Ucuz təyyarə biletləri

Ramin Musayev: "Qəbələ" - "Qarabağ" görüşü bizim üçün adi təqvim oyunudu" MÜSAHİBƏ

Tarix:  15.02.17 18:02           Yazar:  Rekord.az           Oxunub: 242 dəfə

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev futbol11.az saytına müsahibə verib.
 
Rekord.az həmin müsahibəni təqdim edir:
 
- Ramin Musayev "Qəbələ" - "Qarabağ" matçından öncə əsgərlərini döyüşə hazır vəziyyətə gətiribmi?
- Qarabağ uğrunda döyüşü nəzərdə tutsaydınız, düşünmədən qısaca “hə” cavabı verərdim. Amma siz liderlərin oyunu barədə sual verirsinizsə, onu deyə bilərəm ki, biz hər zaman hər bir oyunun təşkilinə hazırıq. Biz bunu çalışdığımız 8 il müddətində dəfələrlə sübut etmişik. Odur ki, təcrübəmiz bu oyunu yüksək səviyyədə təşkil etmək üçün yetərlidir. Yəni, biz hazır vəziyyətdəyik, heç bir problem yoxdur.
 
- Sizi ən çox 19 fevral düşündürür, yoxsa oyunun bir gün sonrası? Nəzərə alaq ki, matçda baş verəcək hakim səhvi yenə böyük söz-səhbətlərə səbəb olacaq...
- Biz oyunlar arasında hər hansı bir fərq qoymuruq. “Qəbələ” – “Qarabağ” görüşü bizim üçün adi təqvim oyunudur, şişirtməyək. Biz isə çempionatı təşkil edən qurumuq. Oyun gününü də düşünürük, oyundan bir gün sonranı da, bütün təqvimi də. Bizim üçün Premyer Liqanın turu ayın 18-də başlanır. Hətta bugündən artıq biz Divizionun XVI turuna start vermişik və bütün təşkilati işlərə nəzarət edirik.
 
- Nədənsə, oyundan öncə Xaqani Məmmədovu çıxmaq şərti ilə heç kim hakimlər barədə nikbin düşünmür. Hakim səhvlərinin olacağı ehtimalı daha yüksək qiymətləndirilir. Sizcə, bu, nədən irəli gəlir?
- Gəlin ehtimallardan yox, real məsələlərdən danışaq. Çox təəssüf ki, son vaxtlar ölkəmizi Avropada layiqincə təmsil edən komandaların oyunundan öncə belə suallar verilir. Hər iki komandamız son vaxtlar çox gözəl futbol sərgiləyir. Məncə, siz hakim səhv edəcəyinə dair ehtimallar irəli sürməkdənsə , daha çox gözəl oyun arzulayın. Mən hakimi də, sizi də futbolumuzun tərkib hissəsi sayıram. Gəlin bir-birimizə dəstək olmaqla futbol naminə mübarizə aparaq. Hakim də insandır, oyunlardan öncə onları psixoloji gərginliyə salmaq olmaz. Çünki psixoloji gərginlik hakimin işinə mənfi təsir göstərə bilər.
 
- Hakim səhvlərinin çox olduğu durumda niyə əcnəbi hakimin dəvət edilməsinə müsbət yanaşmırsız? Ümumiyyətlə, hər iki klub bununla sizə şifahi və ya yazılı müraciət edibmi? Əcnəbi hakim dəvət olunsa, nə itirib, nə qazanarıq?
- Bu suala detallı cavab verəcəyəm.
1. Bizdə FİFA dərəcəli və artıq çox sayda beynəlxalq oyun idarə etmiş hakimlər var. Əcnəbi hakim dəvət etmək yerli idarəçilərə qarşı inamsızlıq nümayiş etdirməklə yanaşı, eyni zamanda onların inkişafına da mənfi təsir göstərməkdir.
2. Şablon səslənsə də, hakimlik təkcə bizdə yox, bütün liqalarda ən çox müzakirə olunan məsələdir. Hər hansı bir federasiyadan hakim çağırılsa belə, onlar bizə ən yaxşı hakimlərini göndərməzlər. Çünki hər liqanın öz vacib qarşılaşmaları var və öz hakimlərini bu oyunlar üçün saxlayırlar.
3. Əcnənəbi hakimin dəvət olunması əlavə xərcdir. Onun yol, otel, qida xərcləri və oyun üçün alacağı qonarar bura daxildir.
4. Gələn hakimin oyunu hansı səviyyədə idarə edəcəyinə, səhv edib-etməyəcəyinə heç kim təminat verə bilməz. Eyni zamanda, gələn hakim oyuna görə heç bir məsuliyyət daşımır və ciddi səhv etdiyi təqdirdə bizim onu hər hansı bir sanksiya ilə cəzalandırmaq imkanımız yoxdur.
5. Əcnəbi hakimlərin Antalyada çıxardığı hoqqaları öz gözümlə görmüşəm. Heç kim zəmanət verə bilməz ki, Antalyada çıxarılan oyunlar əcnəbi hakimlərin simasında bizim çempionatda görməyəcəyik. Çünki heç bir məsuliyyəti olmayan hakimin bizim çempionat oyununu xarici bukmeyker kontorlarına qoymayacağına heç nə mane olmur. Onun federasiyamız, Hakimlər Komitəsi qarşısında heç bir məsuliyyəti yoxdur. Hətta dünyanın ən şəffaf çempionatlarından biri olan Bundesliqada hakim oyuna pul qoyuluşuna görə cəzalandırılırsa, bu artıq sözün bitdiyi andır.
6. Əcnəbi hakim dəvət olunması ancaq gələcəkdə 1 halda ola bilər. Detallı müzakirədən sonra gələcəkdə alınarsa, hər hansı bir liqa ilə hakim mübadisləsi edə bilərik. Biz hakim dəvət edəcəyimiz təqdirdə, əməkdaşlıq edəcəyimiz liqa da bizim hakimlərə güvənəcək. Indiki halda əcnəbi hakimin dəvət olunması gündəmdə deyil.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Biz UEFA-nı aldatmışıq
2017-04-27  // 0 Şərh
Amal Abuşov
“Neftçi”nin ən böyük itkisi
2017-04-06  // 2 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Premyer Liqada komanda sayı artırılmasa bizi hansı təhlükə gözləyir?
"Qarabağ"dan böyük transfer olmayacaq!
"Ağsu" yenə Premyer Liqaya buraxılmayacaq
Ayxan Abbasov "Zirə"də bir şərtlə qalacaq
Samir Abasov "Sumqayıt"ı avrokuboklardan kənar qoyan futbolçunu göndərir
Dario "Kəpəz"dən daha çox maaş tələb edir
Mirhüseyn Seyidov "Səbail"ə keçir?
Biz UEFA-nı aldatmışıq
“Qarabağ” - çempion!
"Zirə"dən Rauf Əliyevə təklif

Xəbər Lenti
29 Aprel 2017
01:00 Diniyev: “Azarkeşləri son oyunda da sevindirməyə çalışacağıq”
00:00 "Bakılı" - "Səbail" 1:7 - VİDEO
28 Aprel 2017
23:30 Şeydayev qol vurdu, "Jilina" uduzdu
22:41 "Mil-Muğan" - "Energetik" 8:1 - VİDEO
22:20 İslam Oyunları üçün daha bir rəsmi dəstəkçi
22:00 Yığma komandamız Daşkəndə yollandı
21:40 BŞH-nin əməkdaşları Bakı marafonunda xeyriyyə üçün qaçacaqlar
21:22 "Turan Tovuz" - "Qaradağ Lökbatan" 2:1 - VİDEO
21:00 Final oyununun keçiriləcəyi tarix açıqlandı
20:41 “Kəpəz” Gəncədə məşqə çıxdı
20:22 Oqtay Abdullayev yenidən sədr seçildi - FOTOLAR
20:00 Kişilərdə ilk qızıl medalçı Mirzəyev Emin oldu
19:41 Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi
19:22 "Qarabağ" "Neftçi"yə qarşı - VİDEOANONS
19:00 Ruslan Abışov İslamiadanı buraxa bilər
18:45 Gənclər arasında Azərbaycan birinciliyinə qadınlar start verdi
18:22 Çempion mükafatına qovuşdu - VİDEO
17:41 Avropa çempionatında iştirak edəcək yunan-Roma güləşçilərimizin siyahısı bilindi
17:22 Ramil Şeydayevin Slovakiyada növbəti sınağı
17:00 “Qarabağ” - çempion!
16:45 Kamran Ağayev: "Səbail"lə danışıq aparmıram
16:22 AFFA rəsmisi: "Futbol adamlarının mərc oyunlarında iştirakı qəti qadağandı"
16:00 Mahmudov "Boavişta"dan ayrılır: "Rusiyaya qayıda bilər"
15:44 Messi: "Yalnız bir dəfə rəqibdən forma istəmişəm"
15:22 Robert Prosineçki qumarda uduzdu
15:00 FİFA laysmanı AFFA-da "bardaq" yaratdı və işindən qovuldu!
14:40 “DTF Prezident Kuboku”nda ilk gün bir bürünc medal qazandıq
14:22 "Kəpəz"in kapitanından azarkeşlərə müraciət
14:00 Samir Abasov "Sumqayıt"ı avrokuboklardan kənar qoyan futbolçunu göndərir
13:42 Tahir Süleymanov: "Futbolu bilməyən insanlar "Neftçi"ni çökdürməkdə davam edirlər" MÜSAHİBƏ
13:22 “Qəbələ”nin daha bir komandası çempion oldu
13:00 Əfsanə Dervall - YAZI
12:44 MOİK - "Göyəzən" 6:1 - VİDEO
12:22 İqbekoyi arxivini açdı: “Heç vaxt peşman olmamışam” MÜSAHİBƏ
12:00 Səməd Qurbanova qadağa qoyulub?
11:46 Şəhriyar Məmmədyarov: "19-cu gedişdən sonra Kramnikin əhvalı korlandı"
11:22 Uesli SO: "Şahmat dünyası Vüqarı heç vaxt unutmayacaq"
11:00 Ayxan Abbasov "Zirə"də bir şərtlə qalacaq
10:30 Günün matçları: hansı oyun, hansı kanalda? TV AFİŞA
10:00 Aqolli dostunu "Zirə"yə gətirir?
27 Aprel 2017
23:30 Emin Nurinin komandası liderdən xal aldı
23:00 "Qəbələ"nin "Sumqayıt"la 20-ci sınağı
20:30 “Turan Tovuz”a medallar və çempionluq kuboku təqdim oldundu - FOTOLAR
20:00 Premyer Liqada son tur rəqəmlərdə
20:00 Divizionun bombardiri – Oruc Balaşlı
19:30 "Turan Tovuz" - "Qaradağ Lökbatan" 2:1 - FOTOLAR
19:00 Birinci Divizionda mövsümə darmadağınlarla yekun vuruldu
18:44 Avropa çempionatında iştirak edəcək qadın güləşçilərimizin də siyahısı açıqlandı
18:22 UEFA AFFA-nın maliyyə hesabatını analiz edir
17:40 "Şəhriyar Məmmədyarov artıq şəmkirli hesab olunur"
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.