Ucuz təyyarə biletləri

“Kəpəz” rəhbərliyi azarkeşlərlə görüşdü - FOTOLAR

Tarix:  14.02.17 21:02           Yazar:             Oxunub: 204 dəfə

“Kəpəz” Peşəkar Futbol Klubunun rəhbərliyi ilə azarkeşlər arasında növbəti görüş keçirilib. Rekord.az xəbər verir ki, Gəncə şəhər stadionunda reallaşan yığıncaqda komandanın son çıxışları əsas müzakirə mövzusu olub.


Azarkeşlərin önünə klub rəsmilərindən Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, icraçı direktor Cabir İbrahimov və fanklublarla iş üzrə əlaqələndirici Elmar Əliyev çıxıb. Müxtəlif fanklubların 50-yə yaxın üzvünün qatıldığı toplantıda əsas diqqət komandanın qış fasiləsindən sonra Topaz Premyer Liqasında uğursuz iştrakına yönəlib.  

 
Təxminən 2 saat davam edən görüş fikir mübadiləsi ilə qızğın müzakirələrə səbəb olub. Azarkeşlər çoxsaylı suallarla klub rəsmilərinə müraciət ediblər.  Rəhbərlik fanatları maraqlandıran mövzular barədə fikirlərini bölüşüb, birlikdə təhlillər aparılıb. Eyni zamanda futbolsevərlərə komandanın düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün görülən işlərlə bağlı məlumat verilib.
 

Görüşün sonunda klub rəhbərliyi komandanın azarkeşlərlə bir ailə olduğunu və onların da sayəsində “sarı-göylər”in bu durumdan çıxacağına inandığını bildirib. “Kəpəz”in əvvəlki əzəmətini özünə qaytarması yönündə fanatların xüsusu rol oynadığı vurğulanıb.
 
Azarkeşlərlə keçirilən görüşlə bağlı “Kəpəz” PFK-nın Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu kapazpfc.az saytına açıqlama verib: “Bilirsiz ki, “Kəpəz” klubunun rəhbərliyi həmişə azarkeşlərlə görüşlərə üstünlük verir. Çünki komandamızın azarkeşləri ötən mövsüm say çoxluğu, kütləviliyi və son dərəcə böyük dəstəyi, əzmkarlığı ilə ölkəmizdə rekord vurub. Bunu statistikada göstərir. UEFA-nın azarkeşlərlə bağlı açıqladığı rəsmi hesabata əsasən, Azərbaycan Premyer Liqası azarkeşlərin faiz göstəricisinə görə birinci yerə çıxıb. Ötən mövsüm ərzində qeydə alınan 460 min tamaşaçı sayının 240 mindən çoxu “Kəpəz”in azarkeşləri idi. Hətta səfər oyunlarına gedən azarkeşlərimizi də bura əlavə etsək, bu rəqəm artar. Ona görə də fanatların fikirlərini öyrənmək həmişə bizim üçün vacibdir. Bu dəfə də görüş çox maraqlı keçdi. Onların hər birinin dediyi fikirləri, iradları, narazılıqları təbii ki, nəzərə alacağıq. Azarkeşlərimizə də komandaya bu cür dəstək göstərdikləri üçün təşəkkürümüzü bildiririk. Onların hər birini sona kimi komandaya dəstək olmağa çağırırıq. Onsuz da hər ev oyunundan əvvəl sonuncu məşqdən öncə biz azarkeşlərlə mütəmadi görüşürük. Ancaq çalışacağıq ki, belə geniş əhatəli görüşlər tez-tez olsun. Azarkeşlərin fikirlərini, düşüncələrini öyrənmək bizim üçün vacibdir”.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Millimizin sabiq üzvü Yunis Hüseynovdan xahiş etdi: məni yoxlayın
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
"Kəpəz"in yalanı üzə çıxdı
Vladislav Qədirov özünə yeni iş yeri tapdı
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
"Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI

Xəbər Lenti
18 Yanvar 2018
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
14:40 Xatirə turnirində ikinci günün qalibləri
14:21 Millimiz İranla iki yoxlama oyunu keçirəcək
14:00 Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
13:41 Ramil Şeydayev də U-21-ə çağırıldı
13:21 Elxan Məmmədovla Qurban Qurbanov İsveçrəyə gedəcək
13:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək - ÖZƏL!
12:48 Ronaldo Peresdən narazıdır
12:22 Obameyanq "Arsenal"a keçir?
12:09 1-ci vitse-prezident Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”
12:00 "Keşlə" Yamayka millisinin üzvünü transfer edir
11:43 Türkiyə kuboku: "Beşiktaş" 1/4 finalda
11:22 "Qəbələ" - "Sürix" 0:1 - FOTOLAR
11:00 "Kəpəz" fiziki hazırlıq üzrə məşqçi gətirməyəcək: ondansa futbolçu alaram
10:30 Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:18 Bakı klubu "Olimpiakos"a belə uduzdu - FOTOSESSİYA
09:08 Rusiyada çıxış edən millimizin üzvü doğma meydanda uduzdu
17 Yanvar 2018
23:30 “Neftçi” artıq Antalyadadı - VİDEO
22:49 Yığmamızın üzvləri Türkiyədə üz-üzə gəldi
22:02 Vasilenkonun 10 xalı "Lokomotiv"ə kömək olmadı
22:00 Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı
21:54 Məmmədovanın komandası bu dəfə də çətinlik çəkmədi
21:41 Kapitanımız Türkiyədə növbəti qələbəsini qazanıb
21:34 Komandamız "Olimpiakos"a quru hesabla uduzdu
21:26 Millimizin üzvü "Beşiktaş"a kömək edə bilmədi
21:00 Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”
20:50 Qriqorçuk: “Rəqib yaxşı məşq etməyimizə səbəb oldu”
19:55 “Qarabağ” ilk sınağında heç-heçəyə razılaşdı - VİDEO
19:00 Elxan Məmmədov: "Media Komitəsi büdcəni keçibsə, layihələr olmayacaq"
18:40 “Qəbələ” “Sürix”ə məğlub oldu
18:21 Maksimov həmyerlisini özünə köməkçi gətirdi
18:00 "Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
17:43 İki dövrəyə qısa baxış
17:30 “Keşlə” yeni transferlərini açıqladı
17:21 Nazarovun komandası yenə uduzdu
17:00 Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.