Ucuz təyyarə biletləri

Elbrus, qollarını çırmala, iş çoxdur - YAZI

Tarix:  14.02.17 15:02           Yazar:  Rekord.az           Oxunub: 850 dəfə

“Sumqayıt”dan yazacam. Amma bu dəfə əvəzedici komandadan. O əvəzedici ki, cari mövsüm biabırçı çıxış edir. Sonuncu pilləyə düşmək üçün 3 xalları çatmır və yəqin ki,1-2 tura onu da həll eliyərlər. Bir sözlə, Sumqayıt futbolu adına utancverici bir mənzərədir. Halbuki keçən mövsüm bu komanda 3-cü pilləni tutanda düşünürdüm ki, bu mövsüm çempionluğa oynayacaq. Hətta yayda Zaqatalada təlim-məşq toplanışı da təşkil olunmuşdu. Düzdür, sabiq baş məşqçi Rövşən Babayev həmin toplanışda hansı hoqqanı çıxardı, komandanı hansı vəziyyətdə qoyub qaçdı, öz ilə gətirdiyi futbolçuları necə apardı, bunlardan xəbərim var. Amma istənilən halda, Sumqayıt kimi futbol şəhərinin əvəzedici komandası bu cür biabırçı çıxış etməli deyildi.

 

Qeyd etdiyim kimi, komanda 13 xalla sonuncu pillədə qərarlaşan AZAL-I cəmi 3 xal qabaqlayır. Özündən öndə olan “Kəpəz”dən isə 10 xal geridir. Qış fasiləsində Elbrus Məmmədovun müsbətə doğru nəyisə dəyişəcəyinə ümid edirdim. Ancaq görünür vəziyyət o qədər bərbaddır ki, Məmmədov da qısa zamanda heç nə edə bilmədi. “Qəbələ”nin lider olduğunu nəzərə alıb onlara məğlubiyyəti başa düşmək olardı. Lakin sonrakı məğlubiyyətlər… 

 

“İnter”lə Sumqayıtdakı oyuna yarım saat gec çatdım.  Tablodakı 0:3 hesabını görəndə tribunaya qalxmağa gərək görmədim. Stadionda olan dost-tanışla ayaqüstü hal-əhval tutub evə qayıtdım.  Düşündüm ki, “Kəpəz”lə oyunda qələbə qazanıb heç olmasa 5-ci yerə iddialarını saxlayarlar. “İnter”lə oyundan fərqli olaraq gəncəlilərlə oyunun ilk yarım saatının tamamında tablodakı hesab 0:3 yox, 3:0 idi. Şübhə yox idi ki, 3 xal artıq cibdədir. Lakin fasilədən sonra “Sumqayıt”ın əvəzediciləri qeyri-adi “bacarıq” ortaya qoyaraq qapılarından 4 top buraxdılar və 3 xalı ciblərindən çıxardıb “Kəpəz”ə hədiyyə etdilər. Son turda “Neftçi”yə 0:6-lıq məğlubiyyətə isə adam heç şərh vermək istəmir. Bilmirəm, o formanı geyinən futbolçular 0:6-lıq məğlubiyyətdən, ümumiyyətlə, 4 oyuna 16 qol yemələrindən utanırlar ya yox, amma mən bir sumqayıtlı kimi bu nəticələrə görə çox utanıram. Sumqayıt futbol ənənəsi, tarixi olan şəhərdi. Burada bir vaxtlar uşaq, yeniyetmə komandaları 4-cü yeri tutanda mövsümü uğursuz sayırdılar. Amma indi şəhərin əvəzedici komandası qabağına keçəndən 4-5 qol yeyir. Əgər hansısa futbolçu hansı formanı geyindiyini, hansı şəhəri təmsil etdiyini dərk etmirsə, bunun məsuliyyətini anlamırsa, onun bu komandada nə işi var?

 

Sonda sözüm baş məşqçi Elbrus Məmmədovadır.  Ebo, qollarını çırmala, iş çoxdur. Bu komandanı bu vəziyyətdən çıxarmaq üçün əməlli-başlı əziyyət, gərgin iş qrafiki lazımdır. Ümumiyyətlə, Elbrus məşqçi kimi bəyəndiyim və dəstək verdiyim biridir. “Xəzər Lənkəran”da qısa zamanda heç kimin tanımadığı gənclərdən qurduğu əzmkar komandanı çoxları xatırlayır. Savadı, biliyi də yüksək nəticə qazanmağa imkan verir.  Ona görə də onun “Sumqayıt”ın əvəzedici komandasını yenidən quracağına və növbəti mövsüm tamam başqa oyun ortaya qoyacağına şübhəm yoxdur. Bunun üçün isə ona həm klub rəhbərliyindən, həm də sumqayıtlı azarkeşlərdən böyük dəstək lazımdır. İnanıram ki, dəstək də olacaq, nəticəsi də.

 

Anar XANLAROV

Şərhlər
fanat
evvala Elburus muellim doqurdanda cox yaxwi mewqcidi buna hec kimin wubhesi olmasin,sonradaki evezedici heyyetde cox bacariqli patensial uwaqlar var yeni 2-3 nefer.2-3 neferlede ireli getmek olmaz dagidici futbolcular coxdu evvelce onlari bacariqsizlari kamandadan uzaqlawdirmaq lazimdir.Inwaallah bunlarida Elburus qisa zamanda hell eder.O hele teze gelib.Bu berbad kamandani yiqmaqda Elburus yox ondan qabaqki mewqci gunahkardir bunun icinde Mubariz de var cunki o Elburus gelene kimi normal kamanda yiqa bilerdi.
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Amal Abuşov
Prosineçkinin gələn cismi, qalan ruhu
2017-08-22  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Göyçə" I Diviziona buraxılsa baş məşqçi kim olacaq?
"Sumqayıt"a lazım olmayan futbolçu "Vətən"lə müqavilə bağladı
"Bakı"ya yeni sponsor tapıldı?
AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? - ARAŞDIRMA YAZI
"Kəpəz"in sabiq futbolçusu 5 ilədək həbs oluna bilər!
Nizami Hacıyev: Zaur Axundovu razı salın, gəlim "Neftçi"yə
Millimizin sabiq üzvü tanınmamış respublikanın komandası ilə müqavilə bağladı
Emin Mahmudov "Neftçi"ni məcburiyyətdən seçib
"Energetik" Regional Liqada oynamaq istəyir
"Neftçi"nin prezidentini SOCAR-a çağırıb danladılar və dekabra kimi vaxt verdilər

Xəbər Lenti
20 Sentyabr 2017
22:11 Ndlovu yığmaya çağırıldı
21:59 Rövnəq Abdullayev: “Bu qərar ölkəmizin idman həyatında əlamətdar hadisədir”
20:59 Güləşçilərimizdən DÇ-nin ilk günündə 5 medal
19:46 Avropa Liqasının final matçı Bakıda keçiriləcək!
19:30 “Neftçi” Gənclər Liqasına qələbə ilə başladı
19:02 Emin Mahmudov: “Neftçi” yaxşı vəziyyətdə deyil” VİDEO
18:28 “Binə” “Qaradağ Lökbatan”a qalib gəldi
18:06 Azərbaycanın ev sahibi olduğu Avropa Çempionatı ilə bağlı iclas keçirilib
18:00 1 saat qaldı: Bakı, yoxsa Madrid?
17:49 AVRO-2017: Türkiyə millisinin heyəti
17:43 “Qarabağ” - “Roma” matçına yalnız 2 manatlıq biletlər qalıb
17:21 Samir Abasov Serbiya klubunun düşərgəsində
16:48 “Kəpəz”in stadionunda daha bir yenilik
16:44 Avropa Çempionatına sayılı günlər qalmış Rusiya millisinin baş məşqçisi niyə dəyişdirildi? - Rəsmi münasibət
16:30 AVRO-2017: Daha bir komanda yeni baş məşqçi ilə mübarizə aparacaq
16:21 Rövnəq Abdullayev: “Ümidvaram ki, UEFA da Neftçilər gününə hədiyyə edəcək”
16:15 AVRO-2017: Ukrayna yığması bu oyunçularla Bakıya gəlir
15:40 Millimiz Mərakeşə 7 taekvondoçu ilə yollanır
15:20 UEFA “Qarabağ” - “Roma” matçı ilə bağlı statistik məlumatları açıqladı
15:02 Nicat Muxtarov: "Peşmanam"
14:40 Nazir federasiya prezidenti təyin olunur
14:21 Messidən "Nou Kamp"da 300-cü qol
13:40 “Qəbələ”dən darmadağın
13:15 AFFA paytaxt klublarını cəzalandırdı
13:00 "Kəpəz"in sabiq futbolçusu 5 ilədək həbs oluna bilər!
12:40 İvan Rakitiç: “Robert Prosineçki olmaq istəyirdim”
12:21 Super Liqa klubunda yeni baş məşqçi
12:00 Avropada ən yaxşı gənc futbolçu adına namizədlər - SİYAHI
11:30 60 illik yubileydə 6:6 hesablı heç-heçə
11:00 Aqil Nəbiyev: "AFFA neçə kluba baxa bilər?" - MÜSAHİBƏ
10:00 "Bakı"ya yeni sponsor tapıldı?
00:10 Eratlı “Duysburq” səfərdən 1 xalla döndü
19 Sentyabr 2017
23:26 Nazarovun komandası “Kayzerslautern”ə qalib gəldi
22:23 “Qarabağ” “Kəpəz”ə də uduzdu
22:04 AVRO-2017: Millimizin rəqibi heyətini açıqlayıb
21:41 Ziya oynadı, komandası Hollandiya Kubokunda mərhələ adladı
20:05 “Şüvəlan” “Xəzər”ə qalib gəldi
19:23 Millimiz yenə italyanlarla bacarmadı
18:48 Yığmamız Avropa birinciliyində iştirak edəcək
18:00 "Energetik" Regional Liqada oynamaq istəyir
17:45 Premyer Liqada 6-cı turun oyun cədvəli
17:30 6-cı turun oyun cədvəli bəlli oldu
17:15 PFL “Kəpəz” – “Səbail” matçının yerini dəyişdi
17:00 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? - ARAŞDIRMA YAZI
16:48 “Sumqayıt” – "Qarabağ" matçının vaxtı açıqlandı
16:22 Almaniya - Azərbaycan: biletlərin qiymətində endirim
16:00 Çempionlar Liqasının finalı Bakıda olacaq?
15:54 Elxan Məmmədov: “Qərar sabah məlum olacaq”
15:48 “Kəpəz”in baş məşqçisi yeni məqsədini açıqladı
15:31 Millimizin 7 velosipedçisi dünya çempionatında
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.