Ucuz təyyarə biletləri

Fərhad Vəliyev: "Karyeramı bitirmək fikrim yoxdur, milidən dəvət gəlsə, səvinərəm" - MÜSAHİBƏ

Tarix:  14.02.17 17:02           Yazar:  Rekord.az           Oxunub: 272 dəfə

"Sumqayıt"ın qapıçısı Fərhad Vəliyevin müsahibəsi

- Topaz Premyer Liqada məğlubiyyətsizlik seriyanız qırıldı. Ardıcıl 7 oyun uduzmayan komandanız "Neftçi" ilə qarşılaşmadan xalsız ayrıldı.

- Bəli, uğurlu seriyamızı davam etdirmək istəyirdik. Ən azı bir xal götürüb 4-cü pilədəki yerimizi möhkəmləndirmək fikrimiz var idi. Komandamız yaxşı mübarizə apardı. Düzdür, "Neftçi"nin qol epizodları daha çox idi, ancaq futbolçularımız nəticə qazanmaq üçün əzmkarlıq göstərdilər. Hava şəraiti yaxşı olmasa da, komandamız sonadək vuruşdu. Qolu sonda buraxdığımıza görə daha çox məyus olduq.

- Oyunun ən yaxşılarından idin. "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev də oyundan sonra bildirdi ki, Fərhad bizə çox qol vurmağa imkan vermədi.

- Oyundan sonra Elxan müəllim də məni təbrik etdi. Öz məşqçilərimiz və komanda yoldaşlarım da minnətdarlığını bildirdi. Mən hər oyun çalışıram k, qol buraxmayım. Təbii ki, məğlub olanda qapıda necə durmağından asılı olmayaraq, təəssüflənirsən.

- "Qarabağ"da qapıda durmaq asandır, yoxsa "Sumqayıt"da?

- "Qarabağ"ın müdafiə xətti "Sumqayıt"la müqayisədə daha güclüdür. "Qarabağ"ın qapısı qarşısında qol epizodları az olur. Amma "Sumqayıt"da qapıçının üzərinə daha çox iş düşür. Bu, bir tərəfdən yaxşıdır. Rəqibin zərbələrini dəf etdikcə qapıçı həm ruhlanır, həm də oyun təcrübəsi artır. "Qarabağ"da qapıçının işi az olur. 

- "Sumqayıt"da adaptasiya prosesi necə keçdi?

- "Qarabağ"da çox az oynayırdım. Demək olar ki, mövsüm ərzində 3-4 oyuna çıxırdım. Son vaxtlar daha az şans qazanırdım. "Sumqayıt"a keçəndən sonra bir qədər narahatlıq oldu. Yəni özümü hazır hesab etmirdim. Sonradan oyunlara çıxdıqca əvvəlki formamı bərpa etməyə başladım.

- İndi özünü yaxşı formada hesab edirsən?

- Bəli. Getdikcə oyunumu artırıram. Məşqçilərin sayəsində özümdə inkişaf hiss edirəm.

- Millidən dəvət gözləyirsən, yoxsa 37 yaşında sənə çətin olar?

- Hələ karyeramı bitirmək fikrim yoxdur, oynayıram. Əlbəttə, hər bir futbolçunun arzusu milli komandaya dəvət almaqdır. Mən də millidə oynamışam. Bir neçə ildir ki, çağırılmıram. Bu da oyun təcrübəmin azlığı ilə əlaqədar idi. İndi şükürlər olsun ki, sabit çıxış edirəm. Hər şey milli komandamızın baş məşqçisi Robert Prosineçkidən asılıdır. Bir təcrübəli qapıçı kimi məni də dəvət etsə, sevinərəm.

- "Sumqayıt" ötən illərlə müqayisədə bu mövsüm daha inamlı çıxış edir. Qarşıya hansı məqsədlər qoyulub?

-  Çalışırıq ki, maksimum yuxarı pillələrdə olaq. Qarşımıza Avroliqaya vəsiqə qazanmaq məqsədi qoyulmayıb. Hazırda yaxşı yerdəyik. Çalışacağıq ki, 4-cü pilləni əldən verməyək. Ancaq daha yuxarı yerləri tutmaq istəyirik.

- Yerli gənc futbolçularla çətin olmayacaq?

- Baş məşqçimiz çalışır ki, yerli futbolçularla nəsə edək. Gənc futbolçularımızın oyunu göz qabağındadır. Məşqçilərimiz onlardan razıdır. Əzmkar komandamız var. 

qol.az

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Neftçi”nin ən böyük itkisi
2017-04-06  // 2 Şərh
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Reynaldo "Neftçi"nin hədəfində!
Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
“Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
Elvin Yunuszadə "Neftçi"yə qayıdır?
Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
"Sumqayıt" Avropa Liqası üçün bank təminatı aldı
Denis Silva "Zirə" ilə danışıqlara başladı
"Zaqatala" baş məşqçisini istefaya göndərdi
ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
AFFA-dan AZAL-a "yaşıl işıq": bank zəmanətini gətir, Premyer Liqada qal

Xəbər Lenti
24 Aprel 2017
01:50 "El-Klassiko"nu "Barselona" qazandı
00:15 "Qəbələ"dən Afinada böyükhesablı qələbə
00:00 AZAL - "Kəpəz" 1:2 - VİDEO
23 Aprel 2017
23:40 Emin Mahmudov oynadı, "Boavişta" uduzdu
23:20 AEL Amit Quluzadəsiz qalib gəldi
23:00 “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olundu - FOTOLAR
22:20 “Real” - “Barselona” - Heyətlər
21:00 Nəsirovsuz "Sportinq"dən inamlı qələbə
20:30 Qurban Qurbanov: "İkinci hissədə daha yaxşı oynadıq"
20:25 Samir Abasov: "Alınmasa da, məyus deyilik"
20:20 "Qarabağ"a çempionluq kuboku və medalların təqdim olunma mərasimi - VİDEO
20:15 “Gərginlik aprelin 29-na qədər davam edəcək”
20:10 Tərlan Əhmədov: “Son oyuna əvəzedici heyətdən futbolçu götürəcəm”
20:05 Ayxan Abbasov: "Bu hal istənilən məşqçinin başına gələ bilər"
20:00 "Zirə" - "Neftçi" 2:2 - VİDEO
19:55 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
19:52 “Limitin pozulması texniki qüsurdu” – Elxan Abdullayev
19:35 Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
19:31 Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
19:20 Şeydayev "fərqləndi", "Jilina" qalib gəldi və çempion oldu
19:13 Abdulbari Gözəl: "Gözləntimiz "Qarabağ"ın Çempionlar Liqasında uğur qazanmasıdır"
19:00 Millimizin üzvünə ehtiyac duyulmadı
18:56 ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
18:55 “Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
18:40 Rüfət Dadaşov üçün 62 dəqiqə
18:20 "Qəbələ" "İnter"ə qarşı - VİDEOANONS
18:00 Paşayev üçün 90 dəqiqə və 3 xal - VİDEO
17:30 Heydərov Avropanın "Ən yaxşı gənc cüdoçu" mükafatına layiq görüldü
17:00 Millimizin forvardı üçün biabırçı məğlubiyyət
15:30 "Qəbələ" "Gent"ə qalib gəldi - VİDEO
14:30  Cəfərov yenə ehtiyatda qaldı
14:00 "Dedim "məni qovacaqlar", uşaqlar güldülər..." - VİDEO
13:30 "Göyəzən" - "Mil-Muğan" 3:7 - VİDEO
13:00 Reynaldo "Neftçi"nin hədəfində!
12:30 "Energetik" - "Bakılı" 1:1 - VİDEO
12:00 AFFA "Zaqatala" ilə bağlı qərar verməyə tələsmir
11:30 "Ağsu" - "Zaqatala" 4:0 - VİDEO
11:00 "Qarabağ" - "Sumqayıt" matçına necə canlı baxmaq olar?
01:25 İngiltərə Premyer Liqasında 33-cü tur start götürdü
22 Aprel 2017
23:00 "Qəbələ" Danimarka klubunu məğlub etdi
22:40 Eddi İsrafilov oynamadı, "Kadis" yenə xal itirdi
22:22 Pavel Elyanov ardıcıl ikinci qələbəni qazandı
22:00 Uesli So Maykl Adamsla heç-heçədən danışdı
21:41 Veselin Topalov: "Barışıq barədə düşünmürəm"
21:20 Karyakin: "Karlsen "Real"a azarkeşlik edirsə, mən "Barsa"ya dəstək olacam"
21:00 Nağıyev oynadı, "Dnepr" qalib gəldi
20:36 Elxan Məmmədov Avropa çempionudur! - VİDEO
20:00 Erat oynadı, "Duysburq" qalib gəldi
19:30 “Qəbələ” xal itirdi, lider dəyişdi
19:00 "Sumqayıt" Avropa Liqası üçün bank təminatı aldı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.