz”in hazırkı durumuna baxaq. Komandanın ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu bərbad gündədir.  Belə havada o qazonda futbol oynamaq əsl fəlakətdir.  Ehtiyat meydança da yoxdur ki, komanda heç olmasa orda məşq etsin. Baza anlayışından, ümumiyyətlə, danışmaq olmaz.  Futbolçu məşqdən çıxıb gedib harda qalacaq? Stadion yox, məşq meydaçası  yox,  mehmanxana yox. Bunları Şahin Diniyev etməlidir?  Komanda mövsümün əvvəlindən yesir olub düşüb çöllərə: Yevlax, Mərdəkan, İdman Akademiyası. 

 

İnanın ki,  bu vəziyyətdə  Şahin Diniyevdir ki, komandanın başını ayağını bir yerə toplaya bilir. O da getsə, komanda günü sabah dağılacaq. Çünki bu şəraitdə heç bir məşqçi gəlib işləməz.  Əgər “Kəpəz” də digər komandalar kimi qışda Antalyaya getsəydi, “Neftçi” kimi transferlər etsəydi, “Qarabağ”, “Qəbələ” kimi bazaya sahib olsaydı və hazırkı nəticələri göstərsəydi, mən də deyərdim ki, bəli, Diniyev ümidləri doğrultmur və getməlidir.  Komandanın qış hazırlığını hansı şəraitdə keçdiyini də hamı gördü. Ölkədə qalıb hazırlıq keçən iki klubdan biri AZAL oldusa,digəri məhz “Kəpəz” oldu. Yeni transferlərə bir qəpik də pul ayrılmadı. Ölkə daxilində hazırlıq keçən və bir nəfər də olsun normal futbolçu almayan komandanın baş məşqçisini uğursuz nəticələrə görə ittiham eləmək nə dərəcədə ədalətlidir? Üstəlik, qələbə üçün nəzərdə tutulan mükafatlar da ləğv olunub. Görəsən yersiz, yurdsuz  və pulsuz futbolçu hansı motivasiya ilə meydançaya çıxıb qələbə qazansın?  

 

Bu gün azarkeşlərin tələbi ilk növbədə Diniyevin istefası yox, azad, müstəqil, AFFA-dan asılı olmayan  “Kəpəz”, normal şərait, stadion, baza, yeni transferlər olmalıdır.  Bunların heç biri yoxdursa, o zaman Şahin neyləsin? Bu halda Qvardiolanı, Mourinyonu da gətirsən “Kəpəz” elə bu yerdə olacaq.

 

Anar XANLAROV

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
“Göyəzən” üçün gülməli büdcə
Coşqun Diniyev atasını "Neftçi" qarşısında necə pis edib?
"Neftçi" Kərim Diniyevi istəyir?
Füzuli Cavadov: "Qurbandan xahiş etdim ki, Vaqifi hamının içində danlamasın" - MÜSAHİBƏ
Mahir Mədətov: "Hamısı ispanca danışırdılar, başa düşmürdüm" - MÜSAHİBƏ
"Kəpəz" sabiq futbolçusunu həbsdən çıxardır və işlə təmin edir
Regional Liqada oynamaq üçün daha 3 komanda müraciət edib
Bezatosnı mövsümün sonunda "Qəbələ"dən gedir - ÖZƏL!
"Karvan"ın sabiq futbolçusu məşqçiliyə başlayır
"Qarabağ" - "Atletiko" matçında yenilik - FOTO

Xəbər Lenti
19 Oktyabr 2017
22:30 Hidayət Heydərov dünya çempionu oldu
21:30 Hüseyn İsmayılov DÇ-də bürünc medal qazandı
21:00 “Traktorsazi” uduzdu
20:43 “Sumqayıt”ın zədəlisi sıraya döndü
20:00 “Qarabağ”ın “Atletiko” ilə səfər matçını canlı izləmək istəyənlərin diqqətinə
19:16 Premyer Liqada 9-cu tur rəqəmlərin gözü ilə
19:00 Regional Liqada oynamaq üçün daha 3 komanda müraciət edib
18:42 “Kəpəz”in legionerinin zədəsi ciddidi
18:20 Rəşad Sadıqov ÇL-in rəmzi komandasında
18:00 "NTV Spor": Bakıda tarixi axşam
17:40 Çevik Polis Alayında cüdo zalının açılış mərasimi keçirilib
17:21 “Neftçi” “Kəpəz”lə oyuna hazırlığı davam etdirir - VİDEO
17:00 Bezatosnı mövsümün sonunda "Qəbələ"dən gedir - ÖZƏL!
16:46 “Qarabağ”ı “fərqləndirən” məqamlar
16:20 “Qəbələ” təmsilçiləri "Спортивна середа" verilişində - VİDEO
15:49 "Qarabağ"ın tarixi oyununda olan və olmayanlar üçün... - VİDEO
15:19 “Qarabağ” nə qədər qaçdı, nə qədər ötürmə etdi?
15:00 Bakı Gəmiqayırma Zavodu "Səbail" kömək etmir?
14:45 Avropa Liqası: Bu gün 24 oyun oynanılacaq
14:22 "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi: "Qarabağ"a qarşı haqsızlıq edildi"
14:00 Novruz Məmmədov fransız hakimin qərarını şərh etdi: "İdmanda da Azərbaycanı sıxışdırırlar"
13:45 Avropa Liqası: bugünkü oyunlara necə baxaq?
13:21 Ndlovunun uğursuz yubileyi və ya 75-ci heç-heçə
13:00 Coşqun Diniyev atasını "Neftçi" qarşısında necə pis edib?
12:41 “Qarabağ”ın 10-cu zəfəri
12:21 Polina – 22, Odina – 17, Yana - 7
12:00 "Sabah" Binədə müvəqqəti oynayır
11:49 "Atletiko"nun futbolçusu: "Məşqdə etdiyimizi meydançada göstərə bilmirik"
11:22 "Qarabağ" Azərbaycanın xalını artırdı
11:00 Musa Qurbanov Şaban Şirdanova iki oyun vaxt verdi
10:25 Yığmamızın üzvü Türkiyədə ilk məğlubiyyətlə üzləşib
10:00 "Neftçi" Kərim Diniyevi istəyir?
01:48 “Qarabağ”dan qələbəyə bərabər heç-heçə - FOTOLAR
00:08 Mahir Mədətov: "Hamısı ispanca danışırdılar, başa düşmürdüm" - MÜSAHİBƏ
18 Oktyabr 2017
23:55 "Qarabağ" - "Atletiko" 0:0 - VİDEO
23:30 Antuan Qrizmann: "Qarabağ"dan belə oyun gözləmirdik"
23:12 Tahir Gözəl: "Qırmızı vərəqəyə görə narahat oldum" - MÜSAHİBƏ
23:12 Gənc cüdoçularımızdan DÇ-də 2 gümüş medal
23:07 Qurban Qurbanov: “Hakim epiozodu düzgün dəyərləndirmədi”
22:52 Rəşad Sadıqov: "Hakimin “Atletiko”ya simpatiyasi açıq-aşkar hiss olunurdu"
22:39 Dieqo Simeone: “Qarabağ” müdafiədən hücuma yaxşı çıxırdı”
22:25 “Qarabağ”ın qrupunda üçhakimiyyətlilik
21:54 “Qarabağ” “Atletiko” ilə tarixi heç-heçəyə imza atdı!
21:35 "Fənərbaxça"nın qələbə qazandığı oyunda hücumçumuz 22 dəfə fərqləndi
21:23 Kapitanımız Türkiyədə ilk qələbəsini qazanıb - FOTO
21:09 Azərbaycan millisinin AÇ üçün heyəti açıqlandı
19:20 Yığmamız Tiflisdən 5 medalla qayıdır
19:15 "Qarabağ" "Atletiko"ya qalib gəlsə, azarkeşlər evə taksi ilə gedəcək, özü də pulsuz
19:10 “Kəpəz” derbiyə itkilərlə çıxacaq
18:42 "Qarabağ" - "Atletiko" matçında yenilik - FOTO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.