Ucuz təyyarə biletləri

Şeydayev: “Ümidlərimi daha çox Azərbaycan millisinə bağlayıram”

Tarix:  15.02.17 11:02           Yazar:             Oxunub: 210 dəfə

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Rusiyanın sportsdaily.ru saytının əməkdaşının suallarını cavablandırıb. Rekord.az xəbər verir ki, gənc forvard müsahibəsində “Jilina”ya transferindən, eləcə də Azərbaycan yığması ilə bağlı hədəflərindən söz açıb. 


- “Jilina”ya keçidiniz necə baş verdi?
- Slovakiya klubundan təklif aldım və ora yollanmaq qərarına gəldim. “Jilina” yaxşı komandadı və hazırda ölkə çempionatında liderdi. Çox güman ki, gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. “Trabzonspor”dakı sabiq komanda yoldaşlarım Bero və Duritsa mənə dedilər ki, “Jilina” möhkəm komandadı. Burda baş məşqçi ilə görüşdüm. O, mənim keçidimdən məmnun qaldığını söylədi, “sən bizə, biz də sənə kömək edəcəyik” dedi. Təbii ki, start heyətində oynayacağıma təminat vermədi, çünki burda gərgin rəqabət var. Bilirəm ki, “Jilina” çox qol vuran komandadı. Bu üzdən də bura uyğunlaşmaq asan olacaq.
 

- “Jilina”nın hansısa futbolçunu əvvəlcədən tanıyırdınızmı?
- Xeyr, amma tədricən tanımağa başladım. İngilis dilində az da olsa bilirəm. Üstəlik, burdakı futbolçuların da çoxu rus dilini başa düşür. Fiziki cəhətdən hazır olmağa çalışıram. Ümid edirəm ki, həftəsonuna qədər tam hazır olacam.
 

- Harda qalırsınız?
- Hələlik, oteldə. Yəqin ki, tezliklə kirayə ev tutacam. Hər şey yaxşıdı.


- Jilinada hava Trabzondakından daha sərt olur?
- Hələlik, xeyr. Türkiyədə qış o qədər də isti olmur. Yalnız fevralın ortaları bir az isti keçir.


- “Trabzonspor”dan necə ayrıldınız?
- Normal. Türkiyə klubu ilə uzunmüddətli müqaviləm var və “Jilina”da icarə əsasında çıxış edəcəm. Trabzonda mənə uğurlar arzuladılar.


- Türkiyə Superliqasında 1 matçda iştirak etdiniz və ölkə kubokunda 1 qol vurdunuz. Yarımillik Türkiyə macəranızı necə dəyərləndirərdiz?
- Mənə orda çətin oldu. Futbolda belə hallar olur, alınmadı və oyun praktikamı artırmaq üçün icarəyə yollandım. Həyatda belə şeylər olur. Təslim olmamalı və özümü təsdiq etməliyəm. Hər şey özümdən asılıdı.
 

- Çox gənc yaşda Türkiyənin böyük klublarından birinə keçdiniz. Düşünmürsünüz ki, əsas heyətə düşə bilməməyinizin səbəbi məhz budu?
- Bu sualı “Trabzonspor”un baş məşqçisinə versəniz, daha yaxşı olar. Fikrimcə, oynamağa tam hazır idim, amma niyə belə alındığını bilmirəm.
 

- Türkiyə çempionatı barədə nə deyə bilərsiniz?
- Güclü, maraqlı çempionatdı. Gözlədiyim kimi oldu: yaxşı azarkeşləri, əla stadionları var. Mənim çox xoşuma gəldi. “Trabzonspor”da əla komanda formalaşdırılır, oyunçular arasında münasibət yüksək səviyyədədi.
 

- “Zenit”də çıxış etmiş “Trabzonspor”un əfsanəvi futbolçusu Fatih Təkkə ilə görüşdünüzmü?
- Xeyr, onunla heç bir söhbətim olmayıb.
 

- “Trabzonspor” böyük klubdu?
- Bəli. Orda oynamamağımdan başqa hər şey ürəyimcə idi. Yerli azarkeşlər də məni çox isti qarşıladılar. Trabzonda futbolu sevirlər. Azarkeşlər bütün oyunçuları tanıyırlar və onları daim dəstəkləyirlər.
 

- Azərbaycan millisində “Trabzonspor”dan çox oyun keçirmisiniz. Yığmaya dəvət sənin üçün ürək rahatlığı rolunu oynayırmı?
- Belə cavab verəcəm: Azərbaycan yığmasını seçməkdən məmnunam. Hiss edirəm ki, mənimlə maraqlanırlar, məndən yaxşı oyun və qollar gözləyirlər. Milliyə tez uyğunlaşdım. İlk oyundan komandama mümkün qədər çox xeyir verməyə çalışdım.
 

- “Zenit”in oyunlarını izləyirsinizmi?
- Əlbəttə. Oyunlara da baxıram, uşaqlarla əlaqə də saxlayıram.
 

- “Zenit” Avropa Liqasının 1/16 final mərhələsində “Anderlext” səddini keçə biləcəkmi?
- Fikrimcə, keçəcək. Çünki “Zenit” rəqibdən daha güclüdü.
 

- Sankt-Peterburq klubunu tərk etdiyiniz və vətəndaşlığı dəyişdiyiniz üçün heç təəssüflənmisizmi?
- Xeyr, bu qərarıma görə peşman deyiləm. Getməsəydim, peşman olardım.
 

- “Zenit”də oynamaq şansınız yox idi?
- Niyə yox idi? Şans hər zaman var. Sadəcə, gücümü başqa ölkədə və çempionatda sınamaq qərarına gəldim.
 

- Deyilənə görə, “Zenit” sizə yeni müqavilə təklif etmişdi…
- Bəli, təklif olunmuşdu. Ancaq mən öz seçimimi etdim.
 

- Qarşıdakı il yarım müddət üçün hədəfləriniz nələrdi?
- “Jilina”da öz oyunumu göstərmək, əsas heyətin daimi üzvünə çevrilmək və avrokuboklarda iştirak etmək istəyirəm. Ümidlərimi daha çox Azərbaycan millisinə bağlayıram. DÇ-2018-in seçmə qrup mərhələsində 3-cü pillədə qərarlaşırıq. Rusiyada keçiriləcək final mərhələsinə vəsiqə əldə etmək şansımız az deyil. Azərbaycandakı hamı kimi, bu, mənim üçün də böyük hadisə olar. (Apasport)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Biz UEFA-nı aldatmışıq
2017-04-27  // 0 Şərh
Amal Abuşov
“Neftçi”nin ən böyük itkisi
2017-04-06  // 2 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Zaqatala"nın rəhbərliyi və yeni baş məşqçisi məlum oldu!
RƏZALƏT: "Səbail"in baş məşqçisi 11 yaşlı uşağa "rəqibi sındır" tapşırığı verib - ÖZƏL!
Rauf Əliyev də "İnter"dən getməyə qərar verdi
"Sumqayıt" "İnter"in futbolçusuna elçi düşüb
Azərbaycan fubolunda növbəti anormallıq: qonaq komanda oyuna gəldi, ev sahibi yox
"Qarabağ" Portuqaliya çemionatından oyunçu alır?
Prosineçki "Bursaspor"da?
"Qarabağ"dan böyük transfer olmayacaq!
Premyer Liqada komanda sayı artırılmasa bizi hansı təhlükə gözləyir?
Mehdi Hüseynzadə adına stadiona 7 milyon manat ayrılıb!

Xəbər Lenti
27 Aprel 2017
18:44 Avropa çempionatında iştirak edəcək qadın güləşçilərimizin də siyahısı açıqlandı
18:22 UEFA AFFA-nın maliyyə hesabatını analiz edir
17:40 "Şəhriyar Məmmədyarov artıq şəmkirli hesab olunur"
17:22 Millimiz yenə məğlub oldu
17:00 Mirhüseyn Seyidov "Səbail"ə keçir?
16:40 Şahmatçılar Şəmkirdə futbol oynadılar
16:21 Ulduz şahmatçılar Şəmkirdə seans keçirdi
16:00 Bakı "İnter"i federasiya prezidentinə tapşırıldı
15:41 "İnter" mövsümün son matçına hazırlaşır - FOTOLAR
15:22 Dieqo Simeone qərarını verdi
15:00 "Ağsu" yenə Premyer Liqaya buraxılmayacaq
14:44 Günün matçları: hansı oyun, hansı kanalda? TV AFİŞA
14:40 Millimiz Sloveniyaya yollandı
14:34 Güləş yığmamıza yen baş məşqçi təyin olundu - ÖZƏL
14:21 Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilərimiz bilindi
14:00 Dario "Kəpəz"dən daha çox maaş tələb edir
13:41 Kərim Diniyevin zədəsi davam edir
13:22 Qvardioladan Dele Alli açıqlaması: "Poçettino sakit olsun"
13:04 Biz UEFA-nı aldatmışıq
13:00 Premyer Liqada komanda sayı artırılmasa bizi hansı təhlükə gözləyir?
12:44 "Mançester Yunayted" derbiyə itkilərlə çıxacaq
12:22 Rauf Əliyev: "Təklif var, lakin haradan olduğunu deyə bilmərəm" - MÜSAHİBƏ
12:00 M. Hüseynzadə adına stadionda işlərə niyə start verilmir?
11:30 Azərbaycan – Şimali İrlandiya oyununun məkanı dəyişdirildi
11:00 "Qarabağ"dan böyük transfer olmayacaq!
10:30 Namiq Ələsgərov mövsümün son matçında oynamayacaq
10:00 "Zirə"dən Rauf Əliyevə təklif
26 Aprel 2017
23:00 "Şaxtyor" Dmitri Nağıyevin klubunu finala buraxmadı - VİDEO
21:00 "Bursaspor" Prosineçki ilə bağlı bəyanat yaydı
20:30 "Prosineçki ilə "Bursaspor" yox, İspaniya klubları maraqlanır"
19:28 "Qarabağ"ın hücumçusu ölkəsində ən yaxşı seçildi
19:00 Gimnastlarımız İslam Həmrəyliyi Oyunlarına hazırlaşır
18:00 Divizionda da son turun hakim təyinatları açıqlandı
17:22 Premyer Liqada son turun hakimləri bilindi
17:00 Son turun hakim təyinatları bəllidi
16:45 Hakimlərimiz IV İslam Həmrəyliyi Oyunlarında
16:22 “Kəpəz”in istirahəti başa çatdı
16:00 "Sumqayıt" "İnter"in futbolçusuna elçi düşüb
15:42 Pro kateqoriyalı məşqçi kursu başladı - FOTOLAR
15:22 Ramosun cəzası açıqlandı
15:00 Rauf Əliyev də "İnter"dən getməyə qərar verdi
14:44 "Boavişta"nın qapıçı problemi
14:22 Günün matçları: hansı oyun, hansı kanalda? TV AFİŞA
14:00 Şimali İrlandiya ilə oyun Respublika stadionunda!
13:44 "Real"da Beyl şoku
13:21 Teymur Rəcəbov: "Şahmat tacı uğrunda mübarizə aparmaq istəyirəm"
13:00 "Turan Tovuz" kubokunu dolu tribunalar önündə alacaq
12:44 İsko "Real"la yeni müqavilə imzalayacaq
12:22 İnyesta və Messi yeni müqavilə imzalayır
12:00 RƏZALƏT: "Səbail"in baş məşqçisi 11 yaşlı uşağa "rəqibi sındır" tapşırığı verib - ÖZƏL!
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.